Microsoft Word morfologiya-i-hisse



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə59/86
tarix30.10.2018
ölçüsü2,8 Mb.
#76801
1   ...   55   56   57   58   59   60   61   62   ...   86

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
190 
 
MƏNSUBIYYƏT KATEQORIYASI
 
 
 
Adlara  məxsus  ümumi  qrammatik  kateqoriyalardan  biri  də 
mənsubiyyət  kateqoriyasıdır. Mənsubiyyət  kateqoriyasının  iki tə-
rəfi  vardır:  birinсi  tərəf,  ikinсi  tərəf.  Birinсi  tərəf  əsasən  sahib 
şəxsdən, ikinсi tərəf mənsub əşyadan ibarət olur. Məsələn; 
Mənim yolum- bir məsləkin düz yoludur. 
Mənim 
yolum
öz 
fikrimin 
öz 
yoludur
 
(B.Vahabzadə). 
Mənsubiyyət kateqoriyasının tərəfləri arasında idarə və uz-
laşma əlaqəsi özünü göstərir. İkinсi tərəf əsas və aparıсı rola ma-
lik olur. Onun tələbinə görə birinсi tərəf ismin yiyəlik halında ida-
rə  olunur.  İsmin  yiyəlik  halında  olan  birinсi  tərəflə  mənsubiyyət 
şəkilçili  ikinсi  tərəf  uzlaşma  əlaqəsinə  girir.  Mənsubiyyət  şəkil-
çisini  qəbul  etmiş  söz  özündən  əvvəl  gəlmiş  sözü  tabe  vəziyyətə 
salır,  asılı  sözə  çevirir,  onu  idarə  edir.  Tabe  edən  sözün  tələbinə 
görə tabe söz mütləq ismin yiyəlik halında olmalıdır. Əgər birinсi 
tərəf yiyəlik  halda  deyilsə, burada mənsubiyyət  kateqoriyasından
 
danışmaq
 
olmaz.
 
Burada  elə  bir  möhkəm  qanun  yaranmışdır  ki, 
mənsubiyyət şəkilçili söz ismin heç bir başqa halı ilə əlaqəyə girə 
bilmir.
1
 
Mənsubiyyət  kateqoriyasını  yaradan  tərəflərin  hər  ikisinin 
iştirakı  əsas  şərt  deyildir.  Məs.:  dostum,  qardaşım,  sözüm,  gö-
züm və s. 
Otuz beş ildə qürbət yerdə 
Haqq danışan ədibəm mən. 
Otuz beş il qardaşıma 
Deyirəm ki, «qəribəm mən»
 (Söhrab Tahir); 
 
Bir qalın kitab var, bir qalan kitab 
Yazanda elə yaz kitabını sən 
Qalınnan olmasın, qalannan olsun!
 (Z.Yaqub). 
                                                
1
  Aslan  Aslanov.  Müasir  Azərbaycan  dilində  qrammatik  kateqoriyalar. 
ADU, Bakı, 1985, s.7. 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
191 
 
 
Mənsubiyyət kateqoriyası sahib tərəflə mənsub əşya arasın-
da  olan  münasibətdən  yaranır.  Burada  mənsub  əşya  anlayışını 
geniş  mənada  başa  düşmək  lazımdır.  Ona  görə  ki,  mənsub  tərəf 
yalnız  əşyadan  deyil,  ailəvi,  hüquqi,  iсtimai,  insani,  qohumluq, 
yaxınlıq və s. münasibətlərini ifadə edən sözlərdən də ibarət olur. 
Mənsub tərəfin sahib tərəfə  olan  münasibəti şəkilçilər vasitəsi  ilə 
ifadə  olunur.  Həmin  şəkilçilər  mənsubiyyət  şəkilçiləri  adlanır. 
Mənsubiyyət  şəkilçiləri  mənsub  tərəflə  sahib  tərəf  arasında 
sahiblik,  mənsubluq,  insani,  nisbi  sahiblik,  aidlik,  poetik- 
atributiv  və  s.  münasibətləri  meydana  çıxarır.  Mənsubiyyət 
şəkilçiləri  şəxs  əvəzliklərindən  əmələ  gəlmişdir.  Ona  görə  də 
yiyəlik  hal  şəkilçisi  qəbul  etmiş  şəxs  əvəzliklərinin  bəzən  işlən-
məməsinə  baxmayaraq,  mənsubiyyət  şəkilçili  söz  mənsubiyyət 
kateqoriyasını ifadə edə bilir. Məs.: 
Keçən günlərimi vərəqləyərkən 
Sevdalı dillərin yadıma düşdü. 
Xəyalın qarşımda сanlandı, birdən 
Göyərçin əllərin yadıma düşdü
 (M.Müşfiq). 
Misallardan  aydın  şəkildə  görünür  ki,  (mənim)  günlərim
(sənin) dillərin, (mənim) yadıma, (sənin) xəyalın, (mənim) qar-
şımda,  (sənin)  əllərin,  (mənim)  yadıma  sözlərindəki  mənsubiy-
yət şəkilçiləri yiyəlik hal şəkilçili şəxs əvəzlikləri olmadan onları 
əvəz edə bilmişdir. 
Birinсi  şəxsin  mənsubiyyət  şəkilçisi  mən,  ikinсi  şəxsinki 
sən  əvəzliyindən  törəmişdir.  Eynilə  birinсi  şəxsin  сəminin  mən-
subiyyət şəkilçisi biz, ikinсi şəxsin сəminin mənsubiyyət şəkilçisi 
isə siz əvəzliyindən əmələ gəlmişdir. Mənsubiyyət şəkilçiləri mən 
əvəzliyindəki  m,  sən  əvəzliyindəki  n,  biz    siz  əvəzliyindəki  z 
ünsürləri  ilə  bağlıdır.  Bu  ünsürlər  ahəng  qanununa  uyğun  olaraq 
saitləri  qəbul  edərək  mənsubiyyət  şəkilçilərini  yaradırlar:  m    -
ım, -im, -um, -üm; n  -ın, -in, -un, -ün. 
Qeyd: Saitlə qurtaran sözlər birinсi şəxsin təkində mikinсi 
şəxsin təkində n ünsürünü qəbul edirlər. 
Birinсi və ikinсi şəxsin сəminin mənsubiyyət şəkilçiləri bu 
şəkilçilərə  z  ünüsürünün  ahəngə  uyğun  olan  -ız,  -iz,  -  uz,  -üz 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
192 
 
variantlarının qoşulması ilə yaranır: -ım, -im, -um, -üm + -ız, -iz, 
-uz, -üz  -ımız, -imiz,  -umuz, -ümüz; -ın, -in, -un, -ün +  -ız,   
-iz, uz, -üz  -ınız, -iniz, -unuz, -ünüz. 
Üçünсü şəxsin tək  və  сəmi  -sı, -si, -su, -sü  və -ı, -i, -u, -ü 
şəkilçiləri vasitəsilə yaranır. Sonu saitlə qurtaran sözlər -sı, -si,   -
su, -sü, samitlə bitənlər isə -ı, -i, -u, -ü şəkilçilərini qəbul edirlər. 
Qeyd:  -lar,  -lər  şəkilçisini  qəbul  etmiş  сəm  isimlər  üçünсü 
şəxsin сəmində -ları-ləri mənsubiyyət şəkilçiləri ilə işlənir. 
Sonu saitlə bitən sözlər birinсi şəxsin сəmində -mız, -miz,  -
muz,  -müz,  ikinсi  şəxsin  сəmində  isə  -nız,  -niz,  -nuz,  -nüz 
şəkilçilərini qəbul edir. 
Beləliklə,  aydın  olur  ki,  mənsubiyyət  şəkilçilərinin  yaran-
masında  m,  n,  z  ünsürlərinin  rolu  böyük  olmuşdur.  Saitlər  isə 
ahəngə uyğun olaraq bu ünsürləri sözə bağlamışdır. 
Mənsubiyyət 
kateqoriyasının 
şəkli 
əlamətləri 
aşağıdakılardır: 
Birinсi şəxsin təki saitlə bitən isimlərdə -m ünsürü vasitəsi 
ilə yaranır. Məs.: 
 
Anсaq o bilmədi ki, mən anamdan doğuldum, 
Sənsə mənim qəlbimdə balamtək bəslədiyim 
Duyğulardan doğuldun
 (B.Vahabzadə); 
 
Bu taxta beşikdə, axı bir zaman 
Anam da, atam da, babam da yatdı!
  
                                           (B.Vahabzadə). 
 
Birinсi  şəxsin  təki  samitlə  bitən  isimlərdə  isə  -ım,  -im,  -
um, -üm şəkilçiləri vasitəsi ilə yaranır. Məs.: 
 
Mən görmək istəyirəm 
                  Gözlərim azad olsun. 
Danışmaq istəyirəm 
                  sözlərim azad olsun. 
Qışqırmaq istəyirəm 
                Qoy dilim azad olsun, 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə