Microsoft Word Metanet Ulushirvanli 2 70x100



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix12.10.2018
ölçüsü4,67 Mb.
#73555
1   2   3   4   5   6   7   8   9   ...   12

 

24

 



 

 

Ləliş sevindi. Sevincindən atılıb-düşdü. 



Şoti baba: 

– Bu il bostanımda bol məhsul olmuşdu. Mən məhsulları  yığıb qışa 

saxlamışam. 

– Budur bax!  

Onun səbətində qarğıdalı unu, mərci, yemiş qurusu və çoxlu meyvələr vardı. 

Nənə sevindi. Şoti babaya çox sağ ol! - dedi. Və sevindiyindən oxumağa 

başladı. 

 

Şoti baba sağ olsun, 



Yeməyimiz çox olsun. 

Dobuş pişik utansın, 

Ləliş balam tox olsun! 

Uşaqlar, nənə bu mahnını oxuyan zaman görməmiş Dobuş  pəncərədən 

onları görürdü. Pişik görməmişlik etdiyinə  və  Ləlişin payını  oğurladığına görə 

utandı. Həsrətlə pəncərədən nənənin evinə baxa-baxa qaldı. Nənə nəvəsinə hələ də 

mahnı oxuyurdu; 

 

Çəpik çalın oynasın, 

Oynasın ay oynasın! 

Allah balamı saxlasın, 

Saxlasın ay saxlasın! 

 

 



*** 

Dobuş necə gün idi ki, quyruğunu özü ilə  gəzdirirdi. Heç kim ona yemək 

vermirdi. Hara gedirdisə; 



 

25

– Görməmiş pişik! Oğru pişik! – deyib, onu qovurdular. 



Dobuş nənənin daxmasının yanına gəldi. 

– Myo ...   myo...    myo.... edib, qapının kəndarını kəsdirdi. 

Qapını açan olmadı. Dobuş qapının ağzında oturdu. 

Pişik acından ölürdü. O qopan quyruğuna baxıb; 

– Myo...myo...myo...edib, ağlamağa başladı. 

 

 



*** 

Nənə ağlamaq səsi eşidib qapını açdı. 

– Boy, bu sənmisən, ay görməmiş, oğru Dobuş? Nədi, yenə  oğurluğa 

gəlmisən?-soruşdu. 

Dobuş: 

– Nənə, mən yaxşı iş tutmadım. Görməmişliyimin ucbatından Ləlişin payını 



oğurladım. Peşman olmuşam. Məni bağışla, dedi. 

Nənə soruşdu: 

– Əlindəki nədi belə? 

Dobuş: 


– Quyruğumdu. Oğurluq etdiyimə görə  İtoş  qırıb – dedi və  bərkdən 

hönkürdü: 

Nənənin ona yazığı gəldi. 

– Hm...m...m...e dərək fikirləşməyə başladı. 

Dobuş nənəyə yalvardı: 

– Nənəcan, acından ölürəm. Mənə yemək ver, xahiş edirəm. 

 

 

*** 



Nənə Dobuşu evə  dəvət etdi. Onun quyruğunu yerinə qoydu və yarasına 

məlhəm çəkib, bağladı. Sonra da ona südlü sıyıq gətirdi. Pişik acgözlüklə  sıyığı 

yedi və nənəyə təşəkkür etdi; 

–  Myo..myo... ay nənə, mən sənin yaxşılığını heç vaxt unutmaram, - dedi. 

Bu gündən daha oğurluq və görməmişlik etməyəcəyəm! -deyib nənəyə söz verdi. 

 

*** 



Amma İtoşla Dobuş heç vaxt barışmadılar. Bilirsinizmi niyə, uşaqlar?! Ona 

görə ki, itlə pişiyin heç vaxt dostluğu baş tutmur. Çünki onlar bir-birlərini sevə 

bilmirlər. 

Sonuncu dəfə İtoş Dobuşu görən kimi; 

–  Mır...   mır...    mır... edib, dişlərini ona qıcatdı. Dobuş isə tüklərini 

qabardaraq ona hirsləndi. Elə o andaca quyruğu yadına düşdü. Pişik quyruğunu 

yanına qısıb yazıq-yazıq miyoldadı; 

– Myo...    myo...    myo... edib, Ləlişin yanına qaçdı. 




 

26

 



*** 

Dobuşun quyruğu sağalmışdı. O quyruğuna baxıb sevindiyindən; 

– Myo...myo...edirdi. 

Dobuş köhnə  vərdişindən  əl çəkmiş,  əvvəlki kimi görməmişlik və  oğurluq 

etmirdi. Ləliş Dobuşla dost oldu, onu öz daxmalarında yaşamağa dəvət etdi. 

 

 



 

*** 


Hə, uşaqlar, nağılımız sona yetdi. İtoş evinə getdi. Ləliş Dobuşu sevdi. 

Dobuş nənəyə söz verdi. Ağıllı pişik oldu. 

Dobuş nənənin ayağı altında xoruldadı, yatdı. Hər kəs arzusuna çatdı. 



 

27

 



Beş barmaq 

 

Biri vardı, biri yoxdu... Bir əl 

vardı. Bu əlin bir ovcu və beş 

barmağı vardı. Onlara beş qardaş 

deyərdilər. Qardaşların ən böyüyü-

nün boyu balaca, ikincisinin boyu 

bir az ondan böyük, üçüncü qardaş 

hamısından hündür, dördüncü orta-

boylu, sonuncu barmaq olan 

sonbeşik isə hamısından kiçik idi. 



Birincinin adı – Başbarmaq, 

ikincinin – Şəhadətbarmaq, üçün-

cünün – Topalbarmaq, dördün-

cünün – Nişanbarmaq, beşincinin 

isə adı Çeçələbarmaq idi. 

Beş barmaq birlikdə şənlənər

ovucun içərisində açılar-yumular, 

bir-birlərini həddindən artıq sevər 

və mehriban yaşayardılar. Onlar çox zəhmətkeş idilər. Birlikdə  hər bir işin 

öhdəsindən asanlıqla gələrdilər. Dünyada yaranan gözəl nə varsa, hamısını onlar 

qurub-yaradırdılar. Bir sözlə, günlərini əmək və firavanlıqla keçirirdilər. 

Onları tanıyanlar böyük qardaşı Başbarmaq,  şəhadətbarmağını Başa-

labarmaq, orta barmağı Uzun Hacı, dördüncü barmağı Gültopacı, çeçələ 

barmağı isə kiçik bacı çağırardılar. Hətta onlar tez-tez çalıb-oynayar, mahnı 

oxuyardılar. Ən çox sevdikləri mahnı isə belədir; 

 

 

Başbarmaq nanay...nay... 

Qavalı gətir, edək toy! 

Başalabarmaq nanay...nay... 

Gözəl keçsin bizim toy! 

Ay nanay...ay nanay... 

 

Uzun Hacı oynasın, 

Hamıya noğul paylasın. 

Gültopacı nanay...nay... 

Allah bizi saxlasın! 

Ay nanay...ay nanay... 

 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə