11
FÜZULİ SÖZÜNÜN SEHRİ
Ədəbiyyat və mədəniyyət tariximizin iftixarı olan Füzuli dünya ədəbiyyatı
tarixində də böyük hadisədir. Hökm kimi səslənən bu fikri aşağıdakı danılmaz
faktlar doğruldur: hələ heç kim Şərqin üç möhtəşəm dilində (türk, fars və ərəb)
divanlar bağılayaraq Füzuli kimi mükəmməl əsərlər yarada bilməmişdir; heç
kimin qələmi mənsub olduğu dövrün ədəbi aləmindəki bütün əlvan forma və
janrların sınağına məruz qalarkən Füzuli qələmi kimi gözəl və cilalı nümunələr
yaratmamışdır; “qəlb şairi” kimi tanınan şairimiz qədər heç kim oxucu ürəyinə
hakim kəsilməmişdir; ikinci elə bir şair tapmaq çətindir ki, onun yaratdığ ədəbi
məktəb qədər sirayətedici olsun və öz davamçılarını çıxılmaz təsir dairəsində
saxlamaq iqtidarında olsun; orijinal və təkrarsız üslub sahibi olan Füzuli kimi heç
kəs ədəbi yaradıcılıq qarşısında müxtəlif dövrlərin (ictimai quruluşların) və
zamanların sınağından uğurla çıxa bilmək keyfiyyətini elmi-tarixi və mənəvi
dəyər şərti kimi irəli sürməmiş və öz yaratdığı əsərlərlə bu şərti dolğun şəkildə
doğrultmaq mümkün olduğunu sübuta yetirməmişdir: fars və ərəb dillərində də
yazmaqla və bu dillərdənbəhrələnməklə yanaşı, ədəbi dilimizi tarixən heç kəs
Füzuli kimi həmin dillərin hegemonluğundan xilas edə bilməmişdir; nəhayət, çox
az şairə müyəssər olar ki, mənəviyyatı, qəlbi və ruhu hər misrasından görünsün və
əzəli məhəbbətdən, səmimilikdən yoğrulmuş ədəbi şəxsiyyəti yaradıcılığında və
üslubunda Füzulidəki qədər bütün əzəməti və aydınlığ ilə həkk olunsun!..
***
Füzuli təkcə Azərbaycan ədəbiyyatında deyil, bütün Şərq ədəbiyyatında
əsərləri dönə-dönə köçürülən,
yaxud nəşr olunan, çox sevilən və çox oxunan ən
tanınmış sənətkarlardandır. XX yüzillikdə Türkiyədə, Azərbaycanda, eləcə də
başqa ölkələrdə Füzulinin həyat və yaradıcılığ, dili və üslubu haqqında onlarca
tədqiqat əsəri yazılmışdır. M.F.Köprülü, Ə.Qaraxan, Ə.Tərlan, H.Araslı,
Y.Bertels, Ə.Gölpınarlı, Mir Cəlal, M.Quluzadə, M.C.Cəfərov, Ə.Cəfər,
V.M.Qocatürk, H.Mazıoğılu, Ə.Dəmirçizadə, H.Mirzəzadə, Ə.Mirəhmədov,
F.Qasımzadə, M.Adilov, T.Hacıyev, A.Vəfalı, Ə.Səfərli, S.Əliyev, A.Rüstəmova,
V.Feyzullayeva və başqalarının kitabları, məqalələri bu gün də elmi dəyərini
saxlamaqdadır.
Azərbaycan ədəbi dilinin tarixindən məlumdur ki, Füzuli klassik şeir dilində
fikir ardıcıllığını qüvvətli prinsipə çevirən, onlarca qəzəl, qəsidə, qitə və
rübaisində müxtəlif motivlərin bağılanmasına incə tərzdə diqqət yetirən böyük
səkətkardır. Bununla belə, o özündən əvvəlki ədəbi irsə, Şərq poetikasının zəngin
və mürəkkəb qayda-qanunlarına sadiq qalmağ farsca divanı-
12
nın müqəddiməsində özünün dediyi kimi, “əslinin səliqəsinə (yəni türk şeri
ənənələrinə) uyğun” yazmağ bacaran, sənətdə sələflərinin keçmədiyi, xələflərinin
keçə bilmədiyi aşırımlardan addayan bir üstaddır. Onun zərif üslubu
təkrarolunmazdır. Poeziyasındakı xariqüladə qüdrət və əzəməti bədii söz
qarşısında qoyduğu misilsiz tələbkarlıq doğurmuşdur.
Şe’r zövqündən olmayan agah,
Əhli-nəzmi məzəmmət eyləməsin
Kəndi cəhlinə e’tiraf etsin,
Hər kəramətə sehr söyləməsin.
(Yəni: şeir zövqündən agah olmayan adam şairləri məzəmmət eyləməsin; hər
kəramətə – yeni sözə (bədii ixtiraya) sehr söyləməkdənsə, öz cahilliyini etiraf
etsin). Belə bir izahatdan sonra sanki bu kiçik qitənin məzmunu bütünlüklə
aydındır. Lakin bu dörd misradakı “cəhl”, “kəramət” və “sehr” sözlərinin əlavə
ekspressiv məna çaları oxucuya çatırmı? Yəqin ki, yox. Çünki şair həmin
misraları oxucusunun müsəlman zehniyyətli olduğuna arxayın olub söyləmişdir;
yəni düşünmüşdür ki, oxucu Quranın “Qəmər surəsindən 1-ci və 2-ci ayəni,
həmçinin Məhəmməd peyğəmbərin həyatından belə bir epizodu bilməmiş
deyildir: “Əbu Cəhl Məkkə əhalisindən bir neçə nəfəri başına yığıb, həzrət
peyğəmbərdən möcüzə göstərməyi tələb edir. Peyğəmbər adamlara ani nəzər
salıb, şəhadət barmağını bədrlənmiş aya doğru uzadır və bir an sonra ay iki yerə
bölünüb, hissələri müxtəlif mövqelərdə görünür. Peyğəmbər ətrafındakılara üç
dəfə: “Şahid olun!” deyir.
Şaşqın vəziyyətdə qalan Əbu Cəhl bu “kəramət”i qəbul etmək istəmir. “Bu,
sehrdir, şeytan əməlidir!” – deyir. Beləliklə, tarixi rəmzləri, dini-fəlsəfi anlayışları
bilməyən, beytdə bu və ya digər sözün “tövriyyəli” (mənəvi cinaslı, ikibaşlı)
olduğunu duymayan oxucuya Füzulinin əsərləri bədii məzmun sarıdan yarıbayarı
az çatır.
Füzuli sehrkar deyildi və öz ürəyinin qanı, dərin zəkası, nuru, fitri istedadı
hesabına yaratdığı sənət incilərini layiqincə, ədalətlə qiymətləndirə bilməyən,
çarəsizlikdən “sehr” adlandıran, onun özünü isə “əcaib üslublu” təbiri ilə
səciyyələndirən müasirlərindən, – adi oxuculardan tutmuş təzkirəçilərə qədər bir
çoxlarından narazı idi. Lakin qəribədir, bu günün qədirbilən oxucuları da bəzən
ona sehrkar kimi baxır, onun ucaltdığı möhtəşəm söz binasında hər bir daşın ülvi
mükəmməlliklə cilalandığını görüb heyran qalırlar.
Füzuli misra-misra, beyt-beyt böyükdür. Onun beytlərində qəfil bir şimşəyin
parıltısı, əlçatmaz zirvələrin qüdsiyyəti var. Onun beytləri xəyyamanə rübailər
kimi sənətdə həqiqi gözəlliyin, məna dolğunluğunun məhəki sayıla bilər: hər
beytin öz musiqi dili, – həmcins səslərdən, gözlənilməz qafi-