Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə20/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   16   17   18   19   20   21   22   23   ...   54

 
118 
HƏR ŞEY COŞQUNDA… 
 
Bu gün hər kəsdə böyük həyəcan var
Bu gün hər çöhrədə bir xələcan var. 
Hərlənir iştə beyinlər, başlar, 
Hərlənir şövq ilə dağlar, daşlar, 
Hərlənir ölkəmizin hər tərəfi, 
Qoca ərzin böyük işdər tərəfi. 
Hərlənir zərbəçi fabriklərimiz, 
Hərlənir qos-qoca elliklərimiz. 
Hərlənir şaxtaların qatları da, 
Hərlənir ordumuzun atları da. 
Hərlənir boylu buruqlar, dolanır; 
Buna xaricdə yrəklər bulanır. 
 
QURULUŞ 
 
Göstərib iştə beşillik planı, 
Sarsıdıb yıxdı kökündən cahanı 
İşçilər – ölkəmizin işçiləri. 
Çünki var bizdə mətanət kəsəri. 
Böyük işlərdə irəlilərkən biz, 
Hərlənir daxili düşmənlərimiz. 
Biz açarkən bizə düzgün yollar, 
Sürünür arxada «sağlar», «sollar». 
Biz Dneprdə yapırkən şadlıq, 
Dalğalardan dağa sərpildi işıq. 
Girişərkən işə Selmaş zavodu
Sardı «sağ cəbhəni» heyrət, qorxu. 
Biz kəsərkən Arazın qarşısını, 
Kavur-arx pambığın ən yaxşısını 
Coşaraq, çağlayaraq verdi bizə, 
Qoca Kür «möcüzə» göstərdi bizə. 
Səsi gəldikcə çırağban Zahəsin, 
 
119
Məncə bir məqsədi var hər bəhsin. 
O qədər çox ki, böyük işlərimiz. 
Onu nəql etməyə şeirim aciz… 
Bu zaman bizlərə ancaq 
Ən kiçik şeydə böyük şey aramaq. 
 
 


 
120 
KƏSİR 
 
Var bu gün bolluca bənzində kəsir. 
Buna lazım quralım bir tədbir. 
O deməkdir ki, bu, biz işlərkən, 
Düşəcək qollarımız qüvvətdən. 
O deməkdir ki, bu göylərdə bizi 
Gözləyirkən yeni dünya bəhsi
Bir kilid bağlanacaq ağzımıza. 
O deməkdir ki, bu benzin dursa 
İşləyən xızlı saatlar duracaq; 
Fabrikin qəlbi də tənbəl vuracaq. 
Benzinin varlığıdır varlığımız, 
Benzinin darlığıdır «darlığımız». 
Benzinin çoxluğudur «çoxluğumuz», 
Benzinin yoxluğudur «yoxluğumuz». 
Güçlənirkən günü-gündən qolumuz, 
Bəs azalsın nə üçün petrolumuz? 
Benzin olmazsa bizim divlərimiz 
Qalacaqdır hərəkətsiz, səssiz. 
Benzinin azlığı yaxud duruşu 
O deməkdir ki, siniflər vuruşu 
Bu geniş ölkədə «sakitləşəcək», 
Qolçomaqlar bizə «üstün gələcək». 
Yox, sinif duyğusu sönməz, sönməz! 
Atılan ox geri dönməz, dönməz! 
Benzin artarsa, iş artar, çoxalar, 
Ölkədə yüksəliş artar, çoxalar. 
Benzinin qüvvətidir qüvvətimiz 
Benzinin sürətidir sürətimiz. 
Birləşib coşsa əgər qüdrətimiz 
Və çəlikləşsə dəmir vəhdətimiz, 
Məncə, benzində xətər qalmayacaq 
Və kəsirdən bir əsər qalmayacaq! 
 
121
 
                            


 
122 
 
S. RÜSTƏMƏ 
 
Dinlə, qəlbimdə, Süleyman Rüstəm, 
Sənə dair kiçicik bir nəğməm, 
Kiçicik – dağ kimi bir dalğam var, 
Bir dənizdir ki, o dalğam çağlar… 
Haydı, Rüstəm, çıxalım gəl yarışa, 
Çıxılım mövzu üçün axtarışa! 
Aləmə vəlvələ salmaq lazım, 
Quruluş şairi olmaq lazım! 
Çapar atlar kimi çapmaqda həyat, 
Bizə keçməkdə bu dövran, heyhat… 
Yataraq uyquya dalsan bir də, 
Bizi varlıq qoyacaqdır geridə.   
 
 
GƏNC   ŞAİRİN  XİTABI 
 
Gəliniz! Sel kimi çılğın gəliniz! 
Bir yanar dağ kimi qızğın gəliniz! 
Gəliniz əl-ələ zəncirləşərək, 
Gəliniz çarpışaraq, birləşərək, 
Gəliniz tövşümədən güllə kimi
Dəyiniz üzlərə bir sillə kimi. 
Yeni gün Moskvadan doğmaqda, 
Bəzi insanlara gəl bir bax da, 
Nə uyurlar, nə də bir qalxırlar. 
Böylə şaşqın yaşayışdan nə çıxar? 
Bəzinin fikrini heyrət almış, 
Bəzi dalğın, mütərəddid qalmış. 
Sən fəqət öylə deyilsən, ey gənc, 
Hal xoşdur sana, mazi iyrənc. 
Çıxınız yollara sağlam-sağlam, 
 
123
Çıxınız, tutmayınız heç aram. 
Bu günün nurunu təbrik ediniz, 
Onda ayrılmayınız əsla siz. 
Bu gün Avropa dəyir bir-birinə, 
Qalma biganə lnun tədbirinə. 
Səni hər anda o yutmaq istər. 
Yüyürüb yurdunu tutmaq istər. 
Səni gördükcə o yüksəklərdə, 
Qapılır varlığı sonsuz dərdə. 
Səni gördükcə zavodlarda, inan, 
Ona dünya görünür bir zindan. 
Səndə artdıqca gözəl sənətlər, 
Sancılır bağrına küt bir xəncər. 
Seyrə daldıqca böyük işlərini. 
O, sırıtmaqda xəbis dişlərini. 
Bax bu gün şərqə, nasıl matəmli, 
Çöhrələr sisli, könüllər qəmli. 
Nə həyat var, nə gülüş var, nə səfa, 
Var fəqət bolluca işgəncə, cəfa. 
Hər tərəf bir bulud altında nihan 
Hər tərəf göz yaşı, hər yerdə fəğan. 
Köpürüb daşmada hindin suları, 
Çinlinin ərşə çıxır qayğıları. 
Hər bucaq məhbəsə dönmüş, heyhat, 
Çəkilir şeymi bu zillətli həyat. 
Duyğular sürgün, əməllər sürgün, 
Qüssələr canlı, sevinclər küsgün. 
İştə bax bunlara sən, hazırlaş, 
Çağlayanlar kimi, sellər kimi daş. 
Bir qızıl quş kimi yüksəl, yüksəl. 
Şərq deyir, yoldaşım, imdadıma gəl! 
İbtida canlatalım kəndimizi. 
Çünki hər cəbhədə, daxildə bizi 
Sanma yoxdur hələ tətib eliyən, 


 
124 
Sayıq ol daxili düşmənlərdən. 
Yenidən qurmadayız biz hər işi. 
Bax, bu sürətli həyatın gedişi 
Döndərir «çoxlarının» duyğusunu, 
Yağının artırıyor qorxusunu. 
Bax, bu gün kəndləri tədqiq eylə. 
İki qüvvətli sinif şiddətlə 
Vuruşub hirslə çarpışmaqda, 
Duraraq üz-üzə qarpışmaqda. 
Biri yoxsul, birinin fikri qazanc, 
Birinin gözləri tox, digəri «ac». 
Çalışıb yoxsula qüvvət verəlim
Ona qüvvət, ona şiddət verəlim. 
Bəzi işlərdə görünməkdə kəsir, 
Bizə etməzmi bu hallar təsir?! 
Qaldırıb bunları birlik yapalım, 
Gəlin hər sahədə ellik yapalım. 
Köydə məktəblərimiz azdır, az. 
Yox, bu azlıq bizə əsla yaramaz. 
Yığışıb kəndlərə axmaq lazım, 
İldırımlar kimi çaxmaq lazım. 
İşdə tənbəllik edənlər də bizə 
Qatı düşmən, kimidir, bilsənizə!.. 
Zərbə endirməliyiz bunlara da, 
Qəti son verməliyiz bunlara da. 
Yarının hərbi çətindir bəlli, 
Düşmənin üfqə uzanmaqda əli. 
Artırıb növünü təyyarələrin, 
İçəlim nurunu səyyarələrin. 
Kapital üzdə edir tərk-silah; 
Buna aldanmayalım biz əsla. 
Qorumaq ölkəni bizdən asılı, 
Qaynayan gəncliyimizdən asılı. 
Komsomol, çarpışalım, əlləşəlim! 
 
125
Verəlim əl-ələ tez dilləşəlim! 
Bizə coşmaq, bizə daşmaq yaraşır. 
Qatı düşmənlə dalaşmaq yaraşır! 
 
 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə