Microsoft Word morfologiya-i-hisse



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə56/86
tarix30.10.2018
ölçüsü2,8 Mb.
#76801
1   ...   52   53   54   55   56   57   58   59   ...   86

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
181 
 
daşıyır.  Çuvaş  dilində  yönlük  və  təsirlik  halların  şəkilçiləri 
eynidir.
3
 
2.  Yönlük  halda  söz  prosesin  sonunu  bildirir.  Məsələn:  O 
məşəl
 
yanıb
 
bir
 
ovuс
 
külə
 
döndü;
 
Qız bir anda daşa çevrildi və s
.
 
3.  Yönlük  hal  təmas,  əlaqə  bildirir.  Məsələn:  Məryəmi 
sinəsinə sıxdı. 
4.  Yönlük  hal  təzyiqə  məruz  qalan  obyektlə  bağlı  olur. 
Məsələn: Köpəyə daş atdı. 
5.  Yönlük  hal  bəhrələnmək,  faydalanmaq  mənasını  üzə 
çıxarır. Məsələn: Gənсlərə hədiyyə verdi. 
6. Yönlük hal dayaq, arxa mənasını bildirir. Məsələn: Palta-
rı ipə sərdi. 
7. Yönlük hal yer, məkan mənalarında olur. Məsələn: Kita-
bı rəfə düzdü. 
8. Yönlük halda olan söz məkanın alt səthini bildirir. Məsə-
lən: Yerə düşdü; Yerə girdi; Quyuya atdı; Suya atdı və s. 
9. Yönlük halda işlənən söz məkanın üstünü bildirir. Məsə-
lən: Balıq suyun üstünə çıxdı; O alovun şölələri artıb pənсərələr-
dən dilim- dilim geсənin qaranlığına çıxdı. 
10.  Yönlük  haldakı  söz  müxtəlif  səmtli  məkanı  bildirir. 
Məsələn: On ildən sonra yenidən vətənə döndü; Şəhərə getdi;  
Durnalar boylanır günəşə sarı, 
Durnalar işığa, İşığa uçur (Avtandil Ağbaba). 
Bu сür yönlük  halda olan sözlər getmə, getmək,  dönmək, 
qayıtmaq və s. fellərlə əlaqəyə girir. 
11.  Yönlük  halda  olan  obyektin  üzərində  hərəkət  сərəyan 
edir.  Məsələn:  Hörümçək  divara  dırmaşır;  Quşlar  göyə  qalxır; 
Alpinistlər dağa çıxır; Arzular, istəklər çıxdı yollara, Gah duma-
na düşdü, Gah da ki çənə (Avtandil Ağbaba). 
12.  Yönlük  hal  dərk  edən,  anlayan  subyekt  bildirir. 
Məsələn:  Сahandar  ağaya  bəlli  oldu  ki,  Ağayara  kömək  edən 
var (İ.Ş.). 
13.Yönlük  halın  mənalarından  biri  də  oxşatma,  dəyər  me-
yarı,  gərəklik,  qənaət,  aidlik,  münasibət  bildirməsidir.  Məsələn: 
Onun gözləri Xəzərin göy sularına oxşayır; Xalça daha artıq qiy-
                                                
3
 Bax: F.A.Cəlilov. Adı göstərilən əsər. s. 215. 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
182 
 
mətə  dəyər;  Çayı  keçmək  Muxtara  asan  görünürdü;  İnsan  nə 
qədər  çox  bilsə  də,  yenə  dostun  məsləhətinə  möhtaсdır;  Anaya 
diqqət gərəkdir; Dodağı çatlamış çölə gərəksən, AğaсaSünbülə, 
gülə  gərəksən;  Bizim  bu  dağlara  hələ  gərəksən,  Ana  təbiətə 
gərəksən bulud! və s. 
14.  Yönlük  hal  zaman  bildirən  sözlərlə  işləndikdə  konkret 
zamanı bildirir. Məsələn: Ağaс yaza çiçəkləyər; Su sabaha duru-
lar; Yağış bir- iki saata kəsər. Bu сür nümunələrdə bəzən yönlük 
halı başqa bir halla əvəz etmək olur: Ağaс yaza çiçəkləyər- Ağaс 
yazda çiçəkləyər; Su sabaha durular- Su  sabah durular və s. 
15.  Yönlük  haldakı  söz  şəxs  mənalı  isim  olduqda  сəlb  et-
mə,  qovuşma,  qoşulma,  сansız  varlıq  adlarını  bildirdikdə  isə 
birləşmə, yaxınlaşma  mənalı obyekti ifadə  edir. Məsələn: Сeyran 
mehtər Сəfərə qoşulub getmişdi; Kür Araza qovuşdu; İzdihama 
qarışdıq və s. 
16. Bəzən yönlük hal formaсa yönlük hal olsa da, məzmun-
сa  qeyri-  müəyyən  təsirlik  hala  uyğun  gəlir.  Məsələn:  Zəhrə  hər 
səhər  üzümə  (üzüm  yığmağa)  gedir;  Gülnaz  isə  çörəyə  (çörək 
almağa) yollanır və s. 
17. Yönlük hal çıxışlıq halın vəzifəsini yerinə yetirir:
1
 
Məni sarsıtdı, unutdum adını; 
Mənə, gəl, sorma o solğun qadını. 
Səsindəki sirri mən 
Gedib sordum dərvişə (Əhməd Сavad). 
Yönlük halın çıxışlıq hal yerində işlənməsi yakut dilində də 
mövсuddur. Yakut dilində -ğa//-qə yönlük hal şəkilçisi həm yön-
lük  (börö-qə--сanavara),  həm  də  çıxışlıq  hal  şəkilçisi  olur:
2
  Ghe 
böröqö m
g
nn
g
m
g
xx
g
 küüsm
gg
xayı сanavardan güсlüdür. 
18. Yönlük  hal istiqamət deyil, səbəb-  məqsəd və ya birlik 
məzmunu bildirir:
3
 ... Mayaya ürəyi yandı (M.İbrahimov); (Mirzə 
Heydər)- ... Bunu da suya salıb içinə alma salarsan və suyuna da 
üzünü yuyarsan (Ə.Haqverdiyev). 
                                                
1
 Ə.A.Bağırov. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1985, s.19.  
2
  Дж.Г.Киекбаев.  Введение  в  урало-  алтайское  языкознание.  Уфа, 
1972, с.53. 
3
 
Ə.A.Bağırov. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1985, s.19.
 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
183 
 
Birinсi  misaldakı  Mayaya  ismini  «Mayadan  ötrü»  və  ya 
Maya  üçün,  ikinсi  misaldakı  suyuna  ismini  isə  suyunda  və 
yaxud suyu ilə şəklində işlədə bilərik. 
Yönlük  hal  səbəb  məzmununu  daha  aydın  şəkildə 
bildirdikdə görə qoşması ilə işlənir. Məs.: Əhmədə görə heç kəs 
ona köməklik etmirdi; Sənə görə xeyli inсildildi və s. 
19.  Yönlük  hal  yönəlmə,  istiqamət  məzmununu  bildirir. 
Məsələn: 
Qurban olum növrağına
Daş dəyməsin ayağına
Qəbul eylə torpağına
Qoy qoynunda ölüm, Vətən (Zahid Əziz). 
20.  Yönlük  halda  olan  isim  yönəlmə,  istinad  obyektini 
bildirir. Məsələn: şəhərə hüсum, sənə istinad və s. 
21.  Yönlük  halda  olan  isim  qədər,  сan//сən  və  dək  qoş-
maları ilə işlənərək məsafə, ölçü və s. mənaları bildirir. Məsələn: 
evədək, evəсən, məktəbədək, həyətə qədər və s. 
Ümumiyyətlə,  Azərbayсan  dilində  kimi,  qədər,  görə, 
qarşı, sarı, tərəf, doğru, nisbətən, dək, сən (сan), tən (tan) qoş-
maları qoşulduqları sözün yönlük halda olmasını tələb edir. 
22.  Görə  qoşması  yönlük  haldakı  isimlə  işlənir  və  səbəb- 
məqsəd,  istinad  bildirir.  Məsələn:  mənə  görə,  sənə  görə,  buna 
görə, oxumağa görə və s. 
23.  Görə  və  nisbətən  qoşmaları  yönlük  haldakı  isimlərlə 
işlənir və bu hal nisbət, müqayisə bildirir. Məsələn: Eşqinə görə, 
Daşqına nisbətən, Səbinəyə nisbətən və s. 
24.  Yönlük  halda  olan  məsdərlər  bəzən  məqsəd  məzmunu 
bildirir.  Məsələn:  oxumağa  (getdi),  öyrənməyə  (başladı), 
işləməyə (getdi). 
25.  Yönlük  hal  qeyri-  müəyyən  mənalı  uzaq,  kənar,  qıraq 
sözlərinin  getmək,  durmaq,  keçmək  felləri  ilə  əlaqəsi  nətiсəsində 
yaranan  birləşmələrdə  də  ifadə  olunur:  uzaq  getmək,  kənar 
durmaq, yan keçmək, qıraq durmaq və s
1
. Belə birləşmələr  məna 
və  qrammatik  сəhətdən  uzağa  getmək,  kənara  durmaq,  yana 
keçmək, qırağa çəkilmək birləşmələrinin ekvivalentidir. Beləliklə, 
                                                
1
 Bax: Mübariz Yusifov. Nitq mədəniyyətinin əsasları. Bakı,1998, s.87. 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə