Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə41/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   37   38   39   40   41   42   43   44   ...   54

 
264 
Sırı-sıra, inci-inci nur damlalar. 
 
 
DƏVƏT 
 
Bu gecə nə qədər xoş gecədir
Bir qara qız kimi tellicədir. 
             Yer işıq, göy ihıq, 
             Hər tərəf yaraşıq. 
Sevgilim, dayanma, sahilə gəl, 
             Seyr elə gəl. 
Ulduzlar ətrafa nur səpələr, 
Bir bölük uşaqlır şən ləpələr. 
Onların əlində top kimi ay, 
Sevgilim, başında ağ kəlağay 
              Sahilə gəl, 
               Seyr elə gəl. 
Bu fürsət əlinə düşməz bəlkə də, 
              Hər tərəf kölgədə, 
              Kölgədə işıldar. 
              Yarpaqlar xışıldar. 
Gəl, ipək saçını oxşayım, 
Səninlə bir an da yaşayım 
               Zövqünü illərin
               Dağınıq tellərin 
               Tökülsün üzümə. 
               Qulaq as sözümə. 
Bu gecə nə qədər xoş gecədir, 
Bir qara qız kimi tellicədir. 
             Yer işıq, göy ihıq, 
             Hər tərəf yaraşıq. 
Nəşələr sığmayır aləmə, 
O yanda bir gülüş, bu yanda bir nəğmə, 
Hər xəyal bir canlı qanatdır. 
 
265
Bunların cümləsi həyatdır! 
 
 


 
266 
ŞİRİN  QIZ 
 
Zərif ayaqların nə qədər incə, 
Gözəl əndamını onlar xəfifcə 
Necə aparmada bilməm, şirin qız? 
 
Şikayətim vardır gül əllərindən
Onlar ürəyimi tutub dərindən 
Necə qoparmada bilməm, şirin qız? 
 
Sənin mərhəmətli, dolğun gözlərin 
Mənim hisslərimi məndən də dərin 
Necə anlamada bilməm, şirin qız? 
 
Ölmüş hisslərimi gözəl rəftarın, 
Ruzgarlı, dalğalı sallanışların 
Necə canlatmada bilməm, şirin qız? 
 
Üfüqdə günəşi necə saraltdı, 
Lalənin köksünü necə qaraltdı 
Yanılbilməm, şirin qız? 
 
Mən bir çayır quşu, sən bir neylufər, 
Mənim öpüşümü necə rədd edər 
Gözəl dodaqların bilməm, şirin qız? 
 
 
 
267
BİR  GÜNƏŞ,  BİR  BAXIŞ 
 
Hər tərəfdə sovuq, hər tərəfdə qar, 
Yığılmış çillənin can boğazına. 
Axşamkı fırtına, axşamkı ruzgar 
Düşmüş nağıl kimi xalqın ağzına. 
 
Hər şey susqun kimi, hər şey lal kimi, 
Budur, sevdiyimiz yaz yaxındadır, 
Yaşıl mənzərələr bir xəyal kimi 
İndidən gözümün qabağındadır. 
 
Toxunub qarlara günəşin əli, 
Çağlarkən bir sabah sular nəşəli, 
Qopdu hər tərəfdən yaza alqışlar. 
 
Sən də atsan mənə isti bir baxış, 
Əriyib qəlbimdə bu hicran, bu qış 
Sənə dəmət-dəmət güllər bağışlar. 
 
 


 
268 
SABİR  ÜÇÜN 
 
 
Neyləyim ki, fikrim kimi qəşəng olsun nəğmələrim? 
Parlaq bahar səmasilə həmrəng olsun nəğmələrim? 
Sevinclərlə uğuldayan bir zəng olsun nəğmələrim? 
Bir işıqlı, bir ətirli çələng olsun nəğmələrim? 
 
Hey o qədər nəğmə var ki: qüvvətdənmi oxuyalım? 
İşdən, gücdən,cəsarətdən, sürətdənmi oxuyalım? 
Yoxsa keçmiş rəzalətdən, dəhşətdənmi oxuyalım? 
Nurumuzun dağıtdığı zülmətdənmi oxuyalım? 
 
Sən heybətli, cəhənnəmli dövürləri gördün, Sabir! 
İşçilər yağdırılan təhqirləri gördün, Sabir! 
Kəndlilərin boynundakı zəncirləri gördün, Sabir! 
Ürəyinin sapı nazik fəqirləri gördün, Sabir! 
 
Hər cahangir qabağına vurub qatdı xalqımızı, 
Zaman-zaman quduz çarlar qırıb çatdı xalqımızı, 
Müsavatla daşnaq gəldi, alıb-satdı xalqımızı, 
Həpsi qırıq kaman kimi sızıldatdı xalqımızı. 
 
Zaman-zaman bir div kimi köksümüzə çökdü onlar
Yurdumuzu, yuvamızı viran qoyub sökdü onlar. 
Tufan kimi bağçamızın meyvəsini tökdü onlar, 
Boynumuzda bir çəkilməz, bir əzablı yükdü onlar. 
 
Həyat kimi yaz onların, ölüm kimi xəzan bizim. 
Nəğmə, oyun onlarındı, matəm bizim, fəğat bizim. 
Kaşanələr ağaların, qazma bizim, viran bizim. 
Eyş onların, nuş onların, zəhər bizim, qətran bizim. 
 
269
 
Məzarlıqdan qalxıb. Sabir, indi azad ellərə bax! 
Al günəşin qoynundakı bu işıqlı səhərə bax! 
Yaşıllıqlar qucağında nəfəs alan çöllərə bax! 
Bizə həyat, bizə şadlıq bəxş eyləyən rəhbərə bax! 
Qalx məzardan, ölkəmizin dağını gör, düzünü gör! 
Yeni-yeni aşıqların sazını gör, sözünü gör! 
Azərbaycan qızlarının parlaq açıq üzünü gör! 
Həm bu günün, həm sabahın uzaq görən gözünü gör! 
 
Bircə bizim Bəstiyə bax, ah, bu qadın nə qoçaqdır! 
Topladığı pambıq kimi alnı açıq, üzü ağdır. 
Hələ Leyla… daha yüksək fəzalara uçacaqdır, 
Manya Vətən sərhədində dalğalanan bir bayraqdır. 
 
Seyr et bizim Mil düzünü, ellik olan Muğanı gör! 
Torpaqları köksüm kimi nəfəs alan aranı gör! 
Qarabağda, xas Qubada bağa girib, bağbanı gör! 
Bu yerlərdə insan kimi həyat sürən insanı gör! 
 
Səndən sonra min xanəndə, min sazəndə üzə çıxdı, 
Ölkəmizin ceyranları dəstə-dəstə düzə çıxdı. 
Yağdı yağış, zümrüd otlar çəmənlərdə dizə çıxdı, 
Bülbül ötdü, gül açıldı, dodağında məzə çıxdı. 
 
Yeni-yeni söhbətimiz, yeni-yeni sazımız var, 
Yaşayırıq qardaş kimi, kitabımız, yazımız var, 
Sakit, şirin əməyimiz, xəyalımız, arzumuz var, 
Keyfimiz var, ruhumuz var, sevgimiz var, nazımız var! 
 
Kəndlilərin otağında yanır sülhün çıraqları, 
Seyr edəlim gülə-gülə yaxınları, iraqları. 
Qardaşlığın bağçasıdır bizim sovet torpaqları, 
Yallı gedir ağacları, çəpik çalır yarpaqları. 


 
270 
 
Su  üzündə gəmimiz var, göy üzündə tərlanımız, 
Yer  üzündə nərə çəkər qoşun-qoşun arslanımız. 
Çox böyükdür dövranımız, çox genişdir meydanımız, 
Şənliyimiz, taleyimiz, azad olan vicdanımız. 
 
Alqış sənin məzarına bu qardaşlıq dünyasından! 
Bu qardaşlıq dünyasının qayğısından, sevdasından! 
Fikrimizin, hissimizin çiçəklənən tarlasından! 
Hər qafqazlı bəstəkarın beynəlmiləl havasından! 
 
 
 
271
YENƏ  O  BAĞ  OLAYDI! 
 
Yenə o bağ olaydı, yenə yığışaraq siz 
                    O bağa göçəydiniz. 
Biz də muradımızca fələkdən kam alaydıq, 
                    Sizə qonşu olaydıq. 
Yenə o bağ olaydı, səni tez-tez görəydim, 
                    Qələmə söz verəydim, 
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham… 
                  Yazaydım səhər-axşam. 
Arzuya bax, sevgilim, tellərindən incəmi? 
                  Söylə ürəyincəmi? 
 
Yenə o bağ olaydı, yenə sizə gələydik
                   Danışaydıq, güləydik. 
Ürkək baxışlarınla ruhumu dindirəydin, 
                   Məni sevindirəydin. 
Gizli söhbət açaydıq ruhun ehtiyacından, 
                   Qardaşından, bacından 
Çəkinərək çox zaman söhbəti dəyişəydin, 
                   Mənimlə əyişəydin. 
Yenə də bir vuraydı qəlbimiz gizli-gizli, 
                   Sən ey əsmər bənizli! 
Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur, 
                   Vay o qəlbə ki, boşdur! 
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud
                    İnsanlar daha məsud, 
Duyğular daha incə, fikirlər daha dərin, 
                    Ürəklər daha sərin. 
İnsanların vüqarı, tələbi daha yüksək. 
                    Yolumuzdan daş-kəsək 
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır, 
                    Bu yaz bir ğaşqa yazdır! 
 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə