Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə49/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   46   47   48   49   50   51   52   53   54

 
316 
SƏN  VƏ  MƏN 
 
Sənin xəndan olur gül dodaqların 
Onda ki gözümdən yaşlar saçılır, 
Çünki sayəsində gur bulaqlaqın 
Çiçəklər açılır, güllər açılır. 
 
Üzün şəfəqlənir mən ah çəkincə, 
Çünki od qızarar əsincə ruzgar. 
Hər şeyin axırı heçdirsə, məncə, 
Sənin gözəlliyin getdikcə artar. 
 
Çevirib üzünü nərəyə dönsən, 
Könlümün gözləri düşər ardına, 
Çünki təbiətdən öyrənmişəm mən, 
Günəbaxan baxar Günəş yurduna. 
 
Qurumuş göz yaşım, o gül üzündən 
Axar, daim axar, durmadan axar, 
Sellər coşqun olur çünki, qəflətən 
Doğunca gəncliyin fəsli ilk bahar.   
 
 
 
 
 
 
 
 
 
 
 
317
 
 
 
 
 
 
 
POEMALAR 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
318 
1933 
 
ÇOBAN 
 
(Əfsanə
 
Ey öz tarixinin memarı insan! 
Çox zaman göylərə baxdın hərasan. 
Həyatı şənlədən işini qoydun, 
Bir əsilsiz, çürük taleyə uydun. 
Şirin xəyalınla çoban xan oldu; 
Xan qızı çobana nigəhban oldu. 
Bu şirin xəyallar güldürdü səni, 
Lakin həqiqətdə öldürdü səni. 
Mənim eşitdiyim bu nağıl fəqət, 
Anladır: duyduğun deyil həqiqət. 
Həqiqət olsaydı, Çobanla Mərcan 
Verməzdi dalğalar arasında can. 
 
                         
 
Çox əski bir zamanda
Bizim Azərbaycanda, 
Abşeron civarında, 
Quzğunun kənarında 
Varmış qədim bir şəhər, 
Görünüşü bir təhər… 
Çevrəsi dərə-təpə, 
Evləri bir mərtəbə. 
Küçələri dolambac, 
Əhalisi yoxsul, ac. 
Görünüşü bir təhər… 
Səbayeldi bu şəhər… 
Söylənilən şəhərdə, 
 
319
Ən səfalı bir yerdə 
Zümrüd qalaçalar var, 
Ətirli bağçalar var. 
Ağaclar sıra-sıra 
Baş endirir sulara, 
Yaxında bir geniş xır. 
Sular şırhaşır axır. 
Cırıldayır bağara, 
Qurbağalar nağara 
Çalır kimi səslənir. 
Buna xan bağı denir. 
Qırx otaqlı bir bina, 
Hər əmələ aşina. 
Fəvvarələr, hovuzlar, 
Xoş yerişli tovuslar. 
Eyvanlar sarmaşıqlı, 
Divarlar yaraşıqlı. 
Mərmərdir novalçası, 
Saray «Çiçi» xalçası 
Kimi işləmiş zərif. 
Könül açan bu lətif
Bu sevimli mənzərə 
Səssiz baxır Xəzərə. 
 
                           2 
 
Baxın, burda kim yaşar: 
Quş xan adlı hökmüdar. 
Deyirlər ki, bu Quş xan, 
Bu dili qurumuş xan, 
Bir gün həmən sarayı 
Tikən böyük ustayı 
Qarşısında oturtmuş, 
Üzünü ona tutmuş: 


 
320 
- Söylə, ey qoca memar, 
Sənəti uca memar! 
 Sən bu saraydan gözəl, 
Daha zəngin, mükəmməl 
Bir iş də işlərmisən, 
Yarada bilərmisən, 
Bundan da gözəlini, 
Daha mükəmməlini? 
 
Tarixin baş memarı 
Üz tutub xana sarı, 
Başını qaldıraraq, 
Ürəyi dolu maraq, 
Gülə-gülə çöhrəsi, 
Birdən gurlamış səsi: 
- Mən bu sənət yolunda 
Ömrümü fəda etdim. 
İnsaniyyət yolunda 
İşimi əda etdim. 
Məsləkimi, dinimi 
Sənətimi yeritdim. 
Ürəyimi, beynimi 
Bu uğurda əritdim. 
Çalışdım için-için, 
Gəncliyimi qocaltdım. 
Xəyalımdan səninçin 
Bir kaşanə ucaltdım. 
Bax, bu lövhə nə zəngin! 
Mənəm memari-əzəl. 
Tanrının, irənlərin 
Cənnət bağından gözəl. 
Özümü oda vurdum, 
Fikrim, hissim təlaşda. 
Canlı ruhlar uçurdum, 
 
321
Suda, torpaqda, daşda, 
Mən ölüb getsəm belə, 
Yaşayacaq sənətim; 
 Düşəcək dildən-dilə 
Adım, sanım, şöhrətim. 
Bundan da gözəlini, 
Daha mükəmməlini 
Yarada bilərəm, xan. 
Nə yapsa yapar insan! 
 
Paxıl, dar ürəkli xan 
Darılmış bu cavabdan: 
«Cəllad!.. vurun boynunu!» 
Bir an içində onu, 
O böyük  sənətkarı 
Qılınc bölmüş tən yarı. 
 -  Öldü… günah özündə!.. 
Qırışıq üz-gözündə 
Xanın qara dalğalar,  
Ruhunda qasırğalar: 
«Demək, bundan da gözəl, 
Daha zəngin, mükəmməl 
Bir saray tikəcəkdi, 
Öz cəzasını çəkdi. 
Memara bax, memara!.. 
Yarın ətraf xanlara 
Saray tikərkən, demək, 
Mənimkindən də yüksək 
Görünəcəkmiş. Hay, hay… 
Sana öylə bir saray 
Tikdirəcək mən də ki, 
Bundan belə səndəki 
Başarıq, hünər daha 
Mana oturmaz baha. 


 
322 
Bir saray yer altında, 
Yerin ən alt qatında 
Yapılacaq bu saray. 
Sana çox xoşdur, hay!.. hay!» 
 
                         
 
323

 
Quş xanın bir qızı var. 
Bir könül xırsızı var. 
Bu qızın adı Mərcan, 
Hər baxışına bir can 
Doğan gündən qurbandır. 
Ölkə ona heyrandır. 
Adı dillərdə əzbər, 
Görülməmiş bu dilbər 
Abşeron civarında, 
Quzğunun kənarında. 
Yaxın, uzaq ellərdən, 
Hər tərəfdən, hər yerdən 
Elçi gəlir bu qıza, 
Bu mehriban ulduza. 
Adlı-sanlı igidlər, 
Dəliqanlı igidlər, 
Tacir, bəy oğulları 
Keçib uzun yolları, 
Həpsi yorğun, dərbədər 
Səbayelə gəlirlər. 
 
Qoy kim gəlirsə gəlsin, 
Qapılıb hissə, gəlsin. 
Bu gəlişdən nə çıxar, 
Ümidsiz qayıdarlar. 
Xan dermiş elçilərə: 
«Qızım yosma dilbərə 
Eş olmaq istəyənlər
Bircə sorğuma əgər 
Düzgün cavab taparsa, 
Sahib olacaq qıza: 
Siz, ey gələn yolçular! 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə