Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə48/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   53

İnformasiya sistemləri menecmenti
 
158 
burada R(t)- baza dövrünün qiymətlərində t dövrünə 
əldə edilmiş minimal gəliri, C(t) - baza dövrünün qiymət-
lərində t dövrünün nominal pul xərcləri;  α
vergi
 - mənfəətin 
vergi tutulma dərəcəsi;  i
0
 - ilkin xərclər;  i

- gəlirlərin 
inflyasiyasının tempi; i
p
  - informasiya sistemlərinə  xərclərin 
inflyasiyasının tempi; E - şirkətin kapitalının orta çəkili 
dəyəri,  şirkətin passivlərinin strukturu ilə müəyyən edilir. 
İnformasiya sistemlərinə investisiyaların həcmi üçün NPV-nin 
universal düsturuna daxil olan parametrlərin seçilməsinə 
baxaq: R(t) şirkətin  əldə etdiyi gəlirin qiymətləndirilməsinin 
verilmiş investisiya layihəsi üçün qəbul edilmiş variantından 
asılı olaraq ya şirkətin yekun əldə edilmiş  gəliri kimi, ya da 
İS-nin fəaliyyətindən doğmuş  gəlir kimi müəyyən edilir. 
Onlar biznes-planın işlənib hazırlanması çərçivəsində şirkətin 
meneceri tərəfindən müəyyən edilir. R(t)-nin gəlirlərin plan 
(proqnoz) qiymətləridir. Pul daxilolmalarının (axınlarının) 
modelində hesab edilir ki, R(t)-nin daxil olması t dövrünün 
sonu ilə üst-üstə düşür. Yuxarıda qeyd edildiyi kimi, R(t) – 
nin plan qiyməti layihənin həyata keçirilməsinin başlanğıcı 
ilə, adətən üst-üstə düşən baza dövrünün qiymətlərində 
müəyyən edilir. 
C(t)-nin pul xərclərinin qiyməti də planlıdır (proq-
nozludur). Onlar baza dövrünün qiymətlərində informasiya 
sistemlərini işləyib hazırlayanlar tərəfindən müəyyən edilir. 
İnvestisiya layihəsinin işlənib hazırlanmasına çəkilən 
xərclərin planlaşdırılması  i
G
 menecerin bilavasitə  iştirakı  və 
nəzarəti altında formalaşdırılmalıdır. C(t) pul xərclərinin 
qiymətləndirilməsinin mənbəyi İS-ni işləyib hazırlayan şirkət-
lərin qiymət vərəqləridir. Baza dövrünün qiymətlərində 
xərclərin qiymətləndirilməsi də bura daxildir. 
Düstura daxil olan i
p
  gəlirinin və 
,
p
i
  xərclərinin inflya-
siyasının templəri müxtəlifdir. Deməli, inflyasiya həmcins 
deyil. Layihənin xalis diskontlaşdırılmış  gəlirinin hesablan-


İnformasiya sistemləri menecmenti
 
159 
masında layihənin bütün dövrü ərzində gəlirlərin və xərclərin 
səviyyələrinə görə inflyasiyanın proqnoz göstəricilərindən 
istifadə edilir. 
İnvestisiya sistemlərinin investisiya layihəsinin realizə-
sinə ilkin xərclər kolsantinq şirkətlərinin xidmətlərini, biznes 
planın tutulmasını, müəssisənin fəaliyyətinin əvvəlcədən təftiş və 
təhlilinə çəkilən xərcləri daxil edə bilərlər. 
NPV universal düsturunda diskontlaşdırmanın normaları 
kimi kapitalın orta dəyəri adlandırılan iqtisadi göstəricidən 
istifadə edilir. Kapitalın orta dəyəri müxtəlif növlərin cəlb 
edilmiş resursların hesaba alınması ilə  şirkət tərəfindən cəlb 
edilmiş bütün resursların faiz dəyərini müəyyən edir. Cəlb 
edilmiş resurslara (cəlb edilmiş kapitala) eyni zamanda aiddir: 
nizamnamə kapitalı,  səhm kapitalı, kreditlər, kredit borcu və s. 
İnformasiya sistemlərinin maliyyə  məsələləri ilə  məşğul olan 
menecer yadda saxlamalıdır ki, diskontlaşdırmanın normaları 
kimi alternativ layihənin mənfəətinin norması ola bilər.  İRR-in 
gəlirliliyinin daxili norması ilkin xərclər ilə investisiya layihəsi 
üçün NPV=0
 
olanda, E > İRR   NPV < 0  olanda,
  
E < İRR   
NPV = 0   
olanda E = İRR-in diskontlaşdırılmasının müvafiq normasına 
uyğun gələn müsbət  ədəd adlandırılır.  Əgər formal dildən 
iqtisadi dilə keçsək, gəlirliyin daxili norması (onu həm də 
rentabelliyin daxili norması kimi adlandırırlar)-bu diskontlaş-
dırmanın normasıdır ki, bu zaman layihə  nə  mənfəət, nə  də 
itkilər verir. 
İnvestisiya təhlilində  qəbul edilmiş investisiya layihə-
lərinin səmərəliliyinin qiymətləndirilməsinin baxılmış bütün 
göstəriciləri  İS-də investisiyaların qiymətləndirilməsi üçün 
istifadə edilə bilməz.  İS üçün investisiya layihəsinin 
səmərəliliyinin göstəricilərinin seçilməsi şirkət tərəfindən ida-
rəetmədə investisiya sistemlərinin yeri ilə müəyyən edilir. 
 


İnformasiya sistemləri menecmenti
 
160 
10.4. İS-nin investisiya layihəsinin biznes-planının işlənib 
hazırlanması 
 
İS-nin planlaşdırılması  məsələlərinə V fəsildə toxunul-
muşdur. Lakin yadda saxlamaq lazımdır ki, planlaşdırma 
anlayışının özü çox geniş anlayışdır və müəssisənin fəaliy-
yətinin bütün sferalarında tətbiq edilir. Biznes-plan anlayışı 
məhz investisiyaların planlaşdırılması, investisiya layihələri 
ilə bağlıdır. Biznes plan İS mühitində planlaşdırma ilə bağlıdır 
və planlaşdırmanın faktiki səviyyəsinə uyğundur. Biznes-plan 
informasiya menecmenti məsələlərindən daha çox böyük 
dərəcədə şirkətin idarə olunması məsələləri ilə bağlıdır. 
Biznes-plan - menecerlərin sənədidir, investisiyaların 
idarə olunmasının alətidir. İS-də investisiyaların biznes -planı 
şirkətin menecmentinin və informasiya menecerlərinin 
ünsiyyət alətidir. Bu həm də informasiya texnologiyaları 
sahəsinin mütəxəsislərinə  də  şamil olunur. Biznes - plan 
biznes ideyasının dəqiq tərtib edilmiş  sənədidir. Bu isə 
informasiya sistemlərinin inkişafının və avtomatlaşdırılma-
sının məhz biznes ideyasıdır.  İnformasiya sistemləri mühi-
tində planlaşdırmanın başqa variantlarından fərqli olaraq 
biznes-plan texnologiyaların səviyyəsində deyil, məhz idarə-
etmənin səviyyəsində informasiya sistemlərinin yaradılma-
sının və tətbiq edilməsinin layihəsini ətraflı təsvir edir. Onun 
tərtib edilməsinin məqsədi layihənin iqtisadi səmərəliliyinin 
düzgün müəyyənləşdirilməsidir. 
İnformasiya sistemləri mühitində planlaşdırmanın başqa 
variantlarından fərqli olaraq biznes-planın mərkəzi elementi 
informasiyanın axınları deyil, pulların daxil olmasıdır.  İS 
üçün biznes-planda investisiya qoyuluşunun formaları, pul-
ların daxil olması, menecmentin nöqteyi-nəzərindən informa-
siya sistemləri “məhsulunun” təsviri dəqiq planlaşdırılır. 
Biznes-planın yaradılmasının  İT menecerləri üçün 
əsas müsbət tərəfləri.  Biznes-planın tərtib edilməsi prose-


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə