Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   ...   25   26   27   28   29   30   31   32   ...   38

________________Milli Kitabxana____________________ 
173 
 
YARIMADIN 
 
Yastı-yastı 
yapalaqlar yarıdı, 
Girdə-girdə 
topalaqlar yandı.  
Yarımadın heç nədən.  
Yarımadın... 
nə yaxşı, 
Çömçə tutan əlləri,  
Yalamadın nə yaxşı.  
Yanmadın, nə yaxşı!.. 
1994 
 
 
 
 
GECİKDİN 
 
Mahir cərrah bıçağını qatladı,  
Kimsə dedi: heyf, dədə, gecikdin.  
Dedi: rahat yaşamağın bir yana,  
Vallah; rahat ölməyə də gecikdin. 
 
may, 1995 
  


________________Milli Kitabxana____________________ 
174 
 
ÇEÇEN FACİƏSİ 
 
Allah, Allah, bu nə dünya, bu nə bəşər?! 
Gözgörəti insan yanır, insan ölür: 
Körpəsiylə, qocasıyla, xəstəsiylə; 
Torpaq yanır: bulağıyla, ağacıyla, 
Torpaq yanır: havasıyla, 
Qarışqası, böcəyiylə; 
Tank altında tapdalanmış toxumuyla. 
 
Didir insan bir-birini;  
Yeyir insan bir-birini.  
Bilmək olmur kim günahkar, 
kim haqlıdır, 
Hamı, hamı günahsızdı-silahsızdı,  
Hamı, hamı günahkardı-silahlıdı.  
Cənab nazir, mərt görmüşəm,  
Çox görmüşəm tank burnunda  
Ölümlə bir 
beynəlmiləl nəğmələri gətirəni.  
Çox görmüşəm.  
Çox görmüşəm qana batmış 
əlləri mən.  
Çək tətikdən əllərini,  
Yüz xaraba, min xaraba 
Müəllifı əllərini.  
Kiçiklərin böyüməsi çətin işdi, " 
Böyüklərin" kiçilməsi 
çox asandı. 
Dünya özü yaxşı bilir:  
Raketlərin qanadında qayda getmir,  
Qanun getmir heç diyara.  
Qayda-qanun dediyini 
ürək yazır, əl daşıyır;  
Öz əlinlə öz yurduna 
ölüm dartmaq!  
  


________________Milli Kitabxana____________________ 
175 
 
Bu "yeni" bir hərbi məntiq!  
Öz yurdunu şum eləmək,  
Qan axıtmaq, sonra, sonra  
Su axtarmaq - qan yumağa?!  
"Mənim" - deyib o torpağı,  
Əkmək, sonra mərmi səpmək,  
Çox qəribə davadı bu.  
Çox qəribə məntiqi var 
bu qırğının  
Çox qəribə sualı var  
Cavabı yox bu qırğının,  
Cavabı yox... 
 
10 yanvar, 1995 
  


________________Milli Kitabxana____________________ 
176 
 
QOLUZORLULARA NİFRƏTİM VAR 
 
Bütün qoluzorlulara nifrətim var:  
Boyhı olsun, aiçaq olsıın,  
Lətli olsun, qıvraq olsun,  
Çinli olsun, çinsiz olsun,  
Dinli olsun, dinsiz olsun... 
 
Bütün qoluzorlulara nifrətim var
İnsan ölüı, 
Yurd dağılır göz qabağında, 
Ölən niyə yaranmışdı? 
Bu yurd niyə qurulmuşdu? 
Körpə niyə doğulmuşdu? 
Deyəmmədik - sən də, mən də. 
Öldürənin böyründəcə sən də vardın, 
Mən də vardım şeytanla bir. 
Sözə baxın: şeytan insan öldürürdü 
insanla bir. 
Şeytanın da, insanın da  
Birgə təlim keçdiyini  
Özüm gördüm öz gözümlə.  
İnsanın başında şeytan papağı,  
Şeytanın başında insan papağı.  
Özləri beləcə dəyişmişdilər;  
Aylarla beləcə döyüşmüşdülər.  
İnnən belə deyin görüm:  
Öldürən kim, ölən kimdi?  
Deyin görüm: qıran kimdi?  
Quran kimdi? Bölən kimdi? 
Bütün qoluzorlulara nifrətim var...  
Ürəyimdə bir içimlik məhəbbət qalıb,  
Ürəyimdə bir udumluq mərhəmət qalıb...  
Qoyun ölüm öz dərdimlə, siz Allah! 
 
24 yanvar, 1995 
  


________________Milli Kitabxana____________________ 
177 
 
SƏNƏ İNANIRAM 
 
Nə dona girsə de ilandır, ilan,  
Lənət ağına da, qarasına da,  
Nə dildə danışsa, - şeytandı, şeytan,  
Lənət bozuna da, alasına da.  
Bunu mən demirəm, babalar deyib:  
Qurdunan yoldaş ol, çomağı bərk tut;  
Göz qırpdın qapacaq o üzə gülən,  
Az oldu yaltaqdı, çox oldu cəllad.  
"Böyüklər" dalında gizlənə bilən  
Fərqi yox kişidi, fərqi yox arvad.  
İçində gizlənər eşik görkəmi;  
Sümsünər it kimi, sinər qurd kimi,  
"Böyüklər" dalında görünməz onlar. 
 
Beləcə, kiçilər "böyük olanlar"  
Beləcə böyüməz kiçik olanlar.  
Ayaq yalayanlar.- küçük olanlar,  
Kiçiklər zənciri böyük əlində,  
Yüz səmtə qısqırdar yeri gələndə.  
Yüz yol söz verildi, and da içildi, 
Unutduq: "bu itlər girəvəcildi",     
Çevrildin, qefildən qapacaq səni,  
Qapıb öz baltanı çapacaq səni,  
Hələlik bu düşüb baxtımıza, bu,  
Hələlik doğrudur bu acı doğru.  
Ayıq olmalıyıq hər yerdə ayıq,  
Süfrədə, yataqda, səngərdə ayıq,  
Mən ayıq, sən ayıq, sərkərdə ayıq... 
 
O kimdi dəm olan özgə yasından?  
O kimdi haqsızı haqlı eləyən?  
Ayını təzdirib mağarasından;  
"Bu mənim tarixi muzeyim..." – deyə!  
İçər sağlığına bir məkri varsa,  
Yoluna bir qucaq təbriklə çıxar. 
 


________________Milli Kitabxana____________________ 
178 
 
Süfrəndə yağlıca bir tikə görsə,  
Ağzında dişinə şərikli çıxar.  
Bundan da betərdi öz olanımız,  
Əyri olanlardı düz olanımız.  
Bundan da betəri: bölgəbazlarıq,  
Badələr dalında ölkəbazlarıq. 
 
Qeyrətdən güc alar gücü az ölkə,  
Ölkə yox, ölgədir qoranmaz ölkə.  
Bu, mənim vəzifəm: əli qələmdə,  
Bu, mənim vəzifəm: sözü kürsüdə...  
Bu, sənin vəzifən: əli tətikdə,  
Bu, sənin vəzifən: gözü üfüqdə... 
 
Başımın üstündə müqəddəs Quran,  
Sənə inanıram, ölkə rəhbəri.  
Sənə inanıram, keşikdə duran  
Ayıq Vətən oğlu, Vətən əsgəri! 
8 may, 1995 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə