Microsoft Word Metanet Ulushirvanli 2 70x100



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix12.10.2018
ölçüsü4,67 Mb.
#73555
1   2   3   4   5   6   7   8   9   ...   12

 

6

 



 

Bir gün Ləya keçiləri qəbirstanlığa otarmağa apardı. Keçiləri qəbirstanlığa 

buraxıb, atasının qəbrinə yaxınlaşdı. 

– Ata, mən gəldim, – dedi. Atasının qəbrini qucaqladı. Ləya günlərinin necə 

ağır keçdiyini ağlaya-ağlaya atasına danışdı. Sonunda ağlamaqdan yoruldu. Başını 

qəbrin üstünə qoydu... 

 

 

*** 



Ləya yuxu gördü. Budur, yuxuda onun atası-anası sağdır. Onlar necə də 

mehribandırlar! Anası qızının sünbül saçlarını darayır, qayğısına qalırdı. Atası 

onu qoz ağacının altındakı yelləncəkdə yelləyir. Ləya isə 

gülür...gülür...gülürdü... 

Ləya sancılandı.  İşləməkdən codlaşmış  əlləri ilə sancı dolan qarnını 

qamarladı, uf...uf....f... – deyə, ufuldadı. 

Yuxulu gözlərini qaldırıb qardaşına baxdı. Qardaşı bacısının qarnını 

təpikləyir və bağırırdı:  

– Axmağın biri, qalx ayağa! Hanı keçilər? 

Ləya ağlamsındı: 

– Bilmirəm, dedi. Vay, qaranlıq düşüb ki? Bura haradı? – yuxulu Ləya 

soruşdu. Qardaşı hirslə; 



7

– Hara olacaq, qəbirstanlıq!

Ləya içini çəkdi. Deməli, bu xoşbəxtlik yuxudaymış. 

*** 


Ləya qorxudan evə qayıtmadı. Keçiləri tapmalıydı. Keçilər isə qaranlıqda 

gözə dəymirdilər. Ləya ağlayır, keçiləri səsləyirdi: 

– Meç... meç... meçi...haradan isə səs gəldi:

– Mə...ə...ə...mə...əə..əəə...Keçilər mələyirdi. Səs yaxınlıqdakı meşədən

gəlirdi. 

Meçi.... meç... Ləya meşəyə sarı yüyürdü. Keçilərin səsi yenidən gəldi: 

– Məəə..... əəəə.... ə.... ə... Səs uzaqlaşırdı.

Ləya gecə yarıya qədər keçiləri axtardı. 

Bu vaxt onun vecsiz qardaşı  şirin yuxudaydı. Analığı hirsindən qızcığazın 

arxasınca söylənirdi; 

– Ləya evə keçilərsiz qayıtsa,  əlimdəki kəmərlə döyüb, onu evdən

qovacağam! 




 

8

 



*** 

Gecənin qaranlığında çaqqallar vəkkildəşir, yarasalar gözü qarşısında 

ağacdan-ağaca tullanır, budaqdan sallanaraq siçan kimi ciyildəşirdilər. 

Yolu itirən Ləya meşədə azdı. Qorxdu. Meşədəki ağaclar gözünə vahiməli 

göründü. Ləya yanından ötüb keçən tülkünü gördü: Tülkü deyəsən, kəndə sarı 

gedirdi. Ləya tülkünün arxasınca düşdü. O, kəndə qayıtmaq istəyirdi. Birdən 

analığı yadına düşdü. 

– Yox, mən evə keçilərsiz qayıtsam o məni öldürər. Ləya ağaca qısıldı. 

Soyuq onu üşüdürdü. Payızın son günləri olduğundan ağacdan qopan 

yarpaqlar bir-bir onun üstünə düşür, sanki Ləya ilə oynamaq istəyirdilər. 

Qız ayağa qalxdı. Böyük oyuğu olan bir ağaca yaxınlaşdı. Ağacdan tökülən 

yarpaqlardan oyuğa yığdı və özü də oyuğun içinə girdi. Tezliklə yuxuya getdi. 

 

*** 


Səhər açıldı. Ləya ağacın oyuğundan çıxdı. Üzünü göyə tutdu, Günəşə 

baxdı. Günəş  sıx ağacların budaqları arasından görünmədi. Lakin şəfəqləri 

ağacların budaqlarını yarıb,  şüalarını  zəif olsa da, meşənin qaranlığına qədər 

çatdırırdı.  

 

 

Ləya Günəşi salamlayırmış kimi qollarını geniş açdı, gərnəşdi. Və elə bu 



zaman keçilər yadına düşdü. 

– Vay, mən keçiləri tapmalıyam. – deyib, onları haylamağa başladı. 

– Meçi... meç... meçi... Lakin keçilərdən səs-səmir gəlmədi. 

Ləya ac-susuz bütün günü keçiləri axtardı. Elə bil keçilər yox imiş. Zalım 

analığının qorxusundan ağlamağa başladı. 

Ləya evə qayıda bilmədi. Üzünü şərq istiqamətinə tutub addımladı... 




 

9

*** 



Susamışdı, qızcığaz. İçməyə şirin su tapa bilmədi. 

– Məəə.....ə ...mə...ə..ə.... Qəfildən qulağına keçi mələrtisi gəldi. Ləya 

sevindi. Deyəsən, keçilərim yaxındadır. O, keçilərini yenidən çağırmağa başladı. 

– Meçi... meçi... meçi... Keçiləri görmədi. 

Ləyanın susuzluqdan boğazı qurudu. Udquna bilmədi. O, su tapmalıydı! 

Amma necə? 

Ləya dizlərini yerə atdı. Daha sonra isə qulaqlarını torpağa dayadı. Lap 

uzaqdan, torpağın altından şırıltı səsləri duydu. 

– Su...su..Su var! – deyə sevindi. 

 

 



*** 

Gücsüz ayaqlarını sürüyə-sürüyə suya sarı gedirdi. Artıq nə meşə, nə də tala 

gözə dəymirdi. Qızcığaz dərə-təpə ilə irəliləyirdi. 

Hərdən də yanından tanıya bilmədiyi heyvanlar ötüb-keçirdilər. Onlar nə ev 

heyvanlarına, nə meşə sakinlərinə oxşamırdılar. Ləya nağıllar ölkəsinə düşmüşdü. 

Yenə  də qulaqlarını yerə dayadı  və suyun yerini müəyyən etdi. Suya 

yaxınlaşdığını dəqiq bilirdi. Və yenə... 

– Məəə.....ə... mə...ə..ə.... keçi mələrtisi gəldi.  

Onun qulağına dəyən səs heç də keçi səsi deyildi. Dünəndən onun dalınca 

düşən sarı ilanın səsi idi. Sarı ilan Ləya kimi susuzluqdan yanırdı. Ona görə də, 

keçi kimi mələyirdi. İlan onun arxasınca gəlirdi. 

Birdən Ləya ilanı gördü, amma qorxmadı. Dayandı. 

– Nə var, ay sarı ilan? Nə mələyirsən keçi kimi? Mən də elə zənn etdim ki, 

keçilərim yaxınlıqdadırlar. De görüm, sən mənim keçilərimi görməmisən?-

soruşdu Ləya 

Sarı ilan haça dilini çıxartdı; 

– Mən sənin keçilərini gördüm. Fıs... fıs... s... s.... İlan dili ilə qarşıdakı 

təpəni göstərdi. Yenidən fıs... fıs... s... s.... edərək sözünə davam etdi; oradakı 

böyük təpəni aşıb, getdilər. İlan fısıldayaraq güldü və dedi: 

– Fıs...ha...haa...ha...fıs...s...s..Onlar məndən qorxub, qaçdılar. 

Ləya təəccüblə soruşdu: 

– Ay sarı ilan, onlar səndən niyə qorxdular ki, mən ki, səndən qorxmadım. 

İlan: 

– Mən keçiləri əmmək istədim, onlar da hürküb qaçdılar. Ləya hər şeyi indi 



anladı. 

– Deməli, keçilərimi sən hürküdüb, qaçırmısan! 

İlan dilini çıxarıb, fısıldadı: fıs...s..s.ss...sss... 

– Sənin keçilərin məni maraqlandırmır. Fıss..sss.sss...Su istəyirəm! 

– Yaxınlıqda su var, mən də ora gedirəm. Gedək içək. 

 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə