Microsoft Word Metanet Ulushirvanli 2 70x100



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə12/12
tarix12.10.2018
ölçüsü4,67 Mb.
#73555
1   ...   4   5   6   7   8   9   10   11   12

 

54

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Yarasa uçub qarışqalara yaxın gəldi. Qurbağa hop..hop...hop... deyə-deyə 

yarasaya yaxın yerə tullandı. Cır..cır cırıldayan çəyirtkə yaxınlıqdakı kola sarıldı. 

Maraq onları bürüdü: Gözlərini yumru olan nəyəsə zillədilər. 

 

Papağa bənzəyən yumru tərpəndi. Hamı qorxdu. Ətrafa səpələndilər. Yarasa 



siçan kimi ciy edib, dişlərini göstərdi, qulaqlarını dikəltdi, sonra da başıaşağı 

ağacdan yelləncək kimi sallandı. Amma gözlərini papaqkimidən çəkmədi. 

Qurbağa soruşdu: 

– Qur... qur... bu nədi belə? 

Cırcırama cavab verdi: 



 

55

– cır ...cır... Göbələkpapaq! 



Onlar qorxa-qorxa çağırdılar; 

– Göbələkpapaq, ay Göbələkpapaq, sən kimsən? 

 

Elə bu zaman papaqsız qalan göbələyin səsi gəldi. Göbələk yüyürə-yüyürə 



özünü yumru olan nəyəsə çatdırdı. 

 

Hara gedirsən, hara? 



Papağımı ver bura. 

 

Qur...qur... bu ki, göbələyin səsidir. Göbələk, sənsən? – soruşdu qurbağa. 

Papaqsız göbələk: 

– Bəli, mənəm. 

Qarışqa güldü:  

– Papağın hanı bəs? 

Göbələk: 

– Budey, dozanqurdunun başında. Papaq altında itib-batan dozanqurdu 

papağı gözünün üstündən qaldırıb göbələyə məzəmmətlə baxdı. 

– Görməmişin biri, verəcəydim də papağını özünə. Günəş  çıxıb isti vurur 

üzümə. Səni dost bilirdim özümə. 

Göbələk: 

– Səndən mənə dost olmaz! Papağımı ver bura. Onlar papağın; 




 

56

 



Ətəyindən yapışdılar. 

Papaq üstə dartışdılar. 

Yaramazsan deyə-deyə, 

Hirsləndilər, bağrışdılar. 

 

Tamaşaya duranların hərəsi bir məzəmmətlə 



Yarasa: – ciy..ciy...y...dişlə onu, yaramaz, Qurbağa: – qur...qur... ay...ay 

səni, qanmaz! Qarışqa: -Ah, dalaşmayın, heç kim sizi anlamaz. Beləcə hər biri öz 

fikrini dedi. 

Toz dumana qarışdı. Bir-biriylə dalaşdılar. Yadlar gəlib bu söhbətə 

qarışdılar. 

Göbələklə dozanqurdu danışdılar. Nəhayət ki, bir dil tapıb barışdılar. 

 

 

Dozanqurdu papağı göbələyin başına qoyub dedi: 



– Göbələk, bağışla məni. 

İstəmirdim incidəm səni. 

 

Göbələk: 



Başa düşürəm səni. 

Gedək gəzək çəməni. 

 

Onlar qolboyun olub, getdi. Nağılımız burda bitdi. Qarışqa evinə getdi, 



qurbağa suya tullandı, Yarasa ağacdan sallandı. Cırcırama cırıldadı. Yarasa yatıb 

xoruldadı. 

Gözləyin, ay uşaqlar, növbəti nağıl başladı. 



 

57

 



Dandana 

 

Dandana... dandana... dandana... 

Ay haray, danalar girmiş bostana... 

 

Qoymayın, ha, qoymayın, danalar bostana girib, -deyə  Şoti baba çığırırdı. 



Nəvəsi  Şoşi bala isə  ağlayırdı. Baba danaları çomağın qabağına qatıb, onları 

bostandan çıxartdı. Bundan sonra isə heyf!- deyə-deyə bostanın halına yandı. 



 

Dandana... dandana... dandana... 

Vay tutulub bostana, 

Tərəvəzlər yox olmuş, 

Heç nə gəlmir gümana, 

Dandana... 

  dandana... 

    dandana... 

Bəs nə qalmış balama!? 

 

Şoşi hələ  də  ağlayırdı. Danalara acığı tutmuşdu. Axı danalar onun yemiş-



qarpız payını yemişdilər. Xiyarlarını-pomidorlarını  əzmişdilər. Bəs indi 

neyləyəcəyik? -deyib hönkürdü. 

O, ağlaya-ağlaya oxuyurdu: 

 

Dandana... dandana... dandana... 



Ay haray, danalar girmiş bostana... 

Yemişləri yemişlər, 

Qarpızları yemişlər, 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

58

 



Xiyarları əzmişlər, 

Dandana... 

  dandana... 

    dandana... 

Bəs nə qalmış babama? 

 

Baba görür ki, nəvəsi Şoşi onun halına yanır. Onu gülmək tutur. Sən demə, 



bir-birindən xəbərsiz baba nəvənin, nəvə isə babanın halına yanırmış. 

Şoti baba Şoşi balasını yanına çağırıb deyir: 

–  Şoşi balam, ağlama. Onsuz da bostan bir azdan sovrulacaqdı. Darıxma. 

Biz yenidən bostana tərəvəz  əkəcəyik. Sən də yeyəcəksən, mən də. Hələ üstəlik 

danalara pay da verəcəyik. 

Şoşi bala sevinir və oxuyur: 



 

 

Dandana... 

  dandana... 

 

 

       dandana... 

Danalar bağdan qovulmuş, 

Bağ-bostanlar sovrulmuş. 

 

Babam bostan əkəcək, 

Yanına çəpər çəkəcək, 

Yetişəcək tərəvəz, 

Şoşi onu yeyəcək. 

Dandana... 

  dandana... 

 

 

        dandana... 

 

 



 

 

 



 

 

 



Nağılımız burda bitdi. Hərə öz evinə getdi. Bir də görüşərik  Şoti babanın 

bostanında. Hər şey də öz yolunda! 




 

59

 



Sasan 

 

Vızz...   

vızz...   vızz... 

 

Biri vardı, biri yox... vızz...vızz...eyləyən Sasan adlı arı vardı. Onun elə gözəl 



qanadları var idi ki... Amma dodaqları sallaq idi. Sasan dil-boğaza qoymurdu ki

qoymurdu. O qədər vızz...vızz...edir ki... elə buna görə də vızıldamaqdan dodaqları 

sallanırdı. 

 

 



 

 

*** 



Bağda yaşayan digər heyvan və cücülər onun dodağına gülərdilər. Bu da 

Sasanı əsəbiləşdirərdi. 

Arı Sulutəpə adlı  məkanda gözəl bir bağda yaşayırdı. Bağda çarhovuz, 

çoxlu ağac və güllər vardı. Hələ üstəlik burda yuvasını qurmaq üçün çoxlu 

oyuqlar da vardı. Sasan buna çox sevinirdi. Amma onu hirsləndirən bir məqam 

vardı. Bu bağa tez-tez Totu adlı balaca bir oğlan qonaq gələrdi. Və onun yuvasına 

çomaq salardı. Bu da Sasanı özündən çıxarardı. 



 

60

 



Vızz...vızz...edərək yuvasından kənar qaçar, hərdən də oğlanı öz iynəciyi ilə 

sancmaq istəyərdi. Və bir gün sancdı da...özü də dodağından. Toti bağırdı. Sasan 

uçub kənardakı ağaca qondu. 

O, vızz...vızz... deyə – deyə Totuya baxırdı. Totu ağladıqca dodaqları şişirdi. 

Şişdi....şişdi....və  şişdi...sonra da sallanmağa başladı. Bunu görən Sasan 

qəhqəhəylə ona güldü. Sərçə onun yanına gəlib soruşdu: 

– Cik...cik... Ay Sasan, niyə gülürsən? 

Sasan silkələnən qarnını qanadları ilə tutub, hey gülürdü. 

Sərçə dedi: 

– Bəlkə deyəsən, mən də güləm, cik...cik... 

 

 

 



Sasan qanadları ilə Totunu göstərib dedi: 

–  Vız...z...Sərçə, sən bir onun sallaq dodaqlarına bax, gör necə  də 

gülməlidir! 

Cik...cik..cik...edən sərçə; 

Hə gülməlidir, dedi.. Lap sənin dodaqların kimi, -deyib, hündürdən 

qəhqəhə ilə cikkildədi. 

– Cik...ha...ha...ha... 



cik...cik...ha...ha...ha... 

Sasanın dodaqları yadına düşdü. Pərt oldu. Və bir də heç zaman heç kəsin 

dodaqlarından sancmadı. 



 

61

 



Sehrli mücrü 

 

Biri vardı, biri yoxdu... Yox, ay uşaqlar ikisi də vardı. 



Bu dünyada əkiz bacılar vardı. Onlardan birinin adı Sehri, o birinin isə adı 

Mehri idi. Onlar ucqar dağ  kəndində yaşayırdılar. Sehri qoçaq, Mehri isə tənbəl 

idi. 

Sehri odun daşıyar, sobanı qalayar, səhər yeməyi hazırlayardı. Sonra tənbəl 



Mehrini yuxudan oyatmağa çalışardı ki, səhər naharlarını etsinlər. Lakin tənbəl 

Mehrini oyatmaq asan deyildi. Oyanmaq istəmirdi ki, istəmirdi. Belə vaxtlarda 

Sehri onun üçün oxuyardı; 

 

Tənbələ bax, tənbələ, 

Yatır, yatır, hey yatır. 

Yuxusunda görür ki, 

Muncuq alır, zər satır. 

 

Mehrinin bu 



mahnıdan xoşu gəl-

məz, bacısına hər dəfə 

qadağa qoyardı ki. Da-

ha bu mahnını oxuma-

sın. Və bir səhər Sehri 

nə  qədər çalışsa da 

tənbəl Mehrini yuxu-

dan oyada bilmədi. 

Gözlədi ki, bacısı yu-

xudan oyansın. 



 

*** 

Sehri darıxdı. Su 

qabını götürüb çaya su 

gətirməyə getdi. Çaya 

çatanda musiqi səsi 

duydu. Diqqətlə qulaq 

asdı. 

 

Düzdür, səhv 



salmayıb, kim isə san-

ki hansısa sehrli mah-

nı çalırdı. Sehri ilk 



 

62

 



dəfə idi ki, belə gözəl mahnı  eşidirdi. Və birdən suyun üzündə bir mücrünün 

üzdüyünü gördü. Mücrü ona sarı gəlirdi. Mücrü oxuyur və deyirdi: 



 

Qapağımı aç, qapağımı, 

Bax, o zaman görərsən... 

 

Mücrü Sehriyə çatdı. Sehri mücrünü suyun üzündən götürüb evə gətirdi. 



 

*** 

Tənbəl Mehri hələ yatırdı. Sehri mücrünü yerə qoydu ki, bacısını oyatsın və 

mücrünü Mehriyə göstərsin. Elə bu zaman mücrü oxumağa başaldı. 

 

Qapağımı aç, qapağımı, 



Bax, o zaman görərsən... 

 

Səs o qədər gözəl idi ki, tənbəl Mehri musiqi səsinə yuxudan oyandı. Mehri 



yorğan -döşəyin içərisindən qalxmadan soruşdu? 

– Bu nədi belə, Sehri. 

– Mücrü. 

– Hardan tapdın? 

– Çaydan. 

– Ay qız, o nə deyir elə? 

– Deyir, Mehri durub mənim qapağımı açsın. Mehri tənbəlliyindən ayağa 

qalxmadı. Yanındakı çomağın köməkliyi ilə qapağı açmaq istədi. Mücrünün 

qapağını çomaq vurub qırdı. Sehri güldü. Mehri qorxudan yorğanı başına çəkdi. 

*** 


Sehri mücrüyə yaxınlaşdı. Mücrünü əzizləməyə başladı. 

Gözəl mücrü, 

ağıllı mücrü, 

Açıl-açıl...l... 

sehirli mücrü. 

 

Sən demə mücrüyə elə bu sözlər lazım imiş ki, qapağı açılsın. 



Cingiltili zınqırov səsi gəldi. Mücrünün qapağı açılmağa başladı. Mücrünün 

qapağı açılan kimi qızıl bir mirvari düzümü Sehrinin boynuna dolandı. Bunu 

görən tənbəl Mehri zirək qızlar kimi qalxıb mücrünü qucaqladı. 

– Bu mənim mücrümdür!-deyib onun qapağını açdı ki, qızıl mirvari 

götürsün. Amma gördü ki, mücrü boşdur. 

Tənbəl Mehri mat-məəttəl bacısının üzünə baxdı. Sehri mahnını yenidən 

oxudu 

 



 

63

Gözəl mücrü, 



ağıllı mücrü, 

Açıl-açıl...l... 

sehirli mücrü. 

Mücrü açıldı və bir qızıl mirvari yenidən onun boynuna dolandı. 

Sehri Mücrüdən soruşdu: 

 

Gözəl mücrü, 



ağıllı mücrü, 

sehirli mücrü, 

 

 

– bəs niyə Mehriyə, mənim bacıma boyunbağı vermədin? 

Mücrü oxuya-oxuya diləndi: 



 

Tənbəlləri sevmirəm, 

Sevmirəm a..a..sevmirəm. 

Kim tənbəldi mən ona 

Boyunbağı vermirəm. 

 

Qoy o mənə söz versin ki, daha tənbəllik etməyəcək. Bax o zaman mən də 



ona qızıl mirvari hədiyyə edəcəyəm. 

Və o gündən Mehri tənbəlliyin daşını atdı. Mücrü onlara qızıl mirvari 

hədiyyə verib, yeni tənbəlləri axtarmaq üçün çaya sarı yollandı. 

Mücrümüz suya getdi. Nağılımız burda bitdi. 




64

 

Meşə və insan 



Qar...qar...qar... edən qarğa hay-həşir saldı və göydə uça-uça ağladı. 

Elə bu zaman meşədən tüstü qalxdı. Dalınca da qıpqırmızı alov dilimləri 

meşənin əl-ətəyini yalamağa başladı. 

Tülkü vəkkildədi. Quyruğunu qısıb meşədən qaçdı. Sincab və  dələlər 

ağlamağa və hay-həşir salmağa başladılar. Maral və ceyranlar hürkdülər. 

Beləliklə, meşədə olan bütün heyvanlar qaçıb canlarını qutarmağa çalışdılar. 




 

65

Ağaclar yanıb, kül oldu. Meşədən əsər-əlamət qalmadı. Meşənin sakinləri qaçqın 



düşdülər. 

Təkcə maral və qarğa heç hara getmədi. Maral hara gedirdisə qarğa da 

onunla birlikdə gəzirdi. Çünki qarğa onun buynuzuna qonmuşdu. 

 

*** 



Bir gün maral qarğadan bezdi: 

– Ey, qarğa, ordasan? – soruşdu. 



Qar..qar... edən qarğa: – Burdayam, – deyə cavab verdi. 

– Yəni, harda? 

– Guya bilmirsən? Sənin buynuzunun üstündə. 

– Hə, düz deyirsən, onsuz da qonmağa yer yoxdur. Hara qonacaqdın ki, 

buynuzumdan başqa. Qarğa, bilirsən nə var? 

– Nə var ay maral? 

– Daha bəsdi, get başqa yerə qon. 

– Məsələn hara? Qar...qar... 



– Nə bilim, məsələn, elektirik xətlərinə. 

– Qar...r...r vay...vay...qar...r...Deyirsən, məni cərəyan vurub, öldürsün?! 

– Mənə nə var! Mənim istəyim buynuzumdan əl çəkməyindir. 

– Nə qədər ki, qonmağa yer tapmamışam, o qədər də buynuzunda məskən 

quracağam. 

– Pay atonan, işə düşmədim!- dedi maral. 

– Səni kim işə saldı? Qar...r...r...qa...r...r.... 

– Sən. 


– Xeyr. Yaxşı fikirləş. Səni bu əziyyətə salan meşəni yandıranlardır. 

 



 

66

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



– Kimdir ki, onlar, tanıyırsan? Maral soruşdu. Qarğa isə cavab verdi: 

– Bəli, tanıyıram. İnsanlardır. 

– Sən hardan bilirsən, ay qarğa? 

Qar...qar...r...r... 

–  Mən göydə uçurdum, gördüm ki, iki kişi ocaq qalayır. Onlar ocaq 

qaladılar, yazıq dovşanı  kəsdilər, ocaqda bişirdilər, yedilər. Sonra da ocağı 




67

söndürmədən çıxıb getdilər. Mən də çoxlu qarıldadım, onların da qarıltımdan 

xoşları gəlməyib məni daşladılar. 

*** 


Maral qaçırdı. Bərk hirslənmişdi. Qarğa isə onun başının üstündə uçur, elə 

hey soruşurdu? 

– Maral bacı, maral bacı, hara qaçırsan? Maral hirsindən cavab vermir, hey

qaçır...qaçırdı... 

Və birdən qarğa Maralın yaxınlıqdakı kəndə girdiyini gördü. Qorxdu. 

– Ey Maral, ora olmaz. İnsanlar bizim üçün təhlükəlidir. Qayıt, qayıt,

deyirəm sənə. 

Maral isə qayıtmadı. Qarğa ağlamağa başladı. 

– Onlar səni kəsib, yeyəcəklər. Bəs mən hara qonacağam, -deyib,

qanadlarını göydə şappıldatdı. Maral onu onsuz da eşitmirdi. 

Maral kəndə girib qarşısna çıxan ilk qapını ayaqları ilə  bərk-bərk 

döyəclədi....döyəclədi... 

Qapını qoca bir kişi açdı. Maral onu qarşısına qatıb, qova-qova meşənin 

yanan yerinə gətirib, dedi: 

– Siz insanlar evimizi yandırdınız. Meşə sakinlərini qaçqın saldınız. Budur,

biz evsiz-eşiksiz qaldıq. Meşəni siz insanlar yandırdınız, odur ki, sizlər də yeni 

meşə salmalısınız. 

*** 


Yanan meşənin yerində böyük insan axını vardı. Hərə  əlində bir fidan 

gətirib, yanan ağacların yerində basdırırdı. 

Yağış yağdı. Fidanları sulandı. Çox keçmədi ki, onlar böyüdülər. Meşə 

əvvəlkindən də gözəl göründü. Qaçqın düşən heyvanlar öz vətənlərinə qayıtdılar. 

Onlar indi də həmin meşədə xoşbəxt və firəvan yaşayırlar. 



68

 

MÜNDƏRİCAT 

Ləya ................................................................................................................................................................. 4 

Görməmiş pişik ....................................................................................................................................... 18 

Beş barmaq ............................................................................................................................................... 27 

Hoppa .......................................................................................................................................................... 31 

Lamoşkanın ağ corabları ..................................................................................................................... 33 

Merinin yuxusu ........................................................................................................................................ 37 

Nənə və tutuquşu ................................................................................................................................... 40 

Düyməcik ................................................................................................................................................... 43 

Günəş bizim dostumuzdur .................................................................................................................. 47 

Külək ............................................................................................................................................................ 50 

Göbələkpapaq .......................................................................................................................................... 53 

Dandana ...................................................................................................................................................... 57 

Sasan ............................................................................................................................................................ 59 

Sehrli mücrü ............................................................................................................................................. 61 

Meşə və insan ........................................................................................................................................... 64 



Uşaqlar, səhifədə öz fikirlərinizi  

qeyd edə bilərsiniz. 

Qeyd üçün 



Təşkilati dəstək: 

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu 

www.aybkitab.az 

www.kitabevim.az 

"Yazıçı" nəşriyyatı 

"Vektor" nəşriyyatı 

"Mütərcim" nəşriyyatı  

Yayım Assosiasiyası  

"Bayatı" kitab dükanı  

Əlaqə telefonu: (+99450) 358 77 55  




Kitab «Mütərcim» Nəşriyyat-Poliqrafiya Mərkəzində 

səhifələnmiş və çap olunmuşdur. 

Çapa imzalanıb: 10.02.2016. Format: 70x100 

1

/

16



.  

Qarnitur: Times. Həcmi: 4,5 ç.v. Tiraj: 300. Sifariş № 37. 



Qiyməti müqavilə ilə. 

TƏRCÜMƏ  

VƏ NƏŞRİYYAT-POLİQRAFİYA  

MƏRKƏZİ 

Az 1014, Bakı, Rəsul Rza küç., 125 

596 21 44; (055) 715 63 99 

e-mail: mutarjim@mail.ru 

www.mutercim.az

 


Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə