Microsoft Word Metanet Ulushirvanli 2 70x100



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə10/12
tarix12.10.2018
ölçüsü4,67 Mb.
#73555
1   ...   4   5   6   7   8   9   10   11   12

 

42

 



Nənə güldü. Tutuquşuya dedi: 

 

Qonaq gəl axşam bizə

Xaşıl bişirim sizə. 

Bir də hər gün bolluca, 

Nağıl deyərəm, sizə. 

 

Tutuquşu sevinir və deyir : 



– Sağ ol ay nənə, sağ ol, 

Var ol, ay nənə, var ol! 

 

Uşaqlar, haydı, haydı, qarı  nənə sağdı, biz də gedək qonaqlığa! Nənə bizi 



gözləyir, bizə nağıl danışacaq! 


 

43

 



Düyməcik 

 

Biri vardı, biri yox... 

Nə az idi, nə də çox. 

Bapbalaca Düyməcik 

Nə ac idi, nə də tox... 

 

 

Qalın  şam meşəsinin  şərq istiqamətində gözəl və  əsrarəngiz bağ vardı. 



Bağda yulğun və fındıq ağaclarının nazik budaqlarından hazırlanmış kiçik bir ev 

yerləşirdi. Bu evin sakinlərindən birinin adı Düyməcik idi. Düyməcik adlanan bu 

şirin qızın xurmayı saçları, yaşıl gözləri, yumru burnu və  zərif dodaqları vardı. 

Danışanda adama elə  gəlirdi ki, sözlər kəpənək kimi onun ağzından uçuşur, 

güləndə isə ətrafa zərli toxumcuqlar səpələnirdi, sanki. Qız o qədər balaca idi ki, 

boyunun hündürlüyü bağdakı sincablardan seçilmirdi. 

Düyməciyin özü kimi ata-anası da balaca idi. Onlar xoşbəxt və adamlardan 

uzaq yaşayırdılar. Dostları meşədə yaşayan heyvanlar, yeməkləri isə meyvələr 

olardı. 

 



 

44

 



*** 

 

Düyməcik bütün günü heç nə yeməmişdi. Lakin nə ac idi, nə də tox. Meyvə 



dalınca gedən atası evə qayıtmamışdı. Qızcığaz atasını arzulayırdı. Birdən 

Düyməcik kövrəldi: 

– Anacan, mən atamı istəyirəm, o, niyə qayıtmır evimizə? 

Anası nigarançılığını qızından gizlədərək dedi: 

– Darıxma qızım, harada olsa, indilərdə gəlib çıxar. 

Amma ata qayıtmırdı... 

Ana darıxdı, ayağa qalxdı. 

– Qızım, get meyvə səbətini gətir, gedim sənə meyvə dərim gətirim, həm də 

atandan xəbər bilim. Amma sən qapını heç kimə açmayasan ha. Amandı, gəlib 

səni oğurlamasınlar. Eşitdin, Düyməcik, bizdən başqa bir kimsəyə qapını açma ha. 

Düyməcik: 

– Açmaram, ana, arxayın ol, – dedi. 

 

*** 


Axşam düşmüşdü. Bayırda külək  əsməyə başladı. Küləyin səsindən 

Düyməcik qorxub, divara qısıldı. Ana, ata, hardasınız? Gəlin, - deyə  ağlamağa 

başladı. Birdən qulağına səs gəldi. 

Tık...   tık...   tık..   tık.. tık... tık 



 

45

Düyməcik küncə  qısıldı. Qapı döyülürdü. Tık...tık...tık. Nazik, ciyiltili səs 



eşitdi Düyməcik. 

– Ey, kim var evdə? 

Düyməcik ürəkləndi. Amma danışmadı. 

– Kimsə yoxdurmu evdə? 

Düyməcik qorxa-qorxa: 

– Evdə mən varam, -dedi. 

– Qapını aç. 

– Olmaz, anam deyib ki, heç kimə qapı açma. 

– Mən sənə ziyan vermərəm, aç, xahiş edirəm. 

Düyməcik qapını açdı. Amma qarşısındakını tanımadı. 

– Sən kimsən? – soruşdu. 

– Mən Dələyəm. Evinizin yanından keçirdim, ağlamaq səsi eşitdim. Ona 

görə də sənə kömək etmək istədim. 

Sonra Düyməcikdən soruşdu: 

– Sənin adın nədi? 

– Düyməcik. 

– Acmısan? 

– Bilmirəm, – dedi Düyməcik. Dələ əlində tutduğu şam ağacının qozalarını 

ona uzatdı: 

Yəqin ki, acmısan. Götür, ye,- dedi. 

Düyməcik: 

– Qoza yeyə bilmirəm. Mən meyvə yeyirəm. Anam mənə meyvə gətirəcək. 

Dələ ilə Düyməcik dostlaşdılar. Saatlar ötmüşdü. Düyməciyin valideynləri 

hələ də gəlib çıxmamışdılar. Dələ onu tək qoyub getmək istəmirdi.  

 



 

46

 



 

Düyməcik yorulmuşdu, yatmaq istəyirdi. Anası  gəlsəydi, onu qıçlarının 

üstündə yırğalayıb yatırdardı. Odur ki, Dələ Düyməciyə təklif etdi; 

- Düyməcik, gəl çıx mənim quyruğumun üstünə, səni yırğalayım, sən də yat. 

Düyməcik Dələnin quyruğunun üstünə  çıxdı. Dələ onu balası kimi əzizləyib, 

quyruğunun üstündə yatırtdı. 

Elə bu zaman Düyməciyin ata-anası açıq qapıdan içəri girdi. Düyməciyi 

evdə görməyib hay-həşir qopardılar; 

– Vay, vay, hanı  mənim Düyməciyim, hanı  mənim qızım, mənim balamı 

neyləmisən? – deyə, Dələni döyməyə başladılar. 

Səs-küyə Düyməcik yuxudan oyandı. Dələnin quyruğunun üstündən qalxıb, 

əl etdi: 

– Anacan, atacan, mən burdayam! – dedi. 

Dələ onların bu hərəkətindən küsdü. Düyməciyi yerə düşürüb, sakitcə evdən 

getmək istədi. Bunu görən Düyməcik onun əlindən tutub dedi: 

– Anacan, tanış olun, bu, Dələdir, o mənim dostumdur. 

Düyməciyin ata-anası dələdən üzr istədilər. Gətirdikləri meyvəyə Dələni də 

qonaq etdilər. O gündən onlar mehriban dost kimi birlikdə yaşadılar. 




 

47

 



Günəş bizim dostumuzdur 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Balaca, ağ çobanyastığıgülü Günəbaxanı çağırdı: 



Günəbaxan xala, ay Günəbaxan xala... 

Günəbaxan başını aşağı əydi, səsin haradan gəldiyini bilmək istədi. Elə bu 

zaman çobanyastığı ona əl etdi. 

– Sizi çağıran mənəm. 

Günəbaxan onun üzünə gülümsədi. 

– Bəli, çiçək qızım, nə buyurursan? 

– Günəbaxan xala, olar, siz boyamagülünə acıqlanasınız? 

– Niyə ay çobanyastığı, o sənə neyləyib ki? – Günəbaxan soruşdu. 

Çobanyastığı ağlamsındı; 

– Boyamagülü gah mənim başıma qapaz vurur, gah da saçlarımı yolur. Bir 

bax, mənim ləçəklərimi yolub, töküb yerə. 

 

 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə