Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   55

169 
ona can atmış və sonda öz məqsədinə çatmışdır. Bunu çoxlu 
tarixi faktlar da göstərir. 
Bir neçə il bundan qabaq Çində – Lxasa şəhərində (Lxasa 
– Tibetin paytaxtıdır) bir neçə min illik yaşı olan sənəd 
tapılmışdır. Həmin sənəd qədim hind dili – sanskriptlə yazıl-
mışdır. Oxumaq üçün onu Çandiqixara (Hindistan) Universi-
tetinə göndərmişlər. Manuskripti öyrənən professor Rut 
Reyna göstərir ki, bu kitabda planetlər arası uçuşlarda istifa-
də olunacaq obyektləri (gəmilərin) yaratmaq üçün təlimatlar 
və onların hərəkəti üçün əks-qravitasiya qüvvəsinin prin-
sipləri qeyd olunmuşdur. Bu Yerin cazibə qüvvəsinə qarşı 
dura bilən mərkəzdən qaçma qüvvəsidir. Bu qüvvənin gücü, 
insan zəkasına (beyninə) bərabərdir. 
İnsana heç bir apparatsız uçmağa imkan verən qüvvədir. 
Sonra professor qeyd edir ki, bu kitabda belə bir məlumat 
var ki, qədim hindlilər bütün planetlərə uça bilən «Astra» 
adlı xüsusi uçan dəstələrdən ibarət gəmilər göndərə bilər-
dilər. Sonralar məlum olmuşdur ki, çinlilər bu sənədi  əldə 
etdikdən sonra ondan kosmosun öyrənilməsi və raketqa-
yırma işlərində istifadə etmişlər. 
Manuskriptdə hansı planetlərarası uçuşların həyata keçi-
rilməsi göstərilməsə də, Aya uçuşun planlaşdırılması göstə-
rilir. Lakin bu uçuşların keçirilməsi məlum deyil. «Ramaya-
na» adlı məşhur hind əfsanəsində «Vimana» və ya «Astra» 
tipli gəmilərin Aya uçuşu xırda detallarına qədər yazılır. 
Bir vaxtlar sovet arxeoloqları Türküstanda qədim cihaz 
tapmışlar və güman olunur ki, ondan kosmik uçuşlarda isti-
fadə olunmuşdur. Bu cihaz şüşə və farfordan düzəldilməklə, 
yarımdairə formasında olmuş, konusvari qurtaracağı olmuş 
və içərisində civə damlaları müşahidə edilmişdir. 
XIX-XX  əsrlərdə arxeoloqlar qədim  şəhər - Mohenco-
Dara da qazıntı  işləri apararkən, bu qədim  şəhərin küçə-


170 
lərində insan sümüklərinə rast gəlmişlər. Onların əksəriyyəti 
(skeletlərin)  əllərini yuxarı qaldırmış  şəkildə uzanmış ol-
muşlar ki, güman olunur ki, onlar səmadan gələn dəhşətli 
(uçan)  şeydən qorumaq istəyirlər. Bu insan skeletlərində 
(qalıqlarında) radioaktivlik fonu, on dəfələrlə adi qaydadan 
çox olmuşdur. Onları yalnız Xirosimo və Naqasakidəki, 
qalıqlarla müqaisə etmək olar.  
Qədim şəhərin daş divarları əriyərək şüşəyə çevrilmişlər. 
Belə çevrilmiş, daş  şüşələr, nəinki, Hindistanda, həm də 
İrlandiyada,  Şotlandiyada, Fransada, Türkiyə  və başqa 
ölkələrdə tapılmışdır.  
Göstərilənlərə faktiki olaraq, həm də yeganə ağıllı izah bu 
hadisələrin nüvə müharibələrilə  əlaqədar olmasını söylə-
məyə imkan yaradır. 
Bir çox müxtəlif mütəxəssislər hesab edirlər ki, nüvə 
silahları istifadə etməklə bu müharibələr nəticəsində məşhur 
Atlantida sulara qərq olmuş, Roma imperiyası isə Yer üzə-
rindən silinmişdir. Yalnız bundan sonra yeni daş  əsri baş-
lanmışdır. Müasir tarixin bir neçə minilliklərdən sonra baş-
lanması güman olunur. Yalnız güman etmək olar ki, bütün 
«Vimanlar» və «Levinlər» (Qədim uçan apparatlar) hamısı 
məhv olmuşlar. Lxasada (Çində) tapılmış Hind imperatoru 
Aşokanin «Manuskriptdə doqquz naməlum alim» əsərində 
göstərirlir ki, belə uçan apparatlar, sonrakı minilliklər də 
düzəldə bilərdi. 
Tarixçilərin məlumatına görə, məşhur Makedoniyalı 
İsgəndər öz qoşunları ilə Hindistana daxil olduğu zaman, 
«bir yerdə onların üzərinə «Uçan qaynar disklər», düşməyə 
başlayır, onları – insanları bir-birinə yapışdırır və atları 
qorxudurdular. 
Güman olunur ki, «Uçan disklər müasir dövrdə» boşqab-
larla nüvə müharibələri aparılırmış. Bəzi alimlər güman 


171 
edirlər ki, «Vaminlər» və «Levinlər», indi də geniş Tibet 
yaylasındakı  əlçatmaz mağaralarda və ya da Mərkəzi Asi-
yanın başqa yerlərində gizli yerlərdə qalırlar (və ya saxla-
nırlar). Lakin əfsuslar olsun ki, bu qədim uçan apparatların 
birisi də olsa müasir insanların əlinə düşməmişdir. 
Bütün yuxarıda qeyd olunanlar bir daha göstərir ki, in-
sanla – kosmos arasında həmişə qarşılıqlı  əlaqə mövcud 
olmuşdur.  
Astronomlar indi süni surətdə yaradılmış yeni tipli səma 
aparratlarını astronomiyanın spesifik sahəsi kimi qəbul 
edərək, metiorid astronomiyası ilə Günəş sistemini yaxından 
və yer atmosferini içəridən və planet astronomiyası ilə 
birlikdə götürürlər. 
Bu isə Günəş sisteminin hissələrini, yer sferasından kə-
narda öyrənməkdir.  
 
10.2. Qlobal proseslərin ekocoğrafi xüsusiyyətləri 
 
Cəmiyyət formalaşmağa başladığı ilk dövrlərdən etibarən 
tükənməz həyat mənbəyi olan təbii mühiti öyrənir, onun 
sərvətlərindən öz yaşayış mənafeyinə uyğun şəkildə istifadə 
edirlər. Təbii mühitin öyrənilməsi daim təkmilləşdirilir. 
Əgər əvvlllər, texniki vasitələrin zəif inkişaf etdiyi dövrlərdə 
təbii sərvətlər yalnız  ənənəvi olaraq adicə yerüstü müşahi-
dələr vasitəsilə öyrənilirdisə, kosmik texnika meydana 
gəldikdən sonra isə  təbii mühitin öyrənilməsində, ekoloji 
durumun qiymətləndirilməsində daha mütərəqqi üsullardan 
istifadə olunmağa başlanmış, bunun nəticəsində  tədqiqat 
işlərinin sürəti və keyfiyyəti xeyli yüksəlmiş, tədqiq edil-
məsi adi üsullarla mümkün olmayan bir sıra təbiət hadi-
sələrinin və obyektlərinin uzaq məsafədən öyrənilməsi üçün 
geniş imkanlar yaranmışdır. 


172 
Bütün bu tədbirlərin öhdəsindən layiqincə  gəlmək üçün 
müasir dövrdə  təbiətşünaslıq elminin bütün sahələrində 
geniş tətbiq olunmağa başlayan aerokosmik tədqiqat vasitə-
lərindən geniş istifadə olunur. 
Akad. H.Ə.Əliyevin təbirincə desək, təbii mühitin qorun-
masını, onun sərvətlərinin mühafizəsini və artırılmasını in-
sanların müasir mənafeyi tələb edir. Hazırda planetimizdə 
əhalinin sayının sürətlə artması ilə  əlaqədar qida ehtiyat-
larının tədqiq olunması probleminin həllində bu vaxta qədər 
mövcud olan ənənəvi tədqiqat üsulları kifayət deyil. Bu 
məsələnin həllində aerokosmik tədqiqat üsullarının geniş 
tətbiqi planetimizdə  təbii mühitin qorunması  və insanların 
ərzaq probleminin həllinə müsbət təsir göstərəcəkdir. 
Yer səthinin məsafədən, yəni yerdən-kənardan öyrənil-
məsinə ilk dəfə olaraq fotoşəkillərin köməyilə başlanmışdır. 
Bu sahədə görülmüş  işlərin tarixçəsi o qədər də böyük de-
yildir. 
Keçmiş SSRİ-də  təcrübə  məqsədilə Yerin ilk aerofoto-
şəkilləri 1927-ci ildə Özbəkistanda Fərqanə vadisinə torpaq 
xəritəsi çəkilmişdir. Hələ 1928-ci ildə akad. A.J.Fersman 
göstərmişdir ki, aerofotoşəkillər Yerin müxtəlif sahələri 
haqqında çox dəqiq və obyektiv məlumatlar verir. 
Müxtəlif vaxtlarda çəkilmiş aerofotoşəkillər vasitəsilə 
Yer səthində baş verən bütün təbii və antropogen proseslərin 
əmələ gəldiyi dəyişiklikləri izləmək mümkün olur. 
ABŞ-da 1927-ci ildə aerofotoşəkillərin köməyilə ilk 
olaraq İndiana ştatının torpaq xəritəsi hazırlanmışdır. 
1957-ci ildə SSRİ-də dünyada ilk olaraq (4 oktyabr) Ye-
rin süni peykinin orbitə  çıxarılması ilə  təbii mühitin 
öyrənilməsində kosmik tədqiqatlar mərhələsi başlanmışdır. 
Kosmik texnikanın durmadan inkişafı ilə ən yeni cihazlarla 
təchiz edilmiş süni peyklərin, orbital stansiyaların və kosmik 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə