Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə14/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   10   11   12   13   14   15   16   17   ...   54

 
82 
Göy gölüm, başqa səfa var səndə
Bulmuşam özkə cahanlar səndə. 
Yer yeşil, göy yeşil, ətraf yeşil; 
Doğduğum bəldə mənim böylə deyil. 
Mən küləklər şəhərindən gəldim 
Zəhmətin ümdə yerindən gəldim. 
Öylə bir yer ki, onun gülləri yox, 
Sayrayan nəşəli bülbülləri yox. 
Böylə əngin dərələr yox orada, 
Qocaman məşcərələr yox orada. 
Orda yox böylə çəmənlərdən əsər. 
Orda bülluri bulaqlar nə gəzər! 
Orda lakin yeni insanlar var, 
Qaynayan qırmızı vulkanlar var. 
Açıyor orda alovdan güllər, 
Ötüyor orda çəlik bülbüllər. 
Məşələr orda buruqlardandır, 
Çağlayanlar qara qanlardandır. 
Səndə dağlar, dərələr, düzlər gül… 
Gecələr gül kimi, gündüzlər gül. 
Möhtəşəm dağlarının başları qar, 
Dağ qaçar, sanki dumandan qorxar. 
 
Niyə, Göy göl, bu qədər susqunsun? 
Razı ol çırpınıyorkən qonsun 
Dalğasız sinənə qəlbim azacıq, 
Kimə sən vermədəsən, söylə, acıq 
Bu gözəlliklə, bu səssizliklə?! 
Çağlayanlar kimi gəlməzmi dilə  
Azacıq olsa da durğun baxışın, 
Dalğalar rənginə vurğun baxışın? 
Mən də əvvəlləri çox küskündüm, 
Köhnə zəncirləri qırdım, yendim. 
Mən nəyim indi? Qızıl bir əsgər, 
 
83 
Açmışam yerdə günəşdən şəhpər. 
Qoy dodaqlarda çiçəklənsin adım, 
Quş deyilsəmsə də vardır qanadım. 
 
Ey çocuq ruhu qədər şən Göy göl, 
Köksü almas kimi rövşən Göy göl!  
Ətəyindən əyilib öpdüm mən, 
Kim qaçar sevgilisin öpməkdən? 
Çənlərin oynağı olmuş baş uçum, 
Göyləri sanki qamarlar ovucum. 
Vuruyor qəlbimi bir körpə sevinc, 
Sevinərdim dura bilsəydim dinc. 
Çünki gəlmiş mənə şadlıq sırası, 
Göy gölün çünki şirin xatırası 
Titrədir qəlbimi həycanlarla, 
Der ki, haqqımda şeir az, parla 
Sən ki, bir parça sümüksüz ətsin, 
Bu gözəllik səni qoy titrətsin. 
Bir də quşlar, kələbəklər güllər, 
Quytu çamlar və üfüqlər yer-yer 
Nazlı qoynunda sənin birləşərək, 
Veriyor mövqeyə xoş bir ahəng. 
Sana diqqətlə dalarkən nazarım, 
Coşdu qəlbimdəki çırpıntılarım. 
Sarılıb beynimə rəngin saplar, 
Bir yumaq yapdı ki, çox qiymətdar. 
Razı ol baxmaq üçün göylərinə, 
Kim dalar böylə dərindən dərinə? 
Göy dəniz, sanki buludlar sarqıq 
Qayalardır ki, düzülmüş sıq-sıq. 
Fərqi yox hər qayanın bir gəmidən 
Ki, üfüqlərdə açarlar yelkən. 
Sonra at başlı buludlar gəliyor, 
Şahə qalxar kimi həp yüksəliyor. 


 
84 
Kişniyorlar toxunub bir-birinə, 
Nə deyim mən bu göyün mehvərinə 
Ki, bu köhlənləri yığmış başına. 
Hər bulud sonra çatılmış qaşına, 
Düşünür, cəzb ediyor ənzari; 
Baxaraq mən dəxi altdan yuxari, 
Süzərim bunları heyran-heyran. 
Bu zaman zehnimi şiddətlə saran 
Duyğular toplaşaraq bir araya, 
Başlayarlar şığıyıb gurlamaya. 
Qəlbimin səsləri səsləndikcə, 
Səslənib könlüm həvəsləndikcə, 
Şu buludlar – şu qədəhlər kimi, baq, 
Şu buludluqlara etdikcə maraq
İstərim yaslanıb alçaqlara mən, 
Mey sonaydım başı dik dağlara mən. 
 
Dinləyin, ey qoca, yüksək dağlar, 
Ey bu dağlarda əsən irmaqlar, 
Ey yaşıl sinəsi əngin dərələr, 
İçi sirlərlə daşan məşcərələr! 
Mən baxarkən sizə bilməm uyumaq, 
Nazənin duyğularım sanki yusaq 
Kimi bir mehvərə səssiz sarılır, 
Mənə heç şey bu zaman gəlməz ağır. 
Sənətin, bəlkə həyatın yükünü 
Daşıyorkən acı küskünlüyünü 
Ürəyim bir pula satmış kimidir. 
Bu ticarət mənə ləzzət gətirir. 
 
Dediyim sözləri gəl bir də eşit! 
Sanma vardır mənim ağzımda kilit. 
Sən gözəlsən, buna bir şübhəmi var? 
Boş gözəlliklə fəqət aşmaz kar! 
 
85 
Doğrudur, mən sənə qaldım heyran, 
Bildim, insanda olurmuş nöqsan. 
Mən fəqət bir sinifin şairiyim
Göyə uçmam da, zəmin şairiyim. 
Bizə iş lazım, əvət, iş lazım, 
Həp budur məqsədimiz çünki bizim, 
Bir də nadirsin, onunçun bu qadar 
Sənə məftun oluyor insanlar. 
Səndə qalmaz bu təbiət, Göy göl! 
Çəkilərsin işə, əlbət, Göy göl! 
Biz təbiətlə döyüşməkdə ikən, 
Buna biganə görünməzsən sən. 
Suların çaxdıraraq şimşəklər, 
Dağların bağrına nurlar sərpər. 
Saracaq dövrəni rahatlıq evi, 
Çünki əsrin şu bəşər adlı divi 
Səni pək bahqa bir aləm yapacaq, 
Çayların bəlkə yolundan sapacaq. 
İşləyib çox çəkəcəklər zəhmət. 
Edəcəklər bizə onlar xidmət. 
Dırmaşıb köksünə raylar bir gün 
Şəhrə əlbət olacaqsan üskün. 
Leninin aləmi sarsan adına 
Qurulub avtomatik bir makına. 
Bir sabah mavi, yaşıl qoynunda 
İncilər parlayacaq boynunda. 
O zaman aylara, ulduzlara sən 
Gecələr eyləyəcəksənmi pəsənd? 
Böylə qalsan əgər, ey Göy göl, inan 
Pək təbii, çıxacaqsan yaddan. 
Çünki hər zərrə dəyişmək istər, 
Yaşamaqçın dəyişiklik göstər! 
 
Ey çocuq ruhu şən Göy göl; 


 
86 
Köksü almas kimi rövşən Göy göl! 
Mən də olsaydım əgər bir şair 
Səni həqqilə edərdim təsvir. 
Mən ki, şair deyilim, bir gəncim, 
Yanıyor odlu əməllərlə içim. 
Doğrudur, indi darılmış nəfəsim, 
Tutmamış ölkəmi həqqilə səsim. 
Dönərim sellərə, irmaqlara mən
Çarparım kəndimi dik dağlara mən 
Eşidilməzsə əgər avazım, 
Yoxsa sınmışmı, qırılmışmı sazım?! 
Taxtadan yox, bu ötən sazcığı mən 
Yapmışam, dinlə, çəlik köksümdən. 
Ürəyimdən hörərək tellərini, 
Bəzəyib süsləmişəm hər yerini. 
Pək qısıqdır səsimin dalğaları, 
Uça bilməm daha bundan yuxarı. 
Acizim doğrusu, Göy göl, bax da,  
Bu gözəl sazcığı mən çalmaqda. 
Yayı lakin bu sazın öl ənə qadar 
Tutacaq köksümün üstündə qərar. 
Gün gələr mən onu dilləndirərim, 
Çalarım, varlığı dilləndirərim. 
Ürəyim nəşəli, ruhum oynaq, 
Sənə, əlbət, gəlirim bir də qonaq! 
Seyrə getdikcə yaxından səni mən, 
Xeyli dəm ayrılaraq kəndimdən 
Gur bulaqlar kimi qaynar, daşarım, 
Nəşədən özgə bir aləm yaşarım. 
Olarım mən o zaman bir şair 
Eyləməkçin səni, Göy göl, təsvir! 
 
 
 
87 
BÖYÜK  İŞLƏR 
 
DÖNÜŞ 
 
Mədəni hücumu keçirtdik həyata, 
Qalmadı keçmişdən bir nişan, bir əsər. 
Mieərkən quş kimi çaparaq bir ata, 
Bir yola salındı ölkəmiz sərbəsər. 
 
İndi də «sürəkli iş güny» hər kəsi 
Ayırır yolundan Əhmədin, İsanın. 
İşləyib canlara çarxların nəğməsi, 
Uçulur qübbəsi məscidin, kilsanın. 
 
Dövranın günləri, ayları, illəri 
Bir başqa mehvərin başına dolanır. 
Görüncə bir sıra zərbəçi əlləri 
Keçmişin müztərib ürəyi bulanır. 
 
Tutuldu tarixin dolaşıq yolları, 
Bağlandı üzünə günəşli qapımız. 
Bu köhnə yolçunun bağlandı qolları, 
Bir səslə çığırdıq üstünə hamımız: 
 
-
 
Biz yeni tarixin qüvvətli oğluyuq, 
Yolumuz başqadır, izimiz başqadır! 
Həycanla, həvəslə, tufanla doluyuq, 
Fikrimiz getdikcə cahana əl qatır. 
 
 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə