80
158
***
HƏSƏN ƏLİYEV, X.HƏSƏNOV. "Təbiətin keşiyində" Bakı,
1993. səh.92
İsmayıllı qoruğunun başlıca məqsədlərindən biri də buradakı
heyvanlar aləminin qorunması və artırılmasını təmin etməkdir.
Ərazinin mövcud təbiət kompleksi və hazırkı heyvanlar aləmi buna
tam əsas verir. Burada cüyür, çöl donuzu, köpgər, təkə, maral, ayı,
canavar, vaşaq, çaqqal, meşə pişiyi, tülkü, yenot, porsuq, dovşan, dələ
və s. heyvanlar; qırqovul, turac, qaratoyuq, alabaxta, bildirçin,
sarıköynək, çobanaldadan, ağacdələn və s. quşlar vardır. Ov
əhəmiyyətli heyvanlardan çöl donuzu, yenot, dələ, ayı, quşlardan isə
qırqovul daha çoxdur.
İsmayıllı dövlət qoruğu ərazisində Qırmızı kitaba adı düşən qonur
ayı, turac, köpgər və s. heyvan və quşlar qorunur.
80
159
SÖZÜN DÜZÜ-HAQQIN ÖZÜ
Möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin həyat və əmək
fəaliyyətini tədqiq edən filosoflar, politoloqlar, sosioloqlar,
psixoloqlar və başqaları onun şəxsiyyətini belə səciyyələndirirlər:
Həddən artıq əməksevərdir, fəaldır, həyat eşqi sönməzdir,
yorğunluq bilməzdir, dözümlü, müqavimətlərə qalib gəlməyi, hər
cür çətinlikləri dəf etməyi bacarandır.
Səbirli, ləngərli, hövsələli, nizam-intizamı sevəndir.
Sarsılmaz, müvazinətini saxlamağı bacaran və prinsipialdır.
Müşahidəçiliyi güclü, uzaqgörən, ehtiyatlı və tədbirlidir.
Baş verə biləcək hadisələri öncə görüb, nəticələrini təhlil etmək
qabiliyyəti, fəhmi
heyranedicidir.
Təmasda olduğu şəxsin fikrini yarı gəlmədən duya bilir.
Məkana, zamana, mövcud vəziyyətə tez uyğunlaşmağı bacarır.
Diplomatiyası, düşüncə tərzi dərin mənalı və cəlbedicidir.
Özünə nəzarət, özünü idarə etmək, möhkəm yaddaşı, təəccüb
doğuran hafizəsi, nitq mədəniyyəti, mənalı baxışları insanı
düşündürəndir.
Fövqəladə surətdə ciddi qərar qəbul etmək məharətinə
malikdir.
Siyasi, sosial-iqtisadi, ədəbiyyat, musiqi, rəssamlıq,
heykəltəraşlıq, memarlıq və digər sahələrdə intellektual səviyyəsi,
daxili mədəniyyəti çox yüksəkdir. Hər bir manerası insanda gözəl
və bəşəri hisslər oyadır.
Duruşu, oturuşu, gülüşü, insanlarla görüşməsi, təmasda olması
örnəkdir.
80
160
Bəli, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev
bəşər dünyasında belə gözəl və bənzərsiz keyfiyyətlərə malik olan
nadir şəxsiyyət kimi tanınır.
Onun haqqında dünyanın bir sıra aparıcı dövlət xadimləri belə
demişlər:
"Heydər Əliyev təkcə Azərbaycanı, Amerikanı yox, bütün
dünyanı idarə etməyi bacaran bir siyasi xadimdir".
Bill Klinton,
ABŞ-ın prezidenti
"Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk
dünyasının yetişdirdiyi ən məşhur dövlət xadimlərindən biridir".
Süleyman Dəmirəl,
Türkiyənin prezidenti
"Prezident Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan
tezliklə dünyanın ən inkişaf etmiş ölkələrindən birinə
çevriləcəkdir".
Aakixito,
Yaponiyanın imperatoru
"Sizə həqiqətən qibtə edirəm, Heydər Əliyeviç".
Leonid Kuçma,
Ukrayna prezidenti
"Heydər Əliyev kimi rəhbəri olan xalq xoşbəxtdir".
İslam Kərimov,
Özbəkistanın prezidenti
80
161
"XX əsr liderlər əsridir, Heydər Əliyev əsrimizin lideridir".
Eduard Şevardnadze,
Gürcüstanın prezidenti
"Azərbaycan Prezidenti Heydər Əliyev müasir zəmanəmizin
görkəmli siyasi xadimlərindən biridir".
Marqaret Tetçer,
İngiltərənin baş naziri
İndiki halda Azərbaycanı idarə edən və sabitliyi qoruyub saxlaya
biləcək yeganə siyasi xadim Heydər Əliyevdir.
ZbiqnevBJEZİNSKİ,
ABŞ Beynəlxalq Strateji Tədiqatlar
Mərkəzinin rəhbəri, politoloq
Təbiət insana böyük istedad bəxş edir. Heydər Əliyev belə istedada
malikdir. O, bü gün haqlı olaraq Azərbaycanın bütün dünyada hörmət
edilən prezidentidir.
İvan RIBKİN
Rusiya hökuməti sədrinin müavini.
Siz, Azərbaycan xalqı, xoşbəxtsiniz. Çünki Sizin Heydər Əliyeviniz
var. Biz, rus xalqı, xoşbəxt deyilik. Çünki bizim Heydər Əliyevimiz
yoxdur.
V.VİÜN,
"Rossiyskaya qazeta"nın müxbiri
Həqiqətən də xoşbəxtdir o xalq ki, onun cənab Heydər Əliyev kimi
Prezidenti vardır.
80
162
HƏR ÇƏMƏNDƏN BİR ÇİÇƏK
Zəmanəmizin görkəmli siyasətçilərindən biri, böyük dövlət xadimi
olan Heydər Əliyev cənabları həm də fəlsəfənin, ədəbiyyat və
incəsənətin gözəl bilicisidir. Buna görə də onun nitqlərində dərin
məzmuna malik ümumiləşdirilmiş ideyalara hər an rast gəlmək olar.
Lakin tanınmış filosofların da fikirləri az-az hallarda aforizmlərə
çevrilir, çünki aforizm yalnız nəzəri təfəkkürün nəticəsi ola bilər; o
həm də böyük həyat təcrübəsinin və ağsaqqal müdrikliyinin
məhsuludur.
Elmi-nəzəri fəalliyyətlə yaradıcı işin, fəlsəfi təfəkkürlə ictimai-
siyasi praktikanın bir şəxsin simasında birləşməsi nadir hadisədir.
*Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz.
*Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına,
mənəviyyatına, məsləkinə müxalifətdə durmasın.
*Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır.
*Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün
deyildir. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə
mənəviyyatsız heç bir şeydirlər.
*Tarix həmişə hər şeyi öz yerinə qoyur.
*Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları
qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər
güclü olar.
*Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir.
80
163
*Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək
qabiliyyəti hər bir adama lazımdır.
*Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun
nəticələrini aradan götürməkdən daha asandır.
*Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini,
özünə məxsus olan yeri tapmalıdır.
*Heç kim əbədi qalib ola bilməz.
*Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində
iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz.
*Kim ki, öz biliyindən, bacarığından artıq iddialar edir, o, həmişə
məğlub olur.
*İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki,
o, dini mənsubiyyətindən asılı olmayaraq, həmişə insanları dostluğa,
həmrəyliyə, birliyə dəvət etmişdir.
*Heç bir ölkəni özünə düşmən hesab etməməlisən.
*Rüşvətxoru, oğrunu qəhrəman etmək öz xalqına xəyanət
etməkdir.
*Ədalətsizliklə ədaləti bərpa etmək olmaz.
*Ağıl olan yerdə zora ehtiyac yoxdur.
*İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.
*Rüşvətxorluq bizi içimizdən yeyir.
*Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun
saxlanılması, daimi, əbədi olması bundan daha çətindir.
*Dövlət onun ərazisində yaşayan əhalinin təminatçısı olmalıdır.
*Həqiqəti gizlətmək, həqiqətin üstünü basdırmaq olmaz.
*Vətəndaşlıq milli mənsubiyyətlə müəyyən olunmur.
*Dünya ümumiyyətlə, quruculuqla, tikib-yaratmaqla yaşayıb,
inkişaf edibdir.
80
164
*Müstəqillik yolu qədər çətin yol yoxdur.
*Tariximizin hər səhifəsi bizim üçün əzizdir.
*Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu
mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi
quracağıq.
*Qurani-Şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar
insanları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa,
cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir.
*Rəhbərlik etmək, yəni adamları öyrətmək və
tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun.
*Qurani-Kərimin bütün kəlamları bu gün Azərbaycanda
Allahın yolu ilə getməyimiz üçün məşəldir.
*Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək,
şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir.
*Görkəmli
şəxsiyyətlər xalqın zəkasını, elmini,
mədəniyyətini dünyaya nümayiş etdirirlər.
*Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu
dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən olur.
*Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş,
ruhun canlanması lazımdır.
*Gərək nəbzin Vətənin nəbzi ilə vursun.
*Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir.
"Xalq qəzeti",
28 aprel 2000
.
80
165
İmayıllı torpağının yetirməsi
şair Hikmət Mahmud deyir:
Başı qarlı, əzəmətli bir dağsan,
Söz-söhbətdə büllur kimi bulaqsan,
Qəlbi qaynar od-alovlu olacaqsan,
BABA HEYDƏR! Ürəklərdə bitmisən,
Çoxlarının imdadına yetmisən.
Ellərimi bu dünyaya tanıtdın,
Siyasətlər zirvəsində var adın,
Öz xalqındır sənin qoşa qanadın.
Tufanlara sinən sipər olubdur,
Arzuların hər vaxt zəfər çalıbdır.
Varlığınla bu millətə baglısan,
Xalqımızın qədirbilən oğlusan,
Zəkalısan, qüdrətlisən, haqlısan.
Çox işlər var müşkül olub insana –
İdrakınla sən salmısan sahmana.
Qorbaçovlar çox top atdı yoluna,
Batmmadı qüdrətinə, ağlına,
Peyğəmbərlik yazılıbdı alnına.
Zər-zinnətdir elmi-zəka sarayın,
Müdriklikdə yox əvəzin, yox tayın.
Ən sevimli bəndəsisən Tanrının,
El-el gəzir şan-şöhrətin, ad-sanın,
BABA HEYDƏR! Sən dostusan dünyanın
80 yaşın xoş müjdədir hər elə,
Öndə durur doxsan, hələ yüz hələ...
80
166
İSTİFADƏ EDİLMİŞ MƏNBƏLƏR
Azərbaycanda heyvandarlığın və yem istehsalının əsaslı
yüksəlişini təmin etməli. "Kommunist" qəzeti, 29.VII.1981
H.Ə.Əliyev yoldaşın çıxışı, "Kommunist" qəzeti, 29.VII.1981
Rayon partiya - təsərrüfat fəallarının yığıncağında
H.Ə.Əliyev yoldaşın nitqi. "Zəhmətkeş" qəzeti, 30.VII.1981
Təbii fəlakətlə mübarizədə. "Kommunist" qəzeti, 8.XII.1981
Azərbaycan prezidenti H.Əliyevin
Şəkiyə
səfəri,
"Azərbaycan"qəzeti, 9-10.XI.2002
Unudulmaz görüşlər. "Zəhmətkeş" qəzeti. 25.VII.1981
Kalinin adına kolxozun bayrağında orden, "Zəhmətkeş"
qəzeti, 28.VII.1981
Dövlət komissiyasının iclası, "Zəhmətkeş" qəzeti, 14.01.1982
Rayon partiya-təsərrüfat fəallarının yığıncağı. "Zəhmətkeş"
qəzeti, 14.01.1982
Azərbaycan KP Mərkəzi Komitəsində. "Zəhmətkeş" qəzeti,
8.08.1981
Güclü dövlət güvənc yeridir. "Azərbaycan" qəzeti,
10.XI.2002.
İsmayıllılar dövlətçiliyə sadiqdirlər. "Azərbaycan" qəzeti,
15.XI.2002
Aqil Əliyev, Əbülfəz Qasımov. "Naxçıvan Muxtar
Respublikası: nailiyyətlər və problemlər. Birinci cild. Bakı,
2001.
80
167
Həsən Əliyev. "Həyəcan təbili". Bakı, 1982
Həsən Əliyev, Budaq Budaqov. "Əfsanəli dağlar". Bakı,
1973, səh. 39 və 46.
Həsən Əliyev, M.Xəlilov. "Yaşıl sərvətin keşiyində". Bakı,
1982,səh.52
M.Qurbanlı. "Əsrə bərabər 10 il" (1991-2001). Bakı, 2001
Əbülhəsən Ələkbərzadənin qeydləri. "Azərbaycan" jurnalı,
1980.N4, səh.10
Manaf Süleymanov. "Azərbaycan diyarı - Lahıc." Bakı, 1994,
səh.116-117
"Xalqın böyük xilaskarı." "Bakı Univesiteti" nəşriyyatı. 2001
ASE. IVcild. Bakı, 1980. səh.549-550
Azərbaycan Respublikası 1991-2001. Bakı. 2001
"Goranboyda izim qaldı..." Bakı, 2001
80
168
MÜNDƏRİCAT
Ön söz……………………………………………………….3
Unudulmaz görüşlər…………………………………………4
İsmayıllı rayon partiya-təsərrüfat fəallarının yığıncağında
H.Ə.Əliyev yoldaşın nitq…………………………………..13
Kalinin adına kolxozun bayrağında orden…………………38
Azərbaycanda heyvandarlığın və yem istehsalının əsaslı
yüksəlişini təmin etməli……………………………………52
H.Ə.Əliyev yoldaşın çıxışı……............................................59
Təbii fəlakətlə mübarizədə… ……………………………..76
Azərbaycan prezidenti H.Əliyevin Şəkiyə səfəri…………..80
İsmayıllılar dövlətçiliyə sadiqdirlər…….………………….89
Güclü dövlət güvənc yeridir……….……………………….95
R.Mahmudov
,
Milli iftixarımız…………………………………………...104
M.Sadıqov,
Rahat yolumuz üçün rəhbərə borcluyuq………………….110
Ə.Vahabova,
İllərə bərabər anlar……………………………………..…112
V.Salehov,
Yüksəlişə aparan gəliş……………………………….……119
A.Əzizov
,
Gənclərə örnək olan insanlar……..……………….………123
Ə.Rəsulov
,
Ekoloji təhlükəsizlik həyatdır……………………….……131
80
169
S.Rəhimova,
Gözümüzün işığı Zərifə xanım……………………………134
G.Həsənova,
Atalıq qayğısı yaşadır məni.………………………………137
M.Bağırov
,
Yaxşılıq unudulmur………………………………………140
İ.Həsənov,
Ağsaqqal sözü……………………………………………143
H.Kamilzadə
,
Xalqa məhəbbət körpüsü…………………………………148
M.Nəcəfov
,
Rəhbərə xalq inamı……………………………………….151
Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ……………153
Mətbuat səhifələrində……………………………………..155
Sözün düzü-haqqın özü………………………………...…159
Hər çəməndən bir çiçək…………………………………...162
İsmayıllı torpağının yetirməsi şair
Hikmət Mahmud deyir…………………………………....165
İstifadə edilmiş mənbələr…………………………………166
80
170
M.Süleymanov. "İsmayıllıda unudulmaz görüşlər",
Bakı, "Araz" nəşriyyatı 2003.
________________________________________________
Kompüter tərtibatçısı: Əsmər Əlirzaqızı
Korrektorlar: Kəmalə Məhəmmədəliqızı
Könül Müharibqızı
__________________________________________________
Yığılmağa verilmişdir. 5.04.2003
Çapa imzalanmışdır: 15.04.2003
Kağız formatı: 60x841/16
Şərti çap vərəqi: 13
Uçot nəşr vərəqi: 12
Sayı 400
Sifariş 18
Qiyməti müqavilə ilə
__________________________________________________
Kitabda Baş Arxiv İdarəsinin və Rafiq Bağırovun
fotolarından istifadə olunmuşdur.
_________________________________________________
"Araz" nəşriyyatının komputer mərkəzində yığılıb
səhifələnmiş və çap olunmuşdur
80
171
80
172
"
80
173
80
174
80
175
80
176
80
177
80
178
80
179
80
180
80
181
80
182
80
183
80
184
80
185
80
186
80
187
80
188
80
189
Dostları ilə paylaş: |