Microsoft Word Metanet Ulushirvanli 2 70x100



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix12.10.2018
ölçüsü4,67 Mb.
#73555
1   ...   4   5   6   7   8   9   10   11   12

 

36

 



 

 

*** 



Lamoşka sevinə-sevinə  həyətə qaçdı. Uşaqlar həyətdə Lamoşkanı dövrəyə 

alıb, mahnı oxudular; 

 

Lamoşka corab geyindi, 

Ayaqları da sevindi. 

Ay Lamoşka, de, indi 

Nənə bizə corab 

Toxusun-toxumasın? 

 

Lamoşka dilləndi: 



– Nənəm sizə  də  ağ corablar toxuyacaq. Mən sizə  və corablarıma söz 

verirəm; 

– Bundan sonra hamınızla mehriban olacağam, heç kimi incitməyəcəyəm, 

nənəmi də çox sevəcəyəm! 

 

*** 


Hə, uşaqlar, siz də bilin, Lamoşka ağıllı qız oldu, nənəni incitmədi. Nənə də 

corab toxudu, uşaqlar da sevindi. 




 

37

 



Merinin yuxusu 

 

Biri vardı, biri yox... 

Bir yalan var, bir kələk. 

Bəs yanımda niyə yox

Yuxumda olan mələk?! 

 

Balaca Merinin yuxusu gözlərindən tökülürdü. Anası ona qırmızı, sadə 

gecə paltarı geyindirdi. O, anasının qucağına sığındı. Və tezliklə yuxuya getdi... 

 

...Göydə ulduzlar bərq vurub, 

Merinin üzünə  şəfəq çilədi. Meriyə 

elə  gəldi ki, göydən kim isə ona 

gülümsədi. O, əlini göyə uzatdı. O 

andaca göydən zərif qanadlı, balaca 

bir mələk uçaraq Merinin yanına 

qondu. Merinin ətrafını  ətir iyi 

bürüdü. 

– Uşaqlar, bilirsinizmi, Merinin 

yanına gələn kimdi? O, gecə  mələ-

yidir. Gündüzlər yatar, gecələr isə 

anasını çox sevən uşaqlarla söhbət 

etmək üçün göydən yerə enər. Budur, 

gecə  mələyi bu gün bizim Merinin 

yanına gəlib. 

Mələk mehriban və  zərif 

gülüşlə dedi: 

– Salam Meri. 

– Salam. Sənin adın nədi? – Meri soruşdu. 

– Lamə. Mənim adım Lamədir. 

– Lamə, kiçik pəri! – deyə, Meri bir neçə  dəfə onun adını  pıçıldadı. Meri 

Laməni maraqla süzdü. Gecə mələyi gözəl idi. Olduqca zərif və ətirli idi. Əyninə 

buludlardan gecə köynəyi geyinmişdi. Meri ona yaxınlaşdı. Əlini onun paltarına 

çəkdi. Ona elə gəldi ki, əlləri buludun içərisinə düşdü. Necə də gözəldir paltarınız 

– dedi. Parlaq, yumşaq və pəmbədir. Özünüz də gözəlsiz. 

– Meri soruşdu: 

– Lamə, sənin yaşadığın Planetin adı nədi? 

Lamə: 

– Mən Buludlar ölkəsindən gəlmişəm. Yaşadığım məkanın adı Cənnətdir. 



 


 

38

 



*** 

Meri düşünürdü: – Deyəsən, kim isə yadına düşmüşdü . O, Laməyə: 

– Siz mənim anam kimi gözəlsiniz, dedi. 

Lamə qaşlarını çatdı və dedi: 

– Mən pəri qızıyam. 

Meri: 


– Mənim anam da pəri kimidir. 

Lamə soruşdu: 

– Anan gözəldi, ya mən? Bax a, məni qane edən cavab versən, bu gözəl 

gecə paltarını sənə bağışlayacağam. 

 

 

 




 

39

Meri ürəyində; Bu pəri qızı gözəldir, düşündü. Yox, gecə köynəyinə anamı 



dəyişə bilmərəm. Düşündü və dilləndi; 

– Yox, mənim anam sizdən həm gözəl, həm də mehribandır. 

Lamə Meriyə yaxınlaşdı, sarı saçlarını sığalladı, üzündən öpdü. Və bundan 

sonra göyə buxarlandı. 

 

*** 


Səhər açıldı. Meri yuxudan oyandı. Yanında kimsəni görmədi. Ayağa 

qalxdı, gözlərinə inanmadı. O, qırmızı gecə köynəyinin  əvəzinə Lamənin 

buludlardan olan pəmbə gecə köynəyini əynində gördü. 

Hə, uşaqlar, sən demə, xeyirxah Lamə gecə köynəyini ona geyindirib, sonra 

da uçaraq öz ölkəsi olan Göylər səltənətinə gedib. 

Uşaqlar, gecəniz xeyirə qalsın, yuxunuz şirin olsun. Və günlərin bir 

günündə gecə mələyi Lamə sizin də qonağınız olsun! 

 



 

40

 



 

Nənə və tutuquşu 

 

Ya Əlidi, ya Vəli,. 

Kim ağıllı, kim dəli, 

Nağıllar ölkəsində 

Kim sağ qalır, kim ölü? 

 

Bir qarı  nənə yol ilə gedirdi. Yol kənarında  əlində tutuquşu tutan oğlan 



yüyürüb qarıya çatıb, soruşdu: 

– Qarı nənə, hara gedirsən? 

– Neyləyirsən, a bala, çıx get yolunla. 

Oğlan əl çəkmir. 

Nənə hirslə: 

Cəhənnəmə gedirəm, əl çək-deyir. 

Tutuquşu dillənir: 

Olmaz... olmaz... 

Oğlan yenidən dillənir: 

– Nənə, nə istəyirsən? 

Nənə: 


– Ölmək istəyirəm, – deyir. 

Tutuquşu dillənir: 



– Olmaz... olmaz... 

Oğlan soruşur: 

– Qarı nənə, harda ölmək istəyirsən? 

 



 

41

Nənə dillənir: 



– Evimdə. 

Tutuquşu dillənir: 



– Olmaz... olmaz... 

Oğlan: 


– Nənə, daha nə istəyirsən? 

Qarı nənə deyir: 

– Bu tutuquşunun ətini yemək istəyirəm. 

Tutuquşu həyacanla: 



– Olmaz,  olmaz,  aman, olmaz! 

Nənə, tutuquşunun qorxduğunu görüb gülür. 

 

 

 



– Ay tutuquşu, niyə olmaz olmaz salmısan axı? 

Tutuquşu qanadlarını yanlarına çırpıb dillənir: 

– Nağılın qalıb, danışmamısan, oğlandan halını soruşmamısan, baba da 

səndən dünəndən küsüb, babayla hələ barışmamısan, evində ölsən uşaqlar qorxar. 

Bax, buna görə də 

Olmaz...  olmaz...  qarı nənə, olmaz... 

Nənə deyir: 

– Ay tutuquşu, sən bunları hardan bilirsən? 

Tutuquşu: 

– Uça bilmirəm, amma gəzirəm, babayla səni hər gün görürəm. Ay nənə, 

səndən çox şey demirəm, tək bircə dəfə nağıl diləyirəm. Nağıl deməmiş, amandı, 

ölmə, ölmə! 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə