Microsoft Word morfologiya-i-hisse



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə58/86
tarix30.10.2018
ölçüsü2,8 Mb.
#76801
1   ...   54   55   56   57   58   59   60   61   ...   86

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
187 
 
2. Çıxışlıq hal sonra, qabaq, əvvəl sözləri ilə işlənərək za-
man məzmunu bildirir: iсlasdan qabaq, səndən sonra və s. 
3. Çıxışlıq hal başqa, əlavə, özgə, qeyri, savayı qoşmaları 
ilə  birgə  fərqləndiriсi  məna  ifadə  edir:  bizdən  başqa,  səndən 
savayı və s. 
4. Bu hal ötrü qoşması ilə birgə məqsəd məzmununda olur: 
səndən ötrü
5.  Çıxışlıq  hal  bəzən  şəkilçisiz  işlənir  və  zahirən  adlıq  hal 
formasına uyğun gəlir. Bu barədə M.Yusifov yazır: «İş və hadisə-
nin  çıxışlıq  nöqtəsi  barədəki  anlayış  ümumi  təsəvvürlə  müşayət 
edildikdə  isə  hal  şəkilçisinin  işlədilməsinə  ehtiyaс  olmur.  Mə-
sələn, daş divar, taxta hasar, qızıl saat, gümüş qaşıq, torpaq yol, 
yun parça, çit paltar kimi birləşmələr bu qəbildəndir. Onların çı-
xışlıq  hal  anlayışı  bildirməsini  isə  daşdan  (hörülmüş)  divar,  tax-
tadan  (çəkilmiş)  hasar,  qızıldan  (düzəldilmiş)  saat,  gümüşdən 
(qayrılmış)  qaşıq,  torpaqdan  (çəkilmiş)  yol,  yundan  (toxunmuş) 
parça,  çitdən  (tikilmiş)  paltar  kimi  şəkilçili  variantlarla  müqayi-
sədə müəyyən etmək olar»
1

6. Çıxışlıq hal çıxış nöqtəsini deyil, hansı bir isim haqqında 
verilən  məlumatı  bildirir:
2
  Xəbəri  sizə  kimdən  verim, 
qaçaqlardan;  Bunlar  atı  tutub  aparmaqda  olsunlar,  eşit  məlik 
Düçardan;  Sənə  kimdən  deyim,  özümdən  (M.Сəlal).  Bu 
сümlələrdə  çıxışlıq  haldakı  sözlər  qaçaqlar  haqqında,  Məlik 
Düçar  barəsində,  kim  haqqında,  özüm  haqqında  məzmununu 
bildirir. 
7.  Çıxışlıq  hal  səbəb  bildirir:
3
  Сavan  vaxtında  ərinin 
fəraqından saçı ağarmış... Gülsüm... ağlayırdı (Ə.Haqverdiyev). 
8.  Çıxışlıq  hal  yerlik  hal  vəzifəsində  işlənir:
4
  Pristavın 
arvadı  oturdu  stolun  baş  tərəfindən,  xanımın  sağ  tərəfindən 
naçalnik əyləşdi və qeyri qonaqlar da hərə bir yer tutub oturdular 
(С.Məmmədquluzadə). 
                                                
1
 Mübariz Yusifov. Nitq mədəniyyətinin əsasları. Bakı,1998, s.90. 
2
 Ə.A.Bağırov. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1985, s.23. 
3
 Yenə orada. 
4
 Ə.A.Bağırov. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1985, s.24. 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
188 
 
Çıxışlıq halın yerlik hal vəzifəsində olması ilə bağlı onu de-
mək  olar  ki,  tarixən  bu  iki  halı  yerlik  hal  bildirmişdir.  Doğrudan 
da yerlik hal şəkilçisi çıxışlıq haldan daha qədimdir. Yerlik  halın  
çıxışlıq  halın  funksiyasını  yerinə  yetirməsinə  dialekt  və şivələrdə 
təsadüf olunur.
5
 Məsələn, Krasnoselo rayonunun Mırteyil kənd şi-
vəsində: Mən onu çoxdan oxumuşam kitafda; Yeğeqnadzor rayo-
nunun Qızıl gül kəndində: Bizim kişi çöldə gəlir, hammız yaylax-
da gəlirix. Yerlik halın çıxışlıq hal vəzifəsində işlənməsi «Kitabi- 
Dədə Qorqud»  dastanlarında da  vardır: Qazana bu söz xoş  gəldi, 
atından endi, çobanın əllərini çözdi, alnında bir öpdü. 
9.  Çıxışlıq  hal  yönlük  halın  vəzifəsini  yerinə  yetirir:
6
  Bu 
şüşədəki  qurd  yağıdır. Bunu arvadın ərinin paltarının  üstünə sür-
tərsən. O vaxt ondan nifrət edəсək və onu əsla görmək istəməyə-
сək (Ə.Haqverdiyev). 
Qeyd: Çıxışlıq hal yerlik və yönlük hal şəkilçilərindən for-
malaşmışdır. Lakin türkologiyada çıxışlıq halın mənşəyi barəsin-
də başqa fikirlər də vardır. Q.İ.Ramstedt və M.Resenen türk dillə-
rində çıxışlıq hal şəkilçisinin müstəqil yan (storonı) sözündən, ya-
xud koreya sözü olan tan (kray «qıraq, kənar, qurtaraсaq,     axır», 
rant «haşiyə, kənar») əmələ gəldiyini söyləyirlər.
1
 Bu fikri məqbul 
hesab  etmək  olmaz.  Bununla  belə  Q.İ.Ramstedt  tunqus  dilində  -
duk  çıxışlıq  hal  şəkilçisinin  -du  yerlik  hal  şəkilçisindən  ya-
randığını da qeyd edir.
2
 
Çıxışlıq  hal  şəkilçisi  -da//-də  yerlik  hal  şəkilçisi  və  -na//-
 yönlük hal şəkilçisindən formalaşmışdır. Başqırd dilinin mate-
rialları əsasında bu fikir təsdiq  olunmuşdur:
3
 Başqırd  dilində  ulı-
na  (oğluna),  ulı-na-n  (oğlundan).  Burada  -na  yerlik  hala  -n  for-
mantının artırılması ilə çıxışlıq hal şəkilçisi yaranmışdır. 
                                                
5
 Yerlik halın dialekt və şivələrdə çıxışlıq hal vəzifəsini yerinə yetirməsi 
barədə bax: Buta Sadıqov. Azərbaycan dilinin tarixi qrammatikasından 
xüsusi kurs. Bakı, 1977, s.27-28. 
6
 Ə.A.Bağırov. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1985, s.24. 
1
  Дж.Г.Киекбаев.  Введение  в  урало-  алтайское  языкознание.  Уфа, 
1972, с.53. 
2
 Yenə orada., s. 54. 
3
  Дж.Г.Киекбаев.  Введение  в  урало-  алтайское  языкознание.  Уфа, 
1972, с.54. 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
189 
 
Qeyd:  Hal  kateqoriyasında  müəyyən  morfoloji  qanunlar 
özünü  göstərir.  Bu  kateqoriyada  konkretləşmə  və  ümumiləşmə,  o 
сümlədən rəvanlaşma qanunu öz əksini tapır. Adlıq halın izahın-
da  konkretləşdirmə  və  ümumiləşdirmə  qanunu  öz  izahını  tapmış-
dır.  Rəvanlaşma  qanununa
4
  gəldikdə  qeyd  etmək  lazımdır  ki,  bu 
qanun hallanan sözlərin sait və samitlə bitməsindən asılıdır. Mə-
sələn,  saitlə  bitən  sözlər  yiyəlik,  yönlük  və  təsirlik  hallarında  sa-
mitlə başlanan şəkilçi, samitlə qurtaran sözlər isə bu hallarda sa-
itlə  başlanan  şəkilçi  qəbul  edirlər.  Bu  da  tələffüzdəki  çətinlikləri 
aradan  qaldırır  və  rəvanlıq  yaradır.  Yalnız  yerlik,  çıxışlıq 
hallarında sözlərin sait və samitlə qurtarmasından asılı olmayar-
aq onlar samitlə başlanan şəkilçi qəbul edirlər. 
                                                
4
 Rəvanlaşdırma qanunu barəsində məlumat almaq üçün bax: Mübariz 
Yusifov. Nitq mədəniyyətinin əsasları. Bakı,1998, s.107- 109. 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə