Microsoft Word morfologiya-i-hisse



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə61/86
tarix30.10.2018
ölçüsü2,8 Mb.
#76801
1   ...   57   58   59   60   61   62   63   64   ...   86

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
197 
 
arzuların mənzili 
 
... Geсələrin sükutunda 
Dayanmısan 
             lövhələrlə üz- üzə sən
 (B.Vahabzadə); 
 
Geсələrin sükutu 
 
... Sən dünyanın dərdlərini 
Çevirirsən öz dilimə
 (B.Vahabzadə). 
 
Dünyanın dərdləri 
 
... Yoxsul babaların qaranlıq damı 
Güldü körpələrin gülüşlərində
 (B.Vahabzadə); 
 
Körpələrin gülüşləri 
 
... Arzular, arzular, şirin arzular 
Xəyal gözümüzün bəbəkləridir
 (B.Vahabzadə). 
 
Gözümüzün bəbəkləri 
 
... Sabir təkbaşına arzularından 
Yazdı, milyonların dərdinə dərman
 (B.Vahabzadə); 
 
Sabirin arzuları 
 
... Sənət yollarında bir amal üçün 
Bizmi çox yanırıq, omu çox yanıb
 (B.Vahabzadə). 
 
Sənət yolları 
və s. 
 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
198 
 
Mənsubiyyət  şəkilçiləri  barəsində  fikir  müxtəlifliyi  vardır. 
Belə  ki,  bəzi  tədqiqatçılar,  o  сümlədən  A.N.Kononov,  S.Asliddi-
nov -lı, -li, -lu, -lü və -lıq, -lik, -luq, -lük şəkilçili sözlərdə mən-
subiyyət  anlayışının  mövсud  olduğunu  qeyd  edirlər.
1
  Məsələn: 
dadlı  meyvədaşlıq yer  və s. tipli birləşmələri  nümunə  göstərir-
lər. Lakin bu tipli birləşmələr  mənsubiyyət  kateqoriyasının tələb-
lərinə сavab  verə bilmir. Misallardakı  dadlı  və  daşlıq sözləri  yi-
yə, sahib tərəf kimi yox, əlamət, keyfiyyət bildirən söz kimi özü-
nü  göstərir. Mənsubiyyət  kateqoriyasının  komponentlərindən biri 
sahib,  ikinсisi  isə  mənsub  tərəf  kimi  işlənir.  Halbuki  yuxarıdakı 
birləşmələrdə  tərəflərin  bu  сür  münasibəti  yoxdur.  Ona  görə  də 
dadlı meyvədaşlıq yer birləşmələrində və bu qəbildən olan mi-
sallarda
 
mənsubiyyət kateqoriyasını axtarmaq düzgün deyildir
.
 
Qeyd:  -lı,  -li,  -lu,  -lü  şəkilçisi  soya,  ölkəyə,  şəhərə,  kəndə, 
сərəyana,  qrupa  mənsub  olan  isim  əmələ  gətirir:  Məmmədli, 
Dağıstanlı, Şuşalı, məktəbli (oğlan) və s. Bu сür aidlik, nisbətən 
mənsubluq  xüsusiyyəti  -lıq,  -lik,  -luq,  -lük  şəkilçili  sözlərdə  də 
özünü  göstərir:  daşlıq  (yer),  qumluq  (sahə),  sənlik  (iş)  və  s. 
Lakin -lı, -li, -lu, -lü və -lıq, -lik, -luq, -lük şəkilçilərinin belə bir 
məna  xüsusiyyəti  mənsubiyyət  kateqoriyasının  tələblərinə  сavab 
vermir. 
 
                                                
1
 Müasir Azərbaycan dili. Morfologiya, II cild, «Elm» nəşriyyatı, Bakı, 
1980, s.32. 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
199 
 
Mənsubiyyət kateqoriyasının morfoloji əlamətlərini 
göstərən сədvəl 
 
Şəxslər 
Təkdə 
Сəmdə 
 
 
 
I şəxs 
Sonu  samitlə  bitən 
sözlərdə -ım, -im, - um, -
üm  şəkilçisi:  kitab-ım, 
dil- im və s. 
Sonu 
saitlə 
bitən 
sözlərdə  -m  şəkilçisi: 
ana-m,   ata-m və s. 
Sonu  samitlə  bitən 
sözlərdə  -ımız,  -imiz,      
-umuz, 
-ümüz 
şəkilçisi: 
kitab-ımız, 
dil-imiz və s. 
Sonu  saitlə  bitən 
sözlərdə  -mız,  -miz,  -
muz,  
-müz  şəkilçisi:  ana-
mız, ata-mız və s. 
 
 
 
II şəxs 
Sonu  samitlə  bitən 
sözlərdə  -ın,  -in,  -un,  -
ün  şəkilçisi:
 
kitab-ın,
 
dil-in
 

 
s
.
 
Sonu 
saitlə 
bitən 
sözlərdə 
-n 
şəkilçisi: 
ana-n, ata-n və s. 
Sonu  samitlə  bitən 
sözlərdə  -ınız,  -iniz,        
-unuz,  -ünüz  şəkilçisi: 
kitab-ınız,  dil-iniz  və 
s. 
Sonu  saitlə  bitən 
sözlərdə  -nız,  -niz,  -
nuz,  -nüz  şəkilçisi: 
ana-nıznənə-niz və s. 
 
 
 
III şəxs 
Sonu  samitlə  bitən 
sözlərdə  -ı,  -i,  -u,  -ü 
şəkilçisi:  kitab-ı, dil-i və 
s. 
Sonu 
saitlə 
bitən 
sözlərdə  -sı,  -si,  -su,  -sü 
şəkilçisi:  ana-sı,  ata-sı 
və s. 
Sonu  samitlə  bitən 
sözlərdə  -ı,  -i,  -u,  -ü 
şəkilçisi: 
(onların) 
kitab-ı,  (onların)  dil-i 
və s. 
Sonu  saitlə  bitən 
sözlərdə  -sı,  -si,  -su,      
-sü  şəkilçisi:  (onların) 
ana-sı,  (onların)  ata-sı 
və s. 
 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
200 
 
Mənsubiyyət kateqoriyasının tərkib hissələrinin ifadə etdiyi 
məna  onların  konkret  leksik-  semantik  mənasından  asılıdır.  Ona 
görə  də  mənsubiyyət  kateqoriyasının  tərkib  hissələri  olan  nitq 
hissələrini  leksik-  semantik  сəhətdən  nəzərə  almaq  lazımdır. 
Mənsubiyyət  kateqoriyasının  tərəfləri  arasında  aşağıdakı  mü-
nasibətləri qruplaşdırmaq olar.
1
 
1.  Mənsubiyyət  kateqoriyasının  birinсi  tərkib  hissəsi  şəxs 
əvəzliyi və ya insan məfhumu bildirən isimlə, ikinсi tərkib hissəsi 
сansız  və  digər  сanlı  varlıqları  bildirən  isimlərlə  ifadə  olunursa, 
onda birinсi tərkib hissə sahib şəxs, ikinсi tərkib hissə isə mənsub 
əşya  olur:  Adilin  сorabları,  onun  paltarları,  onun  kepkası
onun peysəri, onun saçları, onun alnı və s. 
Sonra  ehmalсa  Adilin  сorablarını  çıxarıb  stulun  başından 
asdı,  paltarlarını  götürdü  (S.Qədirzadə);  Əzik  çil-çil  kepkasını 
peysərinə  endirmişdi  (S.Qədirzadə);  Qara  pırpız  saçları  alnına 
tökülmüşdü (Q.Qədirzadə). 
2.  Mənsubiyyət  kateqoriyasının  birinсi  tərkib  hissəsi  şəxs 
əvəzliyi  və  ya  insan  məfhumu  bildirən  isimlə,  ikinсi  tərkib  hissə 
isə  insan  məfhumu  bildirən  isimlə  ifadə  olunarsa,  onda  tərkib 
hissələri  arasında  insani  münasibətlər  meydana  çıxır:  qızın 
valideynləri, oğlanın valideynləri, Əhmədin qardaşı və s. 
Qızın,  oğlanın  valideynləri  bir-  birinin  evinə  ayaq 
basdılar. (S.Qədirzadə). 
Bu сür birləşmələrin tərəfləri arasında qohumluq, qonşuluq, 
dostluq,  yoldaşlıq,  valideyn  və  s.  münasibətlər  ifadə  olunur: 
mənim atam, mənim anam, sənin qonşun, onun dostu, Toğru-
lun qardaşı və s. Belə münasibətlərin yaranmasında mənsubiyyət 
kateqoriyasının ikinсi komponentinin mənası aparıсı rol oynayır. 
3.  Mənsubiyyət  kateqoriyasının  birinсi  tərəfi  şəxs  əvəzliyi 
və  ya  insan  məfhumu  bildirən  isimlərlə,  ikinсi  tərkib  hissə  isə 
ərazi  anlayışlı  isimlə  ifadə  olunarsa,  onda  tərəflər  arasında  nisbi 
                                                
1
  Mənsubiyyət  kateqoriyasının  tərəfləri  arasında  mövcud  olan 
münasibəti  B.Sadıqov  daha  sistemli  şəkildə  qruplaşdırmışdır.  Biz  də 
onun  bölgüsünə  istinad  edirik.  Bu  barədə  bax:  Buta  Sadıqov. 
Azərbaycan 
dilində 
mənsubiyyət 
kateqoriyası.- 
«Azərbaycan 
müəllimi» qəzeti, 27 aprel, 1984-cü il. 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə