Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə51/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   46   47   48   49   50   51   52   53   54

 
332 
Ç o b a n  
 
Bu bir əmək-nafilə! 
Buraxaraq işimi, 
Arasam keçmişimi, 
O gül altından ancaq 
Bir göz də çıxmayacaq. 
 
 M ə r c a n  
 
Eşələ, çıxar, çoban, 
Orda bir od var, çoban. 
Üzümə diqqətlə bax! 
 
 Ç o b a n  
 
Mərcan! 
 
 M ə r c a n  
  
Sus ancaq. 
 
. . . . . . . . . . . . . . . .  
. . . . . . . . . . . . . . . . 
 7 
 
Bir səhər hava gözəl, 
Dağ gözəl, ova gözəl, 
Dumanlı deyil hava. 
Xan bu gün çıxmış ova. 
Ətraf dolmuş adamla, 
Bir yığın izdihamla. 
Tuşlayırlar, atırlar, 
Ətrafı çınlatırlar. 
 
333
Qorxmaz adlı çoban da 
Dağ başında, oyanda 
Söykənərək ağaca, 
Sürüsünü yamaca 
Buraxaraq, dayanmış 
Üzü mis kimi yanmış. 
 
 V ə z i r 
 
Xan, nişan al çobanı! 
Yerində çıxsın canı! 
 
X a n 
 
Yox, canım. 
 
V ə z i r 
 
Görünür xan, 
Vuramayacağından 
Qorxur… 
 
X a n 
 
Vəzir, qorxumu? 
Bu günədək oxumu 
Boş çıxan gördünüzmü? 
 
V ə z i r 
 
Ay canım, bu da sözmü? 
Hünərlisən gözətlə, 
Öyünməyin nafilə! 
 


 
334 
 X a n 
 
Mən atıram, dayanın, 
Oxum dəyməz çobanın 
Əgər olarsa baxtı. 
Çəlik yayı buraxdı. 
Uğuldadı dağ, dərə, 
Yıxıldı Qorxmaz yerə. 
Görünür baxtı yoqmuş, 
Tale ona soyuqmuş. 
 
 8 
 
Xan bir çobanı vurmuş. 
Xan yenə də qudurmuş 
Azğın bir köpək kibi. 
Bilinməyir səbəbi. 
Neçin çobanı vurmuş? 
Xan yenə də qudurmuş. 
Xan qaçırmış bir qızı. 
Yetimbir günahsızı, - 
Diyə, gizlicəxalq da 
Qaynayır aralıqda. 
 
 9 
 
Bir gün Dəmirdaş yenə 
Yayıb dağın döşünə 
Sürüsünü, dayandı, 
Günəş üfüqdə yandı, 
Qızardı yavaş-yavaş. 
Düşünürdü Dəmirdaş. 
Köhlən başlı buludlar, 
Gözü yaşlı buludlar 
 
335
Üfüqdə yol kəsirdi. 
Onu hankı təsirdi 
Düşündürən, əcəba? 
Derdi: - Görən əcəba, 
Bizdən nə istəyir xan? 
Yetməzmi tökdüyü qan?! 
Neçin, neçin bu qansız 
Qaçırır gündə bir qız?! 
Xan yenə də qudurmuş, 
Nəçin Qorxmazı vurmuş? 
Yetməzmi vurduğu baş?.. 
Düşünürdü Dəmirdaş. 
 
Yerlər, göylər açıqdı, 
Dəmirdaş dağa çıqdı. 
Çıxardı qavalını, 
Bəyan etdi halını: 
O çaldıqca, güllərin 
Qaçdı qırmızı rəngi, 
Dəyişdi bülbüllərin 
Nəğməsinin ahəngi. 
O çaldıqca, buludlar 
Göy üzündə dayandı, 
Şəbnəmli məxmər otlar, 
Gün çıxmış kimi yandı. 
O çaldıqca, axan su 
Şırıltısını kəsdi, 
Söyüdlərin, doğrusu, 
Suda qolları əsdi. 
Nəsir var – duyan anlar – 
Çobanın havasında. 
O çaldıqca, ilanlar 
Uyudu yuvasında. 
Qavalın bu səsinə, 


 
336 
Bu duyğulu səsinə 
Qoşaraq, gəldi Mərcan, 
Ürəyində həyəcan. 
 
 
337
 M ə r c a n  
 
Mana da öyrət, çoban, 
Sən bu qaval çalmağı. 
Mana da öyrət, çoban, 
Dağlara ün salmağı. 
 
 D ə m i r d a ş 
 
Xan daha gözəl bilir 
İncə-incə çalmağı. 
Xan daha gözəl bilir 
Dağlara ün salmağı. 
 
 M ə r c a n  
 
Dəmirdaş, buraq, buraq! 
Kinayəni ataraq, 
Bir az da məni dinlə, 
Səni sevəni dinlə! 
 
 D ə m i r d a ş 
 
Sən xan qızı, mən çoban! 
Nə çıxar boş xəyaldan? 
 
 M ə r c a n  
 
Xəyal deyil, həqiqət!.. 
Mərcan sənindir fəqət. 
 
 D ə m i r d a ş 
 
Yox, Mərcan, ola bilməz. 


 
338 
Bu bir dərd ki, çəkilməz! 
 
 M ə r c a n  
 
Onu bil ki, sevməsən, 
Öləcəksən yəqin sən! 
 
 D ə m i r d a ş 
 
Səni xan mana verməz
Yoxsul çobana verməz! 
Bir də deyirlər ki, xan, 
Əgər kim xalınızdan 
Doğru xəbər verərsə, 
Sahib olacaq sizə. 
 
 M ə r c a n  
 
Qoy deyim: xallarım bu! 
Yetər, sıxma ruhumu. 
Ürəyini aç mana, 
Xəstəyəm, əlac mana! 
 
 D ə m i r d a ş 
 
Söylə «möhtərəm» atan, 
Bizim «ədalətli» xan 
Neçin Qorxmazı vurmuş? 
Yenə neçin qudurmuş? 
Qaçırmışdır bir qızı, 
Yetim bir günahsızı? 
 
 M ə r c a n  
 
 
339
Mən neyləyim? 
 


 
340 
 D ə m i r d a ş 
 
Sən heç nə! 
Qulaq as mən deyənə, 
Ey sarayın laçını! 
Sevgi ehtiyacını 
Ruhunda duyan gözəl, 
Bir qədər özünə gəl! 
Səni kim istəməz, kim? 
Hər lətafətə hakim 
Sevimli bir pərisən, 
Dillərin əzbərisən. 
Bu şərtlə sevərəm mən: 
Çıxmasan dediyimdən. 
 
 M ə r c a n  
 
Yox, sözündən çıxmaram, 
Ürəyini sıxmaram, 
 
 D ə m i r d a ş 
 
Desəm atanı öldür! 
Ağlayan xalqı güldür. 
Edərsənmi? 
 
M ə r c a n  
 
Edərəm, 
Ölümə də gedərəm! 
 
 
D ə m i r d a ş 
 
 
341
Yox, hələ öldürmə, yox! 
Xanın ölməsi ən çox 
Xalqa gətirər ziyan
Üsyan etməli, üsyan! 
Lakin dediklərim, baq, 
Yanında qalsın ancaq! 
 
 M ə r c a n  
 
Yazıq ki, bu yaxında, 
Bu ayın axırında 
Köçəcəyik şəhərə, 
Bu mehriban dağ-dərə, 
Ah, bu səfalı yaylaq 
Yenə sizə qalacaq! 
 
 D ə m i r d a ş 
 
Yalnız bu dağ-dərə yox, 
Bu gözəl mənzərə yox, 
Sərin yaylaqlar deyil, 
Qaynar bulaqlar deyil
O kor, o sağır kəndlər, 
Vergisi ağır kəndlər, 
Barlı bağ, gözəl çəmən, 
Dağ döşündə dəyirmən, 
Sürü, ilxı, çapar at, 
Uçan quş, gərgin qanat, 
Göy zanbaqlı ovalar, 
Dalğa vuran tarlalar, 
Sarısünbül zəmilər, 
O çılğın Xəzərin də, 
Hər zaman üzərində 
Ləngər vuran gəmilər


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə