162
suyu sahildən 500 m-ə qədər uzaqlaşır, sonra bu nəhəng su
kütləsi qüvvətlə sahilə çırpılaraq qarşısındakı hər şeyi dağı-
dır. Təsəvvür oyanırdı ki, qovulan dalğa 4000 m dərinlikdə
baş vermis sualtı zəlzələnin nəticəsində yaranmışdır. Bu
Sumatra adası yaxınlığında Birma və İndoneziya plitələrinin
tərpənməsindən baş vermişdir. Əslində isə sualtı qayıqla
enib baxsaq heç bir tərpəniş olması görünmür. Şri-Lanka
adasında çəkilmiş şəkildə əyri-üyrü dəmir yol relslərin
olması göstərir ki, bu böyük su kütləsinin sahilə hidravlik
qüvvəsi vasitəsilə çırpılması nəticəsində baş vermişdir. Bu
zərbə isə Yerə gələn Günəşətrafı «qara dəliyin» proyeksi-
yasının Cənub-Şərqi Asiyanın ekvatorial vilayətlərinə düş-
məsindən baş verir.
2004-cü ilin 26 dekabrında baş verən zəlzələ bilavasitə
Günəşin ləkəəmələgətirən aktivliyi vaxtına düşmüş, həm də
ki, bu ayın tam bədrlənmiş vəziyyətinə təsadüf edirdi.
Buna oxşar mənzərə 2004-cü ilin yanvar ayının 9-da
Sankt-Peterburqda olmuşdur. Günəşətrafı «qara deşiyin» pro-
yeksiyası yüksək təzyiq zonası - antisiklon yaratmış və şə-
hərdə az rast gəlinən qış subasması baş vermişdir. Nəzəri
olaraq belə kataklizmaları əvvəlcədən hesablamaq mümkün
deyil. Birincisi ona görə ki, Günəş üzərindəki ləkənin fizi-
kasını bilmirik. İkincisi, həm Günəş, həm də Yer fırlanır. Ona
görə də hansı ləkənin bilavasitə Yerə istiqamətlənməsini
demək çətin olur. Bundan əlavə Yerin peyki olan Ay da Yerin
kosmosdakı vəziyyətinə təsir edir. Amma hər halda alimlər
Günəşdə ləkəyaradan aktivliyin monitorinqini apara bilirlər.
Rusiyada kristalların böyüdülməsi indikatoru yaradılmışdır.
Bu cihazın içərisindəki xüsusi məhsul Günəşdəki təzyiqin
temperaturun və lazer şüalarının dəyişilməsini hiss edir.
2004-cü il dekabrın 4-də Moskva vaxtilə saat 14
25
-də
Günəş səthində birinci partlayış başlayaraq, Yer səthinə
163
doğru yüklənmiş hissəciklərin böyük kütləsi atılır. Bundan 8
dəqiqə sonra Amerika süni peyki GOES rentgen şüalarının
zərbəsini qeydə alır. Rentgen şüaları adətən S, M və X adlı
üç sinfə bölünür. Hər bir sinif özündən əvvəlkindən 10 dəfə
qüvvətli olur. Elə buna görə də dekabrın 5-də rentgen
şüalanması şkalanın ən yuxarısına, 9-10 ballara çatmışdır.
Belə rentgen şüalarının partlayışı tarixdə çox nadir hal-
larda baş verir. Xoşbəxtlikdən partlayış dalğası birbaşa Yer
səthinə yönəlməmişdi. Dekabrın 7-də baş vermis ikinci part-
layış daha ciddi olmuşdur. Bu zərbə Günəş üzərində 3,5 mil-
yard km
2
ərazidə yayılmışdır. Bu ərazi isə Yerin ərazisindən
85 dəfə çoxdur.
Bu iki partlayışdan gələn maqnit dalğaları, əgər 2004-cü
il dekabrın 10-13-ü arasında olsaydı, onda o dalğalar birbaşa
Yerə istiqamətlənmiş olardı. Bu partlayış dalğaların Yer
səthinə bir başa istiqamətlənmədiyinə görə bəşəriyyət əziy-
yət çəkməmiş, bir neçə süni peyklərdə olan elektron cihaz-
ların korlanması ilə nəticələnmişdir. Qüvvətli sunami 1952-ci
ilin payızında Kuril adaları və Kamçatkanın şərq sahillərini
tutmuşdur. Sualtı zəlzələnin ocağı nisbətən uzaq deyildi
(Kuril-Kamçatka dərinliyi ərazisində). Dalğa tezliklə Kuril
adalarına və Paramuşir adasına yaxınlaşaraq, ən çox 18 m
yüksəkliyə qalxmışdır.
Paramuşir adasında peçlər uçmuş, ev əşyaları tökülüb
sınmış, insanlar çölə qaçmışlar.
Paramuşirdə noyabrın 4-dən 5-nə keçən gecə əhali zəlzələ
nəticəsində tələsik oyanaraq evlərdən çölə çıxmışlar. Peçlər,
qab-qacaq, ev əşyaları dağılmış və qırılmışlar. Bir neçə
dəqiqədən sonra məlumatsız əhali evlərinə dönmüşlər.
Amma sunamilər haqda məlumatı olanlar, əsasən balıqçılar
dənizin sakit olmasına baxmayaraq, dağlara qalxmışlar.
Zəlzələdən 45 dəqiqə sonra okean tərəfdən güclü uğultu
164
eşidildi və bir neçə saniyə sonra Şimali Kurilə böyük sürətlə
nəhəng dalğa irəlilədi. Dalğaların ən hündür hissəsi şəhərin
mərkəzi hissəsində olmuş və çayın dərəsinə qədər çatmışdır.
Bir neçə dəqiqədən sonra dalğa dənizə doğru geri qayıdır
və özü ilə dağıtdığı hər şeyi aparmışdır. Boğazın dibi bir
neçə yüz metr məsafədə boşalır, sakitlik yaranır. 15-20
dəqiqədən sonra şəhərə daha qüvvətli 10 metr hündürlükdə
olan ikinci dalğa gəlir. Bu dalğa daha böyük dağıdıcı qüv-
vəyə malik olmuş, bütün tikililəri dağıtmışdır. Dalğanın
arxasında yalnız evlərin bünövrəsi görünürdü.
Dalğa şəhərdən keçərək, dağın yamacına çatmış, sonra isə
geri-çökəkliyə çəkilmişdir. Burada su dövrəsi yaranmış və
dövretmədə tikililərin qalıqları və kiçik gəmilər iştirak et-
mişlər. Geri çəkilərkən dalğa sahil zonanı arxadan vurmuş-
dur. Orada arxada qalmış bir neçə evi də dağıdaraq Kuril
körfəzinə dolmuşdur.
İkinci dalğadan bir neçə dəqiqə sonra üçüncü daha zəif
dalğa gəlir ki, bu da özü ilə sahilə çoxlu qırıntılar gətirir.
1960-cı ildə Çili yaxınlığında baş vermis sunami də
dəhşətli olmuşdur. Bu sunami nəticəsində nisbətən az adam
ölsə də, əsasən Maulin çayının mənsəbində təqribən 1000-ə
yaxın adamın batması güman olunur. Çili sahillərinə bir ne-
çə nəhəng dalğa hücum edir. Dənizdə ilk qabarma çox hün-
dür olmur. 4-5 m hündürlüyə qalxan dalğa 5 dəqiqə sakit
qalır. Sonra isə dalğa geri çəkilir. Geri çəkilmə sürətli ol-
maqla bərabər, sovrulan su səsinə oxşar qüvvətli səslə
müşahidə olunur. İkinci dalğa 20 dəqiqə sonra sahilə çırpılır.
Sürət 5-200 km/s, hündürlük isə 8 m olur.
Beləliklə yuxarıda yazılanlarda göründüyü kimi təbiətdə
elə təbii fəlakətlər vardır ki, onlar insanların fəaliyyətindən
asılı olmayaraq yaranır və bunların qarşısını almaq mümkün
olmur, həm də ki, böyük itkilərlə başa gəlir.
Dostları ilə paylaş: |