Microsoft Word maya book 2013 A5 son



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/55
tarix18.04.2018
ölçüsü2,8 Kb.
#39019
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   55

141 
 
 
Şəkil 9.9. Sunami dalğalarının gəlişi 
 
Sualtı zəlzələlər. Bütün sunamilərin 85%-i su altında zəl-
zələ nəticəsində, okean dibinin şaquli hərəkəti ilə baş verir. 
Dibin bir hissəsi aşağı düşür, bir hissəsi isə yuxarı qalxır. 
Suyun səthi şaquli istiqamətdə hərəkətə gəlir və ilkin səviy-
yəyə qayıtmağa çalışır, dənizin orta səviyyəsinə doğru bir 
neçə dalğa əmələ gətirir. Heç də bütün sualtı zəlzələlər suna-
milərlə müşayət olunmur. Sunami yaradan dalğalar adətən 
zəlzələ ocağının çox dərində olmadığını bildirir. 
Təsəvvür edək ki, zəlzələ nəticəsində, sualtı vulkanın püs-
kürməsi və ya dənizin dibinin müəyyən hissələri üçqun 
nəticəsində sürətlə yerini dəyişir. Məs. Yuxarıya doğru su-
yun heç vaxt sıxılmadığını nəzərə alsaq, onda həmin anda su 
yuxarıya qalxır və  dəniz səthinin müvafıq sahəsi - su 
səthində çox da hündür olmayan təpə  əmələ  gətirir. Həmin 


142 
bu dalğa sunami ocağı hesab olunur; ondan suya atılmış daş 
kimi hər tərəfə dalğalar yayılır. 
Titrəmə dənizin dibindən səthə doğru baş verir; bilavasitə 
beləliklə sunami dalğaları yaranır. Ancaq titrəmənin belə 
ötürülməsi açıq dənizdə qüvvətli dalğa  əmələ  gətirmir. Də-
nizin ortalarında belə dalğalar zərərsizdir; onun kəskin təza-
hürü yalnız onda hiss olunur ki, dalğalar sahilə gəlib çatmış 
olsun. 
Dalğalar dayaz sahilə çatdıqda, sahil xəttinə yaxın onların 
sürəti azalır, hündürlüyü isə artır. 
Sunami dalğalarının davamiyyəti ardıcıl dörd mərhələyə 
bölünə bilər. Birinci mərhələ dalğanın yaranması, ikinci 
mərhələ dalğaların okean səthində hərəkəti, üçüncü mərhələ 
dalğalarla sahil zonasının qarşılıqlı  əlaqəsi, dördüncü mər-
hələ - dalğanın zirvəsinin sahil zonasına çırpılması, su küt-
ləsinin quru üzərinə hərəkəti. 
9.1-ci  şəkildə sxematik surətdə sunaminin iki halda ya-
ranması göstərilir: 
a) dəniz dibinin sahəsi yuxarıya qalxır; 
b) dəniz dibi aşağı enir. 
Birinci halda sunami gətirmə dalğası ilə yayılır, ikinci 
halda isə çəkilmə dalğası ilə irəli gedir. 
İkinci halda dənizin qısa müddətli sahildən geri çəkilməsi 
prosesi sunami dalğalarının zirvəsinin yaxınlaşması  ərəfə-
sində müşahidə olunur. 
Sunami dalğalarının hündürlüyü və uzunluğu (deməli onun 
enerjisi) yeraltı  təkanların gücündən asılıdır. Zəlzələnin 
episentrinin səthə  nə  qədər yaxın olması rayonda dənizin 
dərinliyindən asılıdır. Görünür, sunami dalğaları o vaxt daha 
qüvvətli olur ki, yerdəyişmənin miqyası iri olsun. Bir halda 
ki, okeanın müxtəlif yerlərində dərinlik müxtəlifdir, ona görə 
də müvafıq olaraq sunamilərin sürəti də müxtəlif olacaqdır. 


143 
Okean dibinin relyefini və sunamilərin  əmələ  gəlmə 
yerini bildikdə, hesablamaq olar ki, neçə vaxtdan sonra 
dalğa bu və digər sahilə nə vaxt çatacaq (şəkil 9.2.) 
Kosmosda uçan aparatlar Sakit okean üzərindən uçarkən 
(sutkada 8-10 dəfə) onların göyərtəsində olan cihazlar 
okeanda hərəkət edən sunami dalğalarının yerini, sürətini və 
s. parametrləri çəkərək Sakit okeanın hər iki sahilindəki yer-
üstü obyektlərə verirlər. Həmin obyektlərdə onlar hesabla-
naraq operativ tədbirlər üçün yararlı olur. Sunami sahilə 
yaxınlaşdığı zaman üçüncü mərhələsi - sürəti və uzunluğu 
xeyli azalır, hündürlüyü artır. 
Sunami dalğaları sahilə hücum edərkən onun axırıncı 
(dördüncü) mərhələsi başlayır (şəkil 9.1). Adətən öldürücü 
dalğaların gəlməsinə az qalmış gözlənilməz çəkilmə baş 
verir, su sahildən minlərlə metr dənizə doğru çəkilir. Bu 
fəlakətin ilk əlamətidir: bir neçə  dəqiqədən sonra sahildəki 
şəhərlərə və balıqçı qəsəbələrinə hündür divar kimi dalğalar 
hücum edir və öz yolunda hər şeyi dağıdır və yuyub aparır. 
Bu dalğaların fantastik qüvvəyə malik olmasını təxminən 
yüz il bundan əvvəl Amerikanın Sakit okean sahillərində də 
baş vermis hadisə ilə  təsəvvür etmək olar. O vaxt sunami 
dalğaları limanda lövbər salmış böyük gəmini göyə qaldı-
raraq onu liman şəhərindən keçirərək, xeyli uzaq ərazidə 
rahat quru ərazidə yerə buraxmışdır. Məlumat verilir ki, gə-
minin heyəti dünyanın başqa bir küncündə yaşayan gəminin 
sahibinin hansı  qərar qəbul edəcəyini gözləyərək, gəmini 
tərk etməmiş, hətta gəmi  ətrafında tərəvəz yetişdirməyə 
başlamışlar. 
Əfsus ki, belə  qəribə hadisələr çox təsadüfı halda olur. 
Sunamilərlə çox maraqlı fıziki və mexaniki hadisələr əlaqə-
dardır. Bu hadisələr uzun müddət sirr olaraq qalırdı. Suna-
milər üzərindəki müşahidələri analiz edərək, hiss etmək olar 


144 
ki, sahillərdə (sahilə çıxışı eyni olan şəraitdə) dalğanın hün-
dürlüyü zəlzələnin episentrindən uzaqlaşdıqca həmişə mo-
noton azalmasına səbəb olur. Ekvator rayonunda belə 
zəlzələ baş vermis və böyük dalğa yaratmışdır. Episentrdən 
200-300 km aralı bu dalğanın dağıdıcı  təsiri olmur. Bu 
dalğalar Kamçatkaya çatdıqda, (məsafə bir neçə min km) 
dalğa böyük dağıdıcı qüvvəyə malik olur. 
Bu paradoks uzun müddət izah olunmamış qalmışdır. Bu 
yaxın illərdə keçmiş SSRİ-EA-nın Sibir bölməsinin hidro-
dinamika  İnstitutunun  əməkdaşı R.M.Qaripov bu hadisə ilə 
əlaqədar geniş izahat vermişdir. Məsələ ondan ibarətdir ki, 
bu  şəraitdə dalğa çox yüksəkliyə malik olub və öz əmələ 
gəldiyi yerdən xeyli uzaqda yaranır. 
Həmin proses belə izah olunur ki, az suyun xətti səviyyəsi 
çərçivəsində dalğaların yayılması akustik bərabərliklə təsvir 
olunur. Hansı ki, dərinlik az olduqda dalğanın sürəti az ol-
malı, dərin olduqda isə böyük olmalıdır. Bir halda ki, okea-
nın dibi nahamardır, onda sualtı qalxmaların sürəti dərin 
sahələrə nisbətən az olur. 
Bu dalğanın deformasiyasına səbəb olur ki, bu da hövzə-
nin dayaz sahələrində enerjinin toplanması ilə müşayət 
olunur. Dalğaların əsas baş hissəsi sualtı dağın üstündə onun 
kənarlarına nisbətən yavaş hərəkət edir, o hissə elə bilki, geri 
qalır.  Əgər belə dalğa cəbhəsinə yüksəkdən baxsaq, onda 
görərik ki, həmin dalğa zirvəsi üzərində  əyilmiş kimi olur. 
Ona görə  də, Kamçatkanın episentrdən çox uzaq olmasına 
baxmayaraq sunami dalğaları burada iri həcmli və güclüdür, 
nəinki episentrə yaxın yerdəkindən. Bu dalğaların sualtı 
dağların üstündə toplanmasının nəticəsidir. 
Sunami dalğalarını qüvvətli külək dalğaları ilə müqayisə 
etmək olar. Onlar yayılma sürətlərinə görə bir-birindən fərq-
lənirlər. Fırtınalı dalğanın təyin olunmuş sürəti 0,8 küləyin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə