176
1932 – 1933
TAR
Oxu, tar, oxu, tar!..
Səsindən ən lətif, şeirlər dinləyim.
Oxu, tar, bir qadar!..
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unutar?
Ey gkniş kütlənin acısı, şərbəti –
Alovlu sənəti!
Gözləri qibləyə açılan hasarlı binalar
Dinləmiş əzəldən səsini.
Papaqlı atalar, çadralı analar
Ötürmüş sayəndə köksünü.
Düşmüşlər
gah şiriq, gah acı toruna,
Cevinə-sevinə, qoruna-qoruna.
Çarparaq çargahın divardan divara
Yolçunu yolundan eyləmiş avara.
Çalxanmış dərələr, təpələr,
Səs vermiş səsinə ləpələr.
Oxu, tar, fikrimdə oyansın
Baharın, Seyidin qəzəli;
Oxu, tar, ruhlansın
Şirvanın, Gəncənin mehriban gözəli!
Damağdan düşənlər,
Ürəyi şişnlər,
İlk bahar seyrinə çıxmayan
Özünü dağların döşünə yıxmayan
Sinəsi dağlılar.
Vəfasız bir eşqin dağınıq zülfünə bağlılar
177
Dəxilin olmuşlar,
Qapında təsəlli bulmuşlar.
Zilin var, vəsətin, bəmin var;
Sənin də quşların dəmindən ayrılan
Bir özgə dəmin var.
Səni də avara eyləmiş
Dağınıq telli bir «zərəfşan».
Onunçun segahın danışır
Pərişan, pərişan.
Səsini dinləmiş
Şahların, xanların sarayı;
Səninlə birlikdə inləmiş
Əsirlər alayı.
Bəzən
də simlərin qəmləri ovutar,
Olardın onların sirdaşı
Sən ey tar!..
Gülləri əməkçi barmaqlar qanından
Rəng alan xəlçələr,
Xəlçələr üstündə uzanmış –
Dodağı qönçələr,
«- Hey, saqi, mədəd qıl soğudu şərabın,
İncitmə könlünü bu xanə-xərabın!» -
Söyləyən tox sözlü şairlər.
Həvəsdən doymayan ac gözlü şairlər:
Nədimlər, Vaqiflər,
Gözəllik sirrinə vaqiflər
Həp səni dinləmiş;
Oxumuş, inləmiş.
İndi də bizimçin oxu, tar!
Səni kim unutar?
Sən
qulluq etmədin, məscidə, axunda,
Çalışdın həyatı sevməyin uğrunda.
178
Çoxları üzünə durdular,
Könlünü qırdılar,
Nə deyim o yekəbaşlara?!
Çaldılar ruhunu daşlara.
Üstündən bir qara yel kimi əsdilər,
Səsini kəsdilər.
Daşlandı çəkənlər nazını,
Böyləcə qırdılar aşığın sazını.
Sən xalqa «gül!» dedin,
«Ey qüssə, öl!» dedin.
Başladı məsciddə mərsiyə.
Sarıqlı çıxınca ərsəyə,
Qüssəmiz ölmədi,
Xalqımız gülmədi.
Ağladıq daima, ağladıq,
Ey qədim aşina, ağladıq.
Oxu, tar! Dəyişdi zamana,
Bax, indi radil səsini
Dağıdır cahana.
Ey tarçı, çal, oxu!
Könlümü al, oxu!
Vur sazı döşünə, ey aşıq!
Qalmamış nə aba, nə qəba, nə sarıq.
Oxu, tar! Alovlu izlərin
Əcəba,
neçə şux dilbərin
Yasəmən üzünü pul kimi qızartmış?
O sarı simlərin lisanı
Salmazmı heyrətə insanı?
Oxu, tar! Mən səndə
İstənən havanı çala da bilərəm.
Mən səndən bugünün zövqünü
Ala da bilərəm.
Sən bu gün silahsan əlimdə,
179
Səni mən hansı bir hədəfə
İstəsəm, çevirə bilərəm,
Qəlblərdə gizlənən keçmişi
Bir
yeni nəğmənin əlilə
Devirə bilərəm!
Oxu, tar!
Fabrikdə, zavodda,
Traktor başında.
Bu saat qarşında
Nə qədər adam var!
Utanma, oxu, tar!
Mədənli Bakimin,
Pambıqlı Gəncəmin,
İpəkli Şəkimin
Acısı, şərbəti.
Alovlu sənəti!
Oxu, tar, oxu, tar!
Səsindən ən lətif şeirlər dinləyim.
Oxu, tar, bir qadar!..
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unutar?
Ey geniş kütlənin şirini, şərbəti,
Alovlu sənəti!..
180
1933
SÜRƏT BAYRAMI
Yaşasın məmləkətin tunc oğlu,
İldırımlar kimi qorxunc oğlu.
Yaşasın daş kimi muskullarımız,
Yaşasın tökmə, dəmir qollarımız.
Canımız top kimi sağlam, qıvraq,
Qanımız pənbə şəfəqdən parlaq.
Fikrimiz cilvəli, aydın bir su,
Hissimiz nəşəli bir yaz doğuşu.
Bir qızıl quş kimidir bizdə xəyal,
Devrilir dağlar, açarkən şahbal.
Sayımız
ölkədə milyon-milyon,
Köksümüz sankı balon.
Qoy utansın gecələr şəbpərəsi.
Sıxılan yumruğumuz yer kürəsi…
Nəyə lazım sarılıq, solğunluq,
Bizdə var qırmızılıq, dolğunluq…
Tökmə bir şey kimi sıxdır aramız,
Göydə dirjabilə bənzər sıramız.
Gəziriz, oynayırız asuda,
Göydə, topaqda, dərin mavi suda.
Gördü ceyran bizi atlandıqda,
Durna mat qaldı qanatlandıqda.
Projektor kimi parlar g.zümüz,
Keçər hər cəbhədə daşdan sözümüz.
Xəstəlik qoxmaya bilməz bizdən,
Yaşasın güclü bədən!
Biz iradəylə doğan bir axınız,
İczə düşmən, gücə qəlbdən yaxınız.
Bizdədir sinfi şüurun əsli,
Adımızdır yeni insan nəsli.
181
Yerə düşməz atılan futbolumuz,
Bir sinif cəbhəsidir son yolumuz!
TOPLANIŞA!
Ey siz kəndimizi sevən, ucaldan
Komsomolçu yoldaş, firqəçi yoldaş!
Məndən
tarixinə olsun armağan
Qurduğun təmələ qoyduğum bu daş.
Bu geniş məmləkət qarı düşmana
Məqsədimiz budur möhtac olmasın.
Axsın sərin sular, dolsun tarlana,
Gözlərin buludsuz göydə dolansın!
Xatirində varmı, ey qoca kəndli,
Çöldə müsəllaya çıxdığın günlər?
Qurumuş tarlanda o dərdli-dərdli
Gözündən qoralar sıxdığın günlər?
Xatirində varmı bu, Sənəm xala,
Hər evdən bir badya ayran dilərdin.
Xanımnaz ardınca deyərdi: - ala!
Ürəkdə ağlardın üzdə gülərdin.
Yeriyox, malın yox,
yox da yoxundu,
Bir çoban oğlundu köməyin sənin.
Hər ötən duyğusuz sana toxundu,
İtdi ara yerdə əməyin sənin.
Bilirəm bu gün də o duyğusuzlar
Toxunmaq istəyir sənin işinə.
Haman qolçomaqlar, haman quduzlar
Gözucu ilə baxır yüksəlişinə.
Onların örtülü səsilə dolu
Dərələr, təpələr, qalın ormanlar.
Yarıb koprativi,
kəsirkən yolu