32
Dillənin ha dillənin
Hoppa!
Orda quyu görmüşəm,
Hoppa!
Bəs kim gedər baxmağa?
Hoppa!
Sən suya tullan görüm,
Hoppa!
Quyuda varmı qurbağa?
Hoppa!
Əfsun yüyürüb balaca Merini suya itələyib dedi:
Meri getsin baxmağa,
Hoppa!
Vay... vay...Meri suda boğulmağa başladı. Tomka nə qədər çalışsa da
Merini quyudan çıxara bilmədi. Qaçıb evdəkiləri köməyə çağırdı. Onlar gəlib
balaca Merini quyudan çıxartdılar.
Hamı Əfsunu danladı.
– Bəs sən niyə Merini suya atdın?- soruşdular.
Əfsun cavabında;
– Bilmək istədim görüm, Meri suda qurbağa görə biləcəkmi?
Əfsunun anası onu danladı və dedi:
– Meri suda boğulsaydı neyləyərdin?
– Anacan, məni danlamayın. Səhvimi başa düşmüşəm. O, suda boğulsaydı,
mən dostsuz qalardım. O gündən Əfsun daha nadinclik etmədi.Tomka və Merini
daha da çox sevməyə başladı. Hətta anasının bişirdiyi südlü sıyıqdan onlara da
pay apardı.
33
Lamoşkanın ağ corabları
Biri vardı, biri yoxdu... Təzə
toxunmuş ağ corablar vardı. Bu co-
rabların sahibinin adı Lamoşka idi.
Corabları nənə toxumuş, ad günün-
də nəvəsi Lamoşkaya hədiyyə et-
mişdi. Balaca Lamoşka corablarını
xoşlayar, onları qonşu uşaqlara gös-
tərib;
– Bir baxın, görün nə gözəl ağ
corablarım var, mənim! Onları mə-
nim üçün nənəm toxuyub, – deyə
qızların yanında lovğalanardı.
Uşaqlar da onun ağ corablarının
gözəl olduğunu təsdiqləyib;
– Ay Lamoşka, doğrudan da
gözəldir! Sənin nə yaxşı nənən var,
o, yəqin ki, bizim üçün də corab toxuyar?-dedilər.
Lamoşka qızlara qəzəbləndi. Qaşlarını çatıb, onlara dedi:
– Olmaz! O, mənim nənəmdir! Lamoşka corablarını sinəsinə sıxıb evə
qaçdı. Nənəsinin yanına gəlib, üzündən öpdü və oxudu;
Nənəm, nənəm, ay nənəm,
Corabları say, nənəm.
Çoxlu-çoxlu toxu sən,
Amma vermə pay, nənəm.
Nənə də cavabında dedi;
Lamoşka mələyimdir,
Duzumdu, çörəyimdi.
Təkcə indi demirəm,
Həmişə gərəyimdir!
Nənə Lamoşkanın saçlarına sığal çəkər, dizinin üstündə oturdar, ona nağıllar
danışardı.
34
***
Lakin bu, mehribanlıq çox çəkmədi. Lamoşka dəyişdi. Nadinclik etməyə
başladı. Heç kimin sözünə baxmır, nənəsini bəyənmir, ata-anasını incidirdi.
***
Soyuqlar düşdü. Qar yağdı. Lamoşka küçəyə çıxıb, uşaqlarla oynamaq
istədi. O, nənəsi toxuyan ağ corablarını axtarmağa başladı. Lakin tapmadı.
Anasından, atasından, sonunda nənəsindən soruşdu.
– Nənə, mənim corablarım hanı?
Nənə Lamoşkanın corablarını axtardı. Tapa bilmədi.
– Hara düşübsə, tapa bilmirəm, qızım, -dedi.
Lamoşka qəzəbləndi.
– Hanı mənim corablarım?-deyə nənənin üstünə bağırdı.
Nənə:
– Qızım, sənə təzə corab toxuyaram. Bir neçə gündən sonra nənə Lamoş-
kaya təzə corab toxumağa başladı, özü də ağappaq ipdən. Onları Lamoşkaya gös-
tərib;
35
– Gör nə gözəl corabdı, ay Lamoşka, sə-
nin üçün toxuyuram-dedi. Lamoşka onu saya
salmadı, nənəsinə sataşmağa və oxumağa baş-
ladı.
Nənəm, nənəm, ay nənəm,
Saçları xəzəl nənəm.
Üzü qırış-qırışdı,
Hər yanı gəzər nənəm.
Nənə onun sözünü eşidib başını aşağı
saldı və yaşarmış gözlərini gizlincə sildi.
Ürəyində nəvəsindən küssə də, incikliyini
bildirmədi. Lamoşka bunu gördü, lakin ona
əhəmiyyət vermədi.
***
Nənə corabları toxuyub qurtardı. Corab Lamoşkanın xoşuna gəldi. Əlinə
götürüb sığalladı və sevincək ayağına keçirdi. Corabın ilmələri öz-özündən
açılaraq sökülməyə başladı. Nənə yenidən toxudu. Lamoşka yenidən geyindi.
Corab yenidən söküldü.
Lamoşka;
– A...a...a bunlar niyə sökülür?-deyə soruşdu.
Corablar Lamoşkanın əlindən yerə tullanıb, addımlayaraq, nənənin yanına
yeridilər. Nənə onları götürüb yenidən Lamoşkaya verdi. Corablar bu dəfə də
sürüşüb yerə düşdü və nənənin yanına qaçdılar.
Lamoşka corablardan soruşdu:
– Ay corablar, məndən niyə qaçırsınız?
Corablar dilləndi:
– Bəs sən niyə nənəni incidirsən?! Nə qədər ki, nənəni incidəcəksən, biz də
sənə yaxın durmayacağıq. Elə bu zaman itmiş ağ corablar da tullana-tullana gəldi
və təzə corabların yanında dayanıb dedilər:
– Elə biz də Lamoşkanın nənəni incitdiyini görüb, sandıqda gizlənmişdik.
O, ata-anasını, hətta qonşu uşaqları da incidir. Nənənin toxuduğu corabları
uşaqlara pay verməyə qoymur. Biz istəyirik ki, nənə toxuduğu corablardan
uşaqlara pay versin. Axı hava soyuqdur, onların da ayaqları üşüyür.
Lamoşka səhvini başa düşüb, nənədən üzr istədi. Qollarını onun boynuna
dolayıb nənəsini öpdü və dedi:
– Nənə, məni bağışla, mən səni çox istəyirəm. Elə bu zaman təzə, ağ corablar
Lamoşkanın ayaqlarına sarıldılar.