Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   55

151 
İnstitutunun direktoru Entso Boş söyləyir. Onun sözlərinə 
görə, fəlakətli hadisənin  əsasında, dərinlikdə kütlənin xeyli 
yerdəyişməsi durur ki, bu da Yerin səthində  dəyişikliyə  və 
Yer oxunun az hiss olunan dəyişməsinə gətirib çıxarır. 
Bundan başqa, bizim planetin oxu son 26 min ildə ko-
nusvari hərəkət edərək yerini dalğavari dəyişir, ona görə də 
zəlzələ  nəticəsində baş vermis yerdəyişmənin ölçülməsi 
daha da çətinləşir. 
Son yüzilliklərdə belə hallar 11 dəfə müşahidə olunub. 
Lakin, bu halda bütün göy cisimlərinin Günəş, Ay və s. tə-
sirini düzgün hesablamaq lazımdır. Sunamilərin ani dağıdıcı 
nəticəsini hiss etməmək mümkün deyil. Sahilə çataraq dalğa 
sözsüz ki, sahildə yaşayan dəniz quşlarının yuvalarını belə 
yuyub aparır. 
Belə hallarda bitki örtüyü daha çox təsirə  məruz qalır. 
Mərcan rifləri daha çox dağılır. Kakos palması isə xeyli 
dözümlü olur. Çünki kakos qozu hətta okeanda üzə-üzə bitir. 
Sunamilər haqqında təsəvvür yaratmaq üçün üzərində 
«Raketa» tipli katerlər üzən su anbarlarında bunu müqayisə 
etsək görərik ki, sahilə yaxınlaşarkən sahil nisbətən dayaz 
olduğu üçün sualtı  pərlər (mühərriklər) səthdən dibə  qədər 
bütün başqa gəmilərin  əmələ  gətirdiyi dalğadan güclü 
olduğu üçün sahilə birinci çatır. Bu dalğa çox hündür olmasa 
da çox uzundur. Belə  çıxır ki, həmin o ilk dalğalar su 
anbarından aşaraq 2-3 m sahilə tökülür, sonra geri çəkilir. 
Ondan sonra isə adi dəniz dalğaları gəlir. 
 
9.4. Sunamilərin gəlməsi haqqında xəbər edilməsi 
 
Bu hadisələri xəbər verən sistemlər əsasən seysmik məlu-
matların araşdırılması  nəticəsində mümkün olur. Əgər zəl-
zələ 7.0 və çox maqnitudaya malik olarsa (zəlzələ prosesin-


152 
də bu Rixter şkalasına  əsasən balla adlandırılır) və  zəlzələ-
nin episentri su altındadırsa, onda bu sunamilərin olacağını 
xəbər verir. Regionlarda və sahillərdə  əhalinin yayılması 
şəraitindən asılı olaraq həyəcan siqnalının verilməsi müxtəlif 
ola bilər. Bu işdə Azərbaycan alimlərinin də  əməyi çoxdur 
(E.N.Xəlilov və b.) 
Sunamilərin xəbər verilməsinin ikinci imkanı daha eti-
barlı olan «faktla» xəbərdarlığın edilməsidir, çünki bu halda 
sözsüz ki, yalan xəbərlər olmur, amma belə  xəbərdarlıqlar 
çox gec hazırlanmış olur. Baş vermis fakta əsasən xəbər-
darlıq telesunamilər üçün qiymətlidir. 2004-cü ilin dekab-
rında baş vermis İndoneziyadakı sunamilər bir neçə saat 
ərzində Afrikaya çatmış, 1960-cı ildəki Çili yaxınlığındakı 
zəlzələ  nəticəsində yaranmış sunamilər bir neçə saatdan 
sonra Havay adalarına çatmış, daha altı saatdan sonra 6 metr 
hündürlüyə çataraq Yapon adalarına çatması telesunamilər 
vastəsilə xəbər verilmişdir (şəkil 14, 16). 
Klassik misal kimi - Aleut sunamisini göstərmək olar, 
çünki Aleut adalarında baş verən ləpələr Havay adalarında 
özünü göstərir. Sunami dalğalarını okeanda təyin etmək 
üçün hidrostatiq təzyiqlə işləyən təbii siqnalvericilərdən isti-
fadə olunur. Belə siqnalvericilərə  əsaslanan xəbərvericilər 
süni peyklərlə əlaqə saxlayan ABŞ-da hazırlanan və DART 
(en.Deep Ocean Assessment and Reporting of Tsunamis) 
adlandırılan cihazdır. Real dalğanı gördükdə onun haraya nə 
vaxt çatacağını müəyyən etmək olar. Bu məlumatlara əsasən 
ölkələr bu fəlakətin təsirinin azaldılmasına nail ola bilərlər. 
Xəbərdaredici sistembrin əsas  əhəmiyyəti  əhali arasında 
aktual informasiyanın yayılmasıdır. Ən vacibi odur ki, əhali 
özü üçün sunamilərin necə təhlükəli olmasını təsəvvür etmiş 
olsun. Yaponlar təbii kataklizmalar haqqında çoxlu ümum-
təhsil proqramlarına malikdirlər, amma İndoneziya və başqa 


153 
sahil dövlətlərinin əhalisi əsasən sunami dalğaları haqda çox 
az məlumatlara malik olmuşlar ki, bunun da nəticəsində 
çoxsaylı insan tələfatı baş vermişdir. Çünki bu zonalarda 
belə hadisə çox az rast gəlinəndir. Həmçinin, Sahil zonala-
rının tikilməsi möhkəm qanunvericilik bazasına malik ol-
malıdır. Yuxarıda göstərilən hadisələrlə  əlaqədar Azərbay-
canın sahil zonalarında yaşayan  əhalinin kifayət qədər 
məlumatlı olması vacibdir. Əgər Xəzər dənizində bu vaxta 
qədər belə  təbii fəlakət baş verməmişsə  də, bu əhaliyə 
sunamilər haqda geniş  məlumatlar verməməyə  əsas vermir. 
Heç vəchlə unutmaq olmaz ki, Xəzər dənizinin xeyli hissəsi 
aktiv tektonik zona olan Alp-Himalay dağəmələgəlmə qur-
şağında yerləşir. Hesab edirik ki, Azərbaycan  əhalisi üçün, 
xüsusilə sahil zonalarında yaşayan insanlar üçün bu təbii 
katoklizmlər haqda geniş informasiyanın (lakin artıq 
qorxusuz) olması çox vacibdir. 
AMEA-nın Geologiya institutlarında alimlər Cənub-Şərqi 
Asiyada baş vermis dəhşətli zəlzələnin  əmələ  gəlməsi və 
nəticələri barədə öz mülahizələrini söyləyirlər. Onlar qeyd 
edirlər ki, «belə qüvvətli sunami hətta Yerin ətrafında fır-
landığı oxa da təsir edir». Yuxarıda qeyd etdiyimiz kimi İta-
liyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun di-
rektoru Entso Boş yazır ki, əgər bizim planetin ölçülərini və 
kütləsinin böyüklüyünü nəzərə alsaq bu inanılmazdır. Onun 
sözlərinə əsasən belə dəhşətli hadisənin əsasında böyük küt-
lənin yerdəyişməsi durur ki, bu da Yer üzərində dəyişikliyin 
əmələ  gəlməsinə  və yer oxunun azda olsa yerdəyişməsinə 
səbəb olur. 
Son 100 ildə belə hadisələri 11 dəfə müşahidə etmək 
mümkün olmuşdur. Lakin bu halda hər  şeyi düzgün hesab-
lamaq çox çətindir, çünki, Yerə Günəş və Ay xeyli təsir edir. 
Bundan başqa bizim planetin oxu, 26 min il müddətində 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə