Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə50/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   53

İnformasiya sistemləri menecmenti
 
164 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1. 
 
Universal sistemlərin tipik nümunəsi kimi Hyperion 
Essbase - tapşırıqların kifayət qədər geniş dairəsinin həlli 
üçün nəzərdə tutulmuş OLAP sinfinin analitik platforması 
xidmət edə bilər. Ancaq OLAP sistemdirsə, Hyperion Essbase 
isə orada tapşırığın bir hissəsini həll edir. Bu tapşırıqlar 
informasiya analitik sistemlərinə aiddir, həm də hesabatların 
və sorğuların qurulmasının, verilənlərdə qanunauyğunluqların 
aşkar edilməsinin funksiyasını  təmin edir. Onlardan başqa, 
OLAP bir neçə hallarda verilənlərin çoxölçülü saxlanılması 
kimi, həm də iri şirkətlərdə analitik “qatları”
 
kimi istifadə 
Verilənlərin 
saxlanılması 
Tranzaksiya 
sistemləri
Verilənlərin 
nümayişi 
OLAP 
 Analitik 
proqramlar 


İnformasiya sistemləri menecmenti
 
165 
edilə bilər. Burada isə verilənlər çoxlu informasiya mənbələri 
üzrə bölüşdürülmüşdür. 
Tranzaksiya sistemlərinin səviyyəsi.  Uçot sistemləri
billing sistemləri, avtomatlaşdırılmış bank sistemləri ABS və 
ERP sistemləri tranzaksiya sistemlərinin sırasına aiddir. Tez–
tez  bu cür sistemlərin bildirilməsi üçün OLTP terminindən 
istifadə edilir (On-line Transaction Processing – real vaxt 
rejimində tranzaksiyaların emalı). Bu sistemlər özü ilə analitik 
emal üçün istifadə olunan ilkin informasiyanın mənbəyini 
verir. Bu mənbələrdən alınan verilənləri qərarların qəbulu 
üçün rahat şəkildə tapmağı, strukturlaşdırmağı  və  təqdim 
etməyi tələb edir. Tranzaksiya sistemlərinin özləri də  bəzi 
analitik imkanlara malikdir, lakin analitik sistemlərin 
kateqoriyasına aid deyil.
 
Eyni zamanda məhz onlar analitik 
proqramların və biznes-intellektin sistemləri üçün informasiya 
tədarükçüləridir. 
 
Tranzaksiya sistemlərinin əsas tiplərindən biri ERP sin-
finin sistemləridir. Məhz onlar növbəti təhlil üçün məlu-
matların mühüm mənbəyi kimi çıxış edir.  
Biznes-intellekt sistemləri.
 
Biznes-intellekt sistemləri 
anlayışı müəssisə miqyasında verilənlərin emalını, texnoloji 
təhlili və müxtəlif vasitələri birləşdirir. Biznes intellektin 
arasında verilənlərin saxlanması (Data Warehouse), verilən-
lərin nümayişi (Data Marts), operativ analitik emalın alətlərini 
(On-line Analytical Processing, OLAP), biliklərin tapılması 
vasitələrini (Data Mining), həm də hesabatların qurulması və 
sorğuların yerinə yetirilməsi üçün nəzərdə tutulmuş son 
istifadəçinin alətlərinə ayırmaq olar. 
 
Verilənlərin saxlanması  (Data Warehouse) analitik 
piramidanın tranzaksiya sistemlərinin növbəti səviyyəsində 
yerləşir. Saxlanma yerləri qərarların qəbul edilməsi və 
operativ təhlil üçün lazım olan inandırıcı informasiya ilə 
menecerləri və analitikləri təmin edən həqiqətin vahid və 


İnformasiya sistemləri menecmenti
 
166 
yeganə rolunda çıxış etməyə xidmət edən, idarənin saxlan-
masının məqsədləri üçün təşkil edilmiş verilənlərin xrono-
logiyasının dəstini saxlayan stabil, inteqrasiya edilmiş, 
predmet oriyentasiyalı kimi müəyyən edilir.  
Menecerlər və iqtisadçılar üçün verilənlərin saxlanıl-
ması yerlərinin dəyəri ondan ibarətdir ki, bu, müəyyən 
analitik informasiyanı saxlayan verilənlərin anbarıdır, hansı 
ki, təşkilatın fəaliyyətinin sahə spesifikasiyasını hesaba alan 
struktura malikdir və istifadəçi üçün rahat və operativ şəkildə 
təqdim edilməsini təmin edir.  
Verilənlərin nümayişi (vitrinləri). Data Marts - 
saxlanma yerləri kimi özü ilə strukturlaşdırılmış informasiya 
massivlərini verirlər, ancaq fərq ondan ibarətdir ki, köşklər 
daha çox dərəcədə predmet oriyentasiyalaşdırılmışdır. Adətən, 
köşk təşkilatın fəaliyyətinin hansısa müəyyən istiqamətinə aid 
olan informasiyanı saxlayır. Ona görə verilənlərin nümayi-
şində informasiya analitiklərin müəyyən qruplarının sorğu-
larının emalı  və ya konkret analitik tapşırıqların həlli üçün 
daha uyğun gələn xüsusi şəkildə saxlanılır.  
Verilənlərin nümayişinə iki baxış var. Bir halda 
nümayiş, mahiyyətcə, özü ilə konkret predmet sahəsinin 
verilənlərin sorğusu üçün optimallaşdırılmış saxlama yerlə-
rinin bir hissəsini verir. Və bu verilənlərin OLAP sisteminə 
növbəti emal üçün ötürülməsini təmin edir. Başqa bir halda 
nümayiş bu konkret predmet sahəsinin verilənlərə istifa-
dəçilərin sorğuları üçün optimallaşdırılmış OLAP onun bir 
hissəsidir. Ona görə  də nümayişin verilənlərinin saxlan-
masının təşkili nöqteyi nəzərindən həm relyativ (nisbi), həm 
də çoxölçülü ola bilər, lakin istənilən halda onlar predmet 
oriyentasiyalı kimi bu cür ümumi xassəyə malikdir.  
OLAP sistemlər (On-line Analystical Prosessing-
onlayn analitik işləmə).
 
Onlayn analitik işləmə anlayışı 
altında real vaxt rejimində verilənlərin analitik emalının 


İnformasiya sistemləri menecmenti
 
167 
sistemləri başa düşülür. Onlayn sistemlər bir çox analitik 
tapşırıqların həllini təmin edə bilər: fəaliyyətin  əsas göstə-
ricilərinin təhlili, marketinq (bazarlama) və maliyyə - iqtisadi 
təhlil, modelləşdirmə, planlaşdırma və s. Belə sistemlər 
şirkətin informasiya infrastrukturunun xüsusiyyətlərindən asılı 
olmayaraq bütün zəruri verilənlərlə işləyə bilər. 
 
Onlayn sistemlərin xüsusiyyəti məlumatların saxlanma-
sının çoxölçülüyündən (nisbi cədvəllərin  əksinə), həm də 
aqreqatlaşdırılmış qiymətlərinin hesablanmasından ibarətdir. 
Bu analitik ölçmələrin istifadə edilməsi ilə verilənlərə 
reqlamentdə  nəzərdə tutulmayan operativ sorğuları qurmaq 
imkanını istifadəçiyə verir. Ondan başqa, onlayn sistemlər 
üçün adət edilmiş iqtisadi kateqoriyaları  və anlayışları 
istifadəçiyə əməliyyat aparmağa  imkan verən informasiyanın 
predmet (ancaq texniki yox) strukturlaşdırılması səciyyəvidir. 
Bu sinfin proqram məhsullarının tipik nümayəndəsi Hyperion 
korporasiyasının onlayn–server Hyperion Essabase hazırlan-
masıdır.  
Biliklərin aşkar edilməsi vasitələri (Data Mining).
 
Uyğun gələn proqram məhsullar verilənlərin əsasında bilikləri 
formalaşdırmağın bu cür üsulu və keyfiyyətcə  təzə 
informasiya almaqda təhlilçiyə imkan verərək, verilənlərdə 
qanunauyğunluqların aşkar edilməsini təmin edir. Burada 
statistik təhlil, assosiativ qaydalar, qərarların (həllərin) 
şəcərəsi, süzgəcləmə neytron şəbəkələr, genetik (irsi) 
alqoritmlər kimi metodlardan verilənlərin təhlilində istifadə 
edilir. 
Verilənlərin çoxölçülü və nisbi bazalarını daxil edən 
(birləşdirən) biznes-intellektin sistemləri, öz növbəsində, 
analitik proqramların - analitik piramidanın yuxarı  səviyyəsi 
sisteminin əsası kimi çıxış edir.  
Analitik proqramlar. Analitik piramidanın yüksək sə-
viyyəsi - analitik proqramların (analytic applications) səviyyə-


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə