182
Onları gizlədir dağda dumanlar.
Xayır bu hallara verməriz imkan,
Dağları kökündən söküb atarız.
Qoymarız yolları bürüsün duman,
Gözümüzlə onu işıqlatarız.
Ey cavan zərbəçi, sənin kolxozun
Nümunə olmalı, öndə getməli.
Fərdi təsərrüfat sürməsin uzun,
Sənin yolun ona təsir etməli.
Kimdir düşmən bəyaz tarlada
Bütün qozaları yarımçıq yığan?
Mən bu lövhələri salarkən yada,
Gözümdən od çıxır, başımdan duman.
Hər açılan qoza qarı düşmana
Yarın bir yaxasız kbynək olacaq,
Bizim bu dünyaya əyri baxana
Dilimiz bülövdür, sbzümüz bıçaq.
Tarlada uzanır sırayla ləklər,
Bunlara yad ayaq dəyə bilərmi?
Kiçik çətinliklər, sərsəm küləklər
Pambıq şaxlarını əyə bilərmi?
Əlbəttə, zahirən pambıq çölündə,
Ötədə, bəridə nişanəsi var,
Hala kəndimizdə ular bir yığın
Qoyun dərisinə girən canavar!
Hala kəndimizdə çamırlı yollar,
Hala körpülərin qolları sınıq.
Hala kəndimizdə sarı göllər var,
Hala tənbəllik var, hala xastalıq.
183
Hanki şairdir ki, tarix boyunda,
Kəndi mühitindən ilham almasın.
Ellər büsatında, ellər toyunda
Oynaq bir həvəslə qanad çalmasın.
AT
Sən mənim köhlənim, oynaq atımsan,
Mənim yaman gündə ehtiyatımsan.
Qoymaram başına açsınlar kələk,
Duruşun, buluddur, yerişin külək.
Bu uzun yollarda çıxsan cövlana,
Şairlər bənzədər səni ceyrana.
Xatirində varmı boranlı çağlar?
Bürümüşdü bizi zalım qaçaqlar.
Yalnız ümidimi bağladım sana,
Dedim: - Ey köhoənim, qanadlansana!
Tyfəngin əlimdə açıldı mənim,
Qurşunum ətrafa saçıldı mənim.
Bir qaya dalında yastıq belində,
Bir bel ki, olamaz qızda, gəlində,
Ayna tüfngimi mən daraqladım,
Yalnız ümidimi sənə bağladım.
Köməkçimsən pambıq toplanışında,
İlin baharında, ilin qışında,
Kolxoz foydalanır sənin işindən,
Buludlar çəkinir kişnəyişindən.
Yarınkı tufanlı cəbhələrdə sən
Başqa bir məharət göstərəcəksən.
Çapdırıb qovğada qızıl əsgəri,
Sivri bir ox kimi süzüb iləri,
Havanın bağrını yardığın zaman,
184
Yağarkən yollara güllə, toz duman,
Onda məharətlə, gözəlim, gərək
Qəhrəman atlıya verəsən ürək,
Gərək qurtarasan onu ölümdən
Yarınkı tufanlı cəbhələrdə sən!
BU GÜNÜN MARŞI
Yerin gücü qolumuzda,
Günəş bizim yolumuzda,
Qızıl gənclik nərə çəkir
Sağımızda, solumuzda.
Yaşa əsrin oğlu, yaşa!
Lenin komsomolu, yaşa!
İkinci beşillik bizm,
İradəmiz çevik bizim,
Gümüş pambıq çöllərində
Traktorlu ellik bizim.
Yaşa əsrin oğlu, yaşa!
Lenin komsomolu, yaşa!
Proqul yox işimizdə,
Səmərə çox işimizdə,
KİM nişanı ulduz kimi
Şəfəq saçar döşümüzdə.
Yaşa əsrin oğlu, yaşa!
Lenin komsomolu, yaşa!
Tanrımız yox, dinimiz yox,
Şeytanımız, cinimiz yox,
Yüksək ruhlu insanlarıq
Təbiətlə kinimiz yox.
185
Yaşa əsrin oğlu, yaşa!
Lenin komsomolu, yaşa!
Tarla bizim anamızdır,
Fabrik-zavod atamızdır,
Qurduğumuz sosializm
Bizim şanlı dünyamızdır.
Yaşa əsrin oğlu, yaşa!
Lenin komsomolu, yaşa!
1935
HƏYAT SEVGİSİ
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?
Dönmə bir şəbnəmə yaz səhərində,
Könül, günəş kimi parla yerində!
Göylərin lacivərd ətəklərində
Gedən bu qovğadan necə əl çəkim?
Baxınız, dan yeri sökülmüş kimi,
Dostlar bir cəbhəyə tökülmüş kimi.
Uzaqdan-uzağa xam gümüş kimi
Ağaran səhradan necə əl çəkim?
Təbiət varlıdır, təbiət xəsis,
İşlədərkən onu, sən ey mühəndis,
Mən də qart daşlara verdiyim bu hiss,
Bu incə mənadan necə əl çəkim?
Bir yanda tərlanlar, dumanlı dağlar,
186
Bir yanda kəkliklər, ayna bulaqlar,
Bir yanda bülbüllər, çiçəkli bağlar,
Mən bu tamaşadan necə əl çəkim?
Həyat dedikləri bu kəşməkəşdən,
Qəlbimdə, qanımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?
Qarşımda dalğalı dərin bir ümman,
Ümmanı sarsıdır bir acı tufan,
Bəyaz köpükləri bir çiçək yapan
Şeirdən, xülyadan necə əl çəkim?
Ulduzlar fikrimin çırağbanıdır,
Bulud xəyalımın karıvanıdır,
Səma ki, hissimin aşiyanıdır,
Böylə bir səmadan necə əl çəkim?
Mehriban sevgilim qarşımda durdu,
Yenə şairliyim başıma vurdu,
Məndən məcnun könül maraqla sordu:
- Bu saçı leyladan necə əl çəkim?
Xəzan acısına edib təhəmmül,
Gülün kölgəsində ötəndə bülbül,
-
Həyat, həyat! – deyə çırpınır könül,
Könüldən, sevdadan necə əl çəkim?
Sən aldın aşını yeni hisslərdən,
Ey cavan qələmim, düşmə bəhərdən,
A dostlar, söyləyin, mən bu hünərdən,
Bu təbi valadan necə əl çəkim?
187
188
ƏBƏDİYYƏT NƏĞMƏSİ
Şair, tükəndimi dolu xəzinən,
Qalxıb dalğa kimi enməzmi sənən?
Yatmış əsrlərin mətin səsilə
Eh qaldıran, ya da sənmisən dinən?!
Qurudunmu, dəniz, susdunmu, külək?
Çəmən, saraldımı qoxulu dəfnən?
Söylə, səbəb nədir bu susqunluğa?
Sən ey gecə-gündüz, qəlbi döyünən!
Bu ağır sorğular yaxarkən məni,
Sərincə bir səda keçdi içimdən:
Şair yeni-yeni sözlər bulacaq,
Kainat olduqca şeir olacaq!
Gəl ey ğoranlı qış, səpələn, ey qar!
Geyin ağ kükkünü sən ey ixtiyar!
Gəl ey sevimli yaz – dəli gəncliyim,
Günəşin eşqiylə çağlasın sular!
Çin çinar başında yayla, ey günəş!
Dinlətdir sazını tarlada, ruzgar!
Tüstülər içində bir alov kimi
Payız ormanında saralsın çinar,
Görüncə bunları vecdə gələcək,
Çalıb-çağıracaq yenə sənətkar;
Şair yeni-yeni sözlər bulacaq,
Kainat olduqca şeir olacaq!
Sevdalar məhrəmi aydın gecələr,
Açdıqca göylərdə qızıl qönçələr,
Təbiət nə zaman çıxıb özündən,
Bu tarlar, bu dəflər, bu kəmənçələr
Deyə, ağaclıqda, suda, küləkdə
Bəstəkarlar kimi bir şey hecələr;
Nə vaxt iki dalğa verib baş-başa
189
Gümüş sahillərdə yatar, gecələr…
Bir şərqli qız kimi ay da üzündə
-
Nədir, - deyincə, bu siyah peçələr?
Şair yeni-yeni sözlər bulacaq,
Kainat olduqca şeir olacaq!
Gecəm belə keçdi, səhərim gəlsin!
Dadıma samballı sözlərim gəlsin!
Başlasın işinə zavod, fabrika,
Pambıq tarlasından xəbərim gəlsin!
Şəhəri görməyə kəndim tələsib,
Kəndə qovuşmağa şəhərim gəlsin!
Çulğasın aləmi hərəkət, əmək,
Bunları yazmağa hünərim gəlsin!
Yarış meydanıdır bu dünya, tez ol!
Qarşıma qələmim, dəftərim gəlsin!
Şair yeni-yeni sözlər bulacaq,
Kainat olduqca şeir olacaq!
Ey insan, çarpdıqca ürəyin sənin,
Açıldıqca əməl çiçəyin sənin,
Çılğın təbiəti ram eylədikcə
Özünə uğurlu əməyin sənin,
Almaz külüngünü vurub dağlara,
Çıxdıqca daşlardan çörəyin sənin,
Dünyanı hey duyub, hey düşünməyə
Bir nəğmə olduqca gərəyin sənin,
Dünyada qaldıqca son yarpaq, son ah?
Yenə sönmədikcə istəyin sənin
Şair yeni-yeni sözlər bulacaq,
Kainat olduqca şeir olacaq!
Fırtınasız dəniz nə lazım mana!
Alqış, insan oğlu, güclü sevdana!
Alqış həyatına, alqış sevginə,
Dostları ilə paylaş: |