Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə50/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   46   47   48   49   50   51   52   53   54

 
324 
Qızın neçə xalı var?» 
 
Kim bilsin bu mələyin, 
Bu açmamış çiçəyin 
Canında neçə xal var. 
Kimsə bilməz, qayıdar. 
Bir başqa dəstə gəlir
Yorulmuş xəstə  gəlir. 
Verilincə bu sorğu, 
«Mənim işim deyil bu!» - 
deyərək, gələn dönər, 
parlaq diləklər sönər. 
 
Xan taleyə inanır, 
Hər şeyi ondan sanır. 
«İnsanın olsa baxtı, 
Qızıldan olar taxtı. 
Mən talesiz olsaydım, 
Talesiz doğulsaydım, 
Xan olmaz, qul olardım, 
Muzdur, yoxsul olardım». 
Onunçun hər elçiyə, 
Qız xoşbəxt olsun deyə, 
Verərdi bu sorğuyu. 
 
                       
 
Daşıb çayların suyu. 
Hər sənə yaz olunca, 
Quşlar dəmsaz olunca 
Saray köçürmüş dağa
Bir səfalı yaylağa. 
Yaylaq, Yarımca yaylaq, 
Hər tərəf çəmən, bulaq; 
 
325
Xızıdan az o tayda, 
Əriməz qarı yayda. 
Quş xanın qızı Mərcan, 
Sevda ulduzu Mərcan 
Toplayıb tay-tuşunu, 
Bir nizamsız qoşunu 
Andıran dəstəsilə 
Hər gün çıxarmış çölə. 
 
Onun gəzdiyi yerdə
Dağlarda, dərələrdə 
Dəmirdaş adlı igid, 
Bir çoban varmış, eşit! 
Çobanın torpağı yox, 
Tarlası yox, bağı yox; 
Bir kiçik qülbəsi var, 
Bir yırtıq gəbəsi var, 
Bir də beş-on quzusu. 
Çox yünüldü arzusu 
Bu qərib çobanımın, 
Müztərib çobanımın. 
 
                     
 
Bir gün çoban Dəmirdaş 
Qonşuda bir iğtişaş
Bir vay, haray eşitdi; 
Dəyədən çıxdı getdi, 
Nə gördü: yel qanadlı, 
Dərədə bir qaç atlı 
Qovurlar; bir qadın da 
Əlləri saçlarında 
Üzünü cırmaqlayır, 
Hönkür-hönkür ağlayır: 


 
326 
 - Tutun, qaçdı həramı, 
Söndürdülər çıramı, 
Qollarını sardılar, 
Qızımı apardılar! – 
Diyə yıxıldı qadın. 
Dəyələr axın-axın 
Qoşdular bu səs-küyə; 
Dikildi gözlər göyə: 
 - Niçin ey ulu tanrı! 
Yoxsulları, qulları 
Qorumazsan ya, niçin?.. 
Kor kimi için-için 
Yandı qəlblərində yas. 
Qərinələrcə ağzı 
Aşağı  çevrilən tas 
Duymadı bu niyazı. 
O mavi tas nədənsə 
Səs vermədi bu səsə. 
 
                        6 
 
bir bahar günü yenə 
dəmirdaşın könlünə 
bir qəriblik yayıldı; 
yatmış ruhu ayıldı. 
Yıxıldı böyrü üstə, 
Bir yanıqlı şikəstə 
Qavalında inlədi; 
Urəyi sərinlədi. 
Çaldı, düşündü, çaldı, 
Başını duman aldı. 
Bu duman nəzərində 
Göylərin üzərində 
Buludlar kimi çaxdı, 
Al bir işıq buraxdı. 
 
327
Canlandı təsəvvürü; 
Əsirlər sürü-sürü 
Axışdı xəyalından. 
Dinlədi qavalından 
Zəncir, qamçı səsləri, 
Ömrün acı səsləri 
Bəstəsində ağladı. 
Bir lövhə xatırladı. 
 
 -  İşlə, yaramaz, işlə! 
Haydı, boşboğaz, işlə! 
Dayanma, daşı, daşı! 
Əsirin, qulun başı 
Yuxarı qalxmaz, işlə! 
Haydı, boşboğaz, işlə! 
 -  Arqadaşlar, bu qansız, 
Bu daşürək, amansız 
İnsanlar dinmədikcə, 
Zülmə təpinmədikcə, 
Özlərindən çıxırlar. 
 - Söylənmə, hey ixtiyar
Al, bu da sənin payın! 
Nə arxayın-arxayın 
Danışır da!.. 
         Qamçılar 
İxtiyarı acılar. 
Dəmirdaş anır, anır; 
Gözlərində canlanır: 
Əsirlər alay-alay 
Xana tikirlər saray. 
Xatırlayır: bir gecə 
Onu xəlvət, gizlicə,  
Gözəl bir qız çağırdı, 
Üz-gözündən yağırdı 


 
328 
O qızın bir mərhəmət, 
Bəlkə də bir məhəbbət. 
O qızın adı Mərcan, 
Qolu, qanadı mərcan… 
 
Dəmirdaş anır, anır, 
Xatıratı canlanır: 
İşlədi xəstə-xəstə; 
Yerə dəydi iş üstə. 
Baxaraq bu lövhəyə, 
«Artıq işləməz», - deyə 
Bir az da incitdilər, 
Sonra azad etdilər. 
Dəmirdaş anır, anır, 
Xatıratı canlanır. 
Düşünür o gözləri
Danışdığı sözləri. 
Anır: bir sabah erkən 
Çıxaraq Səbayeldən, 
Dağlar, dərələr aşdı, 
Bu yaylağa ulaşdı. 
Hey düşünə-düşünə 
 İnlədi qaval yenə! 
 
(Bu zaman Mərcan öz dəstəsilə uzaqdan  
çobanın qavalına dalaraq heyrətlə dinləyir.
 
M ə r c a n 
 
Bu qavalı çalan kim? 
Kimdir bu şerə hakim? 
Tez ondan xəbər verin, 
Kimsə, tapın gətirin! 
 
 
329
Çox keçmədi, Dəmirdaş 
Ürəyində bir təlaş, 
Qızın önündə durdu
Səssiz boynunu burdu. 
Görüncə Dəmirdaşı 
Mərcanın döndü başı. 
İldırım vurmuş kimi, 
Ürəyi durmuş kimi, 
Tərpənmədi yerindən. 
Dümqara gözlərindən 
Siyah bir atəş axdı. 
Maraqla baxdı, baxdı 
Çobanın göz-qaşına, 
Yamaqlı üst-başına. 
 
M ə r c a n 
 
Kimdən öyrəndin, çoban, 
Sən bu qaval çalmağı? 
 
Ç o b a n 
 
Mənə öyrətdi dövran 
Dağlara ün salmağı. 
 M ə r c a n  
 
Neçin nəğmən qəmlidir, 
Nəşə yox qavalında? 
 
Ç o b a n 
 
Çünki el matəmlidir 
Səbayel mahalında! 
 


 
330 
M ə r c a n 
 
Sürünü buraxsana 
Bir an özündən uzaq! 
 
 Ç o b a n  
 
Ətrafına baxsana, 
Hər adam bir yalquzaq! 
 
 M ə r c a n  
 
Çoban, kimdir yalquzaq? 
 
 Ç o b a n  
 
Xan qızı, yaxın uzaq, 
Olmuş olursa hər kim 
El üzərində hakim, 
Sərkərdələr, əyanlar, 
Dərimizi soyanlar, 
İşləməyib yaşayan, 
Başında tac daşıyan 
Adamlarınsa ancaq 
Bir adı var: yalquzaq! 
 
Mərcan çobana baxdı, 
Çoban Mərcana baxdı. 
 
 M ə r c a n  
(yanındakılara
 
Arqadaşlar, siz gedin, 
Bir az məni tərk edin. 
 
331
 
(İkisi qalır
Məni tanıyırmısan? 
 
 Ç o b a n  
 
Xayır! 
 
 M ə r c a n  
 
Düşün, ey insan, 
Keçmişini eşələ! 
 
  


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə