Microsoft Word Metanet Ulushirvanli 2 70x100



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə4/12
tarix12.10.2018
ölçüsü4,67 Mb.
#73555
1   2   3   4   5   6   7   8   9   ...   12

 

14

 



Beləcə, Oxay Ləyanı görən zaman Mırxor da qızı görür. Qız Mırxorun çox 

xoşuna gəlir. Oxay geri-dənizə gedən zaman Mırxor geri qayıtmır. Kənardan qıza 

çoxlu tamaşa edir. Amma baxmaqdan doymur. Könlündən qızcığazla danışmaq 

arzusu keçir.  

 

*** 


Qaranlıq qarışdı. Ləya hələ də çayın qırağında gözləyirdi. Və birdən üzü itə

bədəni xoruza oxşayan Mırxor gəlib Ləyanın qarşısında oturdu. Qızcığaz 

qorxudan titrəməyə başladı. 

 

 



– Mır...mır...mənim adım Mırxordur. Bəs sənin adın nədir? –deyə soruşdu 

qızdan. 


Ləya cavab vermədi. Doğrusu, cavab verə bilmədi. Dili tutuldu qızcığazın. 

Bu dəfə o xoruz səsi çıxartdı: 

– Quq..qulu...qu..ququli...ququli...edib güldü. Hi...hi...hi... 

Mırxorun ağzında böyük və iti dişləri vardı. Ləya elə zənn etdi ki, Mırxor 

onu yeyəcək. 

– Niyə dillənmirsən, danış mənimlə-dedi. 




 

15

Mırxor dişlərini xırçıldatdı. Deməli, mənimlə danışmaq istəmirsən?- deyə, 



soruşdu. Mırxor nə  qədər etdisə, Ləya danışmadı. Onun danışmadığını görən 

Mırxor əlini qızın sarı saçlarında gəzdirdi. 

Ləya bundan ürəkləndi. Güc-bəla ilə dilləndi. 

– Sən məni yeyəcəksən? 

Mırxor: 

– Yox, səni niyə yeyim ki, mənim səndən xoşum gəldi. 

Ləya sorusdu: 

– Bəs sən kimsən? 

– Mən dəniz itiyəm.  

Mırxor pişik kimi miyoldayıb Ləyanı darıxmağa qoymurdu. Tez-tez də 

dişlərini ona göstərib; 

– hi...hi...hi...hi..edərək mayallaq aşır, Ləyanı güldürürdü. 

Ləya acmışdı. Odur ki, Mırxordan soruşdu; 

Mən acmışam, bəs sən? Mırxor qaranlıqda gözdən itdi, deyəsən, 



yemək dalınca getdi. Ləya sual verdiyinə peşman oldu. İndi o təkcə neyləyəcəkdi 

çay kənarında?! 

Mırxor tez qayıtdı. O meşədən Ləya üçün bal tapıb gətirmişdi. Ləya balı 

yeyib, Mırxora təşəkkür etdi. 

Səhərə yaxın Mırxor; 

Quq...qulu... qu... edərək xoruz kimi banlamağa başladı. 

Səhər açıldı... 

 

*** 



Birdən çay silkələndi. Uğuldadı. Çayın suyu fəvvarə kimi qalxdı. Oxay su 

üzündə göründü. Mırxor titrəməyə başladı. Oğlan Mırxoru görən kimi qəzəbləndi: 

– Mırxor, sən burada nə sülənirsən, -deyə onun üstünə  qışqırdı. Mırxor 

Oxaydan qorxub, quyruğunu xoruz bədəninə sıxdı. 

Oxay: 

– Rədd ol dənizə, sülək it! –deyib onu qovdu. 



 


 

16

 



Mırxor Ləyadan utandı. Yazıq-yazıq Ləyanın üzünə baxdı: 

Mır..r...r ..mır..edərək uzaqlaşdı. Çayın ortasına üzdü və buradan suya girdi

sonra da başını sudan çıxarıb Ləyaya sağ ol, deyirmiş kimi quq...qulu ...qu etdi və 

çaydan keçib, dənizə sarı üzdü. 

 

 

*** 



Ləya sevinirdi. Axı Oxay geri dönmüşdü. 

Oxay: 


– Salam Ləya! 

– Salam, mənim sevimli və yeganə dostum. Nəhayət ki, döndün. Nə xəbərlə 

gəlmisən? 

Oxay güldü və dedi: 

– Əlbəttə ki, şad xəbərlə gəlmişəm. 

– Bəs niyə belə gec gəldin? 

– Eh, Ləya, bilirmisən, sənin üçün atama nə qədər yalvarıb xahiş etmişəm. 

Sonunda onu razı sala bildim. 

Ləya sevindi. Odur ki, yüyürüb özünü çaya atdı ki, dostunu qucaqlayıb 

öpsün. Lakin bacarmadı. Çayın suyu onu altına aldı. Oxay ucadan gülüb, onu 

suyun üzərinə çıxartdı. Beləcə onlar suda çoxlu oynadılar. 

Vaxt yetişdi. Dostlar ayrılmalıydılar. 

 

 

*** 



Oxay Ləyadan soruşdu: 

– Keçilərini tapıb, analığının yanına dönmək, yaxud zamanın geri 

çəkilməsini, ata-ananla birlikdə yaşamaq arzusundasan? Ləya düşünmədən 

dilləndi: 

– Zamanın geri dönməsini və qardaşımın da bizimlə birlikdə olmasını 

istəyirəm. 

Oxay Ləya ilə vidalaşdı və dedi: 

– Ləya, gözlərini yum və xahiş edirəm açma. Sənin atamı görməmən 

gərəkdir, dostum mənim. İndi atam sudan çıxacaq, zamanı geri döndərəcək. 

Ləya gözlərini yumdu. Çay uğuldadı. İldırımlar şaqqıldadı. Balıqlar qorxub 

qaçdı. Dəniz cadugəri suyu yarıb çaydan çıxdı... 

 



 

17

 



 

*** 


Ləya gözlərini açdı. Yanında nə Oxay, nə Mırxor, nə də dəniz Cadugərı yox 

idi. Onun yanında doğma ata-anası vardı. 

– Yox, bu yuxu deyildi. Cadugar zamanı geri döndərməyi bacarmışdı. 

Budur, Ləyanın anası-atası sağdır. Onlar xoşbəxt və mehribandırlar. Anası 

qızının sünbül saçlarını darayır, qayğısına qalırdı. Sonra atası onu qoz ağacının 

altındakı yelləncəkdə yelləyir. Ləya isə gülür...gülür...gülürdü... 

Hə, doğrudan da onlar xoşbəxtdirlər! Sarı ilan da hər zaman Ləyanın 

yaxınlığında yaşadı. Axı o Ləya ilə dost olmuşdu. 

 

*** 


Hə, uşaqlar, indi sizə kimdən xəbər verim, dəniz Cadugərinin oğlu 

Oxaydan. O, Ləya üçün darıxırdı. Özü də çox darıxırdı. Odur ki, hərdən Ləyanın 

yuxusuna gəlir, onunla söhbət edirdi. 

Oxayın arxasınca gizlincə gələn dəniz iti, sülək Mırxor isə Ləyaya uzaqdan 

və gizlincə baxa-baxa qalırdı yuxuda. Beləcə nağılımız bitdi, illər ötdü, Ləya 

böyüdü və xoşbəxt oldu. 




 

18

 



 

 

 



Görməmiş pişik 

 

Biri vardı... biri yoxdu... Bir qoca qarı vardı... Bu qarının Ləliş adında 

nəvəsi vardı. Nənə və nəvə kasıb komada yaşayırdılar. Hətta bəzən yeməyə heç nə 

tapmırdılar. Belə vaxtlarda qonşular onlara kömək edir, Ləlişə yemək gətirirdilər. 

Onlar hər kəslə mehriban dolanırdılar, qonşular da onları sevirdilər. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

*** 


 

Qış  gəldi. Havalar soyudu. Qar yağdı. Belə soyuq havada bir gözü göy, 

digər gözü yaşıl pişik Ləlişgilin balaca və köhnə daxmalarının qarşısında 

miyoldadı. Pişik tez-tez əllərini bir-birinə sürtür, daha sonra ağzına apararaq 

üfürürdü. 

Myo...  myo...  myo... 

Pişik gördü ki, onu saya salan, qapını açan yoxdur. Hirsləndi: 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə