Microsoft Word Metanet Ulushirvanli 2 70x100



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix12.10.2018
ölçüsü4,67 Mb.
#73555
1   2   3   4   5   6   7   8   9   ...   12

 

28

 



Kiçik bacı, nanay...nay... 

Nə durmusan, dur oyna! 

Xonçanı götür, nanay... 

Xınanı gətir nanay... 

Ay nanay...ay nanay... 

 

Başbarmaq nanay...nay... 

Başalabarmaq nanay...nay... 

Uzun Hacı nanay...nay... 

Gültopacı nanay...nay... 

Çeçələ bacı, nanay...nay... 

Ay nanay...ay nanay... 

 

Beləcə xoşbəxt yaşayırdılar. Amma onlar lovğa deyildilər. Çoxları onların 



mehribanlığının paxıllığını çəkərdilər. 

 

*** 



Bir gün dodaq oxumaqdan yorul-

du. Odur ki, biclik işlədib, böyük qar-

daşa dedi: 

– Başbarmaq, qardaşların səni 

sevmirlər. 

Başbarmaq isə cavabında; 

– Xeyr, bu düz deyil. Qardaşla-

rım məni çox istəyirlər. 

Dodaq deyir: 

– Sən qardaşlarına fikir ver, onlar 

hər zaman dördü də birlikdə  gəzirlər. 

Səni isə özlərindən kənarda tuturlar. İnanmırsansa,  əli qaldır bax, sən onlardan 

kənarda görünəcəksən. 

Başbarmaq  əli qaldırıb baxır və görür ki, qardaşların dördü də yan-yana 

düzülüb, təkcə Başbarmaq kənarda qalıb. Başbarmaq məyus olur. Bunu görən 

dodaq üyüdüb tökür: 

– Başbarmaq, qoy səni başa salım; düzdür, sən böyük qardaşsan, buna 

baxmayaraq Şəhadət barmağı özünü qabağa tutar, səni saymaz, hər şeyi göstərər 

və yeni-yeni qərarlar verər. Topal qardaşın isə səni saymaz, orta barmağam deyib, 

ortada yeyib, qıraqda gəzər. Nişanbarmaq da bir toy və yaxud, nişan olan kimi 

üzüyü barmağına keçirib, sənə acıq verə-verə şənliklərdə oynayar, Çeçələbarmaq 

da qardaşlarından nümunə götürüb, səni saymaz hər vaxt səndən uzaq gəzər, 

özünü  əlin kənarına verib, yatıb-yayxanar səni saya salmaz. Sən isə bunları 

anlamır, işin ağırlığını öz üzərinə götürüb, onlara kömək edirsən. Gördünmü, 

qardaşların sənə necə kələk gəliblər?! 



 

29

–  İndi ki, təksən, öz işini də  tək gör. Onlara hamballıq etmə, – dodaq 



Başbarmağa dedi. 

Başbarmaq onun sözünə inanıb, qardaşlarından küsdü. Bir gün yeni bina 

tikmək lazım gələn zaman qardaşlar görür ki, Başbarmaq onlara kömək etmir. 

Qatlanıb ovucun içərisində yatıb. Barmaqlar nə qədər edirlərsə, Başbarmaq onlara 

kömək etmir. Onlar çarəsiz qalırlar. 

Beləcə günlər ötür... 

*** 

Başbarmağın qardaşları onu tək buraxmaq istəmir, lakin o qardaşlarını 



özünə yaxın qoymur, üzlərinə belə baxmırdı. Lakin barmaqlar ondan incimirdilər. 

Başbarmaq ovucun içərisində özünə kiçik koma tikmək istədi. Amma tək 

olduğundan nə qədər etdisə bacarmadı. Fikirləşdi ki, yəqin əsəbiyəm, onun üçün 

iş görməyi bacarmadım. Bir müddətdən sonra özümə yeni koma tikəcəyəm. Hələ 

ki, yatım, dincəlim. 

Bu minvalla zaman ötür. Nəhayət, Başbarmaq təklikdən darıxır,  əylənmək 

istəyir. Onun könlündən qarmonda ifa etmək keçir. 

 

 



 

Qarmona yaxınlaşdı, götürmək, çalıb, oxumaq istədi. Nə  qədər çalışdısa, 

qarmonu  əlinə ala bilmədi. Qarmonun üzərində atılıb-düşdü, könül oxşayan 

musiqi səsi yerinə qarmondan əcaib səslər çıxdı. Baş verən hadisələri kənardan 

izləyən qardaşlar Başbarmağa yaxınlaşıb dedilər:. 



 

30

 



– Başbarmaq qardaş, sənsiz biz, bizsiz də sən heç bir iş görə bilmərik. Güc 

birlikdədir! 

Onlar birlikdə qarmonu ifa etməyə başladılar. 

 

 



*** 

Beş barmaq qardaşlar qarmonun dilləri üzərində sağa-sola  şütüyür, musiqi 

sədaları ovucun içərisindən süzülərək ətrafı şənləndirirdi. Başbarmaq baxır görür 

ki, bütün barmaqlar işləyir. Hətta  ən az işləyən onun özü imiş. Bunu görən 

Başbarmaq utandı. Heç kimin sözünə inanıb, bir daha qardaşlarını tərk etmədi. 

Bu hadisədən sonra barmaqlar bir-birilərini daha da çox sevdilər. Onlar 

birləşdilər. Büküləndə yumruq, açılanda əllər oldular. Qurdular-yaratdılar. Toyda-

mağarda oldular və  şənliklərdə oxudular, oynadılar; Və oxuyanda bu sözləri 

işlətdilər 

 

     



 

Barmaqlar oy, barmaqlar, 

     

 

Ay nanay...ay nanay... 

     

 

 

 

  Üstə durub dırnaqlar, 

     

 

Ay nanay...ay nanay... 

  Paxılların acığına, 

 

 

 

 

 

Ay nanay...ay nanay... 

  Barışdılar barmaqlar. 

 

 

Ay nanay...ay nanay... 

 

 


 

31

 



Hoppa 

 

 

 

Kim var, kim yox? 

Biri vardı, biri yox. 

Uçdu nağıl ölkəsinə 

Parıldayan nizə, ox. 

 

 

Biri vardı, biri yox. Nadinc və dilotu yeyən bir qız vardı. O, çox arıq idi. 



Anası onun üçün tez-tez südlü sıyıq bişirərdi ki, yeyib kökəlsin. Lakin o 

kökəlməzdi. Bilirsinizmi niyə? Çünki həddindən artıq dəcəl idi. Dostları ilə 

oynayan zaman onları incidər, dostları da ondan küsərdilər. 

Uşaqlar, bəs niyə soruşmursunuz ki, bu nadinc qızın adı nə idi? Siz zəhmət 

çəkib fikirləşməyin, mən deyim; – hər şeyə maraq göstərən Əfsun. 

Bir gün Əfsun dayısı qızları olan Tomka və Merini arzuladı. Anasına dedi 

ki, – Anacan, mən Tomka və Meri üçün darıxmışam. Anası da Əfsunu onların 

yanına apardı. 

Onlar həyətdəki quyunun yanında oynayır, yelləncəkdə yellənir və 

oxuyurdular. 



 

Yellənin ha yellənin 

Hoppa! 

 


Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə