Microsoft Word Metanet Ulushirvanli 2 70x100



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix12.10.2018
ölçüsü4,67 Mb.
#73555
1   2   3   4   5   6   7   8   9   ...   12

 

19

– Myo...m...y...o...edərək qapını 



cırmaqlamağa başladı. 

 

*** 



Nənə qapını açdı. Pişik nənəni 

görən kimi yazıq-yazıq; 

– Myo...o...o... – etdi. 

Nənə; 


– A...a...a... sən kimin pişiyi-

sən? 


– Mən kimsənin pişiyi deyiləm. 

Acmışam. Yemək istəyirəm. Buradan 

keçəndə hiss etdim ki, evinizdən 

ləzzətli yemək iyi gəlir, - dedi, pişik. 

Nənə bir anlıq özünü itirdi. Tez 

özünü toplayıb:  

- Ay pişik, qonşu bizə iki küftə 

gətirib. Gəl, sən də qonaq ol. Birini 

sən, o birini nəvəm Ləliş yesin, – 

dedi: 


Pişik miyoldadı. Yaltaqlıqla özünü nənənin ayaqlarına sürtdü. 

– Sağ ol, ay nənə, yemək tapa bilmirdim – dedi. Amma ürəyində fikirləşdi; 

–  Əcəb asan baş tutdu kələyim. Neyləyim axı, siçan da yoxdur, tutub 

yeyəm. Nadir növə dönüb siçan. Qışın günündə başqa çarəm yoxdur. 

 

 

*** 



Nənə pişiyə sobanın yanında yer göstərdi. 

– Buyur, əyləş ay pişik. Hə, de görək, sənin adın nədir? 

Pişik məsumcasına dilləndi: 

– Dobuş, adım Dobuşdur. 

– Lap yaxşı. Ay Dobuş, sən bir balaca qızın. Mən o biri otaqdan Ləlişi də 

gətirim gəlim. Bu dəqiqə sənə yemək verəcəyəm. 

Nənə tez qayıtdı. Qonşudan gələn küftənin birini Dobuşun, o birini isə 

Ləlişin qarşısına qoydu. Özü isə ac qaldı. 

Nənə Dobuşa dedi: 

– Dobuş, sən öz payını ye, mən də gedim Ləliş üçün qaşıq gətirim, onu 

yedizdirim. 

Nənə qayıdana qədər Dobuş tez-tələsik kiftə payını uddu. Sonra stolun 

üstündəki küftəyə sarı boylandı. Ləlişin qarşısındakı kasadan küftəni qapıb, açıq 

pəncərədən özünü çölə atdı. 

 



 

20

 



 

 

*** 



Nənə  oğru pişiyin arxasınca yüyürdü. Əlindəki qaşığı arxasınca tullayıb, 

dedi:  


– Səni, nankor, oğru pişik. Bəs mən Ləlişimə nə verəcəyəm yeməyə?! 

Ləliş acından ağlayırdı. Nənə onu ovundurmağa çalışırdı. Amma bacar-

mırdı. 

Nənə Ləlişə nə qədər nağıl danışsa da, Ləliş ovunmadı ki, ovunmadı... 



Bu dəfə nənə nəvəsinə mahnı oxumağa başladı: 

Həftəni ay həftəni... 

Kim istəməz müftəni?! 

Ovundurun Ləlişi 

Pişik aparıb küftəni. 

Ləliş isə ovunmurdu. Hey ağlayırdı. 

 



 

21

 



 

*** 


Hə, uşaqlar, Ləliş ağlaya-ağlaya qalsın...sizə kimdən deyim, Dobuşdan... 

Dobuş gombul qarnını qucaqlayıb, bir hasar dibində, yiyəsiz qalan it 

komasında xoruldayırdı. Hərdən də gözünü açıb, ərtafa bic-bic baxırdı. 

Və birdən yaxınlıqdakı evin həyətindən tüstü qalxdı. Tezliklə kabab iyi 

ətrafı bürüdü. Görməmiş Dobuşun ağzı sulandı. 

–  Myo... myo... edərək evin hasarına sarı yüyürdü. Cırmaqlaya-cırmaqlaya 

hasarın üstünə qalxdı. 

– Myo... bəh, bəh! Burada qonaqlıqdır ki! Yerim məlum! -dedi pişik. 

 

 

*** 



Həyətin ortasında tüklü, yekə bir it oturub, kabab yeyirdi. İt hasarın 

başındakı pişiyi gördü. Hirsləndi; 

– Ham...ham...ey, murdar pişik, düş rədd ol hasarın başından, -dedi. 

Pişik yazıq-yazıq miyoldadı; 

– Myo...myo...Olar mən də gəlim qonaqlığa, acından ölürəm. 

– Olmaz! Sən bir bunun gözünə bax! 

İtin ağlından pişiyi dolamaq keçdi, Odur ki, soruşdu: 

– Sənin adın nədi? 




 

22

 



– Mənim adım Dobuşdur. 

– Myo ...myo... sevindi Dobuş. Ona elə gəldi ki, it ona ət tikəsi verəcək. 

İt mırıldadı: 

Bura bax, Dobuş, bu evin sahibəsi mənim yiyəmdir. O, pişikləri sevmir. 

Əlimi sənə bulamamış, çıx aradan. 

Dobuş hiyləyə əl atdı; 

– Gəl dost olaq. Sənin adın nədi?-soruşdu. 

– Mənim adım İtoşdu. Səndən mənə dost olmaz! Odur ki, rədd ol ordan! 

Pişik: 

– Yox, heç hara getməyəcəyəm! 



İtoş hirsləndi: 

– Necə  yəni getməyəcəyəm?!  Mır...r...edib, yediyi tikəsini acıqla Dobuşa 

sarı tolazladı, onu vurmaq istədi. 

Pişik tikəni göydə qapdı. O tərəfinə, bu tərəfinə çevirib; 

– Myo..myo... bu ki, sümükdür. Üstündə ət qalmayıb. Dobuş hirsləndi: 

– İt oğlu it! -dedi. Sümüyü mənə niyə verirsən. Bir parça ət verəydin də. 

– Hə, düz tapdın, mən it oğlu, itəm. Sən isə heç pişiyə də oxşamırsan. İndi 

isə sürüş buradan! – deyən it hasardan uzaqlaşdı. 

 

 

*** 



Dobuş gizlicə  həyətə düşdü. Manqalın yanına gəldi ki, oradan yağlı 

tikələrdən oğurlayıb, yesin. İtoş Dobuşu gördü. Asta-asta ona yaxınlaşdı; 

–  Hoppa!  edərək quyruğundan tutub, pişiyi qaldırdı. Dobuş havada 

çabaladı, amma İtoşun əlindən çıxa bilmədi. 

İtoş: 

– Hi... hi... hi... mır... mır... hi... hi... hi... edib, güldü. Qorxdun? – soruşdu 



pişikdən. Dobuş qorxudan onun üzünə baxa-baxa qaldı. 

 



 

23

– Gözünə bax bunun, hərəsi bir rəngdə! – deyib, İtoş yenidən güldü və pişiyi 



yerə atdı. 

Dörd ayaqları üstündə yerə düşən Dobuşun gözü yadına düşdü. Hirsləndi. 

–  Myo...myo...məni təhqir etmə. Mən  Şir nəslindənəm, sənin kimi it 

nəslindən deyiləm! -deyən Dobuş İtoşun üstünə tullandı. Süpürləşdilər. 

– Myo...    My..o...o...   myo...o  

– S..s.s...s...s 

– Ham...ham...m...   ...mır...   mır...  səsləri ətrafı bürüdü. 

 

 



*** 

İtoş güclü idi. Dobuşun ona gücü çatmadı. Odur ki, aradan çıxmaq istədi. 

Hasara sarı qaçdı.  İtoş onun dalınca hasara dırmaşdı. Dobuşun quyruğundan 

yapışdı. Dobuş hasarı aşdı. Amma quyruğu İtoşun ağzında qaldı. 

Dobuş İtoşun ağzında qalan quyruğuna baxıb; 

– Vay! Myo...o...o...vay, quyruğumu qırdı. Myo...o...o...deyib bağırdı. 

İtoş: 

– Al, götür, bu da sənin quyruğun. Bir də  oğurluq etmə. Bu gündən adın 



oğru Dobuşdur! 

 

 



*** 

Hə, uşaqlar, oğru və görməmiş Dobuş quyruğunun hayında qalsın, gedək 

görək Ləliş neyləyir? 

Ləliş acından ağlayırdı. Nənə Ləlişi oxuya-oxuya ovutmağa çalışırdı; 



 

Balam indi yatar... 

Yatar, balam, yatar. 

Sabah yemək tapar, 

Tapar, balam, tapar. 

 

Balam yatsın, deyib, onu yatırtmaq istəsə  də, Ləliş yata bilmirdi. Birdən 

qapı döyüldü. 

Gələn Şoti baba idi. Ləlişə pay gətirmişdi. 

Şoti baba: 

– Salam, ay Ləliş balam, – dedi. 

Nənə və nəvə sevindilər. Hər ikisi sevincək salam verdilər: 

Salam Şoti baba, salam. 

Şoti baba: 

– Bayaq buradan keçirdim. Pəncərədən Dobuşun etdiyi yaramazlığı gördüm. 

Odur ki, tez evə qaçdım, Ləlişə pay gətirdim. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə