Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə16/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   12   13   14   15   16   17   18   19   ...   54

 
94 
Bu hərcayf gəzişdən nədir ya qazancınız? 
Buludlar, buludlar
Pərişan buludlar, 
Başımın üstündə kişnəyib 
Yarışan buludlar! 
 
Bəziniz çox kəsif, 
Bəziniz pək xəfif 
Buludlar, ey dolğun qədəhlər, 
Göylərin ovcunda bir yel əsincə titrər
Əsərsiniz 
Nədən siz? 
 
Sizi ruzgarmı çaldı, onunçunmu soldunuz? 
Onunçunmu dəyişdiniz, darmadağın oldunuz? 
Qaçdınız ağlaya-ağlaya, 
Döndünüz bir şəffaf parçaya. 
 
Bəziniz çox yunul efir qanadlı, 
Bəziniz paslanmış dəmir qanadlı, 
Nə bu qadar göy üzündə gəzərsiniz? 
Özünüzdən çıxan zaman, 
İzinizdən çıxan zaman 
Həqiqətən sevgilimə bənzərsiniz! 
 
Ey coşqun gəncliyim, ey havalı quş, 
Oxuduğum şərqi dinlənməz olmuş. 
Ey şeir yazmaqla keçən günlərim. 
Siz ki, ən vəfalı günlərimsiniz. 
Baxıb buludlara gülümsəməkçin, 
Sevgi nəğmələri bəstələməkçin 
Mənə müsaidə verərmisiniz? 
 
Çünki keyfim kökdür, damağım çağdır, 
 
95 
Şimşək çaxdırmaya mən də hazıram, 
Buludlar başında patlayacaqdır 
Könlümdə qıvrılan böyük ildırım. 
 
 
QOŞMA 
 
Şimşək kimi buludları qovaraq, 
Verdim parlaq çiçəklərə gönlümü. 
Günəş kimi qaranlığı boğaraq, 
Verdim odlu diləklərə gönlümü. 
 
Cavan ömrüm bir mum kimi sönərkən
Yüksəklərdən alçaqlara enərkən, 
Əməllərim bir səraba dönərkən, 
Çaxıb verdim şimşəklərə gönlümü. 
 
O zaman ki, sahib oldum, qanata, 
Bir quş kimi nəzər saldım həyata, 
Etdi məni gənclik şövqüm əhata, 
Verdim sərxoş küləklərə gönlümü. 
 
 
BAYRAM  AXŞAMI 
 
Yadımdadır çocuqluqda 
Əziz bayram gecələri… 
Anam, atam, üç qardaşım, 
Qoca nənəm, bir də əri. 
 
Toplaşırdıq bir süfrənin 
Gülə-gülə dövrəsinə. 
Nənəm derdi: - Qurban olum 
Yaradanın süfrəsinə. 


 
96 
Bir sininin kənarında 
Yaxılırdı iki-üç şam, 
Qarşımızda şəkərbura, 
Noğul-nabat, püstə-badam. 
 
Hələ üskü axşamları, 
Qiyamətdən nişanədir. 
Oynamaqçın çocuqlara 
Böylə günlər bəhanədir. 
 
Ocaq yaxıb, od qalayıb 
Üzərində atlanırdıq. 
Oynayırdıq yorulduqca, 
Yorğunluğa qatlanırdıq. 
 
«Gün çıx» deyə, «Gün çıx» deyə 
çalxanırdı sevincimiz. 
«kəhər atı min çıx» deyə 
qışqırırdı ən dincimiz. 
 
Əynimizdə təzə paltar, 
Başımızda təzə papaq. 
Odlu məşəl əlimizdə 
Dolaşırdıq soqaq-soqaq. 
 
Qışqırırdıq, bağırırdıq 
Ölçə-ölçə küçələri. 
Söz qısası, xoş keçirdi 
Bizə bayram gecələri. 
 
Sabah Novruz bayramıdır 
Deyə-deyə yatıyorduq. 
Çəkdiyimiz acıları 
Sevinclərə qatıyorduq. 
 
97 
 

bu axşamsa mən yalnızam, 
ətrafımda yox bir kimsə. 
Qapdırmıyor bu yalnızlıq 
Fəqət məni qeyri hissə. 
Mən bu gecə sabahı bəkliyorum səbirsiz, 
Sabah məndən xəbərsiz 
Anlamıyor həycanımı, duyğumu; 
Zəncirləyib gözlərimdə uyqumu. 
 
İçində bir yatağan qıvrılıb gərinmədə, 
Xəyalən xəyalıma al şəfəqlər sinmədə. 
Yox bu gecə mən özümdən fərqliyim. 
 
Qarşımda bir kalendar… 
Baxmaqdayım, baxınmaqda haqlıyam. 
İstiyorum bir ruzgar 
Pəncərəmdən əsə-əsə 
Bir nəfəsə. 
Bu gecəyi unudulmuş gecələrə çevirsin. 
 
Bir ruzgar ki, şəffaf barmaqlarilə 
Bir vuruşda devirsin 
Son dəmini yaşayan bu yaprağı, 
Bir ruzgar ki, büllur dırnaqlarilə 
Tırmalasın otuz deyə mana baxan varağı. 
 
Bu varağın arxasında 
Çünki şanlı bir mayis var, 
Bir mayisin yaxasında 
Qıpqırmızı bir köküs var. 
 
Bir köküs ki, yeni həyat 


 
98 
Sevdasilə dalğalanır. 
Yfüqlərdə çalıb qanat 
Şəfəqlərdə yırğalanır. 
 
Odur ki mən sabahı bəkliyorum səbirsiz, 
Sabah məndən xəbərsiz 
Anlamıyor həycanımı, duyğumu; 
Zəncirləyib gözlərimdə uyqumu 
İçində bir yatağan qıvrılıb gərinmədə, 
Xəyalən xəyalıma al şəfəqlər sinmədə. 
 
QAFQAZ 
 
Bu dağlar, göylərdə oynayan bu dağlar
Bağrında filizlər qaynayan bu dağlar… 
Buludlar rəqs edər bunların başında, 
Döşündə guruldar çayların nərəsi; 
Hər zümrüd yamacı, hər yaşıl dərəsi, 
Min cövhər gizləmiş ən kiçik daşında. 
Həp sənsin deyilmi olanım, olmazım, 
Qafqazım, Qafqazım, qazanclı Qafqazım. 
 
Bu yüksək dağların nbqsan var nəsində 
Qaynarkən mədənlər atəşli köksündə. 
Nefti var, qazı var, boranı, qarı var, 
Şənlədir zavodda fabrikdə hər kəsi, 
Bakının buxtasə, Tiflisin Zagesi. 
Sabunçu uğuldar, Riyonges guruldar, 
İstərim bunlarla çınlasın avazım, 
 Qafqazım, Qafqazım, qazanclı Qafqazım. 
 
Məşələr, o ləpir görməyən meşələr, 
Kimsəyə könlünü verməyən meşələr… 
Çəlikdən mişarlar gözləyir, deyilmi?!. 
Al kəmər taxalım bunların belinə, 
 
99 
Gürcüstan söyləyir: hər daşqın selimi, 
Alınız, veriniz çarxların əlinə. 
Olmasın kimsədən minnətim, niyazım, 
Qafqazım, Qafqazım, qazanclı Qafqazım. 
 
Sardıqca dağları voltlarla günəşlər, 
Altında xalqımız bir yeyər, bir işlər. 
Bir zaman gələcək, hər yerin olacaq 
Aləmə xoş gələn rəngbərəng bir dekor. 
Haçadil atların dəmirdən olacaq, 
Kolxozun sürdükcə zəmidə traktor, 
Şişəcək Kür çayım, coşacaq Arazım,  
Qafqazım, Qafqazım, qazanclı Qafqazım. 
Ey bu gənc dağların biqərar yolçusu, 
Qanadlan! Çalındı yüksəliş borusu. 
Ey cənub tərlanı, döyünsün ürəyin
Yılmadan
5
 havalan bu alı dağlara, 
Dərəsi, təpəsi bahalı dağlara. 
Bir sabah olarkən qızıldan dirəyin, 
Səslənib duracaq əlində şən sazım, 
Qafqazım, Qafqazım, qazanclı Qafqazım. 
 
SEVİNC 
 
Bu gün mən dolaşırkən, bu əmək torpağında 
Saçlarım təbiətin bülluri darağında 
Necə köpüklənirsə, çoşqun qəlbim də öylə 
İstərim ki, qabarsın uzun bir sevinc ilə. 
Bir sevinc ki, bəlirsin yağlımda-yavanımda, 
Dolaşsın könül-könül Şəkimdə, Şirvanımda. 
Sanmayın ki, həsrətəm bu duyduğum sevincə, 
Bir cilvə aşinadır hər tazaya, hər gəncə. 
Bu cilvəyi yaratmış gəncliyin ərlikləri, 
Bakının zavodları, Gəncənin fabrikləri. 
                                                           
5
 Йылмадан – ъясарятля, гормадан. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə