Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə52/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   46   47   48   49   50   51   52   53   54

 
342 
Keçəcək əlimizə, 
Veriləcəkdir bizə 
Ayın, günün işığı, 
Dünyanın yaraşığı! 
 
 10 
 
Yenə də uzaq, yaxın 
Ellərdən axın-axın 
Gəlirdi baş igidlər, 
Qəmə yoldaş igidlər. 
«Ey sevdalı yolçular, 
Qızın neçə xalı var?» 
Sorğusunu eşidər, 
Eşitməz, dönürdülər! 
 
Qız on səkkiz yaşında, 
Sevda yeli başında. 
Getdikcə canı qızır, 
Lətif əndamı sızır 
Günəş vuran qar kimi
Solur son bahar kimi. 
Çiyninə düşür başı. 
Çağırdıb Dəmirdaşı 
Girir ağaclıqlara, 
Görüşür ara-sıra. 
Dəmirdaş da bir yerdə 
Durmayıb gah şəhərdə, 
Gah kəndlərdə dolaşır, 
Böyük fikirlər daşır. 
Ələ almış Mərcanı, 
Hazırlayır üsyanı! 
 
 11 
 
343
 
Vəzirin oğlu Gülçin 
Çırpınır bu gözəlçin. 
Fəqət bilməyir o da, 
Bu qızın əndamında 
Neçə həbəşi xal var. 
Düşünür, qəlbi sızlar, 
Gülçinin xəyalından, 
O çətin xəyalından 
Bilsən nələr keçirdi, 
Nə səhnələr keçirdi: 
«Qız onun olacaqdır. 
Əlinə alacaqdır 
Səbayeldə xanlığı, 
Bütün hökmranlığı. 
Hakim olub Arana, 
Daha sonra İrana 
Ordusunu çəkəcək, 
Hər yerdə qan tökəcək
Hər yerdə hökm edəcək, 
Çinə qədər gedəcək, 
Böyük İskəndər kimi. 
Xızır peyğəmbər kimi 
Tapacaqdır zülmatı. 
İçib abi-həyatı, 
Ömrü, günü artacaq, 
Hər yerə qol atacaq, 
Mərcanı alacaqdır, 
Qoynuna salacaqdır, 
Yapacaqdır baş hərəm, 
Onun olacaq aləm!» 
 
 12 
 


 
344 
Günəş qızıllarını 
Xəsis kimi toplayır, 
Səbayel diyarını 
Bir qaranlıq qaplayı 
Bir axşam xan bağında, 
Bağın bir bucağında 
Mərcan bir səs eşitdi
Səs gələn səmtə getdi. 
Bir yüklənmiş araba, 
Bir qoca kəndli gördü, 
Ayağı bəndli gördü. 
 - Vurun, vurun alçağı, 
Keçmiş verginin çağı. 
Vurun, vurun, qoymayın, 
Mərhəmətə uymayın! 
Səslənir acı-acı 
Darğanın sərt qırbacı. 
 - Zavallını buraxın! 
İnsafsızlar, bir baxın, 
Nədir bu qanlı səhnə? 
Sərxoşmusunuz yenə? 
-
 
Xan buyurmuş! 
-
 
Bəlkə xan 
Qəzəblimiş o zaman, 
Ya sizin vicdanınız, 
Məgər yoxmu qanınız? 
Mana verin qırbacı! 
«Ulu yaradan, ağı, 
Acı bu yoxsullara, 
Yetimlərə, dullara!» - 
Diyə, Mərcan düşünür, 
Meyli saraydan dönür. 
 
 13 
 
345
 
Bir gün qafiləsilə 
Xan çıxmışdı sahilə. 
Ləpəciklər quş kimi
Qalxıb uçurmuş kimi. 
O sərin baxışlı ay 
Dəniz alay-alay 
Ulduzlarla tökülmüş. 
Dalğalar qızıl, gümüş… 
Sinələr lalə-lalə, 
Dodaqlarda piyalə, 
Sərxoş baxan hərəmlər, 
Baxışı qan hərəmlər, 
Oyun, şərqi, şərab, saz, 
Dodaq-dodağa dəmsaz. 
Bir hərəmsə ələmli, 
Qızına qəmli-qəmli 
Danışır həyatını, 
Küskün xatıratını: 
-
 
Mərcan, həyat bir kitab!.. 
Hər vərəqi bir əzab… 
Mən bir kəndli qızıydım, 
Bir evin ulduzuydum. 
Keçmişim qar altında, 
Qasırğalar altında… 
Yadımdadır, əsirdim… 
Yarpaq kimi əsirdim
Bir gün caryə bazarda, 
İradəm qulçularda – 
Ordan məni aldılar, 
Bu zindana saldılar! 
 
 14 
 


 
346 
Ruhu sərin bir gecə, 
Ay gizlicə-gizlicə 
Bir bulud arxasından, 
Göylərin yaxasından 
Göstərərək üzünü, 
Bəyəndirir özünü. 
Söylənən xan bağında, 
Bağın bir bucağında 
Xışıldayan nədir, nə? 
Örtülüdür bu səhnə. 
Yarpaqlarmı öpüşən? 
Söylə o suya düşən 
Mərcanın kölgəsimi? 
Yoxsa ayın əksimi 
Göstərir hovuzda su, 
Ah, bu könül oğrusu 
Qızın yanındakını, 
Qızın canındakını 
Həmin bu sirdaş bilir, 
Yəni Dəmirdaş bilir… 
Əsir Dəmirdaşın da 
Sevda yeli başında. 
O sevimli Mərcanı, 
O füsunkar ceyranı 
Almaq üçün düşünür. 
Yenə fikrindən dönür: 
«Əvvəl üsyan, sonra qız, 
Xanlığı yıxmalıyız!..» 
 
 D ə m i r d a ş 
 
Səni bir xan istəsə, 
Xalını tapıb, desə, 
Ona gedərsənmi sən? 
 
347
 
 M ə r c a n  
 
Bir dəfə dedim ki, mən 
Səndən başqa bir kəcə 
Getməm başım kəsilsə! 
 
 D ə m i r d a ş 
 
Səni bütün saraylar
Əyləncələr haraylar. 
Oralar başqa aləm, 
Olacaqsan baş hərəm. 
 
 M ə r c a n  
 
Anam da bir hərəmdir, 
Fəqət yediyi qəmdir. 
O daim deyir mana: 
Saray bənzər zindana. 
Qaç, qızım, buradan qaç! 
O parlaq, günəşli tac 
Süslənmiş göz yaşından. 
Yoxsulların başından 
Yapılmışdır qədəhlər; 
Nalədir bu fərəhlər. 
Bu saray yoxsulların, 
Öksüzlərin, dulların 
Tikilmiş gəmiyindən! 
Qaldırılan, içilən 
Badə ürəklər qanı. 
Sarayda şənlik hanı? 
Saray bir qara səhnə
Qorxu, vəsvəsə, fitnə. 


 
348 
Gizli dar ağacları, 
İşgəncə qırbacları. 
Tənbəl, sərxoş bir xəyal… 
Falçı, əfsunçu, rəmmal, 
Hər göz bir kasa şəhvət, 
Hər baxış bir xəyanət. 
İnsanlar alçaq, dəni, 
Tez burdan qaçır məni! 
 
 D ə m i r d a ş 
 
Burdan qurtarmaqla sən, 
Sarayın pəncəsindən 
Qurtuldunmu sanırsan? 
Yox, Mərcan, aldanırsan! 
Xanlığı yıxmalıyız 
Ağ günə çıxmalıyız. 
 
. . . . . . . . . . . . . . .. . . .. . . 
. . . . . . .. . . . . . . . . . . .. . 
 
M ə r c a n 
  
Dəmirdaş, yarın səhər 
Elçilər gələcəklər. 
Sən də yarın gedərsən. 
 
D ə m i r d a ş 
 
Çocuq deyilsən ki, sən. 
Səni xan mana verməz, 
Yoxsul çobana verməz. 
 
 15 
 
349
 
Böyük məclis quruldu. 
Gələnlərdən soruldu. 
Bilməyənlər getdilər. 
Qalmışdı iki nəfər: 
Dəmirdaş, bir də Gülçin. 
Sorğu verildi, lakin 
Gülçin bula bilmədi, 
Xaqan ola bilmədi. 
Sıra çatdı çobana, 
Bir gülmək gəldi xana, 
Dedi: - Sağ ol, ay çoban! 
Çoban dedi: - Var ol xan! 
-
 
Neçə xalı var qızın? 
Çoban dedi ansızın: 
-
 
Qızın yeddi xalı var, 
Həpsi gözəl, müşgüvar.  
-
 
Çoban, hardan bilirsən? 
-
 
Yuxuda saymışam mən. 
Götürdü xanı heyrət, 
Dedi: - Tanrıdan qismət 
Yoxsul çobanmış qıza, 
Bu canı yanmış qıza. 
 
Xan sarayda düşünür
Başında yanır, sönür 
Dürlü-dürlü xəyallar, 
Keçirir şaşqın hallar. 
Xan bir deyildir, iki 
Dumanlı beynindəki 
Düşüncələr çataçat. 
Dərdi artmış ikiqat. 
Bu ih olsunmu ya yox? 
Qızımı istəyən çox. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə