Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə22/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   18   19   20   21   22   23   24   25   ...   54

 
132 
Əsmiş uzərindən çılğın küləklər. 
Tarixdən büsbütün adını silmiş, 
Sana hər çapavul yatı kəsilmiş. 
Şırıldarkən Araz yaxınlığında, 
O zalım da qalmış öz qılığında. 
Zavallı halına o da yanmamış, 
Bir parça səninçin dalğalanmamış. 
Bəzən üzərində tikanlı otlar 
Göyərmiş, çoxuna vermiş umudlar. 
Ellər köç eyləmiş, sürülər gəlmiş, 
Qoynunda bir quzu səsi yüksəlmiş. 
Bir səs ki, zülmətdə ağlayan bir səs… 
Bir səs ki, həzindən çağlayan bir səs… 
Bir səs ki, yoxluğun üstündə ölmüş, 
Yenə o, yoxluğa batmış, gömülmüş. 
 
QƏDİM  KARVAN 
 
Gündüzlər çəkilmiş, gecələr çökmüş, 
Buludlar qoynunda sanki bir gümüş
Dərili qanğuru yavrusudur ay. 
İştə yol ucundan çıxdı bir alay. 
Poslası ulduzlar olan bir karvan, 
İçdiyi sarı suhestvitelğn, yediyi yavan. 
Sarvanlar uyqulu, dəvələr yorğun. 
Nədir bu heçlikdə bu gülünc oyun?! 
Torpaq yaraları ayaqlarında. 
Yazın istisində, qışın qarında 
Saqlı üzlərində düşkünlük qəmi, 
Ürəklərində bir xəzan axşamı, 
Qarşılarındakı dənizlər sərab, 
Ümidlər şikəstə, əməllər xarab, 
Rahatlıq bilmədən yürür bu karvan. 
-
 
Karvan, bitməyəcək yollarla davan! 
Yürü, -  deyir ona göydə buludlar, 
 
133
-
 
Yürü, -  deyir ona hər əsən ruzgar. 
İlan nərələri: -  yürü, -  der ona, 
Sərablar çəkmədə onu qoynuna. 
Karvan, yazıq karvan, budur, suhestvitelğn yoxdur. 
Bu çöldə dağların qoxusu yoxdur. 
 
Yanıq alınlarda bir acı röya, 
Çınlayan bir çatlaq çansəsi guya 
Hər göz qarşısında bir «cənnət» açar 
Yolçular ayılar, uyqular qaçar. 
İştə bu çan səsi, ah, bu çan səsi, 
Bu çanın ruhlara ruh saçan səsi, 
Bu quraq çöllərdə şəfqətlə çağlar. 
Ulduzlara gülər, gecəylə ağlar. 
Hıçqırar, boğular, nəhayət ölər. 
Siyah bir girdaba düşər, gömülər. 
Gecələr, gecələr, susuz gecələr, 
Çılğın küləkləri quduz gecələr! 
 
RÜCU 
 
Mil düzü, Mil düzü, geniş Mil düzü! 
Eşit ürəyimdən gələn bu sözü. 
Bu keçmiş halına acımam ki, mən. 
Açıq danışalım, doğrudan da sən 
Bəlkə bu sevcini, bu sevincini, 
Bəyaz qızılını, bəyaz incini 
Xanlardan, bəylərdənəsirgəmişsən, 
Quduz köpəklərdən əsirgəmişsən? 
Tanışlarım bilir bunu, sən də bil! 
Mənim darğınlığım səbəbsiz deyil. 
Bir Bakı işçisi birinci kərə 
Baxıb çoraqlıqdan çıxan ellərə, 
Govur-arx üstündə mitinq açaraq, 
Köksündə çırpınan qırmızı bayraq 


 
134 
Dalğalanan zaman lenta kəsərkən
Orda neçin, nədən olmamışam mən, 
Könlüm Araz kimi havalanmamış, 
Gurultum çöllərdə dalğalanmamış? 
 
Deyirlər o zaman burda köylülər 
Tutub dişdərində qalib türkülər, 
Bir daşqın fərəhlə gəlmişlər vəcdə. 
Araz da eyləmiş onlara səcdə. 
Arazın önünü kəsən sipərlər 
Qalxıb yüksəklərə açınca şəhpər, 
Gənc bir arslan kimi kükrəyən Aras 
Vermiş ətrafına dərin bir həras, 
Sıçramış, köpürmüş, bayılmış, getmiş, 
Mil düzünə sarı yayılmış, getmiş. 
MƏNİM  ÇAĞLAYANIM 
 
O gündən bəridir dəyişmiş rəngin
Dəyişmiş büsbütün rəngin, ahəngin. 
Səndə gurultulu bir çağlayan var, 
Bu dönməz çağlayan durmadan axar. 
O durmadan axar, dağ-dərə bilməz, 
Qüvvəti daima artar, əksilməz! 
Üstünə od yağsa gətirməz xətər, 
O həyatla başlar, həyatla bitər. 
Mənim çağlayanım axmış, axacaq, 
Hər yerdə bir bəyaz iz buraxacaq. 
Mənim çağlayanım çağlayır, dinlə, 
Bolşevik gücünün qətiyyətilə. 
Mənim çağlayanım kolxoza axır, 
Dağların selini heyran buraxır. 
Mənim çağlayanım xəyalım kibi, 
Bəzən sakit axır, bəzən əsəbi. 
 
 
135
XİTAB 
 
Nə qədər istəsək boş yerimiz var, 
Canımız, qanımız, hünərimiz var. 
Əkilən pambıqlar hələ azdır, az; 
Bununla iş bitməz, əsla kar aşmaz! 
Pambıq əkinləri gərək çoxalsın, 
Qəlbimizdə gəzən həsrət yoxalsın. 
Kimsəyə olmasın ehtiyacımız, 
Bitsin həsrətimiz, bitsin acımız! 
Pambıq çoxaldıqca, fabrik canlanır, 
Kollektiv güclənir, birlik canlanır, 
Pambığın çoxluğu çoxluğumuzdur, 
Pambıq «çörəyimiz», neft «suyumuzdur». 
Hər pambıq tarlası düşmənə mədfən, 
Hər açılan qoza ona bir kəfən. 
 
PAMBIQ  ŞAXLARI 
 
Hər şaxın üstündə bir bəyaz xülya
Bir titrəyiş duysa düşər qorxuya, 
Dönər boynu bükük yasəmənlərə, 
Qırılar, tökülər, sərilər yerə. 
O bəyaz xülyaya toxunun yavaş, 
Yoxsa ürəyində duyar bir təlaş. 
Dalğın bir şairin xülyasıdır o, 
Mil düzünün bəyaz röyasıdır o 
Ki, bu gün həqiqət şəklinə girmiş, 
Bütün şübhələri yıxıb devirmiş. 
Görünür tarlada ülviyyətimiz, 
Nazik şaxlar təmiz, kolxozlar təmiz. 
Hər qoza ləkəsiz çocuq varlığı, 
Sığmayır dünyaya bəxtiyarlığı. 
Mən neçin bu zaman fikrə getməyim


 
136 
Ya neçin fikrimi dərinlətməyim? 
Mən neçin bu zaman coşub daşmayım, 
Ürəkdən həyata yaxınlaşmayım 
Ki, bir gənc şairə lazım olan hər, 
Hər dürlü mənzərə burda əks edər! 
 
 
ZƏFƏR  SƏSLƏRİ 
 
Gediriz,  
Gediriz, gediriz, 
Getməyir, uçuruz, 
                  usuruz… 
Uçmayır, bir şimşək olub da çaxırız. 
Axırız-axırız. 
Keçmişin üzünə şillələr vuraraq axırız, 
Elliklə yarını quraraq axırız. 
 
 
ZƏFƏRDƏN  ZƏFƏRƏ 
 
Beşillik planı 
İki il yarımda yerinə yetirdik. 
Deməli, bitirdik. 
İşlərin qalanı 
Daha çox, 
Bir talçok 
Gərəkdir verilən işləri 
Aparsın iləri, 
Aparsın iləri gələcək beşillik zəfəri 
Hər şura nəfəri. 
Cavab ver, Abşeron! 
Qəlbində neçə ton 
Bu axan 
Yeni qan 
 
137
Çağlamış fışqıra- fışqıra, 
                   qışqıra-qışqıra?! 
Yox, gərək 
Bir çərək 
Qalmvsın boş yerin! 
Yoldaşlar, göstərin 
Torpağın altında, 
Torpağın ən məchul qatında 
Gizlənən o xəsis qaynağı! 
Toxunsun ona bir mühəndis caynağı 
Arasın zərbəçi mühəndis 
Bizimçin yeraltı bir dəniz… 
 
Arayır, aramış, 
Bir qarış 
Yer belə qaçmamış gözündən, 
Dönməmiş sözündən. 
Verdiyi ilqarı yetirmiş yerinə, 
Baxınız, qaç yeni buruğun seyrinə 
Daldırmış bizləri… 
O, yüksək rəqəmə qaldırmış bizləri!.. 
 
FİRQƏNİN  SƏSİ 
 
Ey, Buxta, 
Nədir o vüqarlı buruqda 
Çınlayan div səsi? 
O hansı nəfərin nəğməsi? 
O hansı işçinin zərbəli dastanı? 
Onunla şənlənir sosialist vətəni. 
Onunla şənlənir, onunla canlanır, 
Onunla çalxanır 
Kaspinin bağrında uyuyan. 
O səsin: -  Qalx, oyan! - 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə