Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   55

154 
konusvari hərəkət edir. Amma xətti istiqamətdə yox
dalğavari istiqamətdə olur. 
Lakin sunamilərin bir anlıq dağıdıcılıq fəaliyyətini hiss 
etməmək olmaz. Ekologiya institutunun əməkdaşı Alessand-
ro Montemogjori qeyd edir ki, «Sahilə çatdıqda dalğalar 
mütləq sahildə yaşayan dəniz quşlarının yuvalarını dağıdır». 
Bir çox növ quşlar bu zaman nəsil artırırlar. Sunamilər 
gəldikdə iri növlər xilas olsalar da, körpə balalar məhv olur 
və bu da onu göstərir ki, bu il burada yeni nəsil olmayacaq. 
Filippin pelikanlarına daha böyük ziyan dəymişdir, bu çox 
az rast gəlinən növdür. Onlar indi məhv olmaq ərəfəsində-
dirlər. Hazırda onların cəmi 11 min ekzemplyarı qalmışdır. 
Belə  fəlakətli hadisələrdən bitki aləmi çox ziyan çəkir. 
Qüvvətli dalğa xırda faunanı dağıdır. Onların populyasiyası 
yalnız 40-50 ildən sonra bərpa oluna bilərlər. Bundan əlavə 
duz torpağa hopmuş olur və yağışın yağmasını gözləmək 
lazımdır ki, onu yusun. Buralarda yalnız kakos palması 
(qozu) dalğalara dözür, çünki o, hətta okeanda üzə-üzə 
yaşaya bilir. Mərcan adaları sunamilərdən daha çox ziyan 
çəkirlər. Onların nazik və incə  bədənləri onsuz da iqlim 
dəyişikliklərinə və insan təsirinə məruz qalırlar.Yalnız sahil 
zonaları geoloji prosesləri nöqteyi-nəzərdən qüvvətli 
dalğalardan çox az zərər çəkmişlər. 
Bəs insanları bu fəlakətdən necə xilas etmək olar? 
Əgər bu dəhşətli dalğanın gəlməsi barədə insanlar heç ol-
masa 1 saat əvvəl xəbər tuta bilsələr, qurunun dərinliklərinə 
gedə bilər, gəmilər isə açıq dənizə çıxa bilərlər. Sunamilərin 
gəlməsini xəbər verməyə başqa dalğalar – Seysmik dalğalar 
kömək edir. Bu dalğalarla birlikdə yaranır, lakin yerin təki 
ilə, həm də sunamilərdən xeyli sürətlə hərəkət edirlər. 
Novosibirsk alimləri yerin təki ilə yayılan dalğaların 
köməyi ilə  təhlükənin istiqamətini təyin etməyi öyrənmiş, 


155 
Nijni Novqorod şəhərindəki Tətbiqi Fizika İnstitutunun 
mütəxəssisləri isə hesablama üsulu ilə sunamilərin sahildə 
özünü necə aparacağını müəyyən edirlər. Buna əsasən sa-
hillərdə «böyük dalğanın» hansı yerdə daha təhlükəli olma-
sını aydınlaşdırmaq olar. 
Məlumdur ki, hər 1000 sunami hadisəsinin 100-dən çoxu 
fəlakətli nəticələri ilə fərqlənərək hər şeyi məhv edir, tikililər 
və torpaq-bitki örtüyü dağılır (məs. 1993-cü ildə Yaponiya 
sahillərində, 1952-ci ildə Kamçatkada və b.). Sunamilərin 
80%-i Sakit okeanın kənarlarında baş verir. Ən çox da 
Kuril-Kamçatka çökəkliyində olur. 
İndoneziyada 26 dekabr 2004-cü il sunamiləri nəticəsində 
ölənlərin sayı 173 min 981 nəfərə çatıb. İndoneziyada suna-
mi dalğaları ətraf mühitə 675 mln. ABŞ dolları məbləğində 
zərər vermişdir. 
Uzaq Şərqdə sunami əmələgələn rayon əsasən dar bir sa-
hədə Kuril Kamçatka çökəkliyinin qərb yamacları hesab 
olunur. Bu ərazi sahildən 70 km məsafədə uzanmış, 90 km 
enində zolaqdır. Bir çox fəlakətli sunamilər burada baş 
verərək Kuril adalarına doğru irəliləyirlər. 
Kuril adalarında sunamilər haqqında ilk məlumatlar 17 
oktyabr 1737-ci ilə aiddir. O vaxt dalğaların hündürlüyü 
onlarla metr olmuşdur. Sonrakı illərdə bu ərazilərdə 75 dəfə 
sunami hadisələri baş vermişdir. 
Keçən yüzillikdə  ən nəhəng sunamilərdən biri 5 noyabr 
1952-ci ildə Kamçatka yarımadası sahillərində baş vermiş-
dir. Ən çox zərər çəkmiş ərazi Paramuşir adasındakı Severo-
Kurilsk  şəhəri olmuşdur.  Şəhərə hücum etmiş dalğaların 
hündürlüyü 10-15 m olmuşdur. Bəzi məlumatlara  əsasən o 
zaman  şəhərdə 13 nəfər həlak olmuşdur. Bu dağıdıcı suna-
midən sonra Uzaq Şərqdə Rusiyanın sunamilərlə mübarizə 
xidməti yaradılmışdır. 


156 
1960-cı il mayın 23-də Çili sahillərində yaranmış sunami 
16 min km-dən çox məsafə qət edərək, 21-22 saatdan sonra 
Rusiyanın Uzaq Şərq sahillərinə çatmışdır. 
Dalğanın hündürlüyü 4,7 m olmuşdur. Sunami həmçinin 
Oxot dənizinə keçmişdir. 
 
9.5. Təbiətdə sunami dalğalarının vurduğu zərərlər 
iqtisadi, ekoloji, mənəvi mahiyyət kəsb edir 
 
Sunamilər  əsasən dənizin titrəyişi və vulkan fəaliyyətin-
dən törənən, saatda 600-700 km sürətlə  hərəkət edən, hün-
dürlüyü 30-40 m, bəzən daha artıq olan uzun dövrlü dalğa-
lardır (şəkil 13). Onlar Sakit okeanın hər iki sahili boyu 
Kamçatkanın, Kuril adalarının, Saxalin adasının, Havay ada-
larının, Çilinin, Alyaskanın  əhalisi üçün çox böyük təhlükə 
yaradır (şək. 14, 16). 
1996-cı ildə Yaponiyada hündürlüyü 29 m olan sunami 
dalğaları San Riqo şəhəri sahillərinə çırpılmış və nəticədə 28 
min adam həlak olmuşdur. Ümumiyyətlə, sunami yaponlara 
yaxşı məlum olsa da 1993-cü ildə baş vermis sunami nəticə-
sində  əhali qaçmağa macal tapmamış  və Yapon adaları sa-
hillərində 200 nəfər ölmüş, 500-dən çox ev dağılmışdır. 
Ölənlərin  əksəriyyəti uşaqlar və yaşlılar olmuşdur. 1933-cü 
iidə Akudzizi adasının cənub qurtaracağından 320 km 
cənubda Toqo şəhərində dağıdıcı sunami baş vermis və xeyli 
insan tələfatına səbəb olmuşdur. İndi həmin şəhər ətrafında 
sunami dalğalarının qarşısını almaq məqsədi ilə 10 m 40 sm 
eni, 24 m hündürlüyü olan divar tikilmişdir. Yayda divar 
qızır, evlər bərk isti olur. Toqo şəhərində də Havay adaların-
da olduğu kimi tədqiqat obyekti vardır ki, orada gecə-
gündüz nəzarət aparırlar. Toqo şəhəri ətrafındakı divarlarda 
6 iri qapı vardır. Həmin qapılar nəzarət postlarından verilən 
xəbərlərə əsasən sunami dalğalarından 4 dəqiqə əvvəl bağla-


157 
nır. Hazırda Akudzizi adasında da bənd tikilir. 
9.5-ci cədvəldə ayrı-ayrı illərdə Dünya okeanında baş ver-
mis sunamilərin fəlakətli dalğalarının bəşəriyyətə vurduğu 
ziyanlar haqqında bəzi məlumatlar verilmişdir. Burada 
göstərilir ki, bunun nəticəsində 100 minlərlə insan tələf olur, 
sunamidən dəyən zərərin miqdarı milyardlarla, dağılan evlərin 
sayı minlərlə, batan gəmilərin, yaralananların sayı minlərlə 
hesablanır. Sunami dalğalarının fəlakətlərindən ölən insanların 
xatirəsini yad edərək həmin ölkələrin bəzilərində (xüsusilə 
Amerika qitəsi sahillərində) suya işıq yanan kağız fənərlər 
buraxılır və bu böyük bir ərazidə qəribə bir mənzərə yaradır. 
1946-cı il aprelin 1-də Havay adaları  ətrafında Xilas bux-
tasına saatda 640 km yol qət edən, hündürlüyü 30 m olan su-
nami dalğaları hücum etmişdir. Bu dalğalar 3800 km yol qət 
edərək sahilə  çırpılıb. Nəticədə buxta ətrafındakı bütün 
rayonlar dağılmışdır. 159 insan tələf olmuşdur, onlardan 95-i 
Xilas buxtasında həlak olmuşlar. Bu dalğaların gücü bəzən 960 
km-ə çata bilir (cəd. 9.5.). 
1960-cı ü mayın 22-də Çili ətrafında əmələ gəlmiş sunami 
dalğaları, 11 m hündürlükdə su bombası kimi Havay adaları-
na çırpılır. Nəticədə 31 nəfər tələf olub. Ölkəyə 30 milyon 
dollar ziyan dəymişdir. Ümumiyyətlə, keçən əsrdə hər yeddi 
ildən bir orada sunami baş verib. İkinci dünya müharibə-
sindən sonra Havay adalarında sunamidən ölənlərin sayı 
zəlzələdən ölənlərdən çox olub. 
1964-cü ildə Alyaskadakı zəlzələ sunami yaradır. Dalğa-
nın hündürülüyü 24 m olmuşdur. Mart ayının 27-də dalğalar 
Alyaska sahillərindəki (Sakit okeanm Şimal-Qərb sahillərin-
də) Kreysen Siti şəhərinə çatır və şəhər suyun altında qalır. 
11 nəfər həlak olur, ölkəyə 7 milyon dollar zərər dəyir. Qa-
çıb xilas olmuş insanlar şəhərə qayıtdıqda orada şəhər yox 
idi. Tarixdə Vaşinqton ətrafında 300 il bundan əvvəl sunami 
olması məlumdur. Alimlərin fıkrincə Amerikanın şimal-qərb 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə