14
Beləcə, Oxay Ləyanı görən zaman Mırxor da qızı görür. Qız Mırxorun çox
xoşuna gəlir. Oxay geri-dənizə gedən zaman Mırxor geri qayıtmır. Kənardan qıza
çoxlu tamaşa edir. Amma baxmaqdan doymur. Könlündən qızcığazla danışmaq
arzusu keçir.
***
Qaranlıq qarışdı. Ləya hələ də çayın qırağında gözləyirdi. Və birdən üzü itə,
bədəni xoruza oxşayan Mırxor gəlib Ləyanın qarşısında oturdu. Qızcığaz
qorxudan titrəməyə başladı.
– Mır...mır...mənim adım Mırxordur. Bəs sənin adın nədir? –deyə soruşdu
qızdan.
Ləya cavab vermədi. Doğrusu, cavab verə bilmədi. Dili tutuldu qızcığazın.
Bu dəfə o xoruz səsi çıxartdı:
– Quq..qulu...qu..ququli...ququli...edib güldü. Hi...hi...hi...
Mırxorun ağzında böyük və iti dişləri vardı. Ləya elə zənn etdi ki, Mırxor
onu yeyəcək.
– Niyə dillənmirsən, danış mənimlə-dedi.
15
Mırxor dişlərini xırçıldatdı. Deməli, mənimlə danışmaq istəmirsən?- deyə,
soruşdu. Mırxor nə qədər etdisə, Ləya danışmadı. Onun danışmadığını görən
Mırxor əlini qızın sarı saçlarında gəzdirdi.
Ləya bundan ürəkləndi. Güc-bəla ilə dilləndi.
– Sən məni yeyəcəksən?
Mırxor:
– Yox, səni niyə yeyim ki, mənim səndən xoşum gəldi.
Ləya sorusdu:
– Bəs sən kimsən?
– Mən dəniz itiyəm.
Mırxor pişik kimi miyoldayıb Ləyanı darıxmağa qoymurdu. Tez-tez də
dişlərini ona göstərib;
– hi...hi...hi...hi..edərək mayallaq aşır, Ləyanı güldürürdü.
Ləya acmışdı. Odur ki, Mırxordan soruşdu;
-
Mən acmışam, bəs sən? Mırxor qaranlıqda gözdən itdi, deyəsən,
yemək dalınca getdi. Ləya sual verdiyinə peşman oldu. İndi o təkcə neyləyəcəkdi
çay kənarında?!
Mırxor tez qayıtdı. O meşədən Ləya üçün bal tapıb gətirmişdi. Ləya balı
yeyib, Mırxora təşəkkür etdi.
Səhərə yaxın Mırxor;
Quq...qulu... qu... edərək xoruz kimi banlamağa başladı.
Səhər açıldı...
***
Birdən çay silkələndi. Uğuldadı. Çayın suyu fəvvarə kimi qalxdı. Oxay su
üzündə göründü. Mırxor titrəməyə başladı. Oğlan Mırxoru görən kimi qəzəbləndi:
– Mırxor, sən burada nə sülənirsən, -deyə onun üstünə qışqırdı. Mırxor
Oxaydan qorxub, quyruğunu xoruz bədəninə sıxdı.
Oxay:
– Rədd ol dənizə, sülək it! –deyib onu qovdu.
16
Mırxor Ləyadan utandı. Yazıq-yazıq Ləyanın üzünə baxdı:
Mır..r...r ..mır..edərək uzaqlaşdı. Çayın ortasına üzdü və buradan suya girdi,
sonra da başını sudan çıxarıb Ləyaya sağ ol, deyirmiş kimi quq...qulu ...qu etdi və
çaydan keçib, dənizə sarı üzdü.
***
Ləya sevinirdi. Axı Oxay geri dönmüşdü.
Oxay:
– Salam Ləya!
– Salam, mənim sevimli və yeganə dostum. Nəhayət ki, döndün. Nə xəbərlə
gəlmisən?
Oxay güldü və dedi:
– Əlbəttə ki, şad xəbərlə gəlmişəm.
– Bəs niyə belə gec gəldin?
– Eh, Ləya, bilirmisən, sənin üçün atama nə qədər yalvarıb xahiş etmişəm.
Sonunda onu razı sala bildim.
Ləya sevindi. Odur ki, yüyürüb özünü çaya atdı ki, dostunu qucaqlayıb
öpsün. Lakin bacarmadı. Çayın suyu onu altına aldı. Oxay ucadan gülüb, onu
suyun üzərinə çıxartdı. Beləcə onlar suda çoxlu oynadılar.
Vaxt yetişdi. Dostlar ayrılmalıydılar.
***
Oxay Ləyadan soruşdu:
– Keçilərini tapıb, analığının yanına dönmək, yaxud zamanın geri
çəkilməsini, ata-ananla birlikdə yaşamaq arzusundasan? Ləya düşünmədən
dilləndi:
– Zamanın geri dönməsini və qardaşımın da bizimlə birlikdə olmasını
istəyirəm.
Oxay Ləya ilə vidalaşdı və dedi:
– Ləya, gözlərini yum və xahiş edirəm açma. Sənin atamı görməmən
gərəkdir, dostum mənim. İndi atam sudan çıxacaq, zamanı geri döndərəcək.
Ləya gözlərini yumdu. Çay uğuldadı. İldırımlar şaqqıldadı. Balıqlar qorxub
qaçdı. Dəniz cadugəri suyu yarıb çaydan çıxdı...
17
***
Ləya gözlərini açdı. Yanında nə Oxay, nə Mırxor, nə də dəniz Cadugərı yox
idi. Onun yanında doğma ata-anası vardı.
– Yox, bu yuxu deyildi. Cadugar zamanı geri döndərməyi bacarmışdı.
Budur, Ləyanın anası-atası sağdır. Onlar xoşbəxt və mehribandırlar. Anası
qızının sünbül saçlarını darayır, qayğısına qalırdı. Sonra atası onu qoz ağacının
altındakı yelləncəkdə yelləyir. Ləya isə gülür...gülür...gülürdü...
Hə, doğrudan da onlar xoşbəxtdirlər! Sarı ilan da hər zaman Ləyanın
yaxınlığında yaşadı. Axı o Ləya ilə dost olmuşdu.
***
Hə, uşaqlar, indi sizə kimdən xəbər verim, dəniz Cadugərinin oğlu
Oxaydan. O, Ləya üçün darıxırdı. Özü də çox darıxırdı. Odur ki, hərdən Ləyanın
yuxusuna gəlir, onunla söhbət edirdi.
Oxayın arxasınca gizlincə gələn dəniz iti, sülək Mırxor isə Ləyaya uzaqdan
və gizlincə baxa-baxa qalırdı yuxuda. Beləcə nağılımız bitdi, illər ötdü, Ləya
böyüdü və xoşbəxt oldu.
18
Görməmiş pişik
Biri vardı... biri yoxdu... Bir qoca qarı vardı... Bu qarının Ləliş adında
nəvəsi vardı. Nənə və nəvə kasıb komada yaşayırdılar. Hətta bəzən yeməyə heç nə
tapmırdılar. Belə vaxtlarda qonşular onlara kömək edir, Ləlişə yemək gətirirdilər.
Onlar hər kəslə mehriban dolanırdılar, qonşular da onları sevirdilər.
***
Qış gəldi. Havalar soyudu. Qar yağdı. Belə soyuq havada bir gözü göy,
digər gözü yaşıl pişik Ləlişgilin balaca və köhnə daxmalarının qarşısında
miyoldadı. Pişik tez-tez əllərini bir-birinə sürtür, daha sonra ağzına apararaq
üfürürdü.
Myo... myo... myo...
Pişik gördü ki, onu saya salan, qapını açan yoxdur. Hirsləndi:
Dostları ilə paylaş: |