Microsoft Word Metanet Ulushirvanli 2 70x100



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə11/12
tarix12.10.2018
ölçüsü4,67 Mb.
#73555
1   ...   4   5   6   7   8   9   10   11   12

 

48

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Günəbaxan gərilib yerə baxdı. Doğrudan da, çobanyastığının ağ  ləçəkləri 

yerə tökülmüşdü. Günəbaxan hirsləndi. Çobanyastığının başı üzərində bitən, 

hərdən də lovğa-lovğa yırğalanan Boyamagülünü çağırdı: 

– Ey, sən, lovğa Boyamagülü, çobanyastığına niyə qapaz vurursan? Bəyəm 

bilmirsən ki, mən buradayam?! 

Boyamagülü təəccüblə: 

– A...a...a kim, mən? 

– Guya bilmirsən, özünü tülkülüyə vurma, əlbəttə ki, sən! 

– Siz nə danışırsız, Günəbaxan xanım, mən çobanyastığını niyə döyməliyəm 

ki?! Əsla , ola bilməz! 

– Bəs buna nə deyəcəksən?! – ləçəklərini yolub yerə tökmüsən. 

Elə bu an çobanyastığı ağladı və dedi: 

– Sən yalançı Boyamagülü, o sən deyildinmi, bayaq başıma qapaz vurdun?! 

– Yox, a..a nə danışırsız. Vallah külək etdi. Bir bura bax, əllərimi nə qədər 

yanımda saxlasam da külək bir o qədər mənim  əl-qolumu sağa-sola yelləyir. 

Yəqin belə vaxtda olub. Məndən incimə, Çobanyastığı. Mən dünən hələ  səni 

qoruyurdum, heç sənin özünün xəbərin belə olmadı. 

Günəbaxan soruşdu: 

– Necə yəni? 

Boyamagülü: 

– Günəbaxan xanım, çobanyastığı mənim gövdəmin altında bitib, elədir? 



 

49

– Elədir, – deyə onun sözünü təsdiqlədi Günəbaxan. 



– Dünən yağış mənim başıma-başıma o qədər döydü ki... Amma mən başımı 

yana  əymədim ki, birdən çobanyastığı  məndən inciyər ki, niyə  məni isladırsan. 

Amma yarpaqlarımla yağışın suyunu onun ətəklərinə töküb, onu yaxşıca su ilə 

doyuzdurdum. Yağış başıma o qədər döyüb ki, başım hələ də ağrıyır. 

Günəbaxan: 

– Nə deyirsən, indi də yağış və küləklə dalaşaq?! 

– Yox, elə demək istəmədim. Bir azdan Günəş  çıxacaq. Bizi isidəcək. O 

zaman külək də, yağış da çıxıb gedəcək. Günəş bizim dostumuzdur axı! 

Bu söz Günəbaxanın xoşuna gəldi. Üzünü göyə tutub: 

– Bəli, Günəş bizim dostumuzdur, dedi. Elə bu zaman Çobanyastığı 

sevincək əl çaldı. 

– Ura! Dostumuz Günəş gəldi, - deyə hay-həşir saldı. Buludların arasından 

görünən Günəş gülümsədi və onlara əl etdi. 

Günəbaxan, Boyamagülü və Çobanyastığı; üçü də xor səslə: 

– Günəş bizim dostumuzdur!-dedilər. 

 



 

50

 



 

Külək 

 

...Qapı döyülür. 



Tık...  tık...  tık... 

– Kimdir? – balaca Tomka soruşur. 

Tık...  tık...  tık... 

 

 

 


 

51

– Kim var orda? 

– Mən. 

– Sən kimsən? 



– Külək. 

– Nə istəyirsən? 

– Sizə qonaq gəlmək istəyirəm. 

Tomka sevindi. Ura ..a..a ! Bizə qonaq gəldi, -deyərək, yüyürüb qapını açdı. 

Amma kimsəni görmədi, pərt oldu və qapını örtüb otağına döndü. 

Tık...tık...tık...yenidən qapı döyüldü. 

– Kimdi? 

– Mənəm, külək. 

Tomka yenidən qapını açdı. Qapıda kimsə yox idi. Hirslə qapını çırpdı. Geri 

döndü. O anda qapı yenə döyüldü. 

Tık...  tık...  tık... 

Tomka cəld tərpəndi ki, qapını açıb, onu yaxalasın. Amma yenə heç kəs yox 

idi. Hirsindən çığırdı: 

– Ey yaramaz külək, mənə niyə sataşırsan? 

Bu zaman səs gəldi; 

– Mən sənə sataşmıram. Mən sənin qarşında dayanmışam. 

Tomka təəccüblə dedi: 

– Axı səni görmürəm. 

Külək: 

– Amma mən səni görürəm. Sən çox qəşəng qızsan. Saçlarında ağ lentin də 



var. 

Külək onun lentindən tutub dartdı. Lent yavaş-yavaş açılmağa başladı. Onun 

saçları üz-gözünə töküldü. Sonra güllü donunun ətəklərini sağa-sola oynatdı. 

Daha sonra isə üzünə üfürərək Tomkanı sərinlətdi. Bu, Tomkanın xoşuna gəldi. 

Tomka: 

– Hə, indi səni demək olar ki, görürəm. Yaxşı, de görüm niyə gəlmisən? 



– Səninlə dost olmağa.  İcazə ver hərdən gəlim sizə  və  səninlə bax beləcə 

oynayım. 

Külək Tomkanı sehrləmişdi sanki, odur ki, dedi: 

Nə vaxt istəsən gələ bilərsən, ey mənim təzə dostum. 

Külək sevindi. Onun üzündən öpdü və dedi: 

– İndi isə get yat, dostum, artıq gecdir. 

Tomka: 

– Sağ ol! – deyib, qapını örtmək istədi. 



Amma külək qoymadı. Sən get yat. Qapını mən örtəcəyəm. 

Tomka təzə dostundan ayrılıb, məmnun halda geri döndü. Külək verdiyi 

sözü yerinə yetirdi. Cırıltılı səslə qapını örtüb getdi. 

 

 



 

52

 




 

53

 



Göbələkpapaq 

 

Haçaqıç cırcırama meşədə     



cır...     cırr...   cır... cırıldayır, 

yaxınlıqdakı qamış basmış gölmə-

çədə yaşıl donbalangöz qurbağa isə 

qur...   qur...  qur – deyə qu-

ruldayırdı. 

Hündür  şam ağacından başı-

aşağı sallaq vəziyyətdə yatan yarasa 

onların səsindən oyanır. Gecələr 

yatmayan, hər tərəfi sülənən yarasa 

yuxudan oyandığından əsəbiləşib si-

çan kimi ciyildədi. Dişlərini xırçıl-

datdı: 

– Axmaqlar, bəsdirin, səsiniz-



dən yata bilmirəm, kəsin səsinizi! – 

dedi. 


Torpaq üstündə ora-bura qa-

çan qarışqaların isə dünya vecinə deyildi. Əllərinə keçən azuqələri yuvalarına 

daşımağa tələsirdilər. 

Elə bu zaman yarasa ağacdan dişləri ilə qopartdığı ağac qozasını; 

– Kəs səsini, eybəcər qurbağa! - deyib, qurbağaya atmaq istədi. Lakin qoza 

ağzından sürüşüb, kiçik bir qarışqanı üstünə düşdü. Bunu görən cırcırama 

cırıldaya-cırıldaya güldü: 

– Ha.. ha.. a.. ha... cır... 



ha... ha... cır...r...r... Əcəb gülməlidir! -dedi. 

Ətrafdakı qarışqalar yüyürüb qozanı kənara diyirlətdilər. Qarışqanı qozanın 

altından çıxartdılar. Bu vaxt qarışqalardan biri yaxınlıqdakı yumru olan nəyi isə 

göstərərək: 



 

Gör orda nə var? 

Kim baxsa qorxar. 

Oy...y... 

 

Digər qarışqa:  



 

Göbələkpapaq, 

Gəl gedək baxaq. 

 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə