Microsoft Word Mushviq I luda doc



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə47/54
tarix28.06.2018
ölçüsü0,98 Mb.
#52211
1   ...   43   44   45   46   47   48   49   50   ...   54

 
302 
Nə oğul yarası, ana şivəni
Nə elin açmadan solan gülşəni, 
Nə susuz çöllərə səpmlən umud, 
Nə solğun gözlərdən çəkilən bulud, 
Nə cənnət umudu, cəhənnəm yası, 
Nə xalqın göylərdə uçan xülyası, 
Böyük kəramət var nə tək səbirdə, 
Allahda, quranda, məsciddə, pirdə. 
Artıq sehirçimiz, cindarımız yox, 
Hacımız, mollamız, dindarımız yox. 
Hər kəs öz işində, öz sənətində. 
Möhtəşəm Sovetlər məmləkətində 
Nə millət döyüşü, nə din söhbəti
Nə ağır günlərin qara vəhşəti. 
Şadlığın, şənliyin, sazın, söhbətin, 
Əməyin, təhsilin, istirahətin 
Hər zaman qapısı açıq ellərə; 
Üz vermiş hər yerdən şadlıq ellərə. 
Bülbül öz gülündən yarımaqdadır, 
Bir yerdə qocalıb qarımaqdadır. 
Mən də bu şeylərdən dedim, danışdım, 
Mən də bu günləri arzulamışdım. 
 
                    Teyflər  çəkilir. 
 
              M ə n i m   s ə s i m 
 
Geniş kütlələrin dürriyyətindən, 
İşindən, gücündən, səadətindən 
Danışan insanlar nə bəxtiyardır! 
Onların qəlbindən ölüm kənardır! 
Önündə görməyib nə duman, nə çən, 
Əsr dağlarını aşaraq keçən 
Böyük dühalarda bu nə qüvvətdir? 
 
303
Onların nəsibi əbədiyyətdir! 
 


 
304 
HAFİZƏLƏRDƏ  GƏLƏN  ŞERLƏR 
 
KÜSMƏRƏM! 
 
Mən şirin ləhcəli  bir bülbüləm ki, 
Güllərdən küsərəm, səndən küsmərəm! 
Məni öz çanından artıq istəyən 
Ellərdən küsərəm, səndən küsmərəm! 
 
Gözlərin misaldır axan çaylardan 
Kirpiyin oxlardan, qaşın yaylardan. 
Qarşımıza gələn uzun aylardan, 
İllərdən küsərəm, səndən küsmərəm! 
 
El içində bizə derlər Sayadlı. 
Tərlan ovçusuyam, ruhum qanadlı. 
İlham pərisinin açdığı dadlı 
Dillərdən küsərəm, səndən küsmərəm! 
 
YAŞA  KÖNÜL! 
 
Ah, bu uzun sevda yolu 
Vurulurmu başa, könül! 
Nişan aldım, kaman atdım, 
Deydi oxum daşa, könül! 
 
Bir od düşdü buluduna, 
Yandı könül eşq oduna, 
Qaldın umuduna. 
Ey qırılan şişə könül! 
 
Tərlansan, göydən enməzsən, 
Bu torpaqda sevinməzsən, 
Mən dönərəm, sən dönməzsən, 
 
305
Yaşa könül, yaşa könül! 
QURBAN  OLDUĞUM 
 
Bilməm məni neçin atmış, unutmuş, 
Cövrü cəfasına qurban olduğum? 
Yoxsa özgəsinə üzünü tutmuş 
Yeni sevdasına qurban olduğum? 
 
Dilbəri sordum gəlib-gedəndən; 
Dedilər barışmaz, küsmüşdür səndən. 
Mən iltifat etdim, o qaçdı məndən, 
Qasdım ədasına qurban olduğum? 
 
O mənim sevgilim, o mənim anam, 
Onsuz üzüm gülməz, açılmaz aynam... 
Bilməm harda qaldı o nazlı durnam, 
O xoş sədasına qurban olduğum? 
 
Ayrılıq oduna könül dayanmaz, 
Eşq oduna yanan bir daha yanmaz, 
Çəkdiyim nalədən nəçin oyanmaz 
Şirin röyasına qurban olduğum? 
 
 


 
306 
MARAL 
 
Dolaşma sıldırım sal qayalıqda, 
Daşlar ayağını əzər, maralım! 
Gəl səni bəsləyim gözümün üstdə
Etmə aşiqindən həzər, maralım! 
 
Diksinə-diksinə qıya baxanda, 
Səksənmə könlümü oda yaxanda, 
Çeşmeyi-çeşmindən nurlar axanda. 
Qaynar bulaqlara bənzər, maralım! 
 
Səyyarə tutmuşdur hüsnündən soraq, 
Bədnəzər gözündən olasan iraq! 
Köksümdə gəl gizlən, getmə çox uzaq, 
Hicran dağlarını gəzər, maralım! 
 
 
MƏHƏBBƏT 
 
Mən ki, bilməz idim nədir məhəbbət, 
Bu sirri sən mənə anlatmadınmı? 
Dünyaya sığmayan şair könlümü 
Köksümdən çıxarıb oynatmadınmı? 
 
Mən ki, nəğmə deyib bənövşələrdən 
Peşəm zövq almaqdı bir şux dilbərdən, 
Məndən uzaq gəzib, dolanıb hərdən, 
Qəlbimi sıxmağa can atmadınmı?! 
 
Min hicran könlümü alanda ələ, 
Zərrəcə halıma yanmadın belə. 
Müşfiqin qəlbini tez alıb ələ 
Onu röyalardan oyatmadınmı?! 
 
307
 
ÜRƏK 
 
Sən onun eşqilə, məhəbbətilə 
Vurmadın ömrünü başa, ürəyim. 
Sevgi hədəfinə nişan alanda 
Dəydimi oxların daşa, ürəyim?! 
 
Sevgi dəryasında ruhum bir ada, 
Fırtınam ziyada, dalğam ziyada, 
O ellər gözəli düşəndə yada
Az qalır xəyalım şaşa, ürəyim! 
 
Sən canı canandan ayrı tutmadım, 
Odur ki, vəfasız deyildir adın. 
O səni unutdu, sən unutmadın, 
Yaşa məhəbbətim, yaşa ürəyim! 
 
 
ONA 
 
Könül oğurlayan bir adı vardır, 
Mələk deyil, amma qanadı vardır. 
Siyah qaşlarının kölgəliyində 
Daima çırpınır iki göyərçin. 
Qonaraq könlümün budaqlarına, 
Hər gün şer oxurlar onlar mənimçin 
İndi öz-özümə inanmışam mən, 
Nə qədər bəxtiyar insanmışam mən, 
Saçları andırır zərrin suları, 
Tökülüb axdıqca umuzlarına. 
Oxşayır bədəni, bəyaz əndamı 
Kölgədə bəslənmiş quzey qarına. 
Amandır əsməsin tufan yelləri 


 
308 
Solar eşqimizin qönçə gülləri. 
 
 
BƏXTİYAR  ODA 
 
Ey  altun şəfəqli bəxtiyar oda 
De nurlu qoynunda sənin kim yaşar? 
Ellər dolaşarkən açıq havada, 
Səni Dilbəqinmi nəfəsi oxşar?! 
Nə olaydı bu dəm bir quş olaydım, 
Sənin pəncərənə qonmuş olaydım. 
 
Gözümü hüsnündən çəkə bilmirəm 
De, niyə salmısan məni bu hala?! 
Sənsiz sevinmirəm, sənsiz dülmürəm 
Qəlbim elə coşur, derəm nə ola: 
Dönüb divarında bir daş olaydım. 
Əbədi səninlə sirdaş olaydım. 
 
 
 
 
 
SƏNİNÇÜN 
 
O gün ki, hicrana uğradı yolum, 
Qırıldı qanadım, qırıldı qolum. 
Fələkdən bac verib, bac alan könlüm 
İndi uşaq kimi ağlar səninçün. 
 
Gül gülü çağırır, çiçək çiçəyi, 
Gülər aşiqlərin qönçə diləyi. 
Sən neçin yıxırsan bu şux ürəyi? 
Qəlbimin çeşməsi çağlar səninçün. 
 
309
 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə