Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   ...   24   25   26   27   28   29   30   31   ...   38

________________Milli Kitabxana____________________ 
168 
 
Bu sorğu-suallar bəlkə nahaqdı,  
Zamanın qulağı çox səsə kardı.  
Beş addım gedirsən, görürsən artıq:  
Sual da, cavab da, vaxt da qurtardı. 
Bir sual, bir cavab eşidir zaman,  
Zamanın alqısı, satqısı haqdı.  
Zaman yer azmışın tutub qolundan,  
Dinməzcə yerində oturdacaqdı. 
Mən də gah özümü özümdən danıb,  
Gözümü çox şeyə yummaq istərəm.  
Çox səsi, çox sözü paslanmış sanıb,  
Töküb dənizlərə yumaq istərəm. 
Mən də bir cavabdeh, günahkar kimi...  
Zaman zəlzələsə, mən kiçik dağam;  
Qoşıub inadıma həqiqətimi  
Zamanla üz-üzə dayanacağam... 
 
25 oktyabr, 1994 
  


________________Milli Kitabxana____________________ 
169 
 
BU DÖNÜKLƏR, VƏFASIZLAR DÜNYASI... 
 
Kimi kim bivəfa dünyada gördüm
bivəfa gördüm 
             Məhəmməd Füzuli 
 
Yolu düzlər dünyanın hər işini bacarmaz,  
Hər işini bacarar, şər işini bacarmaz.  
Yaxşılara yaxşılıq vərdişini bacarmaz  
Bu dönüklər dünyası, vəfasızlar dünyası. 
 
Müdriklərin dilindən bu kəlam belə sızdı:  
Bu, insandı - bəşərdi; bu oğlandı, bu qızdı;  
Vəfasızdı - dönükdü, dönükdü - vəfasızdı  
Bu dönüklər dünyası, vəfasızlar dünyası. 
 
Əhdi yoxlar dilində andı yoxlar yalanı,  
Sözsüzlər nəfəsiylə söz ocağı qalanır,  
Uçurtdu ürəyimdə sirli sevda qalamı  
Bu dönüklər dünyası, vəfasızlar dünyası. 
 
Hər nəyi xoşlamasan tez ona əvəz olar,  
Uçruma "gəl-gəl" deyən çağrış olar, səs olar,  
Gözün içində bitər, gözəgörünməz olar  
Bu dönüklər dünyası, vəfasızlar dünyası. 
 
Bir üzü ağ dünyadı, bir üzü qara dünya,  
Bu qaranlıq ağarmaz ola min para dünya,  
Qoltuğumda gedəcək, yön alsa hara dünya;  
Bu dönüklər dünyası, vəfasızlar dünyası. 
 
Gözəl quyu bağışlar tənhalara, təklərə,  
Qarın yükfi daşıyar duyğusuz ürəklərə,  
Gələcəksiz gələcək dartar gələcəklərə  
Bu dönüklər dünyası, vəfasızlar dünyası... 
 
10 oktyabr, 1994  


________________Milli Kitabxana____________________ 
170 
 
MUROVA QAR YAĞIRDI 
 
Axşamdan başlamışdı;  
Murova qar yağırdı;  
Qar altda donmuşların 
üstünə qar yağırdı. 
Düşmənin qəfil hücum-qəsdinə qar yağırdı.  
Kürəkçayın nəfəsi batmış idi elə bil  
Mürgü bilməz küləklər 
yatmış idi elə bil; 
Keşikdəki əsgərin baxışı, zəndi oyaq...  
Murova qar yağırdı  
Murova qar yağacaq,  
Min illərlə belə sıldırımlar qalacaq...  
Qalacaq dilsiz yatan hər qaya – hər qalaça  
Bu dəli uçrumlara ələnən qar qalacaq.  
Döngəni düz, düzü döngə eyləyən  
Oqarların altından 
gizli cığır keçəcək, 
O qarların üstündən açıq cığır keçəcək,  
O, qorxmazlar cığırı, igid ərlər cığırı,  
O, cəsarət cığırı, 
yenməz hünər yoludur,  
O, dönməzlər yoludur, qalib əsgər yoludur;  
Murova qar yağırdı...  
Hardasa, kimlərinsə 
dəminə qar yağırdı...  
Nigaran anaların qəlbinə qar yağırdı...  
Bir azdan qar tutacaq  
Keçidləri, yolları;  
Bircə əsgər nəfəsi,  
Sayıq əsgər nəfəsi  
Əridəcək o qarı 
Murova qar yağırdı... 
 
Murovdağ - Bakı, noyabr, 1994 
  


________________Milli Kitabxana____________________ 
171 
 
ULU ŞAHIM, QILINCINA SÖYKƏNİM! 
 
Xətainin ruhu qarşısında 
 
Şah Xətai, qüvvətimiz haçalanır,  
Qüdrətimiz, qeyrətimiz haçalanır,  
Varlığımız çiliklənir, parçalanır,  
Ulu Şahım, qılıncına söykənim! 
 
İçimizdə döyüş gedir, vuruş gedir,  
Özümüzdən özümüzə yürüş gedir...  
Biz qılıncı tərs tutmuşuq;  
Özümüzü kəsir ağzı;  
Qəh-qəh çəkir düşmən-azğın.  
Biz qılıncı tərs tutmuşuq  
Və beləcə özümüzü unutmuşuq...  
Ulu Şahım, qılınc çalmaq öyrət bizə! 
İçimizdə şeytan səsi, 
Yalan səsi, böhtan səsi - 
Didir bizi, yeyir bizi, 
Ulu Şahım, 
Qibləmizə çevir bizi! 
Ulu Şahım, qılıncına söykənim! 
Zülmətlərə göz dikmədən kor olmuşuq; 
Özümüzü görmüşük ta, yorulmuşuq 
Özümüzü görməyi sən öyrət bizə
Uçurulmuş dünyamızı 
Hörməyi sən öyrət bizə! 
Ulu Şahım, 
Qılınc çalmaq öyrət bizə! 
İçimizlə vuraşmağı öyrət bizə!  
Xırdalayaq: 
nəyimiz var, 
nəyimiz yox;  
Nəyimiz az, nəyimiz çox,  
Bəs eləyər - çox ələdik göz yaşı da, 
Göz yaşımız əritdi ən sərt daşı da. 


________________Milli Kitabxana____________________ 
172 
 
Yağılan sevindirdik, bəs eləyər!  
Al mumluğu, 
al, qəddarlıq öyrət bizə!  
Bir azca da canavarlıq öyrət bizə.  
Onda bəlkə qoyun-quzu 
olanımız təzər, itər;  
Onda bəlkə sərhəd boyu 
ərlər bitər, nərlər bitər...  
Ulu Şahım, qılıncına söykənim! 
Biz düşmənlik bacarmadıq,  
Düşmənləri tanımağı öyrət bizə,  
Biz nifrəti 
qanımızla yoğurmağı bacarmadıq.  
Qələminlə sən mələklik öyrəlmisən,  
Qılıncınla Əzrayıllıq öyrət bizə.  
Biz özümüz özümüzü məğlub olduq,  
İçimizdə, qanımızda məğlub olduq.  
Məğlubların şərəfino süfrə açdıq.  
İsti çörək, "isti qorxu" yedizdirdik.  
İsti qəzəb, isti yaraq,  
İsti nifrət... yox, vermədik!  
İçimizdə yer şumladıq;  
Yaxşı-yaxşı xəyanətlər,  
Yaxşı-yaxşı cinayətlər bitirməyə.  
Gör ağlımız yetir nəyə?  
Gör əlimiz yetir nəyə?  
Tanrı, bizi bizdən qoru!  
Öz əlimizdən qoru,  
Əməlimizdən qoru!  
Bu millətin süfrəsini duzsuz qoyma,  
Bu millətin kürsüsünü sözsüz qoyma!  
Namərdi sən elə yatırt,  
Qoy biryolluq ayılmasın.  
Ulu Şahım, ruhun bizdən ayrılmasın,  
Ulu Şahım, bizə yar ol!  
Ulu Şahım, qılıncına söykənim!.. 
 
29 sentyabr, 1994   
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə