Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə21/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   17   18   19   20   21   22   23   24   ...   54

 
126 
BİZİM  OTAQDA 
 
Otaq heyrət içindədir 
Ətrafında gurultu. 
Nəzərlərdə bir arayfş, 
Ürəklərdə döyüntü. 
 
Qarışmışdır bir-birinə 
Neçə nəfər yataqdaş. 
Həpsi fikir yürütmədə, 
Hər dimağda bir təlaş. 
 
Biri deyir: - Məni yazma! 
Biri deyir: - Məni yaz. 
Bu lazımlı bir işdir ki, 
Ondan qaçmaq yaramaz! 
 
Biri deyir: - Elə isə 
Mən burada qalmaram. 
Mən öz geniş həyatımı 
Çərçivəyə salmaram. 
 
-
 
Sən danışma, yoxdur sənin 
Heç siyasi savadın, 
Köhnə həyat qəfəsində 
Çırpınarkən qanadın. 
 
Bizim yeni üfüqlərdə 
Ucamazsın təbii, 
Ya sən bizdən artıqmısın. 
-
 
Buraxsana, ay Səbi, 
O, girməyir, qoy girməsin. 
-
 
Bu olacaq şey deyil, 
Girməyənlər aramızdan 
Çıxmalıdır, bunu bil. 
Bax, yoldaşlar, kommunaya 
 
127
Keçmiş bütün otaqlar. 
Bu əməldən bir bizimki 
Geri qalmış bir qədər. 
 
Gəlirindən hər tələbə 
Bir payını verməli, 
Tezlik ilə qurduğumuz 
Kommunaya girməli. 
 
Girməyənlər yerli-dibli 
Köçməlidir buradan. 
-
 
Necə yəni köçməlidir, 
Bu da sözmü? – Aradan. 
 
Rüstəm haman bir davamsız 
Çocuq kimi bağırdı, - 
-
 
Mən girmirəm sözün nədir? 
Deyə bərkdən çığırdı. 
 
-
 
Sən deməli kommunanın  
Ziddinəsən, eləmi? 
Biz bu yeni yaşayışa 
Çağırırkən aləmi, 
Sən məşşanlıq girdabında 
Çalmadasın əl-ayaq. 
 
Bir başqası uzandığı 
Yatağından qalxaraq: 
-
 
Doğrusu mən kommunaya 
Danışıqsız girərdim. 
Bəlkə onun mənə düşən 
İşini də görərdim, 
Lakin onun bişmişini 
Yeyə bilməm doğrusu. 


 
128 
 
Özü bilər. 
-
 
Səndən gəlir 
Mədaraçı qorxusu. 
-
 
necə yəni özu bilər. 
Biz güzəştə getmərik. 
Aramızda olmamalı 
Bizim ayrı-seçkilik. 
Bu gün bizim qarşımızda  
Sarsılmayan bir yol var. 
Gah oyana, gah bu yana 
Əyilmədən nə çıxar?! 
 
Bir tələbə uzaqdan bu 
Həngaməyi süzmədə, 
Nəzərləri dalğın-dalğın 
Bağdadı da gəzmədə. 
 
O böylədir, kəndisini 
Heç bir işə vuramaz. 
Guşənişin bir adamdır, 
Xeyrə, şərə yaramaz. 
 
Onu görən sanar yazıq 
Düşmüş dildən ayaqdan, 
İki kəlmə söz sorsanız 
Durub qaçar yataqdan. 
 
-
 
Yaxşı, Cəbi, yavaş danış, 
Kifirləşir Ələsgər. 
Toxununca kulaqlara 
Bu ad, haman güldülər. 
 
-
 
Ey Ələsgər, bitərəflik 
Vaxtı deyil. 
 
129
                                  -  Nə var ki? 
Teymur qaqıldayıb güldü, 
-
 
Ah, bu Teymur qoyar ki… 
-
 
Bəli, bir padşah bir gün darılmış, 
           Qəlbinə amansız qəmlər sarılmış, 
Əl çalmış, vəziri gəlmiş hüzurə
Üzünü tutaraq demiş vəzirə: 
- Bir dastançı gətir.  
                              Əməl olunmuş, 
Ansızın bir nəfər hazır bulunmuş. 
Zal oğluRüstəmin hekayətindən, 
Onun mərdliyindən, fərasətindən, 
Vurub yıxmasını, şücaətini, 
Basıb kəsməsini, məharətini 
Bir-bir tərif edib bitirən zaman 
Padşah başını qaldırıb haman 
Sormuş ki: - Heyvandı o yoxsa insan. 
Vay sənin halına müəllim olsan. 
Biz burda məsələ həll etməkdəyiz 
Kənardan nə var ki?.. sorursunuz siz, 
Siz yarın müəllim olsanız əgər 
Məndən akademik olar. – Ələsgər 
Dinləyib Cəbini, boynunu bükdü, 
Üzünə bir sarı qızıllıq çökdü. 
-
 
Nə var ki, yaz məni. 
-
 
İş onda deyil, 
Sən özün iştirak etməlisən, bil, 
Bizim quruluşda, bizim gedişdə. 
-
 
Yenə fəlsəfəyə başladın iştə, 
Boş yerə sıxılıb özünü yorma. 
-
 
Yaz məni. 
-
 
Məni də. 
-
 
Yaz məni durma… 
Deyə bütünlüklə yazıldı həpsi. 


 
130 
Bunların içində fəqət birisi 
Baxıb durmadaydı səssiz kənardan, 
Ayrılmaq istərdi bu dalğalardan. 
Almışdı gözləri bir dərin baxış, 
İçində yatağan, dilində qarğış. 
Üzünü turşutdu, qaşını çatdı, 
«Eh!..» deyib yerində yıxıldı, yatdı. 
1931 
 
BƏYAZ  ÇÖLLƏR 
 
Əgər suhestvitelğn damənin tutdum, rəvan döndərdi üz 
məndən 
Və gər güzgudən umdum sidq əksi-müddəa gördüm. 
                                                                        Füzuli 
Xayır, məndən sular dönməz, təbiət pəncəm altında, 
Baxıb  ayinəyi-qəlbimdə əksi-aşina gördüm. 
                                                   M.Müşfiq 
 
Çoxdandır bir şeir yazmamışam mən, 
Çoxdandır bir nəğmə tutdurmamışam, 
Çoxdandır ayrılıb şer aləmindən, 
Xəyal dənizinə baş vurmamışam. 
 
Fikrim qasırğalı dəryalar kimi 
İstənilən qədər dalğalanmamış, 
Uönlüm uzaq gedən xülyalar kimi 
İncə buludlarla çulğalanmamış. 
 
Ürəyim ilk bahar selləri kimi 
Atlana-atlana qaynamamışdır. 
Ruhum Mil düzünün çölləri kimi 
Ğəyaz çiçəklərlə oynamamışdır. 
 
 
131
Bir kəlmə bulmaqçın xeyli darılıb, 
Əzaba, zəhmətə qatlandığım yox. 
Aldığım mövzuya candan sarılıb, 
Misradan-misraya atlandığım yox. 
 
Nə kiçik bir dərə, nə bir mənzərə, 
Keçməmiş zehnimin lövhələrindən, 
Şeirsiz, nəğməsiz gəzib bir ara, 
Heyhat, oynamamış könlüm yerindən. 
MİL  DÜZÜ 
 
Bir düz ki, fərq etməz xəyalın gözü, 
Hər daşı bir çılpaq qərib öksüzü
Məlul çöhrəli bir dulu andırır; 
İnsanın fikrini dumanlandırır. 
Ey illər uzunu çiçəksiz, otsuz, 
Elçisiz, qonaqsız, kimsəsiz, yurdsuz,  
İlanlar yatağı olan Mil düzü! 
Yabançı əllərdə qalan Mil düzü! 
Bilsən nələr keçmiş başından sənin, 
Qəmgin torpağından, daşından sənin! 
Bir kimsə etməmiş sana mərhəmət, 
Salmamış üzünə «sayəyi-rəhmət». 
Göylərin buludu sana yabançı, 
Günəşin telləri sırtında qamçı. 
Boş yerə yağmış da qarın, yağışın, 
Bir alov kəsilmiş baharın, qışın. 
Kimsə anlamamış faydanı sənin, 
Alan olmamışdır qadanı sənin. 
Odur ki, kədərin başından aşmış, 
Yazıq, bilməmişəm ürəklər daşmış. 
İnsanlar nankormuş tarix boyunca, 
Çalıb çağırdığın yoxdu doyunca. 
Dolanmış başına dönmüş fələklər, 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə