Microsoft Word M?MM?D araz doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/38
tarix17.06.2018
ölçüsü2,8 Kb.
#49219
1   ...   28   29   30   31   32   33   34   35   ...   38

________________Milli Kitabxana____________________ 
191 
 
Damında saçını yolanı görmür,  
İnsana daş atan insanı görmür.  
Hatta bacasından düşəni görmür,  
Hətta qapısından girəni görmür. 
Üzünə şapalaq vuranı görmür.  
Bəzən də belədi, belədi dünya  
Onu uçurana heykəl ucaldır.  
Onu ucaldana "yaxşıca" zindan. 
 
Dünyanın qaranlıq zindanlarına  
Üsyandı Mikayıl, üsyandı, üsyan...  
Dünyanın qaranlıq zindanlanın,  
Bir təkandan, bir həmlədən uçuran  
Nəğmələr oxuyur Mikayıl.  
Cəsarətlər birliyi 
birləşib hünər olur,  
Hünərlər birliyində  
Hamı bir nəfər olur.  
Şəhid məzarlarının 
baş daşı səngər olur,  
Ölkə beş qat böyüyür,  
Olkə səfərbər olur:  
Mikayıl şeir oxuyur... 
 
8 yanvar, 1997 
  


________________Milli Kitabxana____________________ 
192 
 
        XOŞ GÖRDÜK, ALA SAĞSAĞAN! 
 
Səsin gəlcək susdu meşə,  
Bülbül köçdü dal budağa.  
Qur-qurumı gölməçədə  
Tezcə uddu göy qurbağa. 
 
Tülkü baxırdı tələdə  
Yağlı ətə marağınan,  
Çaşdı - aşdı öz xoşuna  
Ov itinin marığına. 
 
Bəd xəbəri yayan kimi  
Çəkilərsən bazarına,  
Gizdilinpaç oynayarsan  
Kətanköynək qozlarınan. 
 
Qarğa gördün - qarıldarsan, 
Qırğı gördün - qırıldarsan,  
Sərçə gördün - nərildərsən;  
Xoş gördük, ala sağsağan! 
 
Deyirlər xoş xəbərlisən 
Yağlı bağırsaq olanda.  
Eyvanlarda qurut dolu  
Köhnə dağarcıq olanda. 
 
İndi yoxdu qurut qoyan,  
Sürü dağda, biz aranda.  
Xəbərdən olmaz xəbərin  
Ayılar palıd qıranda. 
 
Yerin uca budaq ucu,  
Çərəzin ətcəbalalar,  
Qaranquşlar səndən qaçıb  
Damda, tavanda balalar... 
 
Zəy dilini nahaqca gəl  
Batırma, bala sağsağan!  
Xoş gördük, qoca hiyləgər,  
Xoş gördük, ala sağsağan!.. 
Pitsunda, 1980 


________________Milli Kitabxana____________________ 
193 
 
YAZI MASAM 
 
Səninçün darıxdım, ay yazı masam!  
Səninçün darıxdım bu dağlar üstə.  
Nə qədər qayadan, daşdan da yazsam,  
Dincəlmək istədim yarı saralmış,  
Yarı nəfəsimdən yanıb qaralmış,  
Yan ağ, səpəli varaqlar üstə.  
Balaca, dördbucaq, ağac dünyama 
 İstədim fikrimi heşan eləyəm,  
Bu ağac dünyama, 
bu tac dünyama  
Sinəmi söykəyib tufan eləyəm.  
Min xallı-boyalı mənzərə gördüm.  
Kükrəyib çağlamaq istədim.  
Susuz və kirasəsiz bir dərə gördüm,  
Hönkürüb ağlamaq istədim.  
Bir masa axtardım dirsəklənməyə,  
Bir qələm axtardım ürəklənməyə.  
Masa göstərdilər daşdan yonulu,  
Ən nadir, ən ağır ağacdan yonulu,  
İstəsəm çiynimə çay bağlardılar  
İlham almağa 
İstəsəm sinəmə ay bağlardılar,  
İlham almağa 
Qorxdum: bu aləmə qəlbim susana,  
O nəm bucaqdakı dostum qısqana.  
Dağlar da ərkimdən inciməz yəqin,  
Qayalar masamdan min yol gözəldir.  
Yastı qayalara masam deyənin  
İlhamı bəlkə də həllənc düzəldir.  
Mənim yazı masam - arı pətəyim,  
Özüm də, fikrim də min el dolaşır.  
Mənim söz çiçəyim, duyğu çiçəyim,  
Onda mayalaşır, onda ballaşır, 
 
Şuşa, avqust, 1970   


________________Milli Kitabxana____________________ 
194 
 
QOCA ƏMİM BELƏ DEDİ 
 
Kitabdan da, yaddaşdan da qayadı möhkəm,  
Bu qayalar sirr bilir ki, - Loğman da bilmir.  
Bir haray çək, 
bu dağlarda qalsın harayın.  
Könül səsi könüllərdə yaşamalıdır.  
Kişilərdən haray qalıb, 
ad qalıb bizə. 
Nakişinin səpdiyi dən qum bitiribdi.  
Sən arabir bu yerlərə özgə kimi gəl.  
Qərib yolçu donunda gəl.  
Şər qarışanda: 
Gör atının yedəyini tutan olurmu!  
Varsa, demək, bu yerlərdə kişilər ölmür.  
Qoca əmin bu dağlardan dağ ömrü alıb.  
Sən arabir bu yerlərə söz almağa gəl;  
Söz çəkməyə sözdən düzgün tərəzi yoxsa,  
Etibarın "para", "bütün" çeşidi yoxsa,  
Dul arvadin çəpərinə daş atan yoxsa,  
"Üç ayaqlı uşaqlara" sataşan yoxsa,  
Bulaqları övlad kimi qoruyan varsa,  
Dağ çayını nənə kimi qoruyan varsa,  
Demək, burda qoca əmin yaşayır hələ,  
Demək, burda kişi ölür, kişilik ölmür... 
 
24 dekabr, 1973 
  


________________Milli Kitabxana____________________ 
195 
 
TƏK OLANDA 
 
Tək qalmaq istərəm
Tək qalmaq, hərdən. 
Özümə çəkiləm bayquşdan betər: 
Dartmalar, didmələr, deyinmələrdən 
Qulağım dolubdur, 
daşıbdı, yetər... 
Sanaram bir axşam düşüncəm duru,  
Gör necə çırpınıb nccələnmişəm.  
Bir də görürəm ki, üz-üzə dunıb  
Mən Özüm özümdə neçələnmişəm.  
Ələnər başıma min sual-yağış,  
Sualkeş də mənəm,  
Cavabkeş də mən. 
Bəzərəm Xəyyamlar cavab tapmamış  
İdrak "neyçinlər"i, "niyolor"ındən.  
Çiynimdə on yüngül yük olanda da  
Sığmıı- fikirlərim bir qəlbə, vallah...  
Tək ola bilmirəm tək olanda da,  
Qərib insanam, Qəribə, vallah... 
 
Noyabr, 1970 
  


________________Milli Kitabxana____________________ 
196 
 
İSTİSU LÖVHƏLƏRİ 
 
Günəş elə bil ki, zirvədə yatır,  
Baxib bir lövhəyə, heyran qalmışam:  
Dağın zirvəsində gün-günortadır,  
Dərənin dibini haqlayır axşam. 
 
Bir parça buludda bir dəniz yükü,  
Külək uğultusu qış nəğməsidir.  
Tərtərin ən ağır, ən əziz yükü  
Gül-çiçək ətridir, quş nəğməsidir. 
 
Vəhmi dağ titrədir sel nərəsinin,  
Bir çayın səsinə bir dərə dardır.  
Yarğanda uzanan qar tirəsinin  
Nəhəng bir timsaha oxşarı vardır. 
 
Kölgə var uyuyur qaya dibində,  
Elə ömürlük də uyuyacaqdır.  
Uzaqda alışan bir kibritin də  
Qoxusu burnunda duyulacaqdır. 
 
İstisu, iyul, 1968 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə