Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə17/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   13   14   15   16   17   18   19   20   ...   54
    Bu səhifədəki naviqasiya:
  • AXIN

 
100 
Bu sevinci yaratmış əmək çəkən fatmalar
Dəzgahının başında tərlər tökən fatmalar. 
Zəmilərdə traktor işlərkən gurhagurla 
Mənim üzüm dikilir səmalara qururla. 
Mənim dəxi sevincim artıb içimdə qat-qat 
Toxunmada köksümə sərin qızıl bir qanat. 
Siz ey bizdan uzaqda qışqırıb bağıranlar! 
Paris soqaqlarında zəncirini qıranlar! 
Sizin düşüncənizdən iraqdır türk gəncliyi, 
O hər şeyi yapmada; o hər şeyi yapacaq. 
Türk gəncliyi olaraq ucu almaz bir bıçaq 
Girməkdədir gözünə həp müsavatçıların, 
Qurur o günəşlərə qarşı duran bir yarın. 
Gəncliyin gurultusu səsinizi kəsiyor, 
Fikrinizin yerində qızıl yellər əsiyor. 
AXIN 
 
Həyat axır, 
Nəğmə axır,  
Axır coşqun gəncliyim, yoxdur əsla dincliyim. 
 
Axır fabrik, 
Axır zavod, 
Axır proletaryat, 
Axır bir dəmir həyat. 
 
Axır çöllər, 
Axır sellər, 
Kolxozçudan bunu sor, 
Gurladıqca traktor. 
 
Canla, başla 
Və təlaşla, 
Yorğunluqdan bixəbər 
 
101
Axır geniş kütlələr. 
 
Axır fikrim,  
Axır şerim, 
Neft, pambıq, kömür axır, 
İl keçir, ömür axır. 
 
Şimşək nədir, 
Külək nədir, 
Bir-birimizə yaxın 
Axırız axın-axın. 
Ax Araz, 
Zərbəçi işdən qalmaz. 
Coş Araz, coş, 
Önə qoş, 
Haydı uzat qollarını, 
Sar şu büllur kimi qollarla 
Susuz Mil düzünün yollarını, 
Bəyaz atlar kimi gur dalğaların şaxlansın. 
 
Bizi dünya qansın, 
Çünki onun bizdə gözü. 
Sən axarkən böülə 
Andırırsan axışan ömrümüzü. 
 
Ax, İran yoxsulu səs versin uzaqdan səsinə
Səni gördükcə qızıllansınlar. 
İnqilab bayrağının kölgəsinə 
Qoşaraq şövqilə toplansınlar. 
 
Gavur-arx, 
Bir yeni çarx 
Dönməsə – dönməz çöllər, 
Bəyaz altunla öyünməz çöllər. 


 
102 
Gavur-arx, biz səni döndərdik biz 
Qızıl əsgər kimi bir cəbhəyə göndərdik, biz. 
Hədəfin oldu ilanlar, uçuşan əqrəblər. 
Ağ buludlarla bəzənmiş bir üfüq surətini 
Aldı yaslandığın hər bir səngər. 
 
Söylə Kür, 
                   dalğa vuran sənsənmi? 
Yoxsa bizim qüvvətimiz, 
Zərbəli ülviyyətimiz 
                     axaraq dalğalanır? 
Söylə Kür, 
Qaç vilayət boyu gəzdin; 
                O tərəflərdə neçin kükrəmədin?! 
Sənə biz, 
Hər şeyi biz öyrətdik, 
Səni biz kükrətdik. 
Səni səhralara biz qoşdurduq
Səni biz coşdurduq. 
Səni biz coşdurduq. 
Şmidt, Buxta və Selmaş zavodu. 
Nəydin ey Mil çölü sən, 
Sorarım mən səndən. 
Yediyin odlu günəş seylabi, 
İçdiyin bir ilanın zəhrabi. 
Şimdi çalxanmada bağrında böyük illiklər 
Nə uzundu ləklər… 
Ləklərin şaxları üstündə açan pambıqlar 
Fabrikin «dərdini» yoxlar. 
Dəzgah pambıq istər, 
Ey Mil düzü aç qəlbini göstər. 
Əsla qaçamazsın, bilirəm mən, 
Şerin tələbindən. 
Onsuz da həyatın qoca fabriklər əlində, 
 
103
Fabrik səni yüksəklərə çəkmək əməlində. 
Siz hər ikiniz bir yola düşmək
Bir yolda ötüşmək, 
Bir yolda barışmaq, 
Bir yolda sarışmaq və qarışmaq 
                                                 diləyən 
Yolçusunuz – şən, 
Siz asılısınız bir-birinizdən. 
 
Pambıq bu günün zərbəli şeri, 
Pambıq bu günün duyğusu, fikri. 
Neft axdı bizim istəyimizcə, 
Pambıq hələ, bizcə, 
Qalmış kimi arda, 
Ey zərbəçi, harda 
Pambıq yeri varsa 
Tezliklə traktorları, tezliklə xəbərlə 
Leninçilərin saldığı gur vəlvələlərlə. 
 
Yaz əkin işləri qalmış geridə, 
Bir neçə iqlimlərdə, 
Gəncə, Şamxor və Tovus 
Söyləmiş firqəyə son 
                            Jelezobeton 
                                           sözlərini. 
Bəzi yerlər məyus, 
Saldılar çünki siyah lövhəyə öz-özlərini. 
Qalxacaqdır bu kəsirlər aradan, 
Bunları çünki biz olduq yaradan. 
Biz yaratdıqsa da məhv etməyə aciz deyiliz 
Və beşillikləri bərkitməyə aciz deyiliz 
 
Bizə lazımmı təmayülçülərin falçılığı? 
Nə deyirlərdi beşillik yetirilməz yerinə! 


 
104 
Soxalım gözlərinə 
Gəliniz yapdığımız işləri, 
                       Qoy firqəmizin sərt qılığı 
Dildən dilə düşsün! 
Kapitalizmin başı həm əngələ, 
                            həm cəncələ düşsün. 
Firqənin düz yolu uğrundakı sadıqlığımız 
Parlayıb axmalı yıldız-yıldız. 
Bolşevik yazları güldükcə olur düşmən xar, 
Tutmayır varlığı bir yerdə qərar. 
Tutmaz, çünki, əsasən çürümüş, 
Onu bir qorxulu dəhşət bürümüş. 
Axacaqdır o da lakin ədəmə, 
Axacaq, məhv olacaq bir kərəmə. 
 
Söylədik hər şey axır. 
Hər axan varlığa bir şey buraxır. 
Ax Kürüm, ax Arazım! 
Sizə axmaq lazım. 
Ödəməkçin şu beşillik planı, 
Qoymayın yaxşı pambıq tarlasına zərbə dəyə, 
Alınız xırda, kiçik çayları hətta yedəyə. 
Axın, 
İnsanları heyran buraxın… 
 
Mil düzü köhnə, yanmış 
Köynəyini dəyişsin. 
Bağrı yanıq səhralar 
Bir doyunca suhestvitelğn içsin. 
 
Axınız lillənmədən, 
Axınız qoldan qola
Toplayınız elləri 
Firqəyə, komsomola. 
 
 
105
Axınız axın-axın, 
Axınız dalğa-dalğa. 
Gurultulu şeriniz 
Yayılsın ortalağa. 
 
Axınız qolçomaqlıq 
Göylərdən aralansın. 
Düşmənə kəfən biçin 
Qayçı şaxlar sulansın. 
 
Axınız, sayənizdə 
Coşsun Muğan, Mil düzü, 
Dəzgahı canlatmaya 
Qoşsun Muğan, Mil düzü. 
 
Axınız iş çoxalsın, 
Ellər dalmasın lafa. 
Gurultuyla dağılsın 
Yeni insan ətrafa. 
 
Axınız ki, kəndimiz 
Bolşevik yollarilə, 
Bolşevik dünyasının 
Dönməz oğullarilə. 
 
Silkələyib özünü 
Bir başqa rəngə düşsün. 
Həyat girsin yoluna
İşlər ahəngə düşsün. 
 
Axınız ki, kəndlərin 
Döyüşsün yoxsulları; 
Öyünsün görüncə bu 
Süd pambıqlı baharı. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə