Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə18/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   14   15   16   17   18   19   20   21   ...   54

 
106 
 
Axınız, bağ, bostana, 
Çəkilsin yeni yollar. 
Qiymətini itirsin 
Əski, cındır üsullar. 
 
Axınız, sayənizdə 
Varlığım, ixtiyarım, 
Şeriyyət zindanında 
Kəlmə döyən qollarım. 
 
Bir az da qüvvətlənib, 
Bir az da cana gəlsin
Fikrim, hissim, xəyalım 
Coşsun həycana gəlsin. 
 
Çünki mən də axıram 
Bu həyatın içində; 
Axıram bir qərarsız 
Kainatın içində. 
 
Axıram, sükunəti 
Sürət olan axınla. 
Şövqümlə, həvəsimlə 
Qəlbimlə, marağımla! 
 
 
HEYKƏL  QARŞISINDA 
 
O yerdə ki, bürclər düşgün nəzərlərilə 
Dalğın-dalğın baxıyorlar gəlib gedənə,  
O yerdə ki, radio yeni xəbərlərilə 
Şən bəstələr dinlətiyor yoldan ötənə. 
 
 
107
O yerdə ki, tramvayın zil səslərilə 
Qarşıyor təbiətin gürültüləri, 
O yerdə ki, siliniyor – bir növ böylə – 
Ürəklərin təsadüfi döyüntüləri. 
 
İştə orda baxıyor bir canlı heykəl; 
Bir heykəl ki, dalmış köhnə düşüncələrə. 
Bir heykəl ki, çöhrəsində gizli min əməl, 
Fəqət daşdan nəzərləri dikilmiş yerə. 
 
Seyr ediyor sanki kəndi çevrəsindəki 
Qaynaq kimi qaynayaraq daşan həyatı, 
Seyr ediyor o, kommunist küçəsindəki 
Özündən çox irəliyə qoşan həyatı. 
 
-
 
Seyr et, Sabir! Bu seyr ediş haqqındır sənin, 
Çünki sən bu zamanı görmədən öldün. 
Seyr et necə dəyişmişdir işçi vətənin
Çünki, şair, muradına irmədən öldün. 
 
O zaman ki, Hadi coşqun şeirlərilə 
Söyliyordu çox parlaqdır istiqbalımız, 
Sənin könlün, fəqət məhzun şeirlərilə 
Deyirdi ki, yox, lağlaqdır istiqbalımız. 
Əvət, Sabir! Sən hər şeyi gördün və yazdın, 
Mühitini əks etdirdi tərənnümlərin. 
Təbiidir, sən şairdin, dinc duramazdın, 
Ona görə iynələrlə dolmuş əsərlərin. 
 
Sabir, fəqət bir gələcək məsələsində… 
Qapılaraq hissə bir az yanıldın gərək. 
Bilmədinmi yeni nəslin coşqun səsindən 
Bu iqlimə ildırımlar qanad görəcək?! 
 


 
108 
İndi burax düşüncəni, çevrənə bir bax, 
Bir bax necə ətrafında qaynıyor həyat… 
Uçmaq üçün hər kəsdə var böyük bir maraq, 
Çarpınıyor, sanki olmuş daş-divar qanat! 
 
 
AVRAL 
 
Mədəndə bu gün fırtınalar var, 
Çalxanmada ətrafa axınlar. 
Avralçıların coşqunudur bu, 
Div səsli maşınlar kimi gurlar. 
 
Bir xeyli zamandır hərəkət yox, 
Məhsullu buruqlarda kəsir çox. 
Bir işçi kəlib vecdə deyir ki. 
-
 
Tez verməliyik işlərə talçok! 
 
Min at gücü varkən canımızda, 
Can yox nə üçün fantanımızda? 
Minlərcə nöyüt haləsi parlar 
Hər damla qızılgöz qanımızda. 
 
Bir dəm yapışın güclü qolumdan 
Feyz almaq üçün böylə hücumdan. 
Mən zərbəçi bir işçiyəm, əsla, 
Ölsəm belə dönməm ki, yolumdan! 
 
Avral eə deməkdir? Geri getmək. 
Lazım bunu bilmərrə yox etmək! 
Avral bizim əskikliyimizdir; 
Yüksəkliyimizdir – çatıb ötmək! 
 
 Mədəndə bu gün fırtınalar var, 
Çalxanmada ətrafa axınlar. 
 
109
Avralçıların coşqunudur bu, 
Div səsli maşınlar kimi gurlar. 
 
 
AĞ  DƏNİZDƏ  FIRTINA 
 
Ağ dənizdə fırtına var, fırtına! 
Ağ dənizi bir tufanlı böhran almış sırtına. 
Coş dəniz, coşqun dəniz! 
Daş dəniz, daşqın dəniz! 
Aşqın dəniz! 
Şaşqın dəniz! 
 
İki cəbhəyə ayrılmış dalğaları dənizin, 
Sürünməkdə dizin-dizin 
Burjuazi – 
                   bu cəbhənin birisi… 
Digər cəbhə bizim cəbhə – 
                     mavi kömləklilərin. 
Bu cəbhə sonsuz, dərin 
Bir qüvvətə sarılmış. 
Dağları dənizin iki qola ayrılmış. 
Dəniz əlan 
Sinif duyğusilə çarpınan 
Bir kommunist qəlbi – 
                                     kibi… 
Dəniz sudan qamçılarla 
Göstərib hünərini – 
Döyəcləyir qıvrıla-qıvrıla 
İtalyanın faşist sahillərini. 
Dənizdə həyəcan var, 
Xələcan var, 
                      xələcan… 
Hər fırtına mavi kömləkli bir can… 


 
110 
Səndən dərindir bu fırtınanın mənası, 
Ey Eyvazovskinin «Dənizdə fırtına»sı. 
 
Bu fırtına hələlik çalxanmayan Fransanın  
Sallanır ətəklərindən. 
Bu fırtına coşunca öylə sanın 
Ki, doğacaq qasırğa Rur küoəklərindən. 
Almaniya, 
Tarix bir pula dəyərmi ya
Sinif duyğusilə qəlblər vurmasa, 
Fırtına durarmı, külək durmasa?! 
 
Deyil bir Ağ dənizdə, 
Bilirsiniz bunu siz də, 
Atlas dənizində, Baltik dənizində, 
Bu dənizlərin ən qaranlıq dəhlizində 
Fırtınalar vermiş baş-başa. 
Ey Polşa 
Yarın hərb olsa əgər 
                     Fırtınamız coşacaq. 
Olacaq hər dalğası bir xəncər – 
                      bir bıçaq!  
Ağ dənizdə fırtına var, fırtına! 
Ağ dənizi bir tufanlı böhran almış sırtına. 
Coş dəniz, coşqun dəniz! 
Daş dəniz, daşqın dəniz! 
Aşqın dəniz! 
Şaşqın dəniz!.. 
 
 
 
111
Yarış 
 
Bu arzu göylərdən enmədi, yahu, 
Makina əsrinin fərmanıdır bu. 
 
Kapital boynunu şişirmək için 
Böylə bir yarışa çıxdı ilk öncə. 
Kəndi şorbasını bişirmək için 
Ocaqdan ocağa uzatdı pəncə. 
 
Öncə səhmdarlar gəldi diz-dizə, 
Həpsi toxluğundan açdı ağzını. 
Acıqla çıxdılar sonra üz-üzə, 
Bu yarış qovğaya çəkdi bəzini. 
Dünən üç iqlimdə qurulan pusu, 
Heycanlı ciblərin son həvəsiydi
Gözlərdə dolaşan qan qırmızı suhestvitelğn 
Ötən yarışların nəticəsiydi. 
 
Hər kəs bilir 
Bizim yarış 
Nə deməkdir, 
Niçindir. 
Bu çırpınış, bu axtarış 
İctimai cəmiyyəti sağlam qurmaq içindir. 
 
Məmləkətə, cəmiyyətə, əzizinə, 
Özünə 
Kim istərsə qursun böyük bir yarın, 
Tutsun ətəklərindən bu çapqın yarışların. 
O da bu yarışda əjdərə dönsün, 
Bir qından çıxan xəncərə dönsün. 
 
Zavodlar da, fabriklər də coşaraq, 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə