Microsoft Word Metanet Ulushirvanli 2 70x100



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə8/12
tarix12.10.2018
ölçüsü4,67 Mb.
#73555
1   ...   4   5   6   7   8   9   10   11   12

 

32

 



Dillənin ha dillənin 

Hoppa! 

Orda quyu görmüşəm

Hoppa! 

Bəs kim gedər baxmağa? 

Hoppa! 

Sən suya tullan görüm, 

Hoppa! 

Quyuda varmı qurbağa? 

Hoppa! 

 

Əfsun yüyürüb balaca Merini suya itələyib dedi: 



Meri getsin baxmağa, 

Hoppa! 

Vay... vay...Meri suda boğulmağa başladı. Tomka nə  qədər çalışsa da 

Merini quyudan çıxara bilmədi. Qaçıb evdəkiləri köməyə çağırdı. Onlar gəlib 

balaca Merini quyudan çıxartdılar. 

Hamı Əfsunu danladı. 

– Bəs sən niyə Merini suya atdın?- soruşdular. 

Əfsun cavabında; 

– Bilmək istədim görüm, Meri suda qurbağa görə biləcəkmi? 

Əfsunun anası onu danladı və dedi: 

– Meri suda boğulsaydı neyləyərdin? 

– Anacan, məni danlamayın. Səhvimi başa düşmüşəm. O, suda boğulsaydı, 

mən dostsuz qalardım. O gündən Əfsun daha nadinclik etmədi.Tomka və Merini 

daha da çox sevməyə başladı. Hətta anasının bişirdiyi südlü sıyıqdan onlara da 

pay apardı. 




 

33

 



Lamoşkanın ağ corabları 

 

Biri vardı, biri yoxdu... Təzə 



toxunmuş ağ corablar vardı. Bu co-

rabların sahibinin adı Lamoşka idi. 

Corabları nənə toxumuş, ad günün-

də  nəvəsi Lamoşkaya hədiyyə et-

mişdi. Balaca Lamoşka corablarını 

xoşlayar, onları qonşu uşaqlara gös-

tərib; 

– Bir baxın, görün nə gözəl ağ 



corablarım var, mənim! Onları  mə-

nim üçün nənəm toxuyub, – deyə 

qızların yanında lovğalanardı. 

Uşaqlar da onun ağ corablarının 

gözəl olduğunu təsdiqləyib; 

– Ay Lamoşka, doğrudan da 

gözəldir! Sənin nə yaxşı nənən var, 

o, yəqin ki, bizim üçün də corab toxuyar?-dedilər. 

Lamoşka qızlara qəzəbləndi. Qaşlarını çatıb, onlara dedi: 

– Olmaz! O, mənim nənəmdir! Lamoşka corablarını sinəsinə  sıxıb evə 

qaçdı. Nənəsinin yanına gəlib, üzündən öpdü və oxudu

 

Nənəm, nənəm, ay nənəm, 

Corabları say, nənəm. 

Çoxlu-çoxlu toxu sən, 

Amma vermə pay, nənəm. 

 

Nənə də cavabında dedi; 



 

Lamoşka mələyimdir, 

Duzumdu, çörəyimdi. 

 

Təkcə indi demirəm, 

Həmişə gərəyimdir! 

 

Nənə Lamoşkanın saçlarına sığal çəkər, dizinin üstündə oturdar, ona nağıllar 

danışardı. 

 

 




 

34

 



*** 

Lakin bu, mehribanlıq çox çəkmədi. Lamoşka dəyişdi. Nadinclik etməyə 

başladı. Heç kimin sözünə baxmır, nənəsini bəyənmir, ata-anasını incidirdi. 

 

 



*** 

 

 



Soyuqlar düşdü. Qar yağdı. Lamoşka küçəyə  çıxıb, uşaqlarla oynamaq 

istədi. O, nənəsi toxuyan ağ corablarını axtarmağa başladı. Lakin tapmadı. 

Anasından, atasından, sonunda nənəsindən soruşdu. 

– Nənə, mənim corablarım hanı?  

Nənə Lamoşkanın corablarını axtardı. Tapa bilmədi. 

– Hara düşübsə, tapa bilmirəm, qızım, -dedi. 

Lamoşka qəzəbləndi. 

– Hanı mənim corablarım?-deyə nənənin üstünə bağırdı. 

Nənə: 

– Qızım, sənə  təzə corab toxuyaram. Bir neçə gündən sonra nənə Lamoş-



kaya təzə corab toxumağa başladı, özü də ağappaq ipdən. Onları Lamoşkaya gös-

tərib; 



 

35

– Gör nə gözəl corabdı, ay Lamoşka, sə-



nin üçün toxuyuram-dedi. Lamoşka onu saya 

salmadı, nənəsinə sataşmağa və oxumağa baş-

ladı. 

 

Nənəm, nənəm, ay nənəm, 

Saçları xəzəl nənəm. 

Üzü qırış-qırışdı, 

Hər yanı gəzər nənəm. 

 

Nənə onun sözünü eşidib başını  aşağı 



saldı  və yaşarmış gözlərini gizlincə sildi. 

Ürəyində  nəvəsindən küssə  də, incikliyini 

bildirmədi. Lamoşka bunu gördü, lakin ona 

əhəmiyyət vermədi. 

 

 

*** 



Nənə corabları toxuyub qurtardı. Corab Lamoşkanın xoşuna gəldi.  Əlinə 

götürüb sığalladı  və sevincək ayağına keçirdi. Corabın ilmələri öz-özündən 

açılaraq sökülməyə başladı. Nənə yenidən toxudu. Lamoşka yenidən geyindi. 

Corab yenidən söküldü. 

Lamoşka; 

– A...a...a bunlar niyə sökülür?-deyə soruşdu. 

Corablar Lamoşkanın  əlindən yerə tullanıb, addımlayaraq, nənənin yanına 

yeridilər. Nənə onları götürüb yenidən Lamoşkaya verdi. Corablar bu dəfə  də 

sürüşüb yerə düşdü və nənənin yanına qaçdılar. 

Lamoşka corablardan soruşdu: 

– Ay corablar, məndən niyə qaçırsınız? 

Corablar dilləndi: 

– Bəs sən niyə nənəni incidirsən?! Nə qədər ki, nənəni incidəcəksən, biz də 

sənə yaxın durmayacağıq. Elə bu zaman itmiş ağ corablar da tullana-tullana gəldi 

və təzə corabların yanında dayanıb dedilər: 

– Elə biz də Lamoşkanın nənəni incitdiyini görüb, sandıqda gizlənmişdik. 

O, ata-anasını, hətta qonşu uşaqları da incidir. Nənənin toxuduğu corabları 

uşaqlara pay verməyə qoymur. Biz istəyirik ki, nənə toxuduğu corablardan 

uşaqlara pay versin. Axı hava soyuqdur, onların da ayaqları üşüyür. 

Lamoşka səhvini başa düşüb, nənədən üzr istədi. Qollarını onun boynuna 

dolayıb nənəsini öpdü və dedi: 

–  Nənə, məni bağışla, mən səni çox istəyirəm. Elə bu zaman təzə, ağ corablar 

Lamoşkanın ayaqlarına sarıldılar. 

 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə