Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə53/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   46   47   48   49   50   51   52   53   54

 
350 
Mərcanı xan alsınmı? 
Yoxsa çoban alsınmı? 
Hansı daha uğurlu? 
Deyilmi haqqın qulu 
Bəy də, xan da, sultan da 
Mavi göyün altında?! 
Bir qədər düşündü xan: 
«Mana taymı bir çoban? 
Çoban hara, mən hara? 
Gül hara, tikan hara? 
Sonamı alsınmı sar! 
Hardan çıxdı bu yasar? 
Mən deyirdim sultanlar, 
Ulu şahlar, xaqanlar 
Sahib olacaq, qıza. 
Nə çıxdı baxtımıza?!. 
Ayaqyalın bir çoban. 
Hay, hay, zavallı Quş xan! 
Sana bir gəda eşmi? 
Rəvamı günəşimi 
Bir zərrənin başına 
Dolandırım? Yox! Mana 
Bu iş çox ağır gəlir. 
Yerdən, göydən yüksəlir 
Sanıram mana nifrət. 
Qazandığım bu şöhrət 
Bir çobana yaraşmaz. 
Yox, taleylə kar aşmaz». 
 
 16 
 
Gecə, sisli bir gecə, 
Xan bağında gizlicə 
Mərcan ilə Dəmirdaş 
 
351
Danışır yavaş-yavaş
 
 D ə m i r d a ş 
 
Dün gecə cəbbəxana 
Dağıdıldı dörd yana. 
 
 M ə r c a n  
 
Bilir bu sirri dərban, 
Açmayır qorxusundan. 
Gizlicə onu gördüm, 
Qolbaqlarımı verdim 
Qızına, susdu dərban. 
 
 D ə m i r d a ş 
 
Sağ ol, sevgili Mərcan! 
Kəndlər üç günə qədər 
Hücuma keçəcəklər. 
Xanın keyfi necədir? 
 
 M ə r c a n  
 
Sənin «istəyincədir». 
Daima eyşü-işrət; 
Eyləməz bir məşvərət. 
Xalqın dərdinə qalmaz
Sərxoşluqdan baş almaz. 
Elçilikdən nə çıxdı? 
 
 D ə m i r d a ş 
 
Bütün əsanə çıxdı. 


 
352 
Budur, baxta inanan, 
Boşboqaz, yalançı xan. 
Onun bəxtindən ancaq 
Ucaldıqca ucalmaq, 
Deyil yalnız xan olmaq, 
Böyük bir xaqan olmaq 
Nəticəsi çıqırdı. 
Bizim ölçümüz qırdı 
Nədənsə məramını. 
Biz taleyin şamını 
Siyasətlə söndürdük, 
Xanı çox düşündürdük. 
Söylənərək, dedi xan: 
«Mənə taymı bir çoban?» 
Ürəyimdə: «Bu çoban 
Sənə ən qatı düşman, 
Çevirəcək baxtını, 
Devirəcək taxtını» - 
Deüib, çıxdım saraydan. 
Düşün, sevgili Mərcan, 
Sən böyüdün sarayda. 
Ancaq ordakı qayda, 
Qanun, adət, ənənə 
Sənin geniş qəlbinə 
Sığmadı, atdın onu. 
Bir çobanın yolunu 
Kəskin inadla tutdun, 
Taxtı-tacı unutdun. 
Şöhrətin bundan belə 
Düşəcək dildən-dilə. 
 
Gecə, səhər yaxın 
Axın şəhərə yaxın. 
Ulduzlar sönür, sönür; 
 
353
İki ürək döyünür. 
Toranlaşır batan ay. 
Uyquda sərxoş saray. 
 
 M ə r c a n  
 
Səhər üsyanmı? 
 
 D ə m i r d a ş 
 
Üsyan! 
Ayağa qalxmış hər yan. 
Hər şey, hər şey öncədən 
Düşünülmüş incədən. 
Tez burdan çıxalım gəl, 
Çıxmamışdan bir əngəl. 
Qoşularaq üsyana, 
Bu saraya, bu xana 
Birlikdə son verəlim, 
Gözəl günlər sürəlim! 
 
. . . . . . . . . . . . . . . .. .. . . 
. . . . . . . . . . . . . . . . . . . .  
 
Vəzir çıxmış özündən. 
Anlaşılmaz sözündən 
Xan gəlmiş həyəcana: 
-
 
Gətirmə məni cana! 
Çapuq söylə nə var, nə? 
Nə toxunmuş könlünə? 
-
 
Xan sağ olsun, qız!.. 
-
 
Necə? 
-
 
Qaçırılmış indicə. 
 


 
354 
Hazırlanır atlılar, 
O külək qanadlılar. 
Gözlərdən od saçılır, 
Dərvazalar açılır. 
Onların arxasınca, 
Quzğunun yaxasınca 
Çapır bir dəstə atlı, 
Atır at üstə atlı. 
Ox atır, kaman çəkir, 
Yayını yaman çəkir. 
Mərcan, Dəmirdaş uçur 
Sanki iki quş uçur. 
Çapuq çatdılar Zığa. 
Bax, o iki yazığa 
Daha qaçmağa yol yox, 
Yağış kimi yağır ox. 
Qarşı su, arxa düşman. 
Qurtuluşa yox güman. 
Üç yandan Abşeron su, 
İki gəncə qarşı su 
Mavi köksünü açmış, 
Mərcanın rəngi qaçmış. 
-
 
Düşmə, Mərcan, qorxuya! 
Çap atını, gir suya! 
 
 17 
 
Qərb tərəfdən bir axın 
Axışır, baxın, baxın. 
Axın çılğın, əsəbi, 
Ox yağır yağış kibi. 
-
 
Gəlin, qorxmayın, gəlin! 
Önünü hər əngəlin 
Alaraq, çapır axın; 
 
355
Axına şəhər yaxın. 
-
 
Gəlin, qaçaraq, gəlin, 
Bayraq açaraq gəlin! – 
Deyə, qoşur bir qoca. 
Qarşıda qaça-qaça 
Gah durur, gah yatırlar, 
Tuşlayırlar, atırlar. 
-
 
Hücum, hücum, iləri 
Səbayelin kəndləri, 
Hücum, saraya hücum! 
 
Aldı araya hücum 
Quş xanın alayını, 
Dağıtdı sarayını. 
Quş xanı öldürdülər, 
Yoxsulu güldürdülər. 
Dan yeri sökülmüşdü, 
Dənizə tökülmüşdü 
Günəşin qızıllığı. 
El bürümüşdü Zığı. 
Dəmirdaşla Mərcanı, 
Bu iki qəhrəmanı 
Arayırdı yoxsullar, 
Aclar, yetimlər, dullar. 
Dənizin boy yerində, 
Atlas su üzərində 
Üzürdü bir tutam saç
Artıq məsələdən qaç! 
Bir gün qabardı Xəzər, 
Qalxdı tərlan ləpələr. 
Qanadlarını açdı, 
Bu tarixə acıdı, 
Quş xanın ləkəsini, 
Xaraba kölgəsini 


 
356 
Silməkçin yer üzündən, 
Coşub çıxdı özündən, 
Səbayelə tüpürdü, 
Dalğalandı köpürdü; 
Şəhər boğuldu. 
Hala, 
Fəqət bir-iki qala 
Boylanıb bu səhnədə, 
Çapalarkən, yenə də 
Döyür bu qalaları 
Qızıl neft dalğaları. 
 
 S o n 
 
Bu bir əfsanədir, nağıldır, fəqət, 
Tarixdə azmıdır böylə, həqiqət? 
Tarixdə dağılan saraylar azmı? 
Döyüşdə pozulan alaylar azmı? 
Azmı yoxsulların çəkdiyi səflər, 
Basılan tərəflər, basan tərəflər? 
Bağışla, oxucum, sual olarmı? 
Həqiqət olmasa, xəyal olarmı? 
Ey əfsanələrin qəhrəman oğlu, 
Əsrlər tapdadı keçdiyin yolu. 
O sənin yaxdığın azğın saraylar, 
Qovub dağıtdığın vəhşi alaylar 
Yenə baş qaldırıb işini gördü, 
Yenə də haqsızlıq hökmünü sürdü. 
Yenə göz yaşları axdı günahsız, 
Həyat nəfəsiniçəkmədi ahsız. 
Qırıldı insanlar, töküldü qanlar, 
Titrədi cahanlar, qopdu fəğanlar. 
Yenə lalə kimi başlar oynadı, 
Başların üstündə daşlar oynadı. 
 
357
Yağdı yağış kimi zəhərli oxlar. 
Aclar hesabına yaşadı toxlar. 
Tarixin bu acı dəhşətlərinə, 
Əsrlərin qara qüvvətlərinə 
Qırmızı bir axın verdi nəhayət, 
Artıq nə bir fəğan, nə bir şikayət. 
 
 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə