138
nidası,
Bolşevik firqənin sədası.
EHTİYAC
Qalsınmı fabrikdə
Dəzgahın bəndləri şirəsiz?
Dursunmu
bir uzun herikdə
Traktor nərəsiz?
- Nöyüt ver! – söyləmiş firqəmiz
Ki, çıxsın yağının əlindən yaxamız.
Qoy artsın tələblər!
Bizi ki, sarsıtmaz afaqı səbəblər,
Çünki biz
Xırdaçı deyiliz.
139
ZİYPNÇI
Kimdir o, ziyançı mühəndis?
Çökmə diz
Yalandan önümdə!
Bu günkü dönümdə
Tanıram səni mən
işindən.
Bilirəm nə varsa canında.
KPU-mun gözündən uzaqda deyilsin,
Qoy başın əyilsin
Firqəçi işçimin yanında!
QƏDİM BAKI
Qaçmayır irəli,
qaçamaz!
Qırılmış şəhpəri,
uçamaz!
Keçməyir günləri binamaz.
Canamaz
üstündə kəsilmiş taqəti;
Vird etmək adəti.
Getməyir qabağa,
Yürüşü bir bağa
yürüşü…
Həyatı,
görüşü
pək əski
bir Bakı.
Başının ağası
İngilis darğası.
Ey Murtuz, ey Nobel,
Bir daha bağlamaz sənə bel
buralar!
Biz bayram edərkən ürəyin aldımı yaralar?
140
O hansı zamandı,
Hər tərəf dumandı
O gecə?..
Başında bir sarı düşüncə,
Sarıydı əyninin paltarı,
Gəzirdin bulvarı.
Kaspinin üzündə oynaşan dalğalar.
qaynaşan dalğalar,
Əsdikcə giləvar
Oynardı bulvar.
Oynardı «Ovlar», oynardı «Zadələr»,
«Zadələr» önündə qırılmış badələr…
İRƏLİ
İləri,
Bakının zərbəçi ərləri!
İləri, yeni neft planı
Sarsıtsın cahanı!
İləri, yeni ruh,
yeni can,
Bu uzun həyəcan
Bakıyı qaplasın,
Qəhrəman divləri bir yerə toplasın!
Ey işçi, sən necə saqlısan buruqda,
bu ruhda
Mən dəxi şerimdə saqlıyım.
Qoy məni tanıyan şerimdən tanısın,
Ey şerim, sən mənim işimin canısın.
Gediriz.
Gediriz.
Getməyir, uçuruz.
Usuruz.
141
Uçmayıb bir şimşək olub da çaxırız,
Axırız-axırız!
Keçmişin üzünə sillələr vüraraq axırız.
Möhtəşəm yarını quraraq axırız!
1932
YENİ İL
XİTAB
Yoldaşdar!
Mən bolşeviklər diyarında
Beşillik planın
işıldayan raylarında,
Sosializmə doğru qoşan kütlələrin,
Dneprostroy dalğaları kimi
aşıb daşan kütlələrin
Əzəməti qarşısında
Dona qalmış bir şairəm,
Bu, səmimi bir etiraf, açıq, saf…
Bu bir sərki…
özüm vurdum özümə.
Bəxtiyardır
o şair ki,
Rübabında mühitinin mahnısını çağırır,
Sonra bütün gur səsilə
gələcəyə hayqırır.
Hanı mənim o nəğməm – o rübabım,
O divanım – kitabım,
Hanı mənim o şerim ki, öz yerində –
Yeni insan mühitləri üzərində
Bir qasırğa halında qıvrılsın
Hər parçası
142
Yeni ruhlar səhrasına dağılsın?!
Utanmazmı, Füzulinin adını çəkən
özü bir heçkən
Fikrətin «Tarix qədim»ini qürurunda bulan
Böyüklük xəstəliyinə tutulan
«Qızaran ulduzların şairi»?
Hanı sənin, dörd yüz sənə
Dönə-dönə
Yaşayacaq dastanın?
Gəl çəkmə özünü yuxarı,
O duha qartalının qanadları
Bu gün belə çarpınır
Qaralan qaşlarda
Dağlarda, daşlarda.
«Pəhləvanlar, badpalar
Səyirdəndə hər yana
Tifl
həm cövlan edər
Amma ağacdan atı var».
Bu meydanda ağac da yox,
Qarğıdandır atın sənin,
Şer üfqündə açılmaz qanatın sənin.
PROLETAR SƏNƏTİ
Yad siniflər sənətindən –
İctimai həyatı
Aydan arı, sudan duru,
Daha doğru,
Daha sərt, daha qıvraq,
Daha aydın, daha parlaq
İdrak edən bir sənətdir.
Proletar sənəti –
Döyüşkən bir sənətdir
143
Varlığı dəyişib
yenidən qurmağa
yardım edər.
O, deyildir sənin, mənim
Şerim kimi dərbədər.
Yazalım, özümüzü öyməyəlim,
Füzuliyə «dəyməyəlim!»
KÜLƏKLƏR
Mən də yazdım sənin kimi
Bir xeyli cəfəngiyat.
Fəqət heyhat
«Küləklər»im əsdi keçdi,
O da bir həvəsdi keçdi,
«Küləklər»im əsdi keçdi
Keçmişimlə bərabər.
Çoxdandır ki, «küləklər»dən,
O
vərəmli əsərdən
Ölmüşmü, qalmışmı almadın bir xəbər
Mən ədəmə gedən «küləklər»in arxasınca
Baxmadım bir dul kibi.
«Küləklər»im əsdi keçdi
Nə mülayim, nə əsəbi.
Nə bir böyük fırtına qaldırdılar,
Nə qaralan qaşların altından
Bir bulud saldırdılar.
144
İLLƏR
İllər külək yürüşlü,
Qartal qanatlı illər.
Yaşayış yollarında
Yəhərli atlı illər.
Hər biriniz nümunə
Dalğalı bir dənizdən,
Ömrümüzün yelkəni
Qayar üzərinizdən.
Bizi bu cədəlgaha
Atar atmaz anamız,
Başlar mühitinizdə
Coşmaya fırtınanız
Bəlkə biz olmasaydıq
Sin daim anlı-sanlı
Qoşardınız, nəşəyə
Ürəyiniz nişanlı
Çobansız
sürü kimi
Başınız boş olurdu.
Gündüzünüz fərəhli,
Gecəniz xoş olurdu.
İllər, bizi yoxluqdan
Varlığa atan illər…
145
YENİ İL
Bu il bizim
İçimizdə bir az daha
Dəmirləşir sosializm.
Bu il yeni il deüildir.
Bu il bizi dirildir.
Bu il girdiyi gün
Nə süfrələr açıldı.
Nə sərxoş qəhrəhələr
Küçələrə saçıldı.
Nə dəzgahlar dayandı,
Fabrikdə sönmədi işıqlar, yandı.
İşlədi maşınlar,
Metro oldu arşınlar.
Bir az daha çox toxundu malımız.
«Dəyişmədi» halımız.
Bu yeni il
Faşistlərinki deyil!
Bizim ilimiz ayrı,
Onların ili ayrı.
Bizimki qıpqırmızı
Onlarınkı sapsarı.
Bu yeni il işçilərin bayramında
Həyəcanlı divlərindir.
Bu yeni il zavodların bacasından,
Hər bacanın ucasından
Üfüqlərə doğru axan
Axa-axa
iz buraxan
Qara sellər bayramı.
Bu yeni il işçilərin bayramında,
Qızıl əsgər nizamında
Yan-yana düzülən,
Polad dirəklərdən