Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə15/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   11   12   13   14   15   16   17   18   ...   54

 
88 
YARIŞ 
 
Hər kəsin əlində beşillik bir plan
Hər yerdə başlamış diqqətli axtarış. 
Hər yerdə başlamış sürətlə yapılan, 
Qafalar sındıran dəyərli bir yarış. 
 
Şaxtalar, zavodlar, fabriklər yarışda, 
Ocaqlar, dəmirlər, çəliklər yarışda. 
Çıxmışdır yarışa qayışlar, təkərlər; 
Çıxmışdır yarışa mədənçi, çilingər. 
 
Beyinlər, duyğular, ürəklər yarışda, 
Sementli özüllər, dirəklər yarışda. 
Sobalar qızışıb, töyşüyür körüklər, 
Çağlayır  borular, oxuyur düdüklər. 
 
Köylərə sürüylə daşınır traktor, 
Obalar kəsb edir möhtəşəm bir dekor. 
Kəndlilər təklikdən bədgüman olub da 
Gurlayır kolxozda, çaxnaşır klubda. 
 
 
 
89 
ÇATMAQ,  ÖTMƏK 
 
İndi biz cahanla çıxmışıq yarışa, 
Qoy etsin el-aləm bizləri tamaşa. 
Deyirlər Amerka göylərə ucalmış, 
Üfüqlər onların önündə alçalmış. 
Deyirlər insanla, həyatla bərabər 
Nyu-york şəhrində yürüyür səkilər. 
Deyirlər göy yerə, yer göyə qatılmış, 
Yaşayış fordların qoynuna atılmış 
Qoy sürsün atını həvəslə Amerka; 
Biz qızıl bir ata minərək bambaşqa 
Bir xızla sıçradıq enişdən, yoxuşdan, 
Fərqimiz olmadan qanadlı bir quşdan. 
O çapdı, biz çapdıq, o getdi, biz getdik
Az getdik, üz getdik, nəhayət düz getdik! 
Dağlardan yel kimi – 
Bir daşqın sel kimi 
Kamandan sıçrayanbir sivri ox kimi, 
Heç nədən, heç şeydən qorxumuz yox kimi 
Yüyürdük, yüyürdük, yüyürdük sürətlə. 
Qanında günəşlər qaynayan bir kütlə
Ayrılmaz, çözülməz yoldaşca əməklə, 
Bir sinif yolilə, birliklə, köməklə, 
Düşməni qoymaqçın büsbütün geridə 
Səsimiz gurladı, ötədə, bəridə! 
 
 


 
90 
REKONSTRUKSİYA 
 
Tozu dumana qatdıq, dumanı toza qatdıq, 
Ortabab kəndliləri çəkdik kolxoza qatdıq. 
Yürüdük, qarşımızda əyildi qarlı dağlar,  
Yürüdük, aramızdan silinsin qolçomaqlar. 
Yürüdük, arxamızca şaxələndi sementlər, 
Dəyişməzmi bu halda ğütün temperamentlər?! 
Yürüdük avtolarla; elektriklərlə biz
Yürüdük, sayəmizdə qucaqlaşdı dağ, dəniz, 
Yürüdük, üstümüzdən çəkildi hər qaraltı, 
Yürüdük, tunellərlə doldu dağların altı. 
Yürüdük, küçələrdə hürküşdü çəlik atlar. 
Yürüdük, üfüqləri qızartdı plakatlar. 
Yürüdük, ənginlərə çəkdik dəmir dirəklər. 
Dirəklərdə tutuşdu, yandı qızıl ürəklər. 
Yürüdük, çöllər boyu raylar axdı, uzandı, 
Türksib yollarında yatan ellər oyandı. 
Yürüdük, hər zərrəmiz oldu bizim avtomat, 
Bu yürüşə amerka özü belə qaldı mat! 
 
91 
EY  GƏNC  YOLÇU 
 
Komsomolçu axınına 
 
Ey gənc yolçu, deyirlər ki, sənin dəmir bir əsan var, 
Toxunduğu daşlıqlar da çiçəklənir, cənnət olur. 
Gur səsinin qarşısında ərir qorxunc ildırımlar, 
Səni təqib eyləyənlər doğru, yeni yollar bulur. 
 
Sən bu yolda qaçsənədir hər cəfayə köküs gərdin, 
Ürəklisən, dağlar, daşlar sarsıtmadı imanını. 
Zeifliyə üz çevirdin, mətanətə könül verdin. 
Oxuyaraq mənimsədin yeni əsrin «quranını». 
 
Xeyir, sənə qarşı durmaz sərt qayalar, uçurumlar, 
Ey gənc yolçu, yürü, sənin toz qonmasın gözlərinə, 
Sən öylə bir ruzgarsan ki, dolaşdıqca diyar-diyar 
Çiçək sərpər yolundakı göy budaqlar izlərinə. 
 
Haydı yürü, çıxar başa yarı yolda qalanları, 
Yaxşılıq et bu dünyada, unudulmaz eyiliklər; 
Çək hər vaqıt iləriyə yatıb dalda qalanları. 
Yaşamağı hər kəs bilir, yaşatmaqdır böyük hünər! 
 
 


 
92 
ƏLLƏR 
 
Könlüm ova çıxarkən gənclik iqlimlərində, 
Əllərimdə sıxıldı bir qaç nazlı göyərçin. 
Öylə bir şəfqət hissi oyatdılar ki, məndə 
O quşların halına sızladım için-için. 
 
Oxşadıqca oxşadım, incitmədim onları, 
Yumşaq qanadlarında buraxmadım bir ləkə. 
Sovrularkən ətrafa qışın qarı, ruzgarı, 
Bağrımın başı oldu onlara isti ölkə. 
 
Bir gün göyərçinlərim qanadlanıb uçdular, 
Əvət, o quşlar bütünoxşadığım əllərdi 
Ki, hamsı qəlbim kimi köksümdə titrəşərdi. 
 
Yalnız onların biri hənuz xatırımda var, 
Öylə ki, əllərimlə sinəmdə oxşanarkən 
Saplamışdı ruhuma dırnaq ilə bir tikən. 
 
 
AND  OLSUN 
 
Şairləri qanadında bəsləyən 
İnsanların həyatını süsləyən 
İncə ruhlu mələklərə and olsun! 
 
Böynundakı dalğa-dalğa tellərə, 
Qaşlarının altındakı sellərə, 
Qəlbindəki istəklərə and olsun! 
 
Gül üzündə yeni-yeni açılmış, 
Xoş iyisi ürəyimə saçılmış 
Qoxladığım çiçəklərə and olsun! 
 
 
93 
Qumruların yatağını oxşayan, 
Pişik kimi ayağını oxşayan 
Salxım-salxım küləklərə and olsun! 
 
Buludlardan ildırımlar çaxdıran, 
Göy üzündə çırağbanlar yaxdıran 
Ala gözlü şimşəklərə and olsun! 
 
Həp səninlə görüşməkdir diləyim
Uğurunda gecə-gündüz çəkdiyim 
Zəhmətlərə, əməklərə and olsun! 
 
Gəncliyimə qanad verən, ruh verən, 
Hər dəqiqə  ayrı cilvə göstərən 
Əlirişməz diləklərə and olsun! 
 
Bu həyatın fərqi yoxdur dənizdən, 
İştə onun üzərində rəqs edən, 
Qanadlanan ürəklərə and olsun! 
 
Sənsən mənim həyatımın mehvəri, 
Sənsəe mənim gənc ömrümün rəhbəri, 
Tapındığım fələklərə and olsun! 
 
 
BULUDLAR 
 
O zaman ki, üfüqlərə bənziniz dalar 
Qəlbən sizi pək sevərim, yolçu buludlar. 
Bu gün yenə 
Əllərimi sizə doğru qaldırdım, 
Bu əməldən nə saldırdım? 
Əvət, heç nə! 
 
Tutqunsunuz, qəlbinizdə yoxsa varmı sancınız? 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə