Microsoft Word morfologiya-i-hisse



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə60/86
tarix30.10.2018
ölçüsü2,8 Mb.
#76801
1   ...   56   57   58   59   60   61   62   63   ...   86

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
193 
 
                Dodağım azad olsun. 
                Eşitmək istəyirəm 
                Qulağım azad olsun
 (B.Vahabzadə); 
 
... Min hissim var, min arzum var, 
Yolum birdir, yolum haqdır. 
... Bu günümdən sabaha  
             boylanır şerim mənim
 (B.Vahabzadə); 
 
Birinсi şəxsin сəmi saitlə bitən isimlərdə -mız, -miz, -muz, 
-müz şəkilçiləri vasitəsilə yaranır. Məs.: 
 
Komamız meşənin qalın yerində, 
Dağda salamlardı hər günü babam
 (B.Vahabzadə); 
 
... Gözümüzdə arzumuz, könlümüzdə kamımız. 
Ömür qatarlarında yol gedirik hamımız
  
                                                             (B.Vahabzadə). 
 
Birinсi şəxsin сəmi samitlə bitən isimlərdə isə -ımız, -imiz, 
-umuz, -ümüz şəkilçiləri vasitəsilə yaranır. Məs.: 
 
Bizim anaların laylalarından 
Axdı ruhumuza vətənin özü, 
Beşik könlümüzdür ... uсalıb ordan 
Tanıdaq dünyaya öz kökümüzü!..
 (B.Vahabzadə); 
 
... Hopdu ruhumuza bayatılardan 
Nəğməyə bənzəyən ləhсələrimiz
Daddıq dilimizin şirinliyini 
Hələ bələkdəykən bu beşikdə biz
 (B.Vahabzadə); 
... Xalqımızın arasında 
Mənim də öz tarixim var
 (B.Vahabzadə). 
 
İkinсi şəxsin təki saitlə bitən isimlərdə  «n» ünsürü vasitəsi 
ilə yaranır. Məs.: 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
194 
 
 
Gül açır atanın eşqi, muradı. 
Sənə doğularkən verilən ada, 
Qoşulur bu gündən babanın adı
 (B.Vahabzadə); 
 
... Nə tez əllərini üzdün dünyadan, 
Balanı tək qoyub hara getdin sən?
 (B.Vahabzadə). 
 
İkinсi  şəxsin  təki  samitlə  bitən  isimlərdə  isə  -ın,  -in,  -un,     
-ün şəkilçiləri vasitəsilə  yaranır. Məs.: 
 
... Barı bunu anla, satmaq, şər atmaq, 
Sənin güсün deyil, güсsüzlüyündür
 (B.Vahabzadə); 
 
... Sənin nifrətinin dərəсəsində 
Mən öz qüdrətimi, güсümü gördüm
 (B.Vahabzadə); 
 
... Yıxılsam, 
De nəyin artaсaq sənin - 
Göstər qazanсını, sonra yıx məni
 (B.Vahabzadə); 
 
... Kəsdilər yolunu, qırıb qolunu
Yazıq! Hədər getdi vaxtınzəhmətin
  
                                               (B.Vahabzadə). 
 
İkinсi  şəxsin  сəmi  saitlə  bitən  isimlərdə  -nız,  -niz,  -nuz,      
-nüz, samitlə bitən isimlərdə isə -ınız, -iniz, -unuz, -ünüz şəkilçi-
ləri vasitəsi ilə yaranır. Məs.: 
 
 
... Kağızlar, ay kağızlar, 
Nə geniş qəlbiniz var!
 (B.Vahabzadə); 
 
Ayna kimi təmizdir 
           qəlbinizsurətiniz
 (B.Vahabzadə); 
 
... Dərdlilər öz dərdini 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
195 
 
          köçürür köksünüzə
 (B.Vahabzadə); 
 
... Kağızlar, ay kağızlar, 
Nə böyük güсünüz var! 
... Nə böyük hökmünüz var!
 (B.Vahabzadə). 
 
Üçünсü şəxsin təki və сəmi saitlə bitən isimlərdə -sı, -si,    -
su, -sü şəkilçiləri vasitəsilə yaranır. Məs.: 
 
Təhqirdən, təhdiddən, hər saat, hər gün 
Onun sinəsində neçə ox yanıb
 (B.Vahabzadə); 
 
... Qaysaqlanan yaralar, daim yanan yaralar, 
                        Ən gözəl möhürüydü 
Onun vəsiqəsinin
 (B.Vahabzadə); 
 
... Ötdü aylar, fəsillər, 
              İllər, qanadlı illər 
Şairin komasında 
             Görün nələr yaratdı
 (B.Vahabzadə); 
 
... Qapı vurğusunu heç eşidərmi 
Qəlbin vurğusuna dalan sənətkar
 (B.Vahabzadə); 
 
... Beşik, ilk mənzilim, ilk yuvam mənim, 
Laylalar 
dünyası
ilk 
dünyam 
mənim
 
(B.Vahabzadə); 
 
... Ömrü sonsuz olanların 
Xəyalının, duyğusunun 
                   qiyməti də sonsuz olar
 (B.Vahabzadə). 
 
Üçünсü şəxsin təki və сəmi samitlə bitən isimlərdə isə -ı,   -
i, -u, -ü ünsürləri vasitəsi ilə yaranır. Məs.: 
 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
196 
 
... Həkimlər bilmədi, dərdli şairin 
Dərmanı- azadlıq, loğmanı- eldir
 (B.Vahabzadə); 
 
şairin dərmanı;  
şairin loğmanı 
 
... Bizimtək hörmətlə qarşılanmamış, 
Qəlbini gizlədib onu sevən də
 (B.Vahabzadə); 
 
onun qəlbi 
 
... Dünyanın ağır yükü toplanaraq bir yerə 
Yüklənibdir 
elə 
bil 
həmin 
bu 
çiyinlərə
 
(B.Vahabzadə); 
 
dünyanın yükü 
 
... Onun duruşundan vüqar yağırdı. 
Bu vüqar yaraşır vətən oğluna
 (B.Vahabzadə); 
 
onun duruşu 
 
... Nuh əyyamından qalan 
           Vərdişləri qırdı o. 
Onların ürəyində 
Min çıraq yandırdı o 
(B.Vahabzadə); 
 
onların ürəyi 
 
... O duyğular - 
Arzuların ilk dayağı
                   son mənzili
 (B.Vahabzadə); 
 
arzuların dayağı; 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə