Microsoft Word Metanet Ulushirvanli 2 70x100



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə3/12
tarix12.10.2018
ölçüsü4,67 Mb.
#73555
1   2   3   4   5   6   7   8   9   ...   12

 

10

 



 

 

Sarı ilan Ləyaya qoşulub suya sarı süründü. Tezliklə böyük və gurultulu çay 



qarşılarına çıxdı. 

– Sarı ilan, bu da su! Ləya qurumuş dodaqları ilə pıçıldadı. 

Sarı ilan; 

– Fıs...s...s.. edərək süründü, özünü çay qırağına saldı. 

 

*** 


Ləya çaydan doyunca su içdi...içdi..doymadı. Yenə içdi...içdi... bu dəfə 

sudan doydu. 

– Oxay...y...! Ox...ay... -dedi. Çayın kənarına uzanmaq, dincini almaq 

istəyirdi ki, birdən...çay silkələndi, sular ləpələndi. Çaydan qorxunc uğultu səsi 

gəldi. Çayın suyu fəvvarə kimi göyə qalxdı. Göyə qalxan su üzündə yaraşıqlı bir 

oğlan göründü: 

Narazı halda: 

– Məni niyə çağırdın? – Ləyadan soruşdu. 

Ləya qorxdu. Odur ki, oğlana cavab vermədi. Oğlan yenidən soruşdu: 

– Ay qız, məni niyə çağırdın? 

Ləya nə isə demək istədi. Lakin söz yerinə ağzından: 

– Məəə...n..... mə...ə..ə...n....səsləri çıxdı. 




 

11

Oğlan güldü. Sən keçisən? 



– Yox, keçilərimi itirmişəm, - Ləya cavab verdi. 

– Bəs niyə mələyirsən? 

Ləya ürəkləndi; 

– Mələmirəm, demək istəyirəm ki, mən səni çağırmadım. 

– Oğlan hirsləndi: 

– Necə yəni çağırmadın. Bəs mən burada nə gəzirəm, sən çağırdın mən də 

gəldim. 

– Sənin adın nədir? - Ləya oğlandan soruşdu. 

– Oxay, Mənim adım Oxaydı. 

 

*** 



Hə, uşaqlar, indi sizə kimdən nəql edim, – Oxaydan. 

Hər  şey aydın oldu. Sən demə, bu oğlanın adı Oxay imiş. Ləya su içib, 

doyandan sonra; 

– Oxay...y...! Ox...ay... deyən kimi oğlan onun qarşısında peyda oldu. 

Oxay nə qədər yaraşıqlı idisə, bir o qədər də cəsur idi. Onu görsəydiniz elə 

zənn edərdiniz ki, o, bir şahzadədir. Lakin o şahzadə deyildi... 

Oxay cadugər oğlu idi – Dəniz cadugərinin oğlu. Yox...yox qorxmayın, 

uşaqlar. O, sizə xətər yetirməyəcək. 

Oxay dənizlərdə darıxırdı. Odur ki, dənizlərin qolları olan çaylara baş 

vurmaq qərarına gəldi. Hər yeri gəzdi-dolandı, axırda da Ləyanın su içdiyi çaya 

gəlib çıxdı.Və elə bu zaman Ləyanın; 

– Oxay...y...! Ox...ay... dediyini eşitdi. Ona elə  gəldi ki, qız onu cağırır. 

Odur ki, başını çaydan çıxarıb: 

– Məni niyə çağırdın? – deyə  Ləyadan soruşdu. Hər  şey də bundan sonra 

yaxşılığa doğru yönəldi... 

 

*** 



Ləya ağlayırdı. Oxay əlini uzadıb Ləyanın göz yaşını silmək istədi. 

Bacarmadı.  Əksinə bir ovuc su ilə  Ləyanın üz-gözünü islatdı. Bu hala hər ikisi 

güldü. 

Oxay Ləyaya maraq və  həyəcanla qulaq asırdı. Ləya danışır...danışır...öz 



həyatını Oxaya nəql edirdi. Ata-anasının necə öldüyünü, analığının onu 

döydüyünü, qardaşının onu incitdiyini, heç kimin onunla oynamaq istəmədiyini, 

həyatında baş verən bütün hadisələri nəql eylədi, Oxaya. Oğlan qızın acınacaqlı 

həyatına qüssələndi. 

Ləpələr Oxayı gah çayın digər sahilinə, gah da Ləyanın yanına çəkirdi. 

Oxay hər Ləyaya yaxınlaşanda əlini Ləyanın saçlarına çəkib, onu sığallayırdı. 

Ləya başdan-başa su oldu, Oxayın sığallarından. Odur ki, soyuqdan 

titrəməyə başladı. Bunu görən Oxay: 




 

12

 



– Səni islatdım, indi neyləyəcəyik? Evə  də dönə bilmirsən! Oxay fikir-

ləşməyə başladı. Çarə tapmaq lazım idi. 

 

 

 



Oxay suya-batıb çıxır, tez-tez çayın o başından-bu başına addımlayır, çarə 

düşünürdü. 

 

 

*** 



– Ləya, sənin üçün çarə tapdım, – dedi Oxay. 

– Necə yəni? – soruşdu Ləya. 

– Ləya, sən mənə de görüm, keçilərini tapıb analığının yanına, ya keçmişə – 

ata-ananın sağ olan dövrünə qayıtmaq istəyirsən? 

Ləya dilləndi: 

– Yəni, anamın sağ olan vaxtınamı? 

– Bəli. 

Yəqin ki, o zaman mənim analığım bizim yanımızda olamayacaq, 

deyilmi? 

– Əlbəttə, olmayacaq! 

Ləya sevindi. Bu mümkündürmü? – deyə soruşdu. 

– Yəqin ki, mümkün olar. Sən məni burada gözlə, mən gedim atamdan xahiş 

edim, görüm sənin üçün zamanı geri döndərə bilərmi? 

Oxay su üzündə dövrə vurub, özünü suya qərq etdi. Ləya onu çağırdı: 




 

13

– Oxay...y...! Ay Ox...ay... Oxay geri döndü. 



– Nə var? –soruşdu. 

– Oxay, bəs mənim qardaşım, qardaşım necə olacaq? 

Oxay: 

– O fərsiz və tənbəl qardaşını deyirsən? O, sənin nəyinə gərəkdir axı, qoy 



anasının yanında qalsın. 

– Yox, mən qardaşımı çox sevirəm. xahiş edirəm elə et ki, o mənim doğma 

qardaşım olsun. 

Oxay güldü. Və özünü suyun altına verdi. Ləya yenidən onu səslədi. 

– Oxay...y...! Ox...ay... 

Oxay geri döndü. 

– Yenə  nə var, niyə qoymursan gedəm, atamdan sənin üçün zamanı geri 

döndərməyi xahiş edəm. Ləya narahatçılıqla dedi: 

– Oxay, birdən gedib qayıtmazsan. Qayıt, xahiş edirəm. 

Oxay məzəmmətlə başını yırğaladı; 

– Ləya, sən məni burada gözlə!-deyib, suya qərq oldu. 

 

*** 



Külək  əsməyə başladı. Ləya islaq paltarda donurdu. O, küləkdən 

daldalanmaq istədi. Amma çay kənarında daldalanmağa yer tapmadı. Ləya 

fikirləşdi: 

– Görəsən, bura haradır? Mən hara gəlib çıxmışam? 

Qaranlıq düşmək üzrə idi. Oxay gəlib çıxmırdı. Ləyanın ağlına cürbəcür 

fikirlər gəldi: 

Oxay məni aldadıb getdi. Bəlkə də geri qayıtmayacaq. 



Çayın suları küləkdən xırda-xırda ləpələnirdi. Ləpələr çay daşlarına dəyib 

Ləyanın üzünə  sıçrayırdı. Külək Ləyanın donunu qurutmuşdu. Ləya heç nəyə 

əhəmiyyət vermədən, gözlərini çaya zilləyib, Oxayı gözləyirdi. 

Çay balıqları  Ləya ilə oynamaq istəyirdilər, deyəsən. Onlar balaca qıza 

yaxın gəlib, gah başlarını sudan çıxarır, qızcığaza maraqla baxır, gah da başlarını 

suya salıb quyruqlarını  Ləyaya göstərirdilər. Sanki hərəkətləri ilə  Ləyanı 

darıxmağa qoymurdular. 

Ləya acmışdı. Yeməyə isə heç nə yox idi. O, cadugar oğlunu ümidini 

itirmədən gözləyirdi...Oxay isə gəlmirdi. 

 

*** 



Hə, uşaqlar, indi sizə kimdən danışım.. .kimdən... 

– Mırxordan. Soruşacaqsınız ki, bəs Mırxor kimdi? 

Mırxorun kim olduğunu sizə anladım... 

– Mırxor sülənməyi xoşlayan, xoruza oxşayan dəniz itidir. O, gizlicə Oxayın 

dalınca düşüb, hər yeri sülənərdi. Lakin Oxaydan özünü yaxşıca gizlədərdi. Ona 

görə də cadugər oğlu bundan duyuq düşmürdü. 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə