106
Axınız, bağ, bostana,
Çəkilsin yeni yollar.
Qiymətini itirsin
Əski, cındır üsullar.
Axınız, sayənizdə
Varlığım, ixtiyarım,
Şeriyyət zindanında
Kəlmə döyən qollarım.
Bir az da qüvvətlənib,
Bir az da cana gəlsin,
Fikrim, hissim, xəyalım
Coşsun həycana gəlsin.
Çünki mən də axıram
Bu həyatın içində;
Axıram bir qərarsız
Kainatın içində.
Axıram, sükunəti
Sürət olan axınla.
Şövqümlə, həvəsimlə
Qəlbimlə, marağımla!
HEYKƏL QARŞISINDA
O yerdə ki, bürclər düşgün nəzərlərilə
Dalğın-dalğın baxıyorlar gəlib gedənə,
O yerdə ki, radio yeni xəbərlərilə
Şən bəstələr dinlətiyor yoldan ötənə.
107
O yerdə ki, tramvayın zil səslərilə
Qarşıyor təbiətin gürültüləri,
O yerdə ki, siliniyor – bir növ böylə –
Ürəklərin təsadüfi döyüntüləri.
İştə orda baxıyor bir canlı heykəl;
Bir heykəl ki, dalmış köhnə düşüncələrə.
Bir heykəl ki, çöhrəsində gizli min əməl,
Fəqət daşdan nəzərləri dikilmiş yerə.
Seyr ediyor sanki kəndi çevrəsindəki
Qaynaq kimi qaynayaraq daşan həyatı,
Seyr ediyor o, kommunist küçəsindəki
Özündən çox irəliyə qoşan həyatı.
-
Seyr et, Sabir! Bu seyr ediş haqqındır sənin,
Çünki sən bu zamanı görmədən öldün.
Seyr et necə dəyişmişdir işçi vətənin,
Çünki, şair, muradına irmədən öldün.
O zaman ki, Hadi coşqun şeirlərilə
Söyliyordu çox parlaqdır istiqbalımız,
Sənin könlün, fəqət məhzun şeirlərilə
Deyirdi ki, yox, lağlaqdır istiqbalımız.
Əvət, Sabir! Sən hər şeyi gördün və yazdın,
Mühitini əks etdirdi tərənnümlərin.
Təbiidir, sən şairdin, dinc duramazdın,
Ona görə iynələrlə dolmuş əsərlərin.
Sabir, fəqət bir gələcək məsələsində…
Qapılaraq hissə bir az yanıldın gərək.
Bilmədinmi yeni nəslin coşqun səsindən
Bu iqlimə ildırımlar qanad görəcək?!
108
İndi burax düşüncəni, çevrənə bir bax,
Bir bax necə ətrafında qaynıyor həyat…
Uçmaq üçün hər kəsdə var böyük bir maraq,
Çarpınıyor, sanki olmuş daş-divar qanat!
AVRAL
Mədəndə bu gün fırtınalar var,
Çalxanmada ətrafa axınlar.
Avralçıların coşqunudur bu,
Div səsli maşınlar kimi gurlar.
Bir xeyli zamandır hərəkət yox,
Məhsullu buruqlarda kəsir çox.
Bir işçi kəlib vecdə deyir ki.
-
Tez verməliyik işlərə talçok!
Min at gücü varkən canımızda,
Can yox nə üçün fantanımızda?
Minlərcə nöyüt haləsi parlar
Hər damla qızılgöz qanımızda.
Bir dəm yapışın güclü qolumdan
Feyz almaq üçün böylə hücumdan.
Mən zərbəçi bir işçiyəm, əsla,
Ölsəm belə dönməm ki, yolumdan!
Avral eə deməkdir? Geri getmək.
Lazım bunu bilmərrə yox etmək!
Avral bizim əskikliyimizdir;
Yüksəkliyimizdir – çatıb ötmək!
Mədəndə bu gün fırtınalar var,
Çalxanmada ətrafa axınlar.
109
Avralçıların coşqunudur bu,
Div səsli maşınlar kimi gurlar.
AĞ DƏNİZDƏ FIRTINA
Ağ dənizdə fırtına var, fırtına!
Ağ dənizi bir tufanlı böhran almış sırtına.
Coş dəniz, coşqun dəniz!
Daş dəniz, daşqın dəniz!
Aşqın dəniz!
Şaşqın dəniz!
İki cəbhəyə ayrılmış dalğaları dənizin,
Sürünməkdə dizin-dizin
Burjuazi –
bu cəbhənin birisi…
Digər cəbhə bizim cəbhə –
mavi kömləklilərin.
Bu cəbhə sonsuz, dərin
Bir qüvvətə sarılmış.
Dağları dənizin iki qola ayrılmış.
Dəniz əlan
Sinif duyğusilə çarpınan
Bir kommunist qəlbi –
kibi…
Dəniz sudan qamçılarla
Göstərib hünərini –
Döyəcləyir qıvrıla-qıvrıla
İtalyanın faşist sahillərini.
Dənizdə həyəcan var,
Xələcan var,
xələcan…
Hər fırtına mavi kömləkli bir can…
110
Səndən dərindir bu fırtınanın mənası,
Ey Eyvazovskinin «Dənizdə fırtına»sı.
Bu fırtına hələlik çalxanmayan Fransanın
Sallanır ətəklərindən.
Bu fırtına coşunca öylə sanın
Ki, doğacaq qasırğa Rur küoəklərindən.
Almaniya,
Tarix bir pula dəyərmi ya,
Sinif duyğusilə qəlblər vurmasa,
Fırtına durarmı, külək durmasa?!
Deyil bir Ağ dənizdə,
Bilirsiniz bunu siz də,
Atlas dənizində, Baltik dənizində,
Bu dənizlərin ən qaranlıq dəhlizində
Fırtınalar vermiş baş-başa.
Ey Polşa
Yarın hərb olsa əgər
Fırtınamız coşacaq.
Olacaq hər dalğası bir xəncər –
bir bıçaq!
Ağ dənizdə fırtına var, fırtına!
Ağ dənizi bir tufanlı böhran almış sırtına.
Coş dəniz, coşqun dəniz!
Daş dəniz, daşqın dəniz!
Aşqın dəniz!
Şaşqın dəniz!..
111
Yarış
Bu arzu göylərdən enmədi, yahu,
Makina əsrinin fərmanıdır bu.
Kapital boynunu şişirmək için
Böylə bir yarışa çıxdı ilk öncə.
Kəndi şorbasını bişirmək için
Ocaqdan ocağa uzatdı pəncə.
Öncə səhmdarlar gəldi diz-dizə,
Həpsi toxluğundan açdı ağzını.
Acıqla çıxdılar sonra üz-üzə,
Bu yarış qovğaya çəkdi bəzini.
Dünən üç iqlimdə qurulan pusu,
Heycanlı ciblərin son həvəsiydi,
Gözlərdə dolaşan qan qırmızı suhestvitelğn
Ötən yarışların nəticəsiydi.
Hər kəs bilir
Bizim yarış
Nə deməkdir,
Niçindir.
Bu çırpınış, bu axtarış
İctimai cəmiyyəti sağlam qurmaq içindir.
Məmləkətə, cəmiyyətə, əzizinə,
Özünə
Kim istərsə qursun böyük bir yarın,
Tutsun ətəklərindən bu çapqın yarışların.
O da bu yarışda əjdərə dönsün,
Bir qından çıxan xəncərə dönsün.
Zavodlar da, fabriklər də coşaraq,
Dostları ilə paylaş: |