206
Suların şırıltısı
Səslənir qulağımda.
Gözəl heykəlin gəlir,
Xəyal
kimi yüksəlir,
Durur göz qabağımda.
Ətirlənir güllərin,
Sevdalı bülbüllərin
Ötüşür can bağımda.
Səni görmədən ölsəm,
Xəzəl olub tökülsəm
Dadlı, bahar çağımda,
Sənsiz qara bağlasın,
Bulud kimi ağlasın
Daşım da, torpağım da.
207
BƏXTİYAR
Sıyrılıb keçmişin buludlarından,
Müjdələr gətiriö böyük yarından,
Yarıb günəş kimi qaranlıqları,
Söküb şəfəq kimi dumanlıqları,
Özündən alışan, özündən yanan,
Hər sabah hamılan erkən oyanan,
İş başına qoşan nə bəxtiyardır!
Yoldaşı sıradan qalarkən geri,
Tutub ətəyindən
çəkib iləri,
Ona qüvvət verən, ona ruh verən,
Ona ən uğurlu bir yol göstərən,
Həm sevgi bəsləyən, həm can yandıran,
Sönük duyğuları işıqlandıran,
Günəşlə yarışan nə bəxtiyardır!
Budur həyatdakı gözəllik ancaq:
Qüvvətli yaşamaq, canlı yaşamaq!
Məqədim, məsləkim, şüarım budur,
Həmən əqidədir, həmin duyğudur.
Gələcək günlərə məni səsləyən,
Bir böyük yarına əməl bəsləyən,
Çarpışan, vuruşan nə bəxtiyardır!
Günlərim keçməyir
ancaq əməklə,
Xəyalım göyləri seyr eyləməklə,
Buludlar ömrümün karvanı olur;
Fikrim o karvanın sarvanı olur.
Sanıram ulduzlar həmvətənimdir,
Demək, yer də mənim, göy də mənimdir,
Hüzurumla cahan nə bəxtiyardır!
208
Mənə ilham verir o yaşıl çəmən,
Üstümə quşbaşı yağaq yasəmən.
Demək, sevimlidir bahar da, qış da,
Bir yenilik duyub mən hər baxışda
Sevirəm dəyişən, dönən varlığı.
Bu günün, yarının bəxtiyarlığı
Sevdasilə coşan nə bəxtiyardır!
Ömrümün min dürlü cilvəsi vardır,
Uönlümün göyləri damar-damardır,
O bəzən ağlasa, bəlkə də haqdır,
Həyat
həm gülməkdir, həm ağlamaqdır,
Lakin daha xoşdur döyüş çağları,
Həyat dedikləri uca dağları
Duman kimi aşan nə bəxtiyardır!
Həyatdan doymayan, işdən doymayan,
Əfsanə sözlərə məhəl qoymayan,
Könlünü, gözünü verib işinə,
Baxıb həyatının yüksəlişinə,
Xalqilə titrəyən, xalqilə gülən,
Vətənçin yaşayan,
vətənçin ölən
Səmimi bir insan nə bəxtiyardır!
209
ƏMƏK
Dökeçmişlərə bir fikrə getdim,
Öyrəndim insanın kim olduğunu.
Birdən gözlərimə göründü cəddim,
Baxıb meyr eylədim göhnə meymunu.
Heyvanlar içində o da bir heyvan,
Sürülər içində o da bir sürü.
Yaylağı mağara, qışlağı orman,
Zillət torpağında yazığın ömrü.
Əlində daş, dəmir… mətin dağları
Sürünə-sürünə hirslənib deşir,
Təbiət dəyişir, özü dəyişir.
Əmək – insanlığın tükənməz varı…
Əmək sərf olunan yer cənnətimdir.
Hüsnümdür, eşqimdir, səadətimdir!
210
ŞAİR VƏ VƏTƏNDAŞ
(DİALOQ)
ŞAİR
El köçdü, sən qaldın hamıdan arda,
Nə qədər acıdır bu prda qalmaq!..
Qoç bir əsgər kimi vuruşmalarda
Yıxılıb, kimsəsiz yollarda qalmaq!..
Yazıq deyildirmi duyan könüldə
Bəslənən bir əməl tarımar olsun?!
Qalmışkən
bülbülün gözləri güldə,
Üstünü kəsdirən son bahar olsun:!
Ey şair! Səni də düşündürən bu,
Səni də ağladan həmən xəyaldır.
Ömür günəşinin vaxtsız qürubu,
Həyata verilən sərt bir sualdır…
VƏTƏNDAŞ
Burax bu hissləri, ey şair, burax!
Gördüyün, bildiyin şeylərdən danış!
Ağac qələmini yaxşı çırparaq,
Gətirdiyin yeni səmərdən danış!
Bu üzgün duyğular, qara fikirlər
Sürür gəncliyini heçliyə doğru;
Onlar bir qar kimi varlığı girlər,
Onlardan, ey şair, özünü qoru!
Həyatla olsaydı dərin rabitən,
Ruhun qaralmazdı gecələr kimi;
Solmazdın sularda yaşayan, bitən
Bir öksüz baxışlı neylüfər kimi.
Bir
məzar qoxusu verən sözlərin
Zamanın ruhuna uzaq, yabançı,
211
Çəpərlər içindən baxan gözlərir
Bir qəmli quş kimi nə qədər acı!
ŞAİR
Nəçin yabançıyam mən bu varlığa,
Fikrimdə, hissimdə bu nə sükutdur?
İçərim bənzəyir bir məzarlığa,
Gecələr ayazdır, gündüz buluddur.
Neçin hər sevincdən, hər ixtilatdan
Uzağam qaranlıq bir bucaq kimi.
Üzülmüş kimiyəm mən bu həyatdan
Qırılan, yaralı bir budaq kimi?
Mənim yoldaşlarım birər komandan.
Hamsı irəldədir, hamsı öndədir.
Bu dərin həyatı duyub qanandan
Mənimsə taleim yaman gündədir…
VƏTƏNDAŞ
Xayır, ey şairim, sən bu varlığı
Yaxşı anlamadın, yaxşı duymadın.
Göylərdə aradın bəxtiyarlığı,
Bu gözəl həyata məhəl qoymadın.
Bir münzəvi kimi yaşayıb dedin:
«Həyat mübarizi bir rəng deməkdir»
Çoraq duyğuları oxşayıb dedin:
«Sənət – xəyal ilə ahəng deməkdir»
Anlamadan dedin: «Yaxşı düşünsən,
Şeriyyət olamaz bizim dövrdə».
Dedin ki, şairim, utanmadan sən:
«Texnika öldürür sənəti» bir də,
Əlində bir köhnə şer divanı,
Dilində səsləndi ölgün qəzəllər…
Anlaya bilmədin yeni insanı,